Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə69/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
274
275
«Qırx qız» (digər müəlliflə birlikdə) və s. pyesləri onu 
qaraqalpaq səhnə  sənətinin  ən istedadlı müəllifləri sırasına 
çıxarmışdır.
İ.Yusupov  ədəbiyyata xalq həyatının bütün tərəflərini 
dərindən bilən bir insan kimi gəlmişdir. Onun əsərlərində 
dövrün nəbzi və  hər bir qaraqalpağın ürək döyüntüsü 
vardır. İ.Yusupova böyük şöhrət gətirən isə onun «Xoşbəxtlik 
lirikası», «Şərqdən gələn səyyah», «Düşüncələr», «Yeddi 
aşırım», «Səhra romantikası», «Könül könüldən su içər», 
«Seçil miş  əsərləri» və digər kitablarıdır.  İ.Yusupovun oxu-
cuları heç də Qaraqalpaqstanla bitib tükənmir. Onun 
əsərlərini Özbəkistanda, Qırğızıstanda, Rusiyada və digər 
respublikalarda böyük həvəslə oxuyurlar. 
İ.Yusupovun yaradıcılığı üçün fəlsəfi  təfəkkür, dərin 
düşüncə, psixologizm, incə lirizm, obrazlılıq, zəngin xalq 
dili, yenilik, şeirin zərgər dəqiqliyilə naxışlanmasıdır. Şairin 
yaradıcılıq kredosu məhz onun aşağıdakı  sətirlərində yaxşı 
görünür:
Lap sən yaddan çıxar – olmusan sair,
Hecan ürəklərdə yaşayır, şair!
Yaddan çıxarsan ki, insan oğlusan –
Bənddə yalan varsa – deyilsən şair! 
Hələ 1987-ci ilin mayında Almaz Binnətova “Ədəbiy yat  və 
İncəsənət” qəzetində çap etdirdiyi “Qaraqalpaq şairi İbrahim 
Yusupov” adlı    məqaləsində  şairin yaradıcılığını  nəzərdən 
keçirərkən yazırdı: “İbrahim Yusupovun poeziyasın da 
insana, həyata məhəbbət  hissi güclüdür, təmizdir, səmimidir. 
O, poeziyaya gəldiyi ilk günləri belə xatırlayır: “Anam bir 
çox zəhmətkeş, mehriban, köhnə dünya anlayışlı qaraqalpaq 
qadınlarından  biri idi. Lakin mənə  qəzetdə çap olunmuş 
ilk  şeirimə anamın təbii, sadəlövh və  səmimi münasibəti 
müqəddəs  bir xeyir dua təsiri bağışladı. Anamın  bu xeyir-
duası ilə  mən Poeziya dünyasına gedən cığırla böyük bir 
axtarışa yollandım”.  Şair bu axtarışda  şeirləri, poemaları 
pyesləri, məqalələri, tərcümələri, elmi tədqiqat əsərləri ilə ən 
böyük poetik kəşflər edə bildi. Poeziya dünyasına yol şairin 
taleyinin xoşbəxt uğuru oldu”.
16
  
Səhranın isti nəfəsi İ.Yusupovun «Kərtənkələnin gözləri» 
şeirində koloritli görüntü yaradır, burada kərtənkələnin gözü 
sanki  səhrada gedən maşınların işıqları  kimi  əks olunur.
Ənənəyə görə qaraqalpaq şairlərinin fəlsəfi lirikası 
canlanmış peyzaj vasitəsilə ümumi məişət məsələlərini, xalqın 
mənəvi simasını, onun milli xüsusiyyətlərini əks etdirir. Yeni 
məzmun, həm də bu şeirlərdə  ənənəvi məişət mərasimləri
gül, səhra otları və kolluqları ilə əks olunur, şair heyvanlardan 
də vəni, atı  əsərlərində xüsusi şəkildə  təqdim edir. Canlı, 
dözüm lü, daim rütubət axtaran saksaul ağacının təsviri də 
İ.Yusu povun  «Saksaul»  şeirində daha görümlü  əks olunmuş-
dur. İ.Yusupovun özünəməxsus metaforik priyomdan istifa-
dəni biz həm də digər qaraqalpaq şairi Maten Seyitniyazovun 
«Köklər»  şeirində tapırıq. 
İbrahim Yusupovun, demək olar ki, bütün əsərləri maraq-
la oxunur. Onların sırasında «Səhra xəyalları», «Tomiris», 
«İlham pərisi», «Əsrin gedişi», «Qara papaq haq 
qında 
dastan», “Köhnə fontan hekayəti”, «Eyni mənbədən» və s. 
əsərləri yer tutur. «Səhra xəyalları» - Üstyurd yaylasının qaz 
və neftçıxaranları haqqında romantik poemadır. Bu əsər əmək 
haqqında lirik poema kimi yazılmışdır və məhz əsər burada  
təbiətin özü, əməkçi insanın himni kimi səslənir. Poemanın 
bədii forması şairin ideyaları ilə son dərəcə həmahəng şəkildə 
qələmə alınıb və o qədər mükəmməldir ki, bu qaraqalpaq 
poeziyasının incilərindən birinə  çevrilə bilmişdir.  
İ.Yusupovun yaradıcılığında həm də poetik publisisti-
ka mühüm yer tutur. Onun əsərlərində qaraqalpaq cəmiy-


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
276
277
yətinin əməkçi insanları, onların gələcək problemləri aparıcı 
mövqedə dayanır.  İ.Yusupovun poeziyası üçün  xəlqilik, 
intellektuallıq, fəlsəfilik başlıca  şərtdir. Onun yaradıcılıq 
fərdiliyi ona nəinki şair kimi məşhurluq gətirmiş, həm də onu 
insanların gözündə ictimai xadim kimi ucaltmışdır.
İ.Yusupov nəinki istedadlı  şair, həm də son dərəcə 
bacarıqlı  tərcüməçi idi. O, müxtəlif dövrlərdə qaraqalpaq 
dilinə qırğız və noğay xalq nəğmələrini, Xəyyamın, Hafizin, 
Nəvainin qəzəllərini,  Şeksprin,  Şillerin, Bayronun, Hötenin, 
Heynenin, Puşkinin, Lermontovun, Blokun, Şevçenkonun, 
Mitskeviçin, Neruda 
nın, Tukayın, M.Kərimin, Zülfiyyənin 
və digər dünya ədəbiyyatı klassik lərinin çoxsaylı  əsərlərini 
tər  cümə etmişdir. Onun mütərcimlik yaradıcılığında həm də 
Azər  baycan  mütəfəkkiri M.F.Axundzadənin «Şərq poe ma-
sı…» xüsusi yer tutur ki, qaraqalpaq oxucuları bu əsərlə 1966-
cı ildə «Amudərya» jurnalının səhifələrində tanış olmuşlar. 
Bütün bunlar bir daha sübut edir ki, İ.Yusupov Azərbaycan, 
qırğız, noğay, özbək və digər türk xalqlarının yaradıcı irsinə 
məhəbbətlə yanaşmış  və eyni zamanda fars, ingilis, alman, 
polyak, rus, ukrayna, özbək, tatar, başqurd və digər xalqların 
da yaradıcılığını yüksək qiymətləndirmişdir.
Ali məktəbdə elmi-pedaqoji fəaliyyətlə  məşğul ola-ola 
İ.Yusupov orta məktəbin X sinfi və pedaqoji institut tələbələri 
üçün «Qaraqalpaq sovet ədəbiyyatı» kitabını nəşr etdirmiş və 
eyni zamanda Moskvada rus dilində çap olunmuş 3 cildlik 
“Qaraqalpaq Sovet ədəbiyyatı» və “Çoxmillətli sovet ədə-
biyyatı” kitabının müəlliflərindən biri olmuşdur. İ.Yusu povun 
qələminin məhsulu çoxsaylı məqalələr, çıxışlar və əsərlərdir 
ki, onlar qaraqalpaq ədəbiyyatının,  ədəbiy yatşünaslığının, 
ədəbi  əlaqələrinin bu və digər aktual problemlərinə  həsr 
olunmuşdur.
4.Tolıbay Kabulov yaradıcılığında 
vətənpərvərlik motivləri
Qaraqalpaqstanda və onun hüdudlarından çox-çox 
kənarda yaradıcılığı son dərəcə populyar olan şairlərdən 
biri də  Tolıbay Kabulovdur (1939). O, Qaraqalpaqstanın 
Taxtakupır (indiki Qara-Uzək) rayonunda anadan olmuşdur. 
İlk şeirləri «Жаш Ленинши» («Gənc Leninçi») qəzetinin 
səhifələrində nəşr olunmuşdur. Kabulov Nökisdə qaraqalpaq 
dilində  işıq üzü görmüş orijinal  poetik məcmuələr 
müəllifidir. Onun əsərləri sırasında ilk növbədə «Qara Buğa», 
«Mən vuruldum», «Sima», «İnadkar Patulla» və digərlərinin 
adını  çəkmək olar. T.Kabulov qaraqalpaq dilinə digər 
xalqların  ədəbiyyından xeyli əsərlər tərcümə etmişdir. On-
ların sırasında özbək dilindən Həmid Alimcanın «Si murq», 
Mirsəid Mirşəkərin «Qızıl qışlaq», Nikolay Qoqolun «Taras 
Bulba», Samuel Marşakın «Bizim məhlənin uşaqları», Aqniya 
Bartonun «Sənin bayramın», Sergey Mixalkovun «Styopa 
dayı» və digər əsərlər vardır. T.Kabulov xalq  ya radıcılığına 
da olduqca məhəbbətlə yanaşmışdır. Onun «Xəsis qar-
daşlar», «Doğma aul haqqında nəğmə», «Kanender haq qında 
ballada» və digər əsərləri xalq nağıllarının motivləri əsa sında 
yazılmışdır. Bu da məhz T.Kabulovun xalq yara dıcı lığından 
geniş istifadə etdiyinin göstəricisidir.
T.Kabulovun  şeirləri dövrü mətbuatda, xüsusən «Şərq 
ulduzu», «Gulxan», «Qönçə», «Sovet Qaraqalpaqstanı», «Şərq 
həqiqəti», «Daşkənd axşamı», «Özbəkistan mədəniyyəti», 
«Özbəkistan komsomolu», «Lenin bayrağı» və digər bu kimi 
qəzet və jurnallarda nəşr olunmuşdur. Onlar dəfələrlə özbək, 
qazax, rus radiosu ilə səsləndirilmişdir. T.Kabulovun şeirləri 
bir sıra dillərə, o cümlədən, özbək, qazax, qırğız, rus, ukrayna, 
moldova, uyğur dillərinə tərcümə olunmuşdur.
1978-ci ildə Nökisdə T.Kabulovun «Gələcək gün»
17 
kita-


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə