Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
194
195
tərəfi qurulur və bununla da xalqı, insanı hamıdan yüksəkdə
görmək
kimi müsbət xüsusiyyətlər, ədalətlilik və xeyirxahlıq
göz önündə canlanır.
Qaraqalpaqların heyvanlar haqqında nağıllarında əksər
hallarda tülkü və eşşəyin hiyləgərliyindən danışılır. Mə sələn,
«Hiyləgər tülkü» nağılında Şirin, Tülkünün, Canavarın,
Çaqqalın və Dəvənin dostluğun dan söhbət gedir….
Nağılda deyilir:
Onlar yolda çox bərk acırlar. Tülkü Dəvəyə
müraciət edərək deyir: «Sən indi təksən. Əgər səni kəsib gələn ilə hər
birimiz sənə bir dənə dəvə gətirsək, onda dörd dənə olacaqdır». Dəvə
razılaşır, onu kəsirlər və dörd yerə bölürlər. Xəsis çaqqal dəvənin
budunun birini gizlin yerə çəkir və o qədər yeyir ki, axırda çatlayır.
Canavar Tülküyə deyir: «Əgər mən onun böyrəklərindən birini
yesəm, necə olar?». Canavar yeməyə başlayanda Şir bunu görür və
dalınca atılır. Canavarla Şir gözdən itir və bu an Tülkü həmin o
budu başqa bir yerə çəkib yaxşıca gizlədir.
Şir Qurdu tuta bilmir, geri qayıdıb görür ki, ət yoxdur. Tülküdən
soruşur:
- Dəvə necə oldu? Dəvə orda qaldı, çaqqal isə yeyib çartladı.
- Onda biz özümüzə yem axtarmalıyıq?
Bu dəmdə Tülkü dəvənin bağırsaqlarını qoltuğu altında gizlədib
yolda yeyə-yeyə gedirmiş. Birdən Şir onu görüb soruşur:
- Sən nə yeyirsən?
- Tülkü cavab verir – öz bağırsaqlarımı yeyirəm.
- Şir deyir ki, onda mənim də bağırsaqlarımı çıxar, mən də
yeyim.
- Siz güclüsünüz, ağrıyıb məni öldürərsiniz.
- Şir deyir – əgər sən məndən qorxursansa, onda əlimi, ayağımı
bağla.
Tülkü belə də edir. Onun əl-ayağını bərk-bərk iplə bağlayıb
sonra Şirin qarnını yırtır. Şir ölür. Onun ətini də Tülkü gizli yerə
aparıb saxlayır, orda yeməyə və kökəlməyə başlayır.
Bir dəfə Tülkü gəzməyə çıxır. Fikirləşir ki, o daha qüvvətli və
gözəldir. Elə bu anda görür ki, it yolla gedir və it onun dalınca
düşür. Tülkü Allaha yalvarır: «Ey böyük Allah, səndən təvəqqe
edirəm ki, məni bu itdən qoruyasan, məni xilas etsən, bir batman
darı verərəm».
Tülkü xilas olur. O Allaha inandığından qorxur ki, Allah
məndən bunu, yəqin ki, tələb edəcək.
Tülkü fikirləşir:
- Əgər Allah doğrudan da varsa və o məndən borcu soruşsa
deyəcəyəm: Mən bu darını haradan götürüm? Yoxumdur, mən nə
onu becərir, nə də yemirəm. Bununla belə vəd olunanı gözləmək
gərəkdir, - deyir.
Yaxud digər «Eşşək və öküzlər» nağılına diqqət yetirək.
Nağılda eşşəyin həm gicliyi, həm də bicliyi haqqında danışılır.
Kəndlinin iki öküzü və bir eşşəyi varmış. Öküzlərlə o, yer
şumla yır digər ağır işlər də görürmüş. Eşşəksə daim evin kənarında
gəzirmiş.
Eşşəyin öküzlərə yazığı gəlir. Bir dəfə onlara deyir:
- Əgər yeminizdən imtina edib yeməsiniz, onda xəstələ nərsiz.
Xəstə öküzlərlərəsə yiyəniz yer şumlatdırmayacaqdır.
Öküzlər eşşəyə qulaq asır, nə yem yeyir, nə də bir iş görür,
beləliklə, zəifləyib əldən düşürlər.
Kəndli belə olduqda öküzlərin yerinə işsiz-gücsüz eşşəyi xışa
qoşur və yeri şumlamağa başlayır. Bir dəfə həddən artıq bərk yer
şumlayanda yorulur.
Axşam qayıdanda eşşək öz gicliyi haqqında düşünür və gəlib
öküzlərə deyir:
Siz tez dirilin. «Əgər ayağa qalxmasanız, sahibiniz sizi kəsib
ətliyə verəcək”. Öküzlər bundan qorxur və tezliklə yem yeyib
dirçəlməyə başlayırlar. Bununla da kəndli onları xışa qoşduqdan
sonra eşşəyi işləməkdən azad edir…».
Beləliklə, bu nağıllarda biz tülkü və eşşəyin şir və öküzü
ələ saldıqlarının şahidi oluruq. Dəvənin, canavarın, öküzün
nağıllardakı belə xüsusiyyətlərinin
fenomenal başdanxarab-
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
196
197
lığı hər şeydən öncə onların özlərini gözdən salır. Belə
təsvirlərdə nəinki dəvənin, canavarın, öküzün hərəkət və
davranışı, həm də insan tipinin real xüsusiyyətləri və bu
tiplərə münasibət öz əksini tapır. Qaraqalpaq nağıllarında
dovşan və siçan adətən zəiflər rolunu oynayır. Onlar həm də
tez küsəyəndirlər. Bu tipli nağıllar üçün sosial mahiyyət daha
mühümdür. Ev heyvanları və quşlarından müsbət qəhrəman
kimi iti, pişiyi və xoruzu göstərmək olar. Pişik dostluğa
olduqca sadiqdir, xoruz isə bütün incidilənlərə kömək olmağa
hazırdır. Bununla belə bu nağıl personajlarının
müsbət cəhəti
də son dərəcə şərtidir. Bu tiplu nağıllara “Bildirçin və tülkü”,
“Xe yirxah qoca və oğru sağsağan” və s. nümunə göstərə bilə rik.
Heyvanlar haqqında olan qaraqalpaq nağılları özündə
heyvan və insan xarakterini uğurlu şəkildə birləşdirməklə
obrazlar yaradır. Və, təbiidir ki, onlarda həm də insan
psixologiyası üçün xarakterik olan xeyli şeylər ortaya
qoyulur. Heyvanların nağıllarda obrazının özünəməxsusluğu
ondadır ki, burada əksini tapmış insan xüsusiyyətləri heyvan
xüsusiyyətlərini sıxışdırıb aradan çıxarmır. Bi tipli nağıllarda
kinayə, eyham nə qədər inkişaf etmiş olsa da, orada həm də
kinayə görmək mümkün olmur.
Heyvanlar haqqında olan qaraqalpaq nağıllarının
əksəriyyəti uşaqlara ünvanlanmışdır. Onlar əksər hallarda
idraki və didaktik xarakter daşıyır.
Onlar üçün yumor
xarakterik olmaqla yanaşı, həm də sadəlik və müxtəsərlik
xasdır. Heyvanlar haqqında nağılların strukturu kifayət qədər
sadədir. Burada süjet quruluşu kompozisiyanın əsası kimi
xidmət edir. Hadisələrin gedişindən asılı olaraq hadisələrin
özü və bütün təhkiyə materialı bölüşdürülür.
Heyvanlar haqqında nağıllar üçün dialogizm digər
nağıllarda olduğundan daha çox inkişaf etmişdir: dialogizm
hərəkəti inkişaf etdirir, situasiyanı açır, personajların
vəziyyətini göstərir.
Qaraqalpaqların heyvanlar haqqında nağılları üçün sadə
süjet kompozisiyası xarakterikdir. Bu tipli nağıllarda həm də
təhkiyənin bağlıca epizodunun təkrarlanması ilə qarşılaşmaq
mümkündür. Bu, nağılda yer almış başlıca fikri daha aydın
edir: situasiyaların uyğunluğu və nəticələrdəki ziddiyyətlər
daha çox nəzərə çarpır. Bəzi qaraqalpaq heyvanlar haqqında
nağıllarda biz hadisə və hərəkətlərin
daha da gərginləməsi və
mürəkkəbləşməsi ilə müşayiət olunduğunu görürük. Onun
bə dii mahiyyət və mənası hər bir konkret hallarda ayrıca qeyd
olunur. Bununla belə burada başqa bir dəyişməz məqam
da var: təkrarlar nağılın uşaq tərəfindən asan mə nimsənil-
məsinə, başa düşülməsinə və yadda qalmasına kömək edir.
Əksər qaraqalpaq heyvanlar haqqında nağıllarda rit-
mik təhkiyəyə qaçıl mır, əksinə zəngin obrazlılığa meyl
hiss olunur, adi gizli xalq danışıq dilindən istifadə olunur
ki, bu da hər bir nağılın deyim qatını təşkil edir. Heyvanlar
haqqında nağıl personajlarının dili müxtəlif təbəqələrin və
müxtəlif fərdi simaların məişət nitqini yaradır. Bu nağıllarda
nitq replikaları kifayət qədər həyatidir.
Qaraqalpaqların heyvanlar haqqında nağıllarına müsbət
və mənfilərin bir-birindən ciddi şəkildə fərqləndiril məsi
xasdır. Heç vaxt hər hansı bir personajın hansı – mənfiyə,
ya xud müsbətə ail olması şübhəsi ortaya çıxmır. Bu heç
də materialın primitiv şəkildə yox, uşaq tərəfindən qəhrə-
manların davranış və hərəkətlərinin əks
edilməsi ilə ortada
durur. Qaraqalpaq heyvanlar haqqında nağıllar üçün aydın
obrazlılıq xarakterikdir. Qaraqalpaq heyvanlar haqqında
nağıllarda heyvanların başlıca davranış qaydaları dürüst
əksini tapır.
Nağıllarda heyvanların bioloji davranışı, onların
“xarakteri”nin, “xasiyyəti”nin mühüm xüsusiyyətləri səlis
epitet və ayama ilə müəyyənləşir. Qaraqalpaq heyvanlar
haqqında nağıllarda təhkiyə, adətən, yumorla canlandırılır