Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə61/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
242
243
21.  Ажынияз  Косыбай  улы.  Тангламалы  шгармалары. 
Нукус , 1960, с. 125-126.
22. Əжинияз. Нокис, “Каракалпакстан”, 1960, s. 101. 
23.  Мамедов  Н.  Каракалпакская  литература.  Баку, «Kirab 
aləmi», 2007, с.161-188.
Мамедов  Н.  О  некоторых  особенностях  творчества 
каракалпакских  писателей XVIII-XIX вв.//Тезисы  докладов 
научной    конференции  сотрудников  Бакинского  славянского 
университета.  Баку, «Kitab aləmi», 2005, с. 84-86.
24.  Камалов    С.К.  Каракалпаки  в XVIII-XIX вв.,  Ташкент, 
«ФАН», 1968, с.162.
25.  Бердак.  Тангламалы  шгармалары.  Нöкис, «Каракал-
пакстан», 1987, s.147. 
26.  Бердак.  Тангламалы  шгармалары.  Нöкис, «Кара-
калпакстан», 1987, s.143.
27. Вердах Н.Поэты Каракалпакин. Л., «Сов. писатель», 1980, 
с.80. 
28. Бердак. Нокис, «Каракалпакстан баспасы». 1977, с. 39.
29. Berdağ. Şeirlər. Bakı, “Yazıçı”, 1989, s.11.
30. Arif  H. Berdağ. Bakı, “Yazıçı”, 1989, s.3.
31. Berdağ. Şeirlər. Bakı, “Yazıçı”, 1989, s.45. 
XII. XX ƏSR QARAQALPAQ 
ƏDƏBİYYATI
XX əsr qaraqalpaq ədəbiyyatının inkişaf xüsusiyyətləri. 
Kütləvi mətbua tın,  əlifbanın yaranması. Dövrün ədəbi 
mövzu larının özünəməxsusluğu və problematikası. 
Qaraqal paq  ədəbiyyatında türk və şərq poeziya ənənələrinin 
davamı. Yeni bədii priyomlar və yaradıcı prinsiplər axtarışı. 
Ədəbiyyata yeni yaradıcı qüvvələrin gəlişi. J.Aymirzəyevin, 
M.Daribayevin, A.Begimovun və başqalarının  əsərlərində 
deklara tivlik  və obrazların təqdimatında yeknəsəklik.
Xalq folklorunda teatrallaşmış ayrı-ayrı elementlərin 
20-ci illərin sonunda Qaraqalpaqstanda dramaturgiya və 
teatrın təşəkkülünə  təsiri.  İlk həvəskar dram dərnəklərinin 
yaranması. Qaraqalpaq müəlliflərinin dram əsərlərinin yerli 
teatrların səhnəsində qoyuluşu. (A.Ötepov «Tenqin tapqan 
qız», «Alpamıs», A.Beqimov «Qərib aşıq» və s.) Qaraqalpaq 
dramaturgiyasının, rejissorluğunun, teatrının, aktyorluq 
sənətinin inkişafı. Qaraqalpaq teatrının formalaşmasında 
rus, türk, Azərbaycan, Avropa səhnə sənəti ənənələrinin rolu. 
Musiqili dram janrının yaranması və  inkişafı.
Böyük Vətən Müharibəsinin,  əsgərlərin, qəhrəmanların 
qa raqa lpaq  şairlərinin  əsərlərində (D.Nazberqenov «Mənim 
dostlarım», «Yerbay-batır», J.Aymirzəyev «Vətən uğrunda», 
«Düş mə nə qalib gələrik», «Vətənpərvərlik mahnıları» və s.) 
obrazı.
Ömər  şairin, S.Məcidovun, A.Ötepovun, A.Musayevin, 
S.Nu rım b etovun,  A.Begimovun,  J.Aymirzəyevin, N.Dav-
karaye vin  və başqalarının poetik yaradıcılıq dəst-xəttinin 
bir-birinə yaxınlaşması, onların yaradıcı lığında  ənənəvi 
təsvirin və yenilikçilik xüsusiy yətlərinin bir-biri ilə uyğun-
laşması. S.Məcidovun tərcüməçilik yaradıcılığı. Ömər şairin, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
244
245
A.Musa yevin, 
S.Nurumbeto vun 
yaradıcılığının satirik 
istiqamətləri xüsusiy yətləri. A.Dabı lov psixoloji lirika ustası 
kimi, yaradıcılığının xəlqiliyi.
A.Dabılov – fərdi poetik nümunələr ustası kimi. «Bahadır» 
poema – dasta nında qaraqalpaq həyatının milli xarakterinin 
və real mənzərələrinin əksi. A.Dabılov  yaradıcılığının xalq 
arasında məşhurluğu  («Berdağa», «Bizim Nökis», «Yaz», 
«Bibisənəm» və s.). A. Dabılov digər xalqların dilində.
T.Kabulovun yaradıcılığının fərdi xüsusiyyətləri. T.Kab-
u lov  qara qalpaq  xalqının iste dadlı  şairlərindən biri kimi. 
Digər xalqların  ədəbiyyatı T.Kabulov tərcümələrində. 
T.Kabulov yaradıcılığı digər xalqların dillərində. T.Kabu-
lo 
vun qaraqalpaq uşaq  ədəbiyyatının inkişafında rolu: 
 
nağılları, şeirləri, balladalarının özünəməxsusluğu. Kabulov 
nəğməkar – şair kimi. Onun qaraqalpaq bəstəkarları ilə 
yaradıcı  əlaqələri.
1900-cu illərin  əvvəllərində Qaraqalpaqstanda bütün 
Orta Asiyanın həyatında olduğu kimi çoxsaylı iqtisadi, siyasi 
və mədəni dəyişikliklər gedirdi. Olduqca çətin şəraitdə yeni 
qaraqalpaq  ədəbiyyatının yaranması prosesi baş verirdi. 
Məhz XX əsrin  əvvəllərində qaraqalpaqlar əlifba  əldə edir,  
onların yeni ədəbiyyatı  təşəkkül tapır, qəzetlər və jurnallar 
nəşr olunur, orta təhsil müəssisələri yaranır, yeni mədəni-
mə nəvi münasibətlər gündəmə gətirilirdi. Dövrün özü insan 
şüu runda  dəyişikliklər tələb edir, çoxsaylı dəyərlərə münasi-
bətin dəyişilməsi halları baş verirdi.
Qaraqalpaq  şairlərinin yaşlı nümayəndələri (yara dıcılı-
ğa XX əsrə  qədər başlayanlar) dövrü müxtəlif cür qəbul 
edir dilər. Onlardan bir neçəsi – Maulik Bekimbetov, Sadık 
Nurum betov  xeyli  vaxt susmağa üstünlük verməklə, sosia-
list quruluşuna qarşı etirazını bildirirdilər. Digərləri – Abbas 
Dabılov, Xıdırniyaz – vətəndaş müharibəsindən cana doymuş 
bu insanlar, keçmiş dövr haqqında düşünür, əsərlərini əvvəlki 
istiqamətdə yazırdılar. Üçüncülər isə Seyfulqabit Məcidov, 
Ayapbergen Musayev  - bu dövrü yeni bir dövr kimi qəbul 
edir dilər (yeri gəlmişkən qeyd edək ki, sovetlər ölkəsində 
yaşa yan  digər xalqların  nümayəndələri də qaraqalpaq sənət-
kar ları kimi  aldadıldıqlarını sonra başa düşmüşdülər).
Lakin göstərilən çətinliklərə baxmayaraq, XX əsr qara-
qalpaq ədəbiyyatı şifahi xalq ədəbiyyatı ənənələrini yenə də 
da vam etdirirdi. Buna görə də bu dövr ədəbiyyatında yenə 
də aparıcı janr kimi poeziya  qalırdı. Eyni zamanda dövrün 
özü ortaya yeni münasibətlər çıxarırdı ki, bu  münasibətlərin 
daxilin də qaraqalpaq şairlərinin  əsərlərinin təbliğinin  əsas 
xüsusiy yətləri  özünü büruzə verirdi.
1
XX  əsr qaraqalpaq ədəbiyyatı XVIII-XIX əsrlərdə oldu-
ğu kimi doğma xalqın səsi kimi qəbul edilirdi. Şairləri 
narahat  edən problemlər, sosial-mənəvi pafos, təkcə türk 
deyil, həmçinin dünya ədəbiyyatının  ən yaxşı nümunələri, 
bədii-ifadə vasitələrinin bitkin arsenalı, yaradıcı yanaşmanın 
özü, eyni zamanda xalqın sosial və ictimai münasibətlərinin 
inkişafının  əsas səviyyəsini  əks etdirirdi.
XX yüzilliyin 20-ci illərində  ədəbiyyatda aparıcı mövzu 
Qaraqalpaqstanda və Orta Asiyada baş verən dəyişikliklər idi.  
Bu illərin lirikası nisbətən siyasi xarakterli idi. Çünki ictimai 
vəziyyət  şairlərdən yeni dövrün təbliğatçılarına çevrilməyi, 
yeni münasibətlərin təşviqatçısı olmağı,  əməyi tərənnüm 
etməyi tələb edirdi. Şairlər bu dövrdə daim batraklıq (nö kər-
çilik) etmiş insanın  azad olunmasını görür və bütün bunlar 
batraka müstəqil, azad insan statusu almağa imkan verirdi.
2
    
Bəzən sənətkarların başlıca təsvir predmetini basmaçilər 
mövzusu, feodal qalıqları, vətəndaş müharibəsi, inqilab, 
kollektivləşmə, yeni mənəvi dəyərlərin 
for ma laşması 
və s. təşkil edirdi. Bu mənada D.Nazbergenovun «Dliş 
kolxozçudur», J.Aymirzəyevin «Primbet», «Əmək qəhrəmanı 
Nurəddin» və s. əsərləri dövrün nəbzini tutmaq baxımından  
nümunəviliyi ilə  fərqlənirdi.


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə