Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
70
71
olduqca zəngindir. Bu əsərdə qaraqalpaq xalqının yadellilərə
qarşı mübarizəsi, qaraqalpaqların
arzu və istəkləri, düşüncə
və azadlıq mübarizəsi əks olunmuşdur.
Bu qaraqalpaq dastanı bizə Türküstanda yaşayan, yaxud
qaraqalpaqların Qafqaz dağlarındakı əfsanəvi səyahətləri,
qaraqalpaq qəbilələri- müytenlərdən olan Taminin həyatı və
b. əcdadları haqqında məlumatlar çatdırır, onun təpəgözlə
möcüzəli döyüşləri, buludlardan çox-çox yuxarılarda
gəzintisi, amazonka qızlar dəstəsindən olan Gülayimin öz
doğma vətəninin müdafiəsi və s. bağlı mübarizəsini əks
etdirir.
Bununla belə, epik dastanların söz sənəti olduğunu
da yada salsaq, əsərdə kifayət qədər bədii priyomlardan
istifadə olunduğunu da qeyd etməliyik. Epik dastanlarda
ümumiləşdirmələr daha çox
olduğundan təsvir olunmuş
hadisələrdə zamanın bəzi anlarının dövrümüzə yaxınlaş-
dırılması da mövcuddur (belə hadisələr tarixi nöqteyi-
nəzərdən ümumi hadisələri əks etdirməklə, epik dastanlarda
həm də qəhrəmanlıqla lirik məzmunu biz real tarixi gerçəkliyin
poetik ümumiləşdir mələrində tapırıq). Belə priyomlar,
personifikasiya, hiperbolizasiya, kontami nasiya, hadisələrin
və obrazların şişirdilməsi, tarixi xronologiyanın bir dövrdən
başqa dövrə keçirilməsi bir xalqın adının digər xalqın adı ilə
əvəzlənməsi ilə də gedir. Məsələn, Orta Asiya xalqlarının
folklorunda tez-tez kalmıkların yürüşləri haqqında
söhbət
gedir ki, bəzi hallarda bu yürüşlər Çingiz xanın viranedici və
dağıdıcı yürüşlərini də arxada qoyur və belə olduğu halda
monqollarla kalmıkların obrazları kontaminasiya olunur.
1
Hər bir epik abidədə belə priyomlar özünəməx sus şəkildə
təqdim olunmaqdadır.
Qeyd edək ki, folklor insan cəmiyyətinin ilkin dövrlərin-
dəki inkişafında xalq düşüncəsinin, xalq şüurunun sosial-
etnik icmanın olduqca mühüm ifadəçisi kimi çıxış edirdi.
Sabit yazılı ənənəyə malik olmayan xalqların (xüsusən,
qaraqalpaqların) həyatında folklorun bu xüsusiyyəti xeyli
dərəcədə qorunub saxlanılmışdır.
Qəbilələrin mənşəyi ilə bağlı əfsanələrdə onların
geneologiyası ilə bağlı hər bir xalqın etnik şüuru özünü
əks etdirir. Burada onların keçdiyi etnik yola nəzər salınır,
onların digər xalqlarla qohumluq əlaqələri və s. məsələlər
diqqət mərkəzinə çəkilir. Bu tipli əfsanələrdə əsasən bu və
ya digər xalqın əcdadının tərkibinə dair komponentlərdə
onların mənşəyi göstərilir. Məsələn,
böyük qazax maarifçisi,
etnoqrafı və folklorşünası Ç.Ç.Valixanovun əsərində öz əksini
tapmış özbək şəcərələrində özbəklərin əcdadlarından söhbət
getdikdə matiyan lardan («moti yan») yəni e.ə. VI əsrdən I əsrə
qədər Cənubi Azərbay canın Urmiya gölü ətrafı ərazisində
yaşamış qəbilələrin də adı çəkilir. Bu bir daha sübut edir
ki, Ön Asiya və oğuz komponentləri doğrudan da digər
xalqların (yəni özbəklərin, qaraqalpaqların, türkmənlərin)
etnogenezində iştirak etmişdir.
Tarixi mənbələr kimi həm də xalqın tayfa-qəbilə strukturu
və eləcə də xalq geneologiyası haqqında məlumatlar yer
tutur. Mənbələr müasir qaraqalpaq xalqının keçmiş tayfa-
qəbilə strukturu haqqında da məlumatları özündə əks
etdirməkdədir. Bununla belə onlar eyni zamanda həm də
folklor formasına uyğunlaşdırılır.
Məsə lən, qaraqalpaq
şairi Berdağın «Şəcərə» poemasında qaraqal paq ların qəbilə
bölgüsü aşağıdakı kimi göstərilir:
Müyten, Kunqrad, Xıtay, Qıpçaq,
Keneges, Manqıt ağ bıçaq,
Altı qaraqalpaq qəbiləsi,
Məhrum oldu elindən
*
.
*Azərbaycan dilində nümunə gətirilmiş şeir parçalarının tərcüməsi kitabın müəllifinə məxsusdur
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
72
73
Yenidən «Qırx qız» poemasına qayıdaq. Beləliklə,
Amudəryanın aşağı hissəsində və Sırdərya deltasında lap
qədim zamanlardan üzü bəri qaraqalpaq amazonkaları,
Xarəzmlə bağlı, onların etnik köklərinə gedib çıxan əfsanələr
mövcud olmuşdur. Bu əfsanələrdən biri də məhz «Qırx qız»
epik dastanı idi. Dastan qaraqalpaq – müytenlər haqqındadır.
Qaraqalpaq türklərinin zəngin və rəngarəng epik
repertuarında bu xalqın digər nümunələri («Qurbanbəy»,
«Yer Ziuar», «Goroğlu», «Koblan» və s.) ilə yanaşı, «Qırx
qız» dastanının yeri müstəsnadır. Belə ki, bu dastan nəinki
qaraqalpaq, bütün türk xalqları, şərq, həm də Avropa
dastanları sırasında ideyası, məzmunu, strukturu,
obrazlar
sistemi ilə tamamilə fərqli və orijinal bir problemi özündə
əks etdirməkdədir. Müxtəlif jıraular (söyləyicilər) tərəfindən
ifa edilən, onların repertuarından köçürülən çeşidli yazılı
variantlarda mövcud olan bu dastan günümüzə uğurlu
şəkildə çatdırılmışdır. Dastanın ilkin yazılı variantı 1938-ci
ilə aid edilməklə onu Qurbanbəy Tajibəyovdan eposşünaslar
S.Mevlenov, Ş.Xocaniyazov və A.Bekimbetov 250000 misra
həcmində qələmə almışlar. Dastan 1948-ci ildə özbəkcə
2
,
1949-cu ildə qaraqalpaqca, elə həmin ildəcə S.Somovanın
tərcüməsində rus dilində
3
nəşr olunmuşdur. Bundan sonra
isə əsər ardıcıl olaraq qazax, türkmən, qırğız və digər dillərdə
səsləndirilmişdir. Dastanın ikinci variantı 1960-cı ildə Qiyas
jıraudan K.Maksetov tərəfindən 13000
misradan ibarət
olmaqla yazıya alınmışdır.
Sayı cəmi 600-650 min civarında olan qaraqalpaq
türklərinin 50-yə yaxın qəhrəmanlıq və lirik-romantik
dastanları olub onların hamısı xalq yaddaşında özünəməxsus
yer tutsa da, «Qırx qız» poeması qədər populyarı, oxucu,
dinləyici, tamaşaçı diqqəti cəlb edəni olmamışdır. Bu dastan
qaraqalpaq dastanşünasları ilə yanaşı, həm də özbək, rus,
fransız, türk, alman və digər xalqların tədqiqatçılarının
diqqətini də məşğul etmişdir. Onun müxtəlif tərəfləri
araşdırçımaları özünə cəlb etsə də, dastandakı dini motivlər
indiyədək təhlil obyekti kimi çıxış etməmişdir. Elə buna görə
də «Qırx qız» dastanında dini
motivlərin özünü necə əks
etdirməsinə nəzər salmaq da maraq doğura bilər.
«Qırx qız» dastanını müxtəlif yönlərdən təhlil edən
tədqiqatçılar bir qayda olaraq əsərdə yer alan dini
motivlərdən və inanc elementlərindən (övliyalara, pirlərə,
ocaqlara, peyğəmbərə, xudaya, tanrıya, yaradana, Allaha
müraciətlərdən) yan keçməyə çalışmışlar. Bununla belə
dastan mətni ilə yaxından tanış olduqda biz burada məişət,
həyat, adət, ənənə və s. sıx bağlı olan məqamlarla yanaşı, dini
motivlərlə də yetərincə tez-tez rastlaşırıq. Bəri başdan qeyd
edək ki, əlimizdə olan bu dastan qaraqalpaqların müyten
adlı boyundan Jien Jıraudan, onun çırağı hesab edilən
Xalmurad jırau götürmüş və onu 60 il sərasər ifa etmişdir.
Xalmurad jıraudan isə Şankay jırau dastanı mənimsəmiş,
o da 56 il bir üzü üstündə onu əzbər söyləmişdir.
Dastan
Şankay jıraudan Kazakbay jırauya keçmiş, o da Şankay kimi
bu poemanı düz 56 il oxumuşdur. Dastan və onun müxtəlif
variantları haqqında daha geniş danışmaq olardı, lakin
biz təhlillərimizi «Qırx qız» dastanının Həsən Begimovun
Qurbanbəy jıraunın söylədiyi variant üzərində aparmağı
məqbul hesab etmişik. Yeri gəlmişkən bildirək ki, bu variant
Nazim Davkarayev adına (o, yorulmaz və istedadlı folklor
toplayıcısı və araşdırıcısı, böyük mədəniyyət və ədəbiyyat
xadimi olmuşdur) Qaraqalpaqstan Dil və Ədəbiyyat İnstitutu
və «Qara qalpaq folkloru» seriyasının VI cildində 1980-ci ildə
Nökişdə nəşr olunmuş dastan dörd fəsil və 17810 misradan
ibarətdir.
4
«Qırx qız» dastanının, o cümlədən qaraqalpaq dastan-
la rının tanınmış tədqiqatçılarından olan K.M.Maksetovun
1976-cı ildə Daşkənddə nəşr etdirdiyi «Qaraqalpaq eposu»