Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
162
163
Qaraqalpaq teatr sənəti
ilbəil ümumxalq məhəbbəti
qazanmaqla formalaşırdı. Dram dərnəkləri böyük uğur əldə
edirdi. Kütləvi tamaşaçının estetik tələblərinin daha yüksək
şəkildə ödənilməsi məqsədi ilə Respublika ərazisində olan
dram dərnəklərini iri milli özfəaliyyət kollektivləri ətrafında
birləşdirmək qərara alındı. Beləliklə, ilk milli «Dan ulduzu»
(«Tanq nurı») adlanan teatr truppası yaradıldı. «Dan ulduzu»
məhz sonralar qaraqalpaq milli teatr sənətinin əsasını təşkil
etdi. Qaraqalpaqstan Milli Teatrı tanınmış teatr tarixçisi,
nəzəriyyəçisi və praktiki dahi rejissor K.S.Stanislavskinin adını
daşımağa başladı. Bu teatrın səhnəsində müxtəlif illərdə yerli,
özbək, rus, Azər baycan,qazax, türkmən dramaturqlarının,
eləcə də dünya və Avropa səhnə sənəti ustalarının pyesləri
böyük müvəffəqiy yətlə tamaşaya qoyulurdu.
Ədəbiyyat
1. Körpülü F. Edebiyat araştırmaları. Ankara, 1966.
Адамбаева Т. Музыкальная культура каракалпакского
народа дооктябрьского периода. Автореф.канд.дисс…Алма-
Ата, 1967.
Sümər F. Eski türklerde musiki ve oyun. Türk Dünyası Tarih
Dergisi, sayı 30, 1989.
Kitabi-Dədə Qorqud Ensiklopediyası. 2-ci c. Bakı, YNE, 2000.
2. Савицкий И.В. Резьба по дереву. Ташкент, 1965, с. 26-27.
3. Баяндиев Т. Каракалпакский государственный театр име-
ни. К.С.Стани славского. Очерк истории. Ташкент, ФАН, 1971, с.
11.
4. Айимбетов К. Каракалпак совет драматургиясынынг та-
ри хий нан очерклер. Нокис, «Каракалпак мемлекет баспасы»,
1963.
IX. QARAQALPAQ HAZIRCAVABLIĞI
VƏ QARAQALPAQ LƏTİFƏLƏRİ
Qaraqalpaq folklorunda özünəməxsus «juap», yəni
«cavab» - janrı mövcud dur ki, onlar bu janrda daha tez-
tez güclərini sınayırlar. Bu poetik yarış, söz dialoqu (sual
və cavab), cigitlər və qızlar arasında toyda, şənliklərdə ifa
olunur. Belə ifa zamanı dostlar bir-birilə söz atışması keçirir
və elə buradaca onların hazırcavablığı yoxlanılır. Qaraqalpaq-
ların həm də belə bir deyimi var: «Hədləri aşmasan, atanla da
zarafatlaşa bilərsən». Qaraqalpaq «juap»ları da belədir. Onlar
həddi aşmayan, yerində işlənən cavabları çox sevirlər.
Əksər hallarda belə yarışların qalibi qadınlar və qızlar
olurlar. Nümunələrdən birinə müraciət edək. Xivə xanı
ziyarətdən qayıdanda haqqında çox eşitdiyi ağıllı və
hazırcavab Kunqrat qızını görmək istəyir. Xanın öz başının
əsabəsi ilə yaxınlaşdığını görən qız tez öz köhnə yurtasına
daxil olaraq xana bərkdən deyir: “Ey, sən hətta xan olsan da
belə, bayırdakı həvəngdəstəni götürüb yurtaya daxil ol”. Xan
sözü eşitcək tez həvəngdəstəni götürüb yurtaya daxil olur.
Qız onu görüb qışqırır: «Ay xan, bağışlayın, bilmədim ki, bu,
sizsiniz. Məgər onu siz götürməlisiz,
həvəngdəstəni əvvəlki
yerinə qoyun». Xan dinməz-söyləməz həvəngdəstəni aparıb
əvvəlki yerinə qoyur. O, yalnız sonra başa düşür ki, qız onu
iki dəfə aldada bilmişdir.
«Juap» hazırcavablıq kimi bu günün özündə də qaraqal-
paqların gündəlik həyatında geniş yayılmışdır. Qara qalpaqlar
hazırcavabları «lakkı», yəni «lağlağıçı» adlan dırırlar. Xalq
arasında həm əfsanəvi, həm də real şəxsiyyət kimi hazırcavab
Omirbəy-lakkının adı və deyimləri daha geniş yayılmışdır.
Söhbət hazırcavab lıqdan düşmüşkən Omirbəy haqqında
danışmazdan əvvəl qeyd edək ki, digər xalqlarda da buna
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
164
165
bənzər hazırcavablıq
məlumdur ki, onlar da xalq arasında
çox sevilir, onlara böyük ehtiram göstərilirdi. Məsələn, ruslar
İvanuşka - kiçiyi, ağıldan dərini, ukraynalılar-Katiqoroşeki,
belaruslar – Nesterkanı, azərbaycanlılar, Anadolu türkləri,
özbəklər, türkmənlər, qaraçaylar, malkarlar, qaqauzlar-
Molla (Xoca) Nəsrəddini, Nəsr Xocanı, taciklər – Muşfiqini,
qazaxlar, qaraqalpaqlar – Aldar Kosanı və başqalarını belə
sayqı ilə yad edirlər. Əlbəttə,
elə bir xalq yoxdur ki, onun milli
gülüşünü, düşüncəsini özündə əks etdi
rən hazırcavabları
olmasın. Qaraqalpaqstanda xalqın belə əfsa nəvi qəhrəmanı
Ömirbəydir. Digər folklor həm yaşıd ların dan fərqli olaraq,
Ömirbəy tədqiqatçı və folklor topla yıcılarına 50-60 il bundan
əvvəl məlum olmuşdur. Ümu miy yətlə, qeyd etmək lazımdır
ki, əgər hazırcavablar bolqarlarda Qabrovodan, özbəklərdə
Kokanddan, azərbaycanlılarda Şəkidən və ya Ucarın Yuxarı
Şilyan kəndindən çıxmışlarsa,
qaraqalpaqlarda belə mərkəz
kimi Çimbay şəhəri tanınır. Ömirbəyin özü də Çimbaydandır.
O, XIX əsrin sonu XX əsrin əv vəl lərində yaşamış real simadır.
Son dövrlərə qədər ömür sür müş ağsaqqallar Ömürbəyi canlı
gördüklərini təs diqlə miş lər. Əlbəttə, Ömirbəyin qohumları
indiyə qədər yaşa maq da dırlar. Onunla bağlı müəyyən
sənədlər də mövcuddur. Lakin bununla belə Ömirbəyin
doğrudan da həyatda olması ilə bağlı bəzi şübhələr də
dolaşmaqdadır.
Yumorlu folklorda isə belələri ümumiyyətlə çoxdur.
Məsələn, Ömirbəylə məlum hal digər qəhrəmanlarla da olur.
Ömirbəy simasında xalq hazırcavabı qəhrəmanı təcəssüm
etdirilməklə, qaraqalpaqlarda olan ən maraqlı hazırcavablığı
Ömirbəyin adı ilə bağlayırlar.
Dünya folklorunun digər janrlarında olduğu kimi, xalq
hazırcavablığında da gəzərgi süjetlər mövcuddur. Məsələn,
eyni lətifəni biz Azərbaycanda Molla Nəsrəddinə və ya Bəhlul
Danəndəyə, Kareliyada Kumoxaya, Moldovada Tendaleyə
və Pekaleyə, Buryatiyada Budamşuya aid etmişik. Əlbəttə,
burada təəccüblü elə bir şey də yoxdur. Dövrümüzdə olduğu
kimi, həm də digər zaman kəsiklərində zarafat digər xalqların
da zəngin mədəni irsinə çevrilə bilir.
Bununla belə folklor
personajının özünəməxsus orijinal cəhəti və spesifikliyi həm
də xalqın milli xarakteri, həyat şəraiti ilə bağlı olur.
Müasir dövr söz sənətində folklor motivləri ilə zəngin
olan kitabların ortaya çıxmasına daha çox səy göstərilir. Buna
görə də tanınmış söz sərraflarının adına yazılan (məsələn,
Nəsrəddin, Nəvai (Mirəli adı ilə), Kəminə (XIX əsr türkmən
satirik şairi), Balakirevə (XVIII əsrdə yaşamış rus zarafatcısı)
aid lətifələr, Dağıstanda yazıçı Hizgil Avşalumovun
“Hazırcavab Simi Dərbəndi novellaları”, Daşkənddə Pəh-
lə van Keçəllə bağlı hekayətlər, Azərbaycan, gürcü, türkmən,
öz bək, latış, ukrayna, uyğur, alman,
amerikan, polyak, ərəb,
çex və digər xalqların yumoristik folklor örnəkləri daha tez-
tez işıq üzü görür.
Hələ sovet dövründə Ukrayna nəşriyyatları “Naukova
dum кa”, “Dnipro” və “Radyanski pismennik”də İ. Bere zevs-
ki, İ.Artemçuk və Q.Qriqoryev tərəfindən çox saylı lətifələr,
prit ça lar və zarafatlar məcmuələri işıq üzü görmüşdü. Bun-
dan başqa Kiyevdə keçmiş SSRİ-də ilk dəfə olaraq İlya Dolya-
Popov tərəfindən tərtib olunmuş bütün dövrlərin və xalqların
“Şən müdrik fikirlər kitabı” kimi fundamental məcmuə
ortaya çıxmış, bundan əvvəl “Ukrayna lətifələri antologiyası”
məcmuə ilə birlikdə yumor janrının zənginləşməsinə,
lətifənin nəzəri məsələlərinin işlənməsinə marağı artırmışdı.
Bu baxımdan Azərbaycanda da lətifələrə, hazır cavab lı-
ğa maraq daim böyük olmuşdur. Burada Molla Nəsrəddin
ləti fələri, (Azərbaycan və rus dilində),
Bəhlul Danəndə ləti-
fələri (Azərbaycan və rus dilində), Ayrım lətifələri, Abdal
Qasım lətifələri, Şəki lətifələri, Hacı dayı ilə bağlı lətifələr və
s. dəfələrlə oxuculara təqdim olunmuşdur. Azərbaycanda