Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
214
215
Наз яйлейyб сушик тилли ол сəнем ,
Мəнə бир истaнат такты да кетди.
6
Nümunədən
görünür ki, Hacıniyaz XVIII-XIX əsrlər də
Xarəzmdə mövcud olan qissə kitablarının dil nor maları n dan
yetərincə xəbərdar olmuş, həmin dövrdəki poeziyanın müm-
kün imkanlarından yaradıcılıqla bəhrələnmişdir.
XIX əsr qaraqalpaq poeziyasında nəsihət-didaktik xarak-
terli və məzmunlu nümunələrə də daha çox yer verilirdi.
Qaraqalpaq şairləri xalq didaktik poezi yasının Əhməd Yasəvi,
Yusif Balasağunlu, Məhəmməd Füzuli və Məhdim qu ludan
gələn yolu uğurla davam etdirirdilər. Bu dövrdə qaraqalpaq
şairləri nəsihət janrında qələmə aldıqları nümunələrdə
zamanın
tələblərinə uyğun olaraq, ruhi halı, emosional
vəziyyəti, cəmiyyətin ehtiyac və qayğılarını, onun arzu-
istəyini, elmə-biliyə canatmanı, ədəb-ərkan, təlim-tərbiyə ilə
bağlı fikirlər irəli sürür, xalqı nəsihətləndirmək yolunda xeyli
işlər görürdülər. Bu dövrdə ortaya çıxmış Günxocanın «Hеге
керек», «Керек маган», «Жетимнин хакын жеп койма»,
«Бара алмас»; Berdağın «Халык ушын», «Жаксырак»,
«Ким айтар», «Кашан рəxəтланадурсан», «Билгeйсиз»,
«Надан болма», «Балам», «Екен»; Atəş şairin «Дəркар»,
«Карыз алма» kimi qoşmaları didaktik lirikanın
önəmli
nümunələrindəndir. Bu əsərlərdə nəinki kiçiklərin, həm də
böyüklərin cəmiyyətdə yeri, ruhi hissləri, cəmiyyətə verə
biləcəkləri töhfələr mühüm yer tutur və s.
Hacıniyazın bu mövzuda qələmə aldıqları xüsusilə
didak tik mahiyyəti ilə seçilir. Onların sırasında «Həcийхат»,
«Болyр мы», “Xəр жерлерде дилгир мyтəж болсаныз”,
«Хəр ким хатам болур паний дуньяда», «Керек»,
«Жигитлер», «Болмас», «Хер кимсанин яры болса»,
«Бəрше бирдей болган емес», «Керекти», «Аржагында
болмаганша» və başqa bu kimi şeirlər səciyyəvidir.
Günxocanın, Hacıniyazın, Berdağın,
Atəşin didaktik
fikirləri heç də onların subyektiv xəyallarını yox, həm də
onların və xalqın sosial istiqamətdəki duyğu və fikirlərini əks
etdirirdi. Qaraqalpaq şairləri didaktik fikirlərini əsas etibarı ilə
yaşadıqları mühitin, cəmiyyətin xüsusiyyətlərinə, özlərinin
və başqalarının düşüncəsinə söykənərək ortaya qoyurdular.
7
Berdağın və Hacıniyazın didaktik şeirləri konkret sosial-
ictimai hal və vəziyyəti əks etdirir, xalqın
yaşam tərzinin
ifadəçisi rolunu oynayırdı. Yeri gəlmişkən qeyd edək ki, bu
qaraqalpaq tolqaularında da yer alırdı. Xalq termelərində
(nəğmələrində) padşahın, bəyin, xanın xalqı aldatması, onu
talaması daim geniş əks olunurdu:
Шешенликтен пайда жок, Кöп халыктан пайда жок,
Айтар сoзи болмаса,
Ишинде беги болмаса,
Патшалыктан пайда жок,
Батырлыктан пайда жок,
Əдил кoзи болмаса.
Душпанга кеги болмаса.
8
Bu tipli bənd ölçüsü xalq termeləri (nəğmələri) üçün
xarakterik olmasına
baxmayaraq, onlar Hacıniyaz və
Berdağın şeirlərinin məzmun və ölçülərində öz davamlı
əksini tapırdı. Bununla belə bu şairlərin yaradıcılığında belə
nəğmələr həm də dörd sətirli bəndlərdə a –a –a –b tərzində
qoşma formasında ortaya çıxırdı.
Berdağın nəsihət xarakterli qoşmalarında hər bir fər-
din, ailənin və cəmiyyətin hüquqları, düşüncə tərzi, müsəl-
man yürisprudensiyası təxminən peyğəmbər nəsihətləri və
hədislərinə uyğun şəkildə sıralanırdı:
Акыл адам сöзлер ертпес изине,
Шöп салмас ярынын хəргиз кöзине,
Бакмас нəмəхрəмнин хасла жyзине,
Солар хызмет етер бəрхə халык ушын.
9
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
216
217
Yaxud:
Гайры бирулерди етин курдасын,
Журме агызып дилбарыннын кöз жасын,
Жаман болсада ол омирлик жолдасын,
Yакытша кол берген хyрден жаксырак (s.83)
Sevənlərin bir-birinə sadiqliyi, halallığı,
hörmət-izzəti
Berdağın nəsihət səpkili şeirlərində necə əks olunduğu da
maraqlıdır:
Öзиннен кеске жyз салма,
Нəмəхрəмлерге кöз салма,
Киси ярына сöз салма,
Öз ярыннан каладурсан. (s.87)
Hacıniyazın da ədəb, tərbiyə, nəsihət səpkili şeirlərində
təxminən eyni fikirlər yer alır:
Кисинин ярына кyлип бакканнан
Шыбын жанын ишкы отына жакканнан,
Öз бойына тyрме насак такканнан,
Öз ярыннын тəрбиясын бер жаксы.
10
XIX əsrdə yaşayıb-yaratmış qaraqalpaq şairlərinin şeirlə-
rin dəki didaktik fikir və ideyalar nəinki həmin dövr, həm də
bizim zamanlarda öz əhəmiyyətini itirməmişdir. Bu, Berdağın
aşağıda əsərlərindən nümunə gətirəcəyimiz parçasından da
yaxşı görünür:
Жаман жолдас кайдасына илдирер,
Жаксы жолдас адамгершилик билдирер,
Жаксы адам сöз мəнисин анлайды,
Жаман адам насык сöзди тынлайды,
Жаксы адам жагар шийрин жанына,
Жаман адам бояр кызыл канына.
11
Berdağ yaxşı ilə yamanın xarakterik keyfiyyətləri üzərin-
də dayanmaqla onları göz qarşısında
vizual şəkildə canlan-
dırır, onların hər ikisinin simasını adekvat yaradaraq bizlə-
rə təqdim edə bilir. Berdağ didaktikasında «yaman olm a,
yaxşı ol» deyimi həm də şairin bədii-estetik düşüncəsinin,
dini-fəlsəfi yanaşma tərzinin dərki kimi səciyyələnir. Belə
keyfiyyət sənətkarın «Халык ушын», «Жаксырак», «Кашан
рəхəтланадурсан», «Кит аутар» və s. kimi didaktik şeirlərin-
də də geniş yer almışdır.
1. Jien Jıraunın yaradıcılığı
XVIII əsr qaraqalpaq ədəbiyyatının banisi şair-dastançı
Jien Jırau Taqay ulıdır (1730-1784). Onun məşhur «Basılmış
el» poemasında qaraqalpaq xalqının tarixi salnaməsi əks
olunmuşdur. Bu əsərdə müəllif real tarixi hadisələri təsvir
etməklə ac qalmış xalqın Türkmənistan ərazisindən (Sırdərya
sahillə rindən) Xarəzm istiqamə tinə (Amudəryanın aşağı tərə-
finə) üz tutduğunu göstərmişdir.
Jienin özü bu hadisələrin şa-
hi di olmaqla, o, xalqın müharibələrdə, yürüşlərdə zəfərlərdə
çətin vəziyyətini görmüş və hökmdarların, qazilərin, işanların
ədalətsizliyinin şahidi olmuşdur. Bütün bunlar poema
da
xalqın taleyinin son dərəcə acı və kədərli səhifəsidir.
İndi isə biz Jien Jıraunun fərdi yaradıcılığının bu və ya digər
tə rəflə rini işıqlandırmağa çalışaq. Bununla bağlı qaraqalpaq
söz sənəti nin bir sıra xüsusiy yətləri haqqında fikir
söyləməyə
ehtiyac vardır. Qaraqalpaq söz sənəti qədim tarixə malikdir.
Folklor epik dastanlar kimi xalq arasında nəsildən-nəslə
keçərək yayılmışdı. Qaraqalpaq musiqi sənətinin daşıyıcıları
jıraular (dastançılar), baksılar, kosıkçılar (xalq nəğmələrinin
ifaçıları), xalq bəstəkarları, sazəndələr və s. olmuşdur.
Qaraqalpaqların başlıca musiqi alətləri (qopuz-qəh-
rəman lıq dastanlarının ifası zamanı jırauları müşayiət edirdi),