Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə37/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
146
147
Ədəbiyyat
1. Белинский В.Г. Полн.собр.соч. В 9-ти т., т.5. М., «Худож. 
лит.», 1980, с. 329.
2. Народные песни// Антология каракалпакской поэзии. 
Ташкент, «Худож.лит.», 1968,  с. 114, 123, 125, 127, 131, 136, 117, 
132, 144, 138, 139, 147, 150. 
3. Белинский В.Г. Полн.собр.соч. В 9-ти т., т., т.5, М., 
“Худож.лит.”, 1980, с.12
4.Чернышевский Н.Г. Полн.собр.соч., т.2.М., 1949, с.315.
5. Колпакова Н.П. Русская народная бытовая песня, с. 145-
146.
6. Толстова Л.С. Каракалпаки за переделами хорезмского 
оазиса. В XIX – начале ХХ века. Нукус – Ташкент, 
«Каргосиздат», 1963, с.18.
7. Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”, 1985, s.201.
VII. QARAQALPAQ MƏRASİMLƏRİ 
VƏ İNANCLARI
Digər xalqların həyat fəaliyyətində olduğu kimi 
qaraqalpaqların da həyatında çoxsaylı  mərasimlər və 
inanclar yaranıb imkişaf etmişdir. Onların yaranmasının 
ən mühüm səbəblərindən biri qədim insanların təbiət 
qüvvələrini ilahiləşdirməsi, ondan kömək diləməsi və insanın 
bu qüvvələrdən asılılğı ilə bağlı idi. Mərasim müəyyən 
adətlər çərçivəsində gedən bu və ya digər hərəkərin həyata 
keçirilməsi deməkdir. Məsələn, slavyanlarda yaz gələn zaman 
dolaşaların ətindən xəmir tutulması, küknar budaqlarından 
yayda çələng toxunması, türklərdə Novruz bayramına bir 
ay qalmış  çərşənbə axşamları tonqalların çatılması, onların 
üstündən atlanaraq gəlin gedən zaman bəyin və  gəlinin 
başına müxtəlif  şirniyyatların tökülməsi və s. məhz hər 
bir xalqın özünəməxsus mərasim adətləridir. Bu mərasim 
hərəkətlərindən hər birinin təyinatı hər hansı məqsədin əldə 
olunmasını nəzərdə tutur. Qaraqalpaq mərasimlərində xalqın 
real məişət həyatı, onun baxışları, fəlsəfi düşüncəsi, dünyanı 
dərki, fəlsəfi  və psixoloji ovqatı  əks olunmuşdur.
Qaraqalpaq mərasimlərində  qədim dövrə aid təfəkkür 
tərzini görmək mümkündür. Mərasimlər  ətraf aləmə, 
günəşə, suya, torpağa, təbiət qüvvələrinə təsir etməklə özünü 
bədbəxtliklərdən, xəstəliklərdən, quraqlıqdan, heyvanları 
ölüm dən hifz etmə, özünün təsərrüfat və ailə həyatını qoru-
maq məqsədi güdmüş dür. M.Qorki məqalələrindən birində 
yazırdı ki, qədim insanın belə münasibəti həm də onun 
biliklərinin məcmuyu, bütün təcrübəsi olmaqla, özündən 
kənarda olan düşmən enerji ilə üz-üzə gəldiyini əks etdirir.
1
  
Qaraqalpaq mərasim və inanclarında  digər xalqlarda 
 
olduğu kimi həyatda yer almış mühüm hadisələrə - təbiət 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
148
149
proseslərinə, təbii fəlakətlərə, uşağın doğuluşuna, nikaha 
girməyə, ölümə  və s. insan həyatında yer alan hallara 
emosional münasibətlər möhkəmlənməklə əksinin tapmışdır. 
Qədim bütpərəstlik mərasimlərinə sonralar mərasim və 
inancların məzmun və formasına islam dini təsir etmişdir. 
Bü tün bu mövcud mərasimlər və inanclar, məsələn, uşaq 
oyun ları formasında və s. yaddaşda qorunub saxlanıl mışdır. 
Onlar bizim üçün nəinki xalq sənəti əsərləri kimi dəyərlidir, 
eyni zamanda onlarda yer almış əmək təcrübəsi, ətraf aləm 
haqqında qədim baxışların ifadəsi, xalq inancları, baxışları, 
sonralar tarixi inkişafın gedişində tədricən dəyişmiş ünsürlər 
kimi önəmli və tarixi –etnik əhəmiyyətlidir. Digər xalqlarda 
olduğu kimi qaraqalpaqlarda da qədim təbiət ayinləri və 
mərasimlər əsasən ovçuluq, təsərrüfat, heyvandarlıq, ailə hə-
yatı, insan həyatında  yer almış hadisələr – doğum, yetkinlik 
dövrünə yetişmə, ailə həyatı qurmaq, ölüm və s. ilə bağlıdır. 
Qaraqalpaq mərasimləri və inanclarında magik, hüquqi-
məişət, ritual-oyun və s. xalq həyatının mənəvi və təsərrüfat 
əmək təcrübəsi nəsillərdən nəsillərə ötürülməklə öz ifadəsini 
tapır dı. Mərasim və inanclar xalq həyatını reqlamentləş-
dirmək lə ona həm də milli özünə məxsusluq qatırdı.
Əlbəttə, qarqalpaq mərasim və inancları  Orta Asiyada 
ya şa yanlar üçün heç də yeganə hadisə deyildi. Bu tipli mə-
rasim və inanclar, həm də digər türk xalqlarında – özbək lər-
də, türkmənlərdə, qazaxlarda, qırğızlarda, tatarlarda, baş-
qurd larda,  noğaylarda və s. geniş yer almışdı. Türk xalqları 
öz mərasimlərini inkişaf etdirməklə, həm də daha qədim 
mədəniyyətin təsirini hiss etmişdilər. Belə mövqedən çıxış 
edərək biz qaraqalpaqlarda yurta (alaçıq) ilə bağlı mərasim 
və inanclardan danışmağı  zəruri hesab edirik. 
Qaraqalpaqlarda yurta nəinki ailənin və təzə evlən mişlə -
rin ənənəvi yaşadıqları yerdir, həm də mərasimlərin, əylən -
cələ rin,  bayramların və s. keçirildiyi məkandır. Keçmiş də  
qaraqalpaqlarda yurta ilə bir sıra mərasim və adətlər bağlı 
idi. Onlardan bir sırası yurtanın qurulduğu prosesdə, onun 
ağacdan düzəldilən hissələrində özünü göstərir. 
Qaraqalpaqstanda yurtanı quran elə  əsilli-nəsilli ustalar 
mövcud olmuşlar ki, onlar doqquz nəsil kəsiyində bu işlə 
ardıcıl məşğul olmuşlar.
2
Ustalıq bir nəsildən digərinə  “шекирт”liklə (müqayisə 
et Azərbaycanda “şəyird”) keçirdi ki, bu 3-4 il müddətində 
davam  edirdi. Təlim başa çatdıqda ustad şəyirdinə öz 
alətlərindən birini bəxş edirdi. Yurtanın ağacdan olan 
hissələrini hazırlamaq üçün  usta ilk növbədə türk mətnində 
ərəb qrafikasında olan risalə ilə tanış olmalı idi. Bu 
nizamnaməyə görə işçi yerini tərtəmiz saxlamalı, vicdanlılıq 
nümayiş etdirməli, Allahın təkliyini qəbul etməli, ustaların 
hamisi İbrahim Xəlili (Əli) tanımalı və s. kimi qaydalar vardır. 
Yeri gəlmişkən qeyd edək ki, İbrahim Xəlil (Əli) Qaraqalpaqs-
tan 
da ilk yurta düzəldən usta kimi tanınmaqdadır. Eyni 
zamanda burada qurban kəsmə və s. mövcud idi. Yurtanın 
müvafiq hissələrini hazırlayana qədər usta dəstəmaz almalı, 
namaz qılmalı, Allaha, hami Bibi Fatiməyə dualar etməli idi. 
Yurtanın tikilməsi qapı 
çərçivəsindən, qapının  
kandarından (bocar), yuxarı tirdən (манглайма) və iki yan 
dürəklərdən (тул агаш, жак агаш) başlayırdı. Qapılar içəri 
açılırdı. Yurtanın  çıxışı daim cənuba tərəf olurdu. Qadınlar  
yağda bağırsaq qızartmaqla iy çıxarmalı  (ийис  шыгарый), 
bişmişi qonşulara  paylamalı idi. Rituala uyğun olaraq usta 
İbrahim Xəlildən icazə alındıqdan sonra işə başlan malı 
idi. Yurta nazik, bərk və dözümlü söyüddən  tikilməli idi. 
Qaraqalpaqlar ağcaqayından (кайын) istifadə etmirdilər 
və bunu onunla əsaslan dırırdılar ki, ağcaqayın bədbəxtlik 
gətirə bilər. Bununla belə  məlumdur ki, slavyanlar (ruslar, 
ukraynalılar, belaruslar) və qazaxlar evin tikintisi üçün 
ağcaqayını daha bərk ağac hesab etdiklərindən ona üstünlük 
verirdilər.


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə