Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə45/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
178
179
lərdən istifadə edir və onlar müxtəlif fantastik qüvvələrlə
möcüzəli aləmlə, sosial, yaxud təbiət  qüvvələrini  əks et-
dirənlərlə mübarizəyə girişirlər. Qaraqalpaq sehrli nağılların-
da çox saylı sirli-sehrli personaj-möcüzələr, yeddi başlı əjdaha-
lar, çoxbaşlı ilan, digərləri iştirak edirlər. Qaraqalpaq sehrli 
nağıllarında küpəgirən qarı öz taxta ayağı, yaxud qarğa 
dimdiyi ilə son dərəcə sərt iy bilmə və eşitmə qabiliyyəti ilə 
fərqlənir. Əksər hallarda onlar qəhrəmanların köməkçi ləri və 
insanların düşməni kimi çıxış edirlər. Onlar insana heç zaman 
yaxınlaşmır, bəzən isə, ümumiyyətlə, qəhrəmanı bütün 
qüvvələrini sərf etməklə  məhv etməyə çalışırlar. Məsələn, 
qaraqalpaq sehrli nağıllarından biri «Gülziba»da məhz 
nağıl eposunun bu tipli xüsusiyyətləri öz əksini tapmışdır. 
Belə nağıllarda qədim insanların ətraf aləmlə bağlı fantastik 
düşüncələri  əks olunmuş, insanın təbiətin bəd qüvvələri 
üzərində  qələbəsi və eyni zamanda şad-xürrəm, xoşbəxt 
yaşaması haqqında  fikirləri verilmişdir.
Qaraqalpaq sehrli nağıllarının  əksəriyyəti gələcək 
qəhrəmanın həyata gəlməsi ilə başlayır. Məsələn, «Gülziba» 
nağılının zavyaz kasında ənənəvi süjetdən istifadə olunur ki, 
bu nəinki qaraqalpaq sehrli nağılları, həm də digər türk və 
şərq xalqları nağılları üçün xarakterikdir. Nağıllardan birinin 
bəzi fraqmentlərinə diqqət yetirək.
«…Xanın oğlu yox imiş. Buna görə də o, öz yeganə qızı 
Gülzibaya kişi paltarı geyindirib hamıya onun oğlan olduğunu 
göstərmək istəyir. Xanın qızı və vəzirin oğlu isə bir məktəbdə 
təhsil alır, bir yerdə oynayır, daim bir yerdə olardılar. Xan 
və  vəzir qocalıb  əldən düşən zaman fikirləşirlər ki, ölkənin 
idarə edilməsini gənc  əllərə verməyin vaxtı çatmışdır. Buna 
görə də xan deyir: «Qoy mənim qızım oğlan adı ilə taxt-taca  
yiyələnsin, sənin oğlunsa, onun vəziri olsun». 
Elə belə də edirlər… 30 gün, 30 gecə ölkədə gənc xa nın 
taxt-taca yiyələnməsi ilə bağlı  təmtəraqlı    məclis keçirilir.
Gənc xanla, gənc vəzir arasında dostluq günü-gündən 
möhkəmlənir. Birdən gənc vəzir bilir ki, onun xanı kişi yox, 
qadındır. Onların arasındakı dostluq sevgiyə çevrilir. Uzun-
uzadı düşündükdən sonra belə  qərara gəlirlər ki, ölkədən 
çıxıb getsinlər… Gülziba elə olur ki, ölkədən çıxıb getmək 
istəyəndə gecə dayandığı yerdə öz sevgilisinin atına yox, 
quldurların başçısının atının tərkinə oturur. Quldurların 
başçısı olan Ataman da Gülzibanı götürüb bütün var-dövlətlə 
öz quldur dostlarının yanına gedir. Onların arasında Gülziba-
nın kimin olması ilə bağlı mübahisə düşür. O, quldurlara kim 
onlardan at sürməkdə birinci olsa, elə onun da arvadı olacağını 
bildirir. Belə də edirlər, yarış başlayır. Yarış zamanı ələ imkan 
düşən kimi Gülziba quldurların  əlindən çıxır və yolda 
Meytin adlı sürü otaran  bir çobanla rastlaşır. Meytin – gözəl, 
qəddi-qamətli oğlan imiş. Gülziba çobanın, çoban Gülzibanın 
xoşuna gəlir. Belə olduqda çoban ona sevgisini bəyan edir. 
Qız ona razılıq verir. Onlar böyük bir şəhərə gəlir və orada 
kirayənişin olurlar. Gülzibanın Meytindən iki batır oğlu 
dünyaya gəlir. Aylar, illər keçir, onlar kasıblaşırlar. Gülziba 
təsək tikib satmağa məcbur olur və o, tikdiyi təsəklərin içində 
belə bir cümlə yazır: «Övladı olmayanlar, bu təsəyi alsa, onun 
övladı olacaqdır». Meytin onları bazarda qızıl sikkələrə satır. 
Bir dəfə övladı olmayan bir tacir təsəklərdən birini alır. Sonra 
o, ikinci təsəyi alır və  içində “kim bu təsəyi alsa, onun çoxlu 
var-dövləti olacaq” sözlərini oxuyur və buna görə də bu dəfə 
bu təsəyi  on sikkəyə alır. 
Beləliklə, Meytin bazarda üçüncü təsəyi on beş  qızıl 
sikkəyə satır.Bu dəfə tacir təsək tikənlə maraqlanır. Meytin 
tacirə  hər  şeyi danışır. Tacir onunla birlikdə onların evinə 
gəlib, burada gecələməli olur. Gecə yatmağa keçdikdə  
tacirin yuxusu gəlmir. Sandıqda xışıltı eşidir və tacir sandığı 
ehmalca götürüb öz evinə gedir. Gəlib sandığı açdıqda 
içindən Gülziba çıxır. Tacir Meytini öldürüb onun arvadını 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
180
181
ələ keçirmək istəyir. Buna görə də, o, öz tapıntısı haqqında 
xana məlumat verir. Gülzibanı xanın yanına gətirirlər. 
Gülzibanın gözəlliyi xanı  valeh edir, o, Meytini cəzalandırıb, 
Gülzibanı özünə arvad etmək istəyir. Buna görə də Meytinə 
elə çətin tapşırıqlar verir ki, onları yerinə yetirmək müşkülə 
çevrilsin. Xan Meytinə    pələng dişlərindən və simurq 
quşunun lələklərindən saray tikmək tapşırıqları verir. Meytin 
xanın tapşırığı  haqqında məsələni Gülzibaya çatdırır. O, isə 
onu sakitləşdirə rək, yaraqlayıb-yasaqlayıb yola salaraq, ona 
nə edəcəyini başa salır. Gülziba ona özü bildiyi tapşırıqları 
verir. İlk dəfə son dərəcə yorğun yoldan sonra Meytin yaşıl 
ağac bitmiş suyu dumduru göz yaşı kimi bir gölün kənarına 
gəlib çatır. Gülziba ona məsləhət etdiyi ağaca çıxıb gözləyir. 
Birdən gölün kənarına nərilti ilə bir pələngin gəldiyini görür. 
Pələng burada su içib yatmağa başlayır. Demə, pələngin arxa 
ayaqlarına iri tikan batıbmış və bundan çox əziyyət çəkirmiş. 
Meytin ağacdan düşüb tez onun ayağının altından tikanı 
çıxarıb, yenidən ağaca dırmaşır.  Oyandıqdan sonra pələng 
ayağında ağrı hiss etmir. Ağaca baxanda isə o Meytini görür 
və insan səsi ilə danışaraq ondan yerə düşməsini xahiş edir. 
Meytin pələngə xanın tapşırığı haqqında danışır. Pələng  
onu sakitləşdirərək, bütün pələngləri Meytinin yanına yığır 
ki, onların hər birindən iri bir diş çıxarıb Meytini belinə alıb 
şəhərə aparır. Xanın yanına gəlib Meytin tapşırığın yerinə 
yetirilməsini deyir. Xan isə saray əsabələri ilə  məsləhətləş-
dikdən sonra Meytinə başqa, daha bir  çətin tapşırıq verir ki, 
o, simurq quşunun lələyindən böyük bir saray tikməlidir. 
Meytin yenə də gəlib Gülziba ilə məsləhətləşib yola düşür. O, 
vadi ilə gedərkən böyük bir ağacın yanına çatır.  Orada quşlar 
şahının iki balası var imiş. Hər il bu quşlar şahının balalarını 
əjdaha yeyirmiş. Bu dəfə isə əjdaha quşun balalarını yemək 
istəyəndə Meytin onun başını qılıncı ilə iki yerə bölür. Quş 
qayıdıb gələndə Meytini ağacda görür. Əvvəl onun üstünə 
hücum çəkmək istəyir, sonra isə görür ki, o, onun balalarının 
sağ qalmasına kömək etmişdir. Beləliklə, o, Meytindən 
ehtiyacları haqqında soruşur. Meytin olanlar haqqında 
məlumat verir. Quşların  şahı tezliklə bütün quşları öz yanına 
çağırır və onlardan hər biri öz lələklərindən birini Meytinə 
verir. Beləliklə, o, saray tikir. Meytin sarayı tikdirib, xanın 
yanına qayıdır Xan tikilmiş sarayı gördükdən sonra Meytini 
ölümlə  cəzalandıracağını bildirir. Bütün vəzirlər bir yerə 
yığılıb xana Meytini öldürməyi təklif edirlər. Bunun üçün onlar 
Meytini xanın valideynlərinin yanına göndərmək istəyirlər. 
Guya Meytin onların orada necə yaşadıqlarını görməlidir. 
Böyük bir ocaq qalanır. Meytin yenə  də Gülzibanın yanına 
qayıdır. O, yenə  də Meytini sakitləşdirir. Sabah Meytin 
üçün tonqal qalanır. Meytin tonqalın tüstüsü nün arasında 
insanlardan gizlənərək qoltuğundan quşun lələyini çıxarıb 
yandırır. Həmin anda quşun özü hazır olur və onu götürüb 
tüstünün içində göyə, öz yuvasına qayıdır. Burada Meytin 
quşa  başına gələnlər haqqında danışır. Quşların şahı Meytinə 
meyvələr verir və onu başa salır ki, xana bu meyvələri onun 
valideynləri  göndərdiyini bildirsin.
Sabahı gün Meytin yenə də xanın və vəzirlərin gözlə mə-
diyi halda saraya qayıdır. Xan onun hardan gəldiyini soru  şur. 
Meytin o biri dünyadan, cənnətdən, onun valideyn lə rinin 
yanından gəldiyi və onların ona hədiyyə göndərdiyini de yir.
Birinci xan  özü, sonra vəzirlər meyvələrin dadına ba xır, 
meyvələri xırda-xırda dilimlərə bölür, onların hamısına cən-
nət meyvəsinin dadından xəbərdar olmasını təklif edir.
Meytin xana deyir ki, xanın valideynlərinin cənnətdə 
vəziy yətləri yaxşıdır. Xan cənnətlə maraqlanır. Meytin deyir 
ki, cənnətə düşmək üçün ən asan və qısa yol tonqaldan keçir. 
Xan, onun vəzirləri, yaxınları və qohumları tonqalın ətrafına 
yığışırlar. Meytin xanın əmri ilə tonqalı yandırır.


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə