Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə54/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
214
215
Наз яйлейyб сушик тилли ол сəнем ,
Мəнə бир истaнат такты да кетди.
6
 Nümunədən görünür  ki, Hacıniyaz XVIII-XIX əsrlər də 
Xarəzmdə mövcud olan qissə kitablarının dil nor maları n dan 
yetərincə xəbərdar olmuş, həmin dövrdəki poeziyanın  müm-
kün imkanlarından yaradıcılıqla bəhrələnmişdir.
XIX əsr qaraqalpaq poeziyasında nəsihət-didaktik xarak-
terli və  məzmunlu nümunələrə  də daha çox yer verilirdi. 
Qaraqalpaq şairləri xalq didaktik poezi yasının Əhməd Yasəvi, 
Yusif Balasağunlu, Məhəmməd Füzuli və  Məhdim qu ludan 
gələn yolu uğurla davam etdirirdilər. Bu dövrdə qaraqalpaq 
şairləri  nəsihət  janrında qələmə aldıqları nümunələrdə  
zamanın tələblərinə uyğun olaraq, ruhi  halı, emosional 
vəziyyəti, cəmiyyətin  ehtiyac  və qayğılarını, onun arzu-
istəyini, elmə-biliyə  canatmanı, ədəb-ərkan, təlim-tərbiyə ilə 
bağlı fikirlər  irəli sürür, xalqı  nəsihətləndirmək yolunda xeyli 
işlər  görürdülər. Bu dövrdə ortaya çıxmış Günxocanın «Hеге 
керек», «Керек  маган», «Жетимнин  хакын  жеп  койма», 
«Бара  алмас»; Berdağın «Халык  ушын», «Жаксырак», 
«Ким  айтар», «Кашан  рəxəтланадурсан», «Билгeйсиз», 
«Надан  болма», «Балам», «Екен»; Atəş  şairin «Дəркар», 
«Карыз  алма» kimi qoşmaları didaktik lirikanın önəmli 
nümunələrindəndir. Bu əsərlərdə  nəinki kiçiklərin, həm də 
böyüklərin cəmiyyətdə yeri, ruhi hissləri, cəmiyyətə verə  
biləcəkləri töhfələr mühüm yer tutur və s.
Hacıniyazın bu mövzuda qələmə aldıqları xüsusilə 
didak tik  mahiyyəti ilə seçilir. Onların sırasında «Həcийхат», 
«Болyр мы»,  “Xəр  жерлерде  дилгир  мyтəж  болсаныз”, 
«Хəр  ким  хатам  болур  паний  дуньяда», «Керек», 
«Жигитлер», «Болмас», «Хер  кимсанин  яры  болса», 
«Бəрше  бирдей  болган  емес», «Керекти», «Аржагында 
болмаганша» və başqa bu kimi şeirlər səciyyəvidir. 
Günxocanın, Hacıniyazın, Berdağın, Atəşin  didaktik 
fikirləri heç də onların subyektiv xəyallarını yox, həm də  
onların və xalqın sosial istiqamətdəki duyğu və fikirlərini əks 
etdirirdi. Qaraqalpaq şairləri didaktik fikirlərini əsas etibarı ilə  
yaşadıqları mühitin, cəmiyyətin xüsusiyyətlərinə, özlərinin 
və başqalarının düşüncəsinə söykənərək ortaya qoyurdular.
7
Berdağın və Hacıniyazın didaktik şeirləri konkret sosial-
ictimai hal və  vəziyyəti  əks etdirir,  xalqın yaşam tərzinin 
ifadəçisi rolunu oynayırdı.  Yeri gəlmişkən qeyd edək ki, bu 
qaraqalpaq tolqaularında  da yer alırdı. Xalq termelərində 
(nəğmələrində) padşahın, bəyin, xanın xalqı aldatması, onu 
talaması daim geniş  əks olunurdu:
   
      Шешенликтен  пайда жок,              Кöп халыктан пайда жок,
      Айтар сoзи болмаса,  
 
Ишинде беги болмаса,
      Патшалыктан пайда жок,   
Батырлыктан пайда жок,
      Əдил кoзи болмаса.  
 
Душпанга кеги болмаса.
8
Bu tipli bənd ölçüsü xalq termeləri (nəğmələri) üçün 
 
xarakterik olmasına baxmayaraq, onlar Hacıniyaz və 
Berdağın  şeirlərinin məzmun və ölçülərində öz davamlı 
əksini tapırdı. Bununla belə bu şairlərin yaradıcılığında belə 
nəğmələr həm də dörd sətirli bəndlərdə a –a –a –b tərzində 
qoşma formasında ortaya çıxırdı.
Berdağın nəsihət xarakterli  qoşmalarında hər bir fər-
din, ailənin və cəmiyyətin hüquqları, düşüncə tərzi, müsəl-
man yürisprudensiyası  təxminən peyğəmbər nəsihətləri və 
hədislərinə uyğun  şəkildə  sıralanırdı:
Акыл адам сöзлер ертпес изине,
Шöп салмас ярынын хəргиз кöзине,
Бакмас нəмəхрəмнин хасла жyзине,
Солар хызмет етер бəрхə халык ушын.
9


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
216
217
Yaxud:
Гайры бирулерди етин курдасын,
Журме агызып дилбарыннын кöз жасын,
Жаман болсада ол омирлик жолдасын,
Yакытша кол берген хyрден жаксырак (s.83)
Sevənlərin bir-birinə sadiqliyi, halallığı, hörmət-izzəti 
Berdağın nəsihət səpkili  şeirlərində necə  əks olunduğu da 
maraqlıdır:
Öзиннен кеске жyз салма,
Нəмəхрəмлерге кöз салма,
Киси ярына сöз салма,
Öз ярыннан каладурсан. (s.87)
Hacıniyazın da ədəb, tərbiyə, nəsihət səpkili  şeirlərində 
təxminən eyni fikirlər yer alır:
Кисинин ярына кyлип бакканнан
Шыбын жанын ишкы отына жакканнан,
Öз бойына тyрме насак такканнан,
Öз ярыннын тəрбиясын бер жаксы.
10
XIX əsrdə yaşayıb-yaratmış qaraqalpaq şairlərinin şeirlə-
rin dəki didaktik fikir və ideyalar nəinki həmin dövr, həm də 
bizim zamanlarda öz əhəmiyyətini itirməmişdir. Bu, Berdağın 
aşağıda əsərlərindən nümunə gətirəcəyimiz parçasından da 
yaxşı görünür:
Жаман жолдас кайдасына илдирер,
Жаксы жолдас адамгершилик билдирер,
Жаксы адам сöз мəнисин анлайды,
Жаман адам насык сöзди тынлайды,
Жаксы адам жагар шийрин жанына,
Жаман адам бояр кызыл канына.
11
Berdağ yaxşı ilə yamanın xarakterik keyfiyyətləri üzərin-
də dayanmaqla onları göz qarşısında vizual şəkildə canlan-
dırır, onların hər ikisinin simasını adekvat yaradaraq bizlə-
rə    təqdim edə bilir. Berdağ didaktikasında «yaman olm a, 
yaxşı ol» deyimi həm də  şairin bədii-estetik düşüncəsinin, 
dini-fəlsəfi yanaşma tərzinin dərki kimi səciyyələnir. Belə 
keyfiyyət sənətkarın «Халык ушын», «Жаксырак», «Кашан 
рəхəтланадурсан», «Кит аутар» və s. kimi didaktik şeirlərin-
də də geniş yer almışdır.
1. Jien Jıraunın yaradıcılığı
XVIII  əsr qaraqalpaq ədəbiyyatının banisi şair-dastançı 
Jien Jırau Taqay ulıdır  (1730-1784). Onun məşhur «Basılmış 
el» poemasında qaraqalpaq xalqının tarixi salnaməsi  əks 
olunmuşdur. Bu əsərdə müəllif real tarixi hadisələri təsvir 
etməklə ac qalmış xalqın Türkmənistan ərazisindən (Sırdərya 
sahillə rindən) Xarəzm istiqamə tinə (Amudəryanın aşağı tərə-
finə) üz tutduğunu göstərmişdir. Jienin özü bu hadisələrin şa-
hi di olmaqla, o, xalqın müharibələrdə, yürüşlərdə zəfərlərdə 
çətin vəziyyətini görmüş və hökmdarların, qazilərin, işanların  
ədalətsizliyinin  şahidi olmuşdur. Bütün bunlar poema 
da 
 
xalqın taleyinin  son dərəcə acı və kədərli səhifəsidir.
İndi isə biz Jien Jıraunun fərdi yaradıcılığının  bu və ya digər 
tə rəflə rini  işıqlandırmağa çalışaq. Bununla bağlı qaraqalpaq  
söz sənəti nin bir sıra xüsusiy yətləri haqqında fikir söyləməyə 
ehtiyac vardır. Qaraqalpaq söz sənəti qədim tarixə malikdir. 
Folklor epik dastanlar kimi xalq arasında nəsildən-nəslə 
keçərək yayılmışdı. Qaraqalpaq musiqi sənətinin daşıyıcıları 
jıraular (dastançılar), baksılar, kosıkçılar (xalq nəğmələrinin 
ifaçıları), xalq bəstəkarları, sazəndələr  və s. olmuşdur.
Qaraqalpaqların başlıca musiqi alətləri (qopuz-qəh-
rəman lıq dastanlarının ifası zamanı jırauları müşayiət edirdi), 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə