Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə70/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
278
279
bı nəşr olunmuşdur. Onun əsərlərinin rus tərcüməçiləri sıra-
sında E.Subbotin, N.Bondarenko, V.Parfentyev, M.Krav çuk, 
O.Şestinski, N.Krasilnikov, Y.Yemel yanov, M.Qreben yuk və 
digərləri vardır. Bütün bunlar onu göstərir ki, T.Kabulovun 
yaradıcılığı  nəinki Qaraqalpaqstanda, həm də onun hü-
dud larından çox-çox uzaqlarda da məşhurdur. O, elə in-
san  lardandır ki, məhz öz yaradıcılığında dövrünü narahat 
edən problemlərə toxunur, daim yeni dövrün oxucularına 
istiqamətlənir. Öz doğma Vətəninin ənginlik lərindən vəcdə 
gəlmiş T.Kabulov  insanların fədakar əməyini yüksək şəkildə 
vəsf edir, vətən torpağının gözəlliyinə valeh olur, insanlar 
haqqında söhbətlər edir və s. Bu mənada T.Kabulovun 
«Səhra romantikası», «Yasnaya Polyanada», «Qafqaz», «Hər 
şeydən  əziz», «Erkindəryadan olan qıza», «Anama, sevimli 
şeir lərim», «Ana», «Anamın  fikirləri», «Anam mənim, 
anam», «Mə nim  ürəyim sənin üçün döyünür», «Vaxt gəldi, 
sən də ana oldun…», «Ana haqqında söz», «Bulaq», «Külək», 
«Üstyurd da»,  «Daşkənddə səhər», «Güllər və gecələr» və s. 
əsərləri daha maraqlıdır.   
T.Kabulov nəğməkar  şairdir. Onun bir sıra  şeirlərinə, o 
cüm lədən «Daşkənd oktavaları», «Eolov arfası», «Qar üstün-
də qırqovul» və digərlərinə həm də tanınmış qaraqalpaq bəs-
tə karları musiqilər yazmışlar. Kabulovun əsərləri son dərəcə 
alov lu,  qəlbə yatan lirizmi və dərin xəlqiliyi ilə seçilir. 
Ədəbiyyat
1. Мамедов Н. Каракалпакская литература ХХ века: истоки 
и особен ности развития// Тезисы докладов научной конфе рен-
ции сотрудников Бакинского Славянского университета. Баку, 
“Kitab aləmi”, 2006, c.76-77. 
2.  Каракалпакская  литература//  Литература  народов 
Средней  Азии  и  Казахстана.  М.,  МГУ, 1960 с.206.
3.  Нурмухамедов  М.К.,  Жданко  Т.,  А.Камалов  С.К.  Кара-
кал па ки.  Ташкент, “ФАН”, 1971, с. 105.
4.  Нурмухамедов  М.К.  Развитие  жанра  поэмы  в  кара кал-
пакской  литературе.  Ташкент, «ФАН», 1976, с.42.
5.  Нурмухамедов  М.  Каракалпакская  поэзия.  Краткий 
очерк.  Ташкент, «ФАН», 1977, с. 31.
6.  Нурмухамедов  М.  Каракалпакская  поэзия.  Краткий 
очерк.  Ташкент, «ФАН», 1977, с. 23.
7.  Маджитов  С.  Каракалпак//  Поэты  Каракалпакии.  Л., 
«Сов.  писатель», 1980, с. 191-193.
8. Жапаков Н.Творчество Аяпбергена Мусаева. Нукус, 1964, 
с.133-134. 
9. Нурмухамедов М.К., Жданко Т.А., Камалов С.К. Культура 
советской  Каракалпакии//  Нурмухамедов  М.К.,  Жданко  Т.А., 
Камалов С.К. Каракалпаки. Ташкент, «ФАН», 1971, с. 113.
10. Аймурзаев Ж. Сердце сироты. Нукус, 1967// История ка-
ракалпакской  советской    литературы.  Ташкент, «ФАН», 1981, 
с.202. 
11.  Аймурзаев  Ж.  Слушай,  сын.  Газ. «Кызыл  Каракал-
пакстан», 1943, 6 октября. 
12.  Юсупов  И.  Каракалпакская  литература//История 
советской многона циональной литературы . В 6-ти т., Т.3. М., 
«Наука», 1970, с. 476. 
13. Нурмухамедов  М.К. Развитие жанра поэмы в кара кал-
пакской советской литературе. Ташкент, «ФАН», 1976,  с. 15.
14. Аймурзаев Ж. Таскын (Половодье). Нукус, 1946, с. 47.
15. Аймурзаев Ж. Таскын (Половодье). Нукус, 1946, с. 47.  
16. Binnətova A. Qaraqalpaq şairi İbrahim Yusupov. “Ədəbiyyat 
və İncəsənət”, 1987, 26 may.
17.  Кабулов  Т.  День  грядущий.  Стихи,  Поэма,  Сказка. 
Нукус, «Каракал пакстан», 1978, с. 92.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
280
281
XIII
QARAQALPAQ NƏSRİNİN 
TƏŞƏKKÜLÜ, FORMALAŞMASI VƏ İNKİŞAFI
XX  əsrin 20-ci illərinin sonlarında qaraqalpaq nəsrinin 
yaranması. Felyeton və oçerklər ilk nəsr  nümunələri kimi. İlk 
nəsr janrlarında parlaq, bədii ümumiləş dirmələrin zəifliyi. 
Bu janrın təşəkkülündə şifahi yaradıcılığın rolu. R.Məcidov, 
N.Kuzembayev və digər bu kimi qaraqalpaq nasirlərinin ilk 
hekayələri.
30-40-cı illər qaraqalpaq nəsri. D.Nazbergenovun, R.Məci-
dovun, A.Begi 
movun, M.Daribayevin oçerkləri, felyeto-
nları  və hekayələri. Bu hekayələrdə folklor priyomlarından 
istifadə. Nəsr janrının təşəkkülündə «kiçik epik» formaların 
rolu. Zarisovka, oçerk, publisistik məqalə  və hekayələrin 
Böyük Vətən müharibəsi dövründə inkişafı. R.Məcidovun 
hekayələrində müharibənin 
əksi («Qəmli intizar»), 
N.Davkarayevin («Qoçaqlıq», «Ölümdən qorxmayanlar»).
XX əsrin 50-ci illərində qaraqalpaq ədəbiyyatında uşaqlar 
üçün qələmə alınmış hekayələr. S.Saliyev, A.Şahmuradov, T. 
Kaipbergenov, U.Xocaniyazov və digərlərinin əsərləri.
Qaraqalpaq  ədəbiyyatında povest janrının yaranması. 
A.Orazovun («Çətin günlərdə»), J.Taşenovun («Müharibə 
dostları»), T.Najimovun («Yeni torpaq üzərində bayraq») və 
digərlərinin povestləri.
50-ci illər qaraqalpaq ədəbiyyatında roman janrının 
yaranması. A.Begimovun «Birinci addım», «Balıqçı  qızı», 
T.Yelmanovun «Keçmiş dövrlərdə», S.Məcidovun «Suyin və 
Sara» romanları. Qaraqalpaq ədəbiyyatında romanın janr 
prinsiplərinin, romantik  meyllərin formalaşması və dərinlə-
ş məsi. 
60-70-ci illərdə qaraqalpaq nəsrində realizmin yaranması, 
qaraqalpaq  ədəbiyyatının digər xalqların və ölkələrin 
ədəbiyyatları ilə yaradıcı  əlaqələri. Digər  ədəbiyyatlardan 
olan   məlliflərin  əsərlərinin  qara qal paq dilinə  tərcüməsi
eyni zamanda A.Puşkinin, M.Lermontovun, N.Qoqolun, 
L.Tolstoyun, A.Çexovun, S.Ayni 
nin, B.Kər ba bayevin, 
V.Latsisin, P.Merimenin, V.Hüqonun, R.Taqorun və başqa-
larının  əsərləri qaraqalpaq dilində. 
Türk nəsri yaradıcı  ənənələrindən istifadə, digər 
ədəbiyyatların köməyi ilə qarşılıqlı zənginləşmə məsələləri.
T.Kaipbergenovun «Sağ ol, müəllim» və «Buz damcı» 
əsərləri 60-70-ci illər qaraqalpaq nəsrinin mühüm hadisəsi 
kimi. Yazıçının mənəvi-əxlaqi dəyərlərə münasibəti, 
qəhrəmanların mənəvi aləminə «səyahəti».
80-90-cı illərdə qaraqalpaq ədəbiyyatında roman janrının 
formalaşması və inkişafı. Qaraqalpaq ədəbiyyatında realist 
tendensiyaların dərinləşməsi. T.Kaipber genovun («Mamanbiy 
haqqında  əfsanə», «Qaraqalpaqnamə», «Qaraqalpaqlar 
haqqında dastan»), K.Sultanovun (“Haciniyaz”), U.Xocani-
yazovun («Aydana»), S.Saliyevin («Karvan uzaqları  arayır») 
və digərinin əsərləri.
T.Kaipbergenovun nəsri. T.Kaipbergenov – qaraqalpaq 
mədəniyyəti tari 
xində yeni hadisə kimi. Yazıçının nəsr 
əsərlərinin problematikası. Onun «Sağ ol, müəllim», «Buz 
damcı», «Qaraqalpaq qızı», «Yuxusuz gecələr», «Mamanbiy 
haqqında dastan» və s. əsərləri. Bu əsərlərin süjet və 
kompozisiyası, obrazlar sistemi. Əsərlərində tarixi həqiqətlə 
bədii həqiqətin çulğaşması. «Qaraqalpaq 
namə» roman-
essesi və «Qaraqalpaqlar haqqında dastan» T.Kaipbergenov 
yaradıcılığının zirvəsi kimi.  Bu əsərlərdə, tarix, məişət, həyat 
tərzi, əxlaq problemləri və tərbiyə məsələləri. T.Kaipbergenov 
1980-2000-ci illər qaraqalpaq ədəbiyyatının ən məşhur nüma-
yən dəsi kimi. T.Kaipbergenovun əsərlərinin digər dillərə 
tərcüməsi.
Qaraqalpaq nəsrinin yaranması XX əsrin 20-ci illərinə 
təsadüf edir. Buna qədər qaraqalpaqlarda bu janrda heç bir nəsr 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə