Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə59/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
234
235
Azyaşlıya meyl salır,
Yeniyetməni tora salır,
Qızlar bunlara dözməyib –
Bədbəxt olur, xəstə olur.
Bundan da pis qara gün var?!
Ədalətdən yana nə var?!
Hisslərinə güc gələn xan,
İnsanlara verməz aman.
Berdağ xanların zər-ziba içində yaşamalarını və adi insan-
ların həyatını  cəhənnəmə döndərdiklərini yaxşı görür 
dü. 
XIX  əsrdə qaraqalpaq cəmiyyəti  əsasən iki hissədən ibarət 
idi ki,  biri bəylər, atalıqlar, bəylərbəylər, naiblər,  mirablar, 
yüzbaşılar, mollalar, işanlar, qazilər, rəislər, axundlar, şeyxlər 
idisə, digər qolda varlıların sürüsünü otaran çobanlar təmsil 
olunmuşdular ki, onların üçillik qazancı cəmi bir balaca çəpişi 
almağa da  kifayət etmirdi. 
Bir qaraqalpaq xalq deyimində bu barədə  aşağıdakıları 
görürük:
Бардын куни фарман менен,
Жоктын куни əрман менен.
Varlının ömürü əmr verməkdə,
Kasıbın günləri qüssədə keçir.
Demək olar ki, eyni fikri Berdağ «Olmamışdı» şeirində də 
söyləyir:
Бразлар аш, бразлар ток,
Ток адамнын кайгысы жок,
Аш адамнын уйкысы жок,
Оны токлар билген емес.
Azərbaycan dilinə tərcümədə bu bənd belə səslənir:
Bir azlar ac, bir azlar tox,
Tox adamın qayğısı yox,
Ac adamın yuxusu yox,
Onu toxlar hardan bilər. 
Berdağ poetik sözün gücü və  həyatdakı konkret nümu-
nələrlə xalqı mübarizəyə çağırır. Bu mübarizə isə yalnız 
insanların qəhrəmanlığı sayəsində başa gələ bilərdi. Berdağ 
yaradıcılığının xarakterik xüsusiyyəti həm də ondan 
ibarət idi ki, o, ömrü boyu xalq həyatını diqqətlə izləyir, 
istismarçıları tənqid, haqqı-ədaləti tərənnüm edir, zəngin xalq 
dilindən istifadə etməklə öz yaradıcılığını inkişaf etdirir və 
formalaşdırırdı. Berdağ çoxsaylı əsərlərində qaraqalpaqların 
onları alçaldanlara qarşı mübarizəsini  əks etdirir, qadınlara 
qarşı dəyərsiz  münasibəti tənqid edirdi. Bu baxımdan onun 
«Gəlin», «Mənim zamanım», «Qəm eləmə» və s. əsərləri 
xarakterikdir.
Berdağın həsrətlə dolu əsərlərində xalqın ağır gün-
güzəranı,  şairin  şəxsi həyatındakı çatızmazlıqlar, ömrünün 
ağrı-acısı, qayğı dolu günləri  əksini tapır:
Дунья дунья болганын ба?
Енди меннен калганын ба?
Йактын жетпей солганын ба?
Оттин бе бастан омирим.
25
Berdağın bu qoşmasında lirik qəhrəmanın ürəyindəki 
hisslər, zamandan, dünyadan narazılıqlar özünü nümayiş 
etdirir.  Şairin bəzi qoşmaları az qala joklau (yoxluq) 
janrının tələbləri səviyyəsində qurulur. Belə  şeirlərdə  şairin 
ruhi faciəsi antitezalar şəklində verilir.  Berdağın bu tipli 
şeirlərində lirik qəhrəmanın ruhi düşkünlüyü “Менин”, 
«Екен», «Болган емес», «Болмады», «Омирим», «Уəспим 
менин», «Дəуран» rədifli qoşmalarında daha çox nəzərə 
çarpır: “Омирим”  şeirindən bir parçaya diqqət yetirək:


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
236
237
Не кордим пəний дуньяда,
Жол шегип мəнзил кыяда,
Бар омирим болды ада,
Оттин бе курган омирим.
26
 
Yaxud “Болган емес” şeirindən bir bəndi nümunə gətirək:
Гул  болдым гул жайнамадым,
Ойшыл болдым  ойламадым,
Булбил болдым сайрамадым,
Хəдийсе аз болган емес.
27
 
XIX əsr qaraqalpaq şairlərinin yaradıcılığında, o cümlədən 
Berdağın  şeirlərində  həyatın müxtəlif dönəmlərini   əks 
etdirən intim lirik hisslərin kükrəyişi daha görümlü verilir.  
Berdağın yaradıcılığında həm də tarixi mövzu mühüm yer 
tutur. Məsələn, «Aman 
gəldi» poemasında, «Aydos-baba» 
 
dastanında,  «Yernəzər bəy»də, «Səcə rə»də və başqalarında  
məhz bu mövzu yetərincə qabardılmışdır. 
Artıq qeyd etdik ki, Berdax şeirlərinin tematikası 
olduqca rəngarəngdir. «Gəlin», «Düşünmə», «Xalq üçün», 
«Balam», «Nadan olma» və s. əsərlərdə  şair insanları 
azadlığa, istismarçılara qarşı mübarizəyə səsləyir. XIX əsrdə 
qaraqalpaqlar son dərəcə acınacaqlı    yaşayırdılar. Onlar 
ildə xana böyük məbləğdə vergi ödəməli olduqlarından pis 
vəziyyətə düşmüşdülər. Məhz buna görə də Berdağ «Vergi» 
(«Salık») şeirində ağır vergidən danışaraq bəyləri və xanları  
tənqid atəşinə tuturdu:
Былтыргыдан бийил жаман,
Калай, калай болды заман,
Фаруп кесер калмай аман,
Он тилладан келди салык.
28
 
Şeirdə eyni zamanda göstərlir ki, əgər kiminsə 6 ay 
ərzində vergi borcu qalsaydı, belə olduğu təqdirdə o, vergini 
2 dəfə artıq ödəməli idi. Buna görə də Berdağ ağır vergilərin 
insanları necə  məhv etdiyini, ac uşaqların yurtalarda necə 
ağlayıb ah-vay  qopardıqlarını və belə mənzərənin hər kəsin 
içini necə didib-dağıtdığını ürək ağrısı ilə  qələmə alır.
Berdağın   əsərlərini rus dilinə iki şair – N.Qrebnev və 
Q.Semyonov tərcümə  etmişlər. Birinci tərcüməçi həm də 
şərq, türk, xüsusən Azərbaycan, özbək, qazax poeziyasından 
rus dilinə çoxlu tərcümələr etmişdir. Berdağın  əsərlərinin 
rus tərcümələrində biz qaraqalpaq müəllifinin manera 
özünəməx suslu ğunun, Berdağ yaradıcılığının milli və  fərdi  
xüsusiy yət lərinin heç də tam şəkildə saxlanılmadığının şahidi 
oluruq. Bu tərcümələrdə şairin əsərləri qazandığından daha 
çox  itirmişdir. Fikrimizcə, Berdağ əsərləri bu gün də özünün 
yeni rus  tərcüməçilərini gözləməkdədir.
Berdağın əsərlərinin  bir qismi həm də xalq şairi Hüseyn 
Arifin uğurlu tərcümələri nəticəsində qaraqalpaq poeziyasını 
sevən azərbaycanlılara tanıtdı rılmışdır. Rus tərcü məçilərin-
dən fərqli olaraq Hüseyn Arif Berdağın poetik və  fərdi 
özünəməxsusluğunu daha doğru-düzgün tuta bilmişdir. O, 
Azərbaycan oxucularına Berdağı əsil xalq şairi kimi tanıtmağı  
ba carmış, onun yaradıcılığının Xəstə Qasım, Dədə  Ələs gər, 
Aşıq Alının yaradıcılığı ilə müəyyən səsləş mələrinin oldu ğu-
nu göstərə bilmişdir.
Hüseyn Arif türk şeirinin, xüsusən qoşmanın milli və 
tex ni ki  formalarını olduqca gözəl bilirdi. Öz növbəsində 
Berdağ da bu formadan geniş istifadə etmişdir. Elə buna görə 
də H.Arif bu qaraqalpaq baxşisinin poetikasını, dəst-xəttini 
uğur la  verməyə müvəffəq  olmuşdur. Xüsusən, bizim nöqte-
yi-nə zə ri mizdən Berdağın «Dövran», «Bu il», «Amangəldi», 
«Öm rüm», «Balam», «Yaz gəlirmi», «Gəlin», «Ayrılıq», «Olan 
de yil»,  «Dəyər», «Nadan olma», «Bilmədim» və s. əsərləri 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə