Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə53/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
210
211
koll ektiv  yaradıcılıqdan fərdiyə hərəkət başladı. XVIII əsrdə 
qara qalpaq  tolğaularında fərdi törəmə lirikanın xüsusiy-
yətlərinin ortaya çıxmasına səbəb oldu. 
Onu da qeyd edək ki, Jien Jırau tolğaularında tək-
müəlliflik mövqeyi güclənirdi. Bu nümunələrdə müəllifləşən 
prosesin izləri yaxşı görünür: «Мен бабанман, бабанман», 
«Мен  жырайтан,  жырайтан», «Ха,  ханымыз,  ханымыз» 
kimi ifadələrdə fərdiləşən fikir özünü büruzə verir. Artıq XIX 
əsr dən qaraqalpaq ədəbiyyatında lirikanın janr görkəmində 
ya zılı ədəbiyyatın əhəmiyyəti getdikcə artırdı. Sovetlər döv-
rün də ədəbiyyatlarda islam dininin mütərəqqi  xüsu siy yət lə-
rinə göz yumulur, onun insanları ruhi qaranlıqdan, na dan-
lıqdan, qorxuncluqdan xilas etmə cəhəti dilə gətirilmirdi. Əs-
lin də islam dini heç də ruhi təzələnmə yox, iman təbi yolu 
orta əsrlər iqtisadi, tarixi-sosial, həm də mədəni yöndə ədəb-
inti zama,  tərbiyəyə istiqamətləndirmədə böyük xidmət gös-
tərirdi. 
XIX  əsrdə qaraqalpaq ədəbiyyatının inkişafına folklor 
nü munələri, dastanlar olduqca müsbət təsir edirdi. XIX əsr 
qar aqalpaq  lirikasının tədqiqatçısı  Qurbanbəy Jərimbətovun 
2004-cü ildə Nökisdə  nəşr etdirdiyi əsərində
1
 bu problem 
ardı cıllıqla izlənilir, qaraqalpaq ədəbiyyatının görkəm və este-
tik xüsusiyyətlərinin formalaş masına türk ədəbiyyatlarının 
təsiri qeyd edilir. XIX əsrə  qədər qaraqalpaq bədii  fikri 
folklor nümunələri  əsasında inkişaf edirdisə, XIX əsrin 
ortalarından  o ömrünü folklordan ayrılmağa cəhd etməklə 
davam  etdirirdi. Bununla belə yazılı, müəllifli  ədəbiyyatın 
inkişafına folkor janrları, motivləri, obrazları, personajları 
yetərincə  təsir göstərirdi  və belə hal XX əsrdə  də davam 
etməkdə idi. Belə ki, qaraqalpaq müəlliflərindən bəzilərinin, 
məsələn, Hacıniya zın «Bozatau», «Oyan» şeirlərinin xalq 
variantlarının  olduğu da məlumdur. Bunun biz Günxoca 
şeirləri üçün xarakterik olduğunu, Berdağın «Axmaq paşa» 
poemasının xalq dastanla rı variantlarının mövcudluğunu da 
deyə bilərik.
Bütün bu hallar XIX əsrdə qaraqalpaq lirikasının  qu ru-
luşuna, kompozisi yasına, mövzu əlvanlığına, ideyasına və ru-
hu na, motiv və obrazların rəngarəngliyinə folklorun təsiri nə-
zə rəçarpan ədəbi hadisə kimi göz önünə gəldiyini sübut edir. 
Xalq arasında yazılı ədəbi qissələr, dastanlar, qəzəllər folklor 
örnək lərindən  daha çox qidalanır, yazılı ədəbiyyatı zəngin-
ləş dirirdi.  Məsələn, batırlıq jırlarında (qəhrəmanlıq şeir lə rin-
də) xalq təəssübü, vətənpərvərlik duyğuları,  əzəmət və ye-
nil məzlik ideyaları «Alpamıs», «Koblan», «Yedige» kimi das-
ta n lar da  təbliğ olunmaqla, yazılı ədəbiyyat  nümunələrində  
el birliyi, vətənə sönməz məhəbbət, azadlıq, abadlıq üçün 
mübarizə ideyaları XIX əsr qaraqalpaq şairləri Hacıniyazın 
«Ellərim vardı», «Bozatau», «Gedərkən»; Günxocanın «Nəyə 
gərək», «Yaylağım»; Berdağın «Xalq üçün», «Balam» və s. 
şeirlərində daha relyefli görünür. Bu dövrdə lirikada ortaya 
çıxan vətəndaşlıq qayəsi qəhrəmanların vəsfi  və s. kimi 
ideyalarda epik ruh, vətənpərvərlik  (Goroğlu, Rüstəm və b.) 
əzəmət ülgüsü, dəst-xətti aydın nəzərə çarpırdı.
Eyni zamanda XIX əsr qaraqalpaq liriklərinin 
yaradcılığında koşlasu (xoşlasu) motivləri də görünməkdədir. 
Belə lirik-epik örnəklərdən batırlar uzaq səfərlərə  çıxdıqda, 
öz ata-anası, doğulduğu eli-obası, xalqı ilə vidalaşma zamanı 
istifadə olunurdu. Məsələn, «Alpamıs» dastanındakı baş 
qəhrəman Alpamıs Barçın  qızı alıb qayıtmaq üçün Kalmıklar 
ölkəsinə batırlığını  nümayiş etdirdiyi zaman xoşlasudan 
istifadə olunurdu. Bundan başqa biz xoşlasu motivlərinə  
Gün xocanın «Ярым  хош  енди», Hacıniyazın «Boзaтaу», 
«Xoш  имди», «Гам  йеме», «Кал    имди», «Əyинияздын 
Гулза да  менен  хошласыйы», «Наğметулланын  атасы 
Əжи ниязğа  айтканы»,  «Хyрзаданын  атасы  Əжиниязğа 
айтка ны», «Салам дегейсен» və  başqa şeirlərdə məhz belə 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
212
213
lirik janrdan geniş istifadə olunmuşdur. Məsələn, Hacıniyazın 
«Наğметулланын  атасы  Əжинийазğа  айтканы» adlanan 
xoşlasuda batır səfərə  çıxarkən öz atasına söylədiyi ürək 
sözləri oxucunun gözü önündə maraqlı lövhə yaradır:
Йокдын бизни бар əйлеген кудайым,
Бизлəрни бəлəдин саклаğай дайым,
Дийдарынны несин еткей илəхим,
Гамхорым, атажан, кəбам хош имди.
2
Bu nümunəyə diqqət yetirdikdə epik dastanlarda yer 
almış lirik lövhələrdə müəllifli  lirikadakı motivlərin,  şeir 
formalarının folklor örnəklərindən qidalandı ğını görə bilirik 
ki, bunlar XIX əsrdəki qaraqalpaq  kosıкları (qoşmaları, 
şeirləri) arasında estetik-bədii-poetik bağlantı olduğunu bir 
daha sübut edir.
XIX 
əsr qaraqalpaq ədəbiyyatının inkişafından 
söhbət açarkən biz həm də lirik-epik aşıq dastanlarından 
danışmalıyıq. Onların sırasında «Qərib aşıq», «Aşıq Nəcəb», 
«Sayat xan 
Həmra», «Hürliqa-Həmra», «Əsli-Kərəm»,  
eşq-məhəb bət elementlərini özündə birləşdirən batırlıq, 
qəhrəmanlıq motivləri  ilə zəngin «Əhməd-Yusif», «Goroğlu», 
«Kırmandəli», «Yunis pəri», «Bəzirgən» və başqa bu kimi 
dastanlar hələ XVIII əsrdən  başlayaraq qaraqalpaq baksı  
və  jıraularının repertuarında görümlü yer tuturdu. Bu das-
tanların türkmənlərdən və Xarəzm özbəklərindən əxz olun-
duğunu tanınmış  qaraqalpaq folklorşünasları  K.Aimbetov 
və K. Maksetov təsdiqləmişlər.
3
Dastanşünas  Ə.Alimovun 
fikrincə isə  aşıq dastanları qaraqalpaq xalqının içinə XVIII 
əsrdən üzü bəri yox, lap uzaq dövrlərdən  daxil olmuşdur.
4
Aşıqlıq, məhəbbət dastanlarının personajları olan Qərib, 
Şahsənəm, Xəmra adları ilə lirik şeirlər qaraqalpaqlar 
arasında daha çox istifadə olunurdu. Onlar lirik dastanların 
baş  qəhrəmanları olub ayrılıq həsrətindən cana doyanların  
kədərini, fəryadını göz önündə canlandırır:
Мен öзим шахтын кызыман, öзимди кор əйледим,
Кешелер хэм кундизи уйкыны бəрбад əйлəдим,
Яр-яр дедим, дагы сийнемди əшкар əйлeдим,
Сум несийбем не белеге мени гириптар əйледим?!
5
Bu sətirlər «Qərib aşıq» dastanının  baş personajların-
dan biri Şahsənəmin dilindəndir. Burada Şahsənəmin hicran 
əzabına giriftar olmağının səbəbi onun ruhi vəziyyətindən 
aydın olur. Dastanın digər bir yerində «Жаным алды кара 
кöзлерин  сенин», «Меним  ярым  баг  сейилине  келеди», 
«Бес  жыл  болды  айра  тyстим    ярымнан» və başqa  bu 
kimi sətirlərdə hicran, qayğı-həsrət kimi məqamlar görümlü 
şəkildə  qəhrəmanın iç duyğularının ifadəsi kimi səslənir. 
Aşıq dastanları üçün xarakterik olan belə  məqamlar 
Hacıniyazın şeirlərinə də uğurla daxil olur. Məsələn, «Qərib 
aşıq»da işlədilmiş  «Яр-яр  дийип  öмрим  öтти  хəмийше», 
«Яр-яр  дийип  öтəр  болдым  дəртиннен» - Hacıniyazda 
«Яр деп öмирим ада  болды» şəklini qəbul edir. Bunu da 
qeyd etmək lazımdır  ki, aşıq qissələrinin dili xalq dilinə 
uyğun olmaqla kibab dili normalarına yaxınlaşırdı. Bu, 
Hacıniyazın aşıqlıq kosıklarında istifadə etdiyi dil də özbək 
dili fonetikasının, leksikasının və sintaksisinin özəlliklərini və 
yaxınlığını kifayət qədər aydın göstərir:
Зия зулпы тал-тал, шашлары сумбил,
Ашыклардын етер кöз йашын сел-сел,
Зарлы Зухра, Cəнем кими кыпша бел,
Бады саба киби öтти де кетди.
Шəшми-жадыу жəллад, кашлары кəлам,
Койды сийнəмизə йyз мын даг əлəм,


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə