Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə55/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
218
219
dutardır – baksılar üçün ikisimli musiqi aləti); qopuzda və  
dutarda musiqi melodiyaları  nəğmə oxunmadan ifa olu-
nurdu. Qopuz və dutar xalq bəstəkarları tərəfindən xüsusilə 
daha çox istifadə olunurdu.
Qaraqalpaqların xüsusi musiqi alətlərindən biri 
şınqopuzdur. Bu qadın musiqi alətidir, o, uzunsov olmaqla, 
polad dillidir və liraya bənzəyir. İfa zamanı o sol əl ilə dişlərə 
yaxınlaşdırılır və sağ  əlin  şəhadət barmağı ilə  şınqopuzun 
dili tərpədilir, nəfəs verib almaqla, müvafiq not tutulur. 
Şınqopuzda adətən qızlar və təzə gəlin getmişlər ifa edirlər. 
Şınqopuzun özünəməxsus və  təkrarsız səsi indiyə  qədər 
dinləyiciləri məftun etməkdədir. Qaraqalpaqlarda həm də 
digər musiqi alətləri vardır: sırpay – çobanlar istifadə edir, 
uşpelek – gildən hazırlanmış  fit-çalmaq üçün alət, girksek- 
özbək və türkmənlərdən  əxz edilmiş simli alətdir.
Qaraqalpaqların musiqi repertuarının əsasını qəhrəmanlıq 
və lirik-epik dastanlar, nəğmələr (tarixi, sevgi, döyüş, əmək, 
zarafat və s.) təşkil edir.
12
      Mətn kimi eposların  musiqisi 
də (xüsusilə «Kız Mınayım») «Bozatau», «Dem 
berles», 
«Alakais», «Adınnan», «Muxal les», «Nalış», «Musa sən yarı» 
və başqaları) qaraqalpaq musiqi sənə tinin  inciləri he 
sab 
edilməkdədir.
Jırauların kökü lap qədim zamanlara gedib çıxır.
13
  
Jırau melodiyaları – xalqın  bədii mədəniyyəti və musiqi 
ensiklopediyasıdır. Qopuz- musiqi aləti kimi son dərəcə gözəl 
melodiyaya malik olmaqla, türkoloq- alimlərin diqqətini 
çoxdan cəlb etmişdir. Onların arasında V.M.Jirmunski, 
amerikalı Elda Laude Sırjautes, Lorens, İ.R.Pikken, alman 
Karl Rayx, türk Metin Ergün, özbək – Töre Mirzə, F.Karamatlı 
və digərləri vardır. Onlar qaraqalpaq jıraularının son dərəcə 
möcüzəli ifa imkanlarına diqqət yetirməklə, epik dastançılığın 
qədim növ olduğunu etiraf etmişlər.
14
    
Qopuz – türk xalqlarının  əksəriyyətinin musiqi aləti 
hesab edilir. İlk dəfə bu alətlə biz Dədə Qorqudda rastlaşırıq, 
təkrarolunmaz boğaz səsinə ifa zamanı bu alət xüsusi rəng 
verir və onun köməyi ilə  qədim türklərin düşüncə  tərzinə 
eks 
kurs edirik. Sonralar bu alətin sorağını M.Kaşğaridən, 
Rəşidəd dindən, Lütfidən, Nəvaidən, Xarəzmi dən,  Əbül-
qazidən və başqalarından alırıq.
Qaraqalpaqlarda jıraular xüsusi sevgi və məhəbbətə layiq 
insanlardır. Deyirlər ki, qaraqalpaqların tanınmış jıraularının 
yanına yuxuda Allah tərəfindən göndərilmiş  dərviş  gəlmiş 
və onlara xeyir-dua vermişdir. Məhz bundan sonra da 
onlar dastançı olmuşlar. Qaraqalpaqstanda çoxsaylı məşhur 
dastançılar vardır ki, onların sırasında aşağıdakıların adlarını 
çəkə bilərik:  Şankay-jırau (1814-1889), Jiemurat-jırau (1836-
1908), Yerpolad-jırau (1861-1938), Qurbanbəy-jırau (1876-
1958), Tore-jırau (1879-1944), Oteniyaz jırau (1883) Oğuz 
jırau (1884-1954), Şamurat-jırau (1887-1962), Kaypnazar-
jırau (1887-1962), Jesemurat-jırau  (1887-1962), Nurabılla-
jırau (1888-1957), Qiyas-jırau (1903), Jumabay Seydullayev 
(1932), Jaksılık-jırau (1934), Jumabay Bazarov (1927), və b. 
Ümumiyyətlə, Qaraqalpaqstanda 300-dən artıq dastançının 
adları  məlumdur; onlardan 40-nın dilindən 50-dən artıq das-
tan  yazıya alınmışdır. Jırauların qədim sənəti Qaraqalpaqs-
tanda bu gün də yaşadığı halda  Dədə Qorqud tərəfindən 
hazırlanmış qopuz itib aradan çıxmaqdadır.
Qaraqalpaqstanda həmçinin zəngin baksı məktəbi vardır. 
Tədqiqatçılar əsasən 4 baksı məktəb qeyd edirlər ki, onlar da 4 
böyük ifaçılar tərəfindən  idarə olunurdu. Bunlar Qəribniyaz, 
Akımbet, Kutım və Musadır. Xalq tanınmış baxsıların – xalq 
bəstəkarlarının və musiqi ifaçılarının, məsələn, Akımbetin, 
Musanın, Jumanın, Yeşbayın, Biyniyazın, Hürlimanın 
(Berdağın qızı), Yeşanın, Qaracanın, Japakın və s. mahnılarını 
bu gün də sevərək dinləməkdədir. 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
220
221
Jien Jırau ilk qaraqalpaq şairidir. Onun adı tarixçilərə, 
ədəbiy yat çılara yaxşı tanışdır. Qaraqalpaq ədəbtiyyatşünası  
A.Kərimovun  fikrincə o, təxminən 1730-cu ildə anadan 
olmuş, 1784-cü ildə  vəfat etmişdir.
15
  Jien Jırau qaraqalpaq-
ların Sırdəryadakı saysız-hesabsız bədbəxtliklərinin  şahidi 
olmuşdur. Bu hadisələr Jien Jıraunun  «Ullı tau» («Ulu dağ») 
və Poskan el (»Basılmış el») poemalarında gözəl  şəkildə 
əksini tapmışdır. Adını çəkdiyimiz poemalar qaraqalpaqların 
əsl tarixlərini yenidən göz önünə gətirməklə, həm də xalqın 
bir ərazidən digər əraziyə köçünü əks etdirən mühüm mənbə 
kimi qiymətlidir.
Jien Juraunun «Ullı-tau»  əsəri ilk dəfə informatorlar 
vasitəsilə ədəbiyyatşünas A.Kərimov tərəfindən 1956-cı ildə 
üzə  çıxarılmışdır.  Əsərdə  şair qaraqalpaqların  Sırdərya 
ərazilərində aclıq keçirdiyinin dürüst təsvirini vermişdir. 
Поспай олар не кылсын
Ким кюринген асылын
Путин болмай жашасы…
Халкымды койдай калмады.
Кутыла алмай пасактан
Зорлык корип
Буменбей елим калмады…
Султан кандай эдилсиз
Окпелерин осады
Уллы тай деген жерлерде
Тум сутынам посады.
16
 
Bu parçanın Azərbaycan dilinə tərcüməsi aşağıdakı kimi 
səslənir:
Basqına necə dözsün,
Hamı onları dağıdırsa...
Xalqımı qoyun sayıb
Böhtana düçar edirsə,
O, zülmə məruz qalır,
Xalqa amansızcasına,
Zülm edən sultan olmasaydı,
Ulla tauda hər yer,
Beləcə boşalmazdı. 
«Basılmış el» poemasında Jien Jırau qəddar xanların 
heç bir təqsiri olmayan xalq üzərinə aramsız hücumlarını, 
onların əkinlərinin, su kanallarının məhv edilməsini görümlü 
təsvir etmişdir. Xalqın dağıdıcı  qəsbkarlara qarşı qüvvəsi 
olmadığından öz «ata yurdu» indiki  Türkmənistan ərazisini 
qoyub, özgə diyarda Xarəzmdə  məskunlaşmağa məcbur 
olduğunu göstərir. Poemadan bəzi fraqmentlərə nəzər salaq: 
Türkmənistan – ata eldə,
Özümüzə yer tapmadıq,
Bütün ili əziyyət çəkdik,
Qazancımız bəs etmədi,
Cəmi qışın yarısına.
Qara bədlik üzə güldü,
İllərsə quraqlıq gəldi,
Xanlar bizə hücum etdi,
Millət də əldən getdi,
Meyitlər sıra düzüldü,
Çay qurudu-quma döndü.
Dağıdılmış qaraqalparlar,
Xarəzm səmtə üz tutdu,
Otlaqların, evin qoydu,
Türkmənistan  - doğma eldə,
Özünə yurd-yuva tapmadı.
Yalqız qaldıq, yazıq olduq,
Qəlbimiz bədliklə doldu,


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə