Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə63/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
250
251
ilə birgə olmuşdur.  Şairin müharibə dövründə yazdığı şeirlər 
adətən hər hansı bir hərbi əməliyyatın keçirilməsindən sonra 
ortaya çıxırdı ki, bu əməliyyatlar  əsərlərin məzmunu ilə 
daha çox uyğunluq təşkil edirdi.  A.Turumbetov qəhrəman 
– döyüşçünün lirik obrazını  uğurlu təsvir etməklə, onu öz 
vətənini  sevən qəhrəman kimi göstərirdi. Bütün bunların 
hamısı A.Turımbetovun  «And», «Berutte», «Ona qılınc 
hazırlayın» və s. əsərlərində daha yaxşı  əks olunmuşdur.
D.Nazbergenovun da lirik qəhrəmanı xalq maraqları 
ilə yaşayan cəbhəçidir.  Şair insanların tipik cizgilərini 
maraqlı detallarla əks etdirmyə  müvəffəq olur. Bunun bariz 
nümunəsi kimi «Ana məktubu», «Cəsur ol», «And içirəm», 
«Bağışlamarıq, qisasımızı alarıq», «Vətənpərvər», «Siz yetim 
deyilsiz»,  «Sehrli köynək», «İki bahadır», «Biz qalib gələrik» 
və s. kimi əsərləri göstərə bilərik.
Hərbi mövzuya A.Şahmuradov da müraciət edib və bu 
baxımdan onun «Get, oğlum, get», «Qızıl bayraq» və s. kimi 
əsərləri xarakterikdir. Onun şeirlərinin mövzu  və məzmun 
dairəsi daim zənginləşdirdi. Bu xüsusən  «Yeni ildə», «Ana,  
bağışla» və s. əsərlərdə yaxşı görünür. Bu nümunələrdə şair 
böyük  uğurla yeni şeir formalarından – beşlik, altılıq və 
yeddilikdən istifadə edir ki, bu formalar sonralar qaraqalpaq 
poeziyasında özünə daha çox yer ala bilirdi.
J.Aymirzəyevin yaradıcılığı ilbəil formalaşır, mü 
kəm-
məlləşirdi. Müharibədən sonrakı illərdə o, müasir dövrü əks 
etdirən  mövzuda əsərlər qələmə alırdı. Bu baxımdan onun 
«İşıqlı yol» əsərini qeyd etmək lazımdır. A.Şahmuradovun 
«Xoşbəxt dövran» əsərində isə qaraqalpaq aulunun geniş 
mənzərəsi  əks olunmuşdur.
XX  əsrdə bir sıra çətinliklərə baxmayaraq,   qaraqalpaq 
ədəbiyyatı ardıcıl olaraq inkişaf edir, kamilləşirdi. Onun 
formalaşmasında Seyfulqabit Məcidov, Jolmirzə Aymirzəyev, 
Sadık Nurumbetov, İbrahim Yusupov, Tulepbergen Kaip-
bergenov, Tolıbay Kabulov və digərləri xüsusi rol oyna-
yırdılar. 
XX  əsr qaraqalpaq şairlərinin yaradıcılığı improviza-
siyalara söykənərək  inkişaf etməklə həyatın özü ilə yeniləşir, 
yeni türk və şərq klassikasının təcrübəsi ilə zənginləşir, onun 
ənənəvi formaları yenidən dərk edilir, şifahi poetik sənətin 
qanunlarına uyğun olaraq inkişaf edərək irəliləyirdi. Lakin 
klassik  ənənə qaraqalpaq şairlərinin  əsərlərində heç də öz-
özlüyündə yox, qazax, özbək, türkmən, Azərbaycan və rus 
xalqlarının realist sənətinə uyğun olaraq inkişaf edirdi ki, 
qaraqalpaq poeziyası məhz bu xalqların ədəbiyyatı ilə ciddi, 
qarşılıqlı  şəkildə formalaşmağa çalışırdı.
XX  əsr qaraqalpaq poeziyasında  peyzaj lirikası xüsu silə 
inkişaf edirdi.  Türk xalqları üçün ənənəvi olan (qeyd edək 
ki, bu ənənənin qədim kökləri M.Kaşğarinin yaradıcılı ğın-
dan  başlanğıc götürür. Onun «Divani-lüğat-it türk» əsə-
rində peyzaj lirikasının olduqca gözəl nümunələri təqdim 
olun muşdur) bu janr ilin fəsilləri haqqında obrazlı plastik 
təsvirlər, təbiət təsviri, azad əməyin təsviri ilə həmahənglik 
təşkil edirdi. Ənənəvi ay üzlü gözəllərin vəsf olunması əmək  
qəhrəmanlığı ilə əks olunur, onların gözəlliyi xalq idealının 
əksi ilə  həmahəngləşirdi. Məsələn, Novruz Japakov «Amu 
sahillərində»  adlı kiçik şeirlər məcmuəsində yenicə inkişaf 
edən poeziyanın xarakterik xüsusiyyətlərini verə bilirdi. Yeni 
qəhrəmanlar, yeni obrazlar qaraqalpaq şairlərinin əsərlərində 
əksini  tapırdı. Bu baxımdan qara 
qalpaq ədəbiyyatında 
zərbəçi Ayxan obrazı («Gözəl Ayxan haqqında  şeirlər»), 
zootexnik Juman haqqında hekayələr mühüm yer tuturdu.
Orta yaşlı  sənətkarların  şeirləri peyzaj lirikasının 
ənənələrini daha da  yeniləşdirilmiş  şəkildə davam etdirir 
və onu müasir obrazlarla zənginləşdirirdi. Belə  şairlərin 
yaradıcılığı, məsələn, Abbas Dabılov, Qalım Seyidnazarov, 
Sadık Nurumbetov və s. yaradıcılığı bütöv lirik qəhrəmanın 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
252
253
realist obrazını canlandır mağa şərait yaradırdı, burada nəinki 
həyatın müxtəlif məqamları vəsf olunur, həm də yeni dövr 
insanın xarakterik, özünəməxsus  cəhətləri  əks olunurdu. 
XX  əsr ümummədəni kontekstində genişlənmiş qara-
qalpaq ədəbi əlaqələr zəminində zənginləşən və inkişaf edən 
ədəbiyyat digər  ədəbiyyatlarla bərabər təcrübə  topla ya raq 
öz milli xarakterini də inkişaf etdirirdi. Məsələn, M.Seyid-
niyazov, İ.Yusupov əgər, bir tərəfdən, klassik  ədəbiy yata  söy-
kə rənək Günxocanın, Hacıniyazın, Berdağın yaradıcılığından 
qidala  nırdısa, digər tərəfdən, qaraqalpaq poeziyasını yeni 
tarixi  şəraitdə  və  mərhələdə inkişaf etdirməyə çalışırdılar. 
Onlar yeni planlı  və amplualı  sənətkarlar olmaqla, insanın 
mənəvi idealına ekskurs etməyi, daxili aləminə enməyi daha 
üstün  tuturdular.   
Müharibədən sonrakı illərdə qaraqalpaq şairləri insanların 
əxlaq dünyasına baş vurmağa, onun mahiyyətini açmağa, 
qəhrəmanların ümumiləşdirilmiş obrazını yaratmağa can 
atırdılar. Bu dövrdə A.Dabılov «Bahar», «Sülhü sevirəm», 
T.Seyitcanov «Sevimli bahar», İ.Yusupov «Bəhmən baba 
Moskvaya getdi», «Penza meşələri», J.Aymirzəyev  «Vətən»  
və s. şeirlərini yazmışdılar. 
Müharibədən sonrakı  mərhələdə qaraqalpaq ədəbiy-
yatına həm də yeni qüvvələrin gəlişi müşahidə olunur. Bu 
dövrdəki istedadlı yaradıcı gənclər sırasında M.Seytniyazov, 
D.Aymuradov, J.Dilmuradov, İ.Qurbanbayev, X.Saparov, 
Ş.Seyitov, U.Xocanəzərov, K. Rəhmanov, T.Matmuradov  və 
başqaları  vardı. Gənc  şairlər  əksər hallarda sözçülükdən
deklarativlikdən  kənarlaşmağa can atır, oxucuların ürəyinə 
yol tapmaqla, bədii sözün qüvvəsindən istifadə edərək poetik 
obrazlar yaratmağa müvəffəq olurdular.
5
Oxucuların qəlbində Xocanazarovun «Doğma torpaq 
əzizdir», «Arzu», «Mənim atam», «Hər  şey köhnəlir», 
«Oyanma» və s.  kimi əsərlər son dərəcə özünə böyük yer 
tapırdı.  «Doğma torpaq əzizdir» şeirində şair olduqca güclü 
qarşılıqlı müqayisələr  aparmağa müvəffəq olur: «Əgər sən 
hamının kədəri, qüssəsi ilə birgə yanırsansa, sənin üçün 
xoşbəxtlik əzizdir», «Əgər sən vicdandan, namusdan kənarda 
qalmışsansa, onda sənə ölüm yaraşır», «Əgər sən dostunu 
itirmisənsə, onda sənə düşmən  əzizdir» və s. kimi sərrast 
ifadələrdən istifadə etməklə, müəllif öz fikrini xalq hikmətinin 
köməyi ilə çatdırmağa üstünlük verirdi. «Arzu» şeirində 
isə  şair daha  uğurlu  şəkildə fantaziyasının qüvvəsindən 
istifadə edirdisə, «Hər şey köhnəlir» şeirində o, sadəcə  olaraq 
dünyada  hər  şeyin köhnəl məsindən və yeniləşmə sindən 
söhbət açırdı.
Müharibədən sonrakı dövr qaraqalpaq poeziyası mövzu 
rəngarəngliyi ilə seçilir. Burada Vətən haqqında, xalqlar 
dostluğu, insanların əmək rəşadəti haqqında şeirlər daha çox 
yer tutur. Bu şeirlərin əksəriyyəti Moskvaya – rus təbiətinə, 
rus xalqına, rus insanlarına həsr olunmuşdur. Onların  
sırasında  İ.Yusupovun «Heç zaman», «Rus dənizinə», 
«Qafqaz», «Tələsərək»  şeirləri, J.Aymirzəyevin «Vətən», 
«Mənim Moskvam», B.İsmayılovun «Moskva» və digər 
şeirlərini göstərmək olar.
Qeyd olunan dövrün ən mühüm bədii hadisəsi kimi 
A.Dabılovun «Bahadır» poema-dastanını hesab etmək olar. 
Bu poemanın dili  son dərəcə  zəngin, olduqca gözəl  və 
obrazlıdır;  şair burada öz personajlarının dili ilə  hədəfə 
dəyən söz və  kəlam, qanadlı, ibarəli ifadələrdən gen-bol 
istifadə edir. Poema güclü milli koloriti ilə seçilir. Poemada 
folklor  ənənələri yeni bədii realist istiqamətdə inkişaf edir 
və öz müasirliyi ilə seçilir. Abbas Dabılovun poemasının 
xarakterik xüsusiyyətləri heç də digər qaraqalpaq şairlərinin 
yaradıcılığında olduğu kimi özünü güclü şəkildə əks etdirmir. 
Qaraqalpaq  şairlərinin ustalığının yüksəlməsi həm də 
dövrün aparıcı tendensiya larının bədii inikasının dərinliyinə 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə