Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə51/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
202
203
yətə gəlmiş  gənc xandan xeyir görmək istəyirsənmi?” Duxtar 
Kosa “hə” cavabını verir. Bu dəfə də Aldar Duxtarı rahatca və 
asan ca  aldadır. Sonralar bu, dəfələrlə təkrarlanır. Bu nağılda 
Al dar  Kosanın  ən tanınmış yalançıları    və  hətta xanı aldat-
dığından danışılır. 
Digər “Aldar Kosanın hiyləgərliyi” nağılında Alda-
rın Sədirbəy xanı, çobanı,  şahzadəni aldatmasından, hətta 
xanın  ona neçə min qızıl sikkə verməsindən söhbət gedir.. 
Hər bir konkret halda Aldar Kosanın hamını aldatmasından 
danışılır.  İnsanların hansı yerdə olmasından asılı olmayaraq 
onları tapıb  ələ saldığı, aldatdığı görünür.
Aldar adının  özündə “aldadan”, gülünc vəziyyətə qo yan, 
hiyləgər, bic sözləri ilə yanaşı, həm də gülüş, zəngin yu mor 
olduğu ortada dayanır. Aldar adı qaraqalpaqlarda və qa-
zaxlarda həm də gülüş sinonimi kimi ortada dayanır. Ma raq-
lıdır ki, Aldar Kosanın nə doğulması, nə də ölümü ilə bağlı 
na ğıl yoxdur. Bununla da qaraqalpaqlar Aldar Kosa ob r azı n-
da yumor və gülüşün ölməzliyini təcəssüm etdirmişlər.
Qaraqalpaqların  digər sosial-məişət nağılları da maraqlı 
və özünəməx susdur.  Onların sırasında “Dörd Abdulla”, 
“Ağıllı çoban”, “Kasıb və oğru”, “Bəyi və xanı aldatmış çoban” 
və başqalarının adlarını  çəkmək olar. Məsə lən, “Kasıb və 
oğru” adlı müxtəsər nağılda biz aşağıdakılarla tanış oluruq: 
Bir kasıbın evinə oğru girir. Hələ yuxuya  getməmiş  ev sahibi 
oğrunun otağı ələk-vələk etdiyini görür. Oğru belə qənaətə 
gəlir ki, orada heç nə tapa bilməyəcək. Belə düşünə-düşünə 
dayanıb durarkən kasıb ona deyir ki, əgər nə isə tapa bilsən 
götürüb gedərsən. Oğru utanır və tez qapıdan  çıxıb getmək 
istəyir. Kasıb isə ardınca deyir. “Qapını bağlamağı yaddan 
çıxartma”. Oğru ev sahibinə acıq lı-acıqlı: “Mən sənin nökərin 
deyiləm! Oğurluğa gəlmişdim, qapı örtməyə yox”
8
 – deyir. 
Həm bu, həm də digər sosial-məişət nağıllarında qaraqalpaq 
xalqının həyatı yetərincə relyefli təqdim olunmuşdur. 
Qaraqalpaq sosial- məişət nağıl ların da biz digər nağıllarda 
olduğu kimi dəhşətli hallar 
la rastlaş mırıq. Onlar şənliyi 
və hazırcavablığı ilə yanaşı, həm də  nəsihətamizliyi və 
ibrətamizliyi ilə yaddaşlara çökür.
Göründüyü kimi, qaraqalpaq  sosial-məişət nağılla rında 
komik effekt priyomları son dərəcə rəngarəngdir. Bu nağıllar 
qavrayışın ardıcıllığına hesablanmışdır. Burada digər  
nağıllarda olduğu kimi əlavə və paralel davam edən epizod-
lar yer almır. Adətən bu tipli nağıllarda konflikt məhdud say-
da iştirak edən personajlar arasında olur. Onlardan yuxarıda 
bir neçəsinin adlarını çəkdik.
Qaraqalpaq nağıllarının  ən mühüm növlərini nəzər dən 
keçirməklə belə bir nəticəyə gələ bilərik ki, onların əksəriy-
yəti reallığa açıq münasibət ifadə edir. Özünü ənənvi  əks 
etdirən xəyali düşüncə obrazlı-süjet və  təhkiyə - üslub for-
mal arı qaraqalpaq nağıllarını xüsusi poetik janr səviyyəsinə 
qal dır mışdır. Hadisələrin qeyri-adiliyinə baxmayaraq nağılın 
əsasın da adi ideyalar dayanmışdır. Daha düzgün ifadə etmiş 
olsaq, qaraqalpaq nağıllarının janrının başlıca xüsusiyyəti  
onun xəyala istiqamətlənməsi yox, həyat həqiqətlərini 
açmağa istiqa 
mətlənən  şərti-poetik xəyal, xülyadır. Bu 
xalqın geniş dün yabaxış, məişət anlayış    və  təsəvvürləri ilə 
bağlı olub onun qə dim  və daha sonrakı tarixi mərhələlərdəki 
düşüncələrini  əks etdirməkdədir.
Qaraqalpaq nağılları xalqın bədii epik təhkiyə düşün cə-
sini nəsr  şəklində romantik, hiperbolizə olunmuş  və sati rik 
məzmunda qoruyub kollektiv şəkildə dövrümüzə çat 
dır-
dı ğı örnəklərdir. Müxtəlif  həqiqətlərlə uzlaşmayan ger çək-
li yin  təsvirini tələb etməklə  və eyni zamanda  xülyaya can 
at maq la,  onun  ənənvi formaları qaraqalpaq  xalqının bütün 
ukladı ilə sıx əlaqədə olmaqla əsrlər boyu yaranmışdır. Əksər 
qaraqalpaq nağıllarında ideyanın açılması üçün fantastikaya 
müraciət olunmanı görmək mümkündür.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
204
205
Biz qarqalpaq nağıllarında daha tez-tez üç, yeddi, otuz, 
qırx rəqəmlərindən istifadə edildiyini görə bilirik. Bu rə-
qəmlərdən hər biri əksər sehrli nağılların baslıca ideyasının 
açılmasına kömək edir.
Təhlil etdiyimiz nağıl növlərindən hər biri – sehrli, hey-
vanlar haqqında nağıllar, sosial-məişət nağılları öz mövzu, 
sü jet, üslub və obrazları ilə seçilməklə qaraqalpaq xalqının 
zən gin folklor təfəkkürünü  əks etdirməkdədir.
 Qaraqalpaq nağıllarının xalqın tarixi inkişafının, onun 
həya tının müxtəlif sahələrini əks etdirdiyini və qədim mən-
şə yə malik olduğunu tədqiqatçılar dəfələrlə qeyd etmişlər. 
Qara qalpaq  nağılları  əsasən heyvanlar haqqında nağıllar, 
məi şət və sehrli - novellistik nağıllara, onlar da öz növbəsində 
bir ne çə yarımqrupa bölünür. Bu nağıllar haqqında N.Dav-
ka ra ye vin  «Qaraqalpaq  ədəbiyyatının inqilabaqədərki tarixi 
oçer ki»
9
 kitabında və D.Mambetnazarovun «Qaraqalpaq xalq 
na ğıl la rı»
10
 dissertasiyasında  ətraflı söhbət açılır.
Ədəbiyyat
1.  Горький  М.  Доклад  на I Всесоюзном  съезде  советских 
писателей//Русская  фольклористика.  М., 1965, с. 247-248.
2.  Тайлор  Э.Б.  Первобытная  культура.  Пер.  с  анг. 
Д.А.Корончевского.  М., «Политиздат», 1989. 573 с. 
3. Маркс К. К критике политической экономии. Введение. 
М., 1948, с. 225.
4.  Каракалпакские  народные  сказки.  Нукус, «Госиздат», 
1959, 198 с.
5. Qaraqalpaq xalq nağılları. Çevirəni Nizami Tağısoy. Bakı, 
“Mütərcim”, 2006, 212 s.
6. Сатпаева Ш.К. Адибаев Х.А. Казахская литература. Алма-
Ата, «Жа зушы», 1995, с.25. 
7. Qaraqalpaq xalq nağılları, s. 92-99; 142-144. 
8. Qarqalpaq xalq nağılları, s. 199. 
9.Давкараев  Н.  Очерки  по  истории  дореволюционной  
каракалпакской  литератруы.  Ташкент, 1959.
10.  Мамбетназаров  К.  Каракалпакские  народные  сказки. 
Авто реф.  канд.дисс.Нукус, 1967.


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə