Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə71/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
282
283
əsəri yaradılmamışdır. İlk nəsr nümunəsi kimi qaraqalpaqlar 
felyetonlar yaratmışlar ki, məhz bu da qaraqalpaq satirik 
poeziyası kimi başlıca məqsəd kimi ictimai həyatın 
eybəcərliklərini tənqid etməyə istiqamətlənirdi.  Bununla belə 
ilk felyetonların xeyli çatışmayan cəhətləri sırasında müvafiq 
ümumiləşdirmələrin yoxluğu, bədiiliyin zəifliyi hiss olunur, 
aydın, açıq ifadə elementləri gözə dəymirdi. Elə buna görə də 
bu tipli əsərlər qəzet məqaləsindən savayı başqa bir əhəmiyyət 
kəsb etmirdi. Qaraqalpaq ədəbiyyatında  felyetondan  sonra 
oçerklər yaranmışdı. İlk qaraqalpaq oçerkləri felyetonlar kimi 
qəzet korrespondensiyalarından heç də  fərqlənmirdi. 
Hekayə janrının yaranması da məhz bu dövrə  təsadüf 
edir. «Qızıl müəllim» qəzetinin səhifələrində E.Kdırni ya-
zovun «Komsomolçu Şirman» hekayəsi nəşr olunur. Burada 
kiçik yaşlı Şirman çobanın uşaqlığı, onun məktəbdə oxuduğu 
illər öz əksini tapırdı. E.Şərifovun «Yelşibek»  əsərində aul 
müəlliminə  məhəbbətdən söhbət açılır.  İlk qaraqalpaq 
hekayələrinin mövzusu xeyli dərəcədə  rəngarəngdir. Elə 
buna görə də onlardan bəziləri «Bazar günlərində», «Zinəp», 
«Qulaş», «Çoxsaylı günlərdən biri» kimi hekayələr ilk dəfə 
«Qızıl müəllim» qəzetində  işıq üzü görmüşdür.
Qaraqalpaq nəsrinin inkişafına  şifahi yaradıcılıq 
nümunələri böyük təsir göstərmişdir. Bu nəinki yazıçılar 
tərəfindən xalq əfsanələrinin süjetlərindən, motivlərindən 
istifadədə, həm də təhkiyə  manerasında, bədii ifadə vasitələri 
sistemində özünü göstərməkdədir.
1
İlk qaraqalpaq yazıçıları həm də nağılların, rəvayətlərin, 
xalq əfsanələrinin nəşrində maraqlı idilər. Onların sırasında 
S.Məcidovu qeyd etməyə ehtiyac vardır. Məhz bu sənətkar 
ibrətamiz xarakterli hekayələr yazmaqla bu tipli nümunələri 
yaymağa çalışırdı. Buna görə  də S.Məcidovun ilk əsərləri 
qaraqalpaq nəsrinin XX əsrin 20-ci illərindəki ilk nümunələri 
kimi səciyyəvidir. 
XX 
əsrin 20-ci illərinin sonlarında mətbuatda 
N.Kuzembayev çıxış etmişdir ki, o, çoxsaylı hekayələr 
müəllifi kimi tanınmaqla  əsərlərində qaraqalpaq nəsrinin 
uğur və  uğursuzluqlarını göz önündə canlandırmışdır. 
Qaraqalpaq yazıçılarının bu dövrdə mükəmməl bədii 
nümunələr yarada bilməməsi həm də onların bu janrdakı 
yaradıcılıq  səriştəsizliyi ilə bağlı idi. 
XX əsrin 20-ci illərində oçerk janrı xüsusilə intensiv inkişaf 
edirdi. Oçerk janrının inkişa fında M.Daribaev, Nazbergenov, 
N.Davkaraev, A.Şahmura 
dov, A.Oleynik, A.Begimov, 
M.Bıkadorov, S.Somo 
va və digərləri də yaxından iştirak 
edirdilər. Yeni məzmu nun  ifadə olunması üçün gənc nasirlər 
bəzən  ənənəvi olaraq folklor bədii ifadə vasitələrindən 
istifadə edirdilər. 
30-cu illərin  əvvəllərindən Qaraqalpaqstan Yazıçılar 
İttifaqının təşkilat komitəsi yaradılır. 1932-ci ildən mütəmadi 
olaraq “Мийнет Эдебийаты” (“Zəhmət ədəbiyyatı”) jurnalı 
nəşr olunmağa başlayır və, beləliklə, bu jurnal qaraqalpaq 
ədəbiyyatının təbliğ olunmasında böyük rol oynayır. 
1934-cü ilin iyun ayında Qaraqalpaq yazıçılarının Birinci 
Qurultayı keçirilir. Bu dövrdə qaraqalpaq nəsrindən söhbət 
belə açılmır. Bütün müzakirələr yalnız poeziyanı, onun 
inkişaf problemlərini çevrələyirdi. Artıq beş il sonra, yəni 
1939-cu ildə Qaraqalpaq yazıçılarının  İkinci Qurultayında 
nəsr və dramaturgiyanın problemləri gündəmə  gəlir, onun 
inkişaf etdirilməsi yolları aranıb axtarılırdı. Bu da təsadüfi 
deyildi. Çünki 30-cu illər qaraqalpaq şifahi xalq yaradıcılığı 
nümunələrinin intensiv toplanması, öyrənilməsi və  təhlili 
dövrü kimi xarakterizə olunmaqdadır. Qaraqalpaq yazıçıları 
ardıcıl olaraq Moskva, Bakı, Daşkənd, Tbilisi, Kiyev, Sankt-
Peterburq və digər  şəhərləri gəzir, gördüklərini bədii 
təəssüratları ilə  zənginləşdirib öz əsərlərinin mövzularına 
çevirirdilər.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
284
285
Bədii nəsr və dramaturgiya 30-cu illərdə, qeyd etdiyi-
miz kimi,  hələ  də qaraqalpaq ədəbiyyatında arzu olu nan 
inkişaf  əldə etməmişdi. Qaraqalpaq  nəsrinin bu dövr 
də 
inkişafında istedadlı hekayələr ustası N.Davkarayevin rolu 
nəzərə çarpan idi. Onun hekayələrində qəhrəmanın psixoloji 
sarsıntılarını  əks etdirmək istəyi  olduqca əhəmiyyətli 
görünürdü. Bu dövrlərdə yaranan nəsr əsərlərindən M.Dari-
ba yevin  “Mindən biri” və A.Şahmuradovun “Köhnə məktəb-
də” povestlərini qeyd etmək olar. Bu əsərlərin təhkiyəsində 
müəlliflər qəhrəmanların formalaşmasını, mənəvi  aləmini, 
həyat yaşantılarını xalq dilinin zənginliyindən istifadə 
etməklə, aparıcı personajların nitqini fərdiləşdirməklə təqdim 
edirdilər.
2
  
Qaraqalpaq yazıçıları 30-cu illərdə daha çox nağıllar dakı 
bədii ifadə vasitələrindən istifadəyə üstünlük verirdilər. Belə 
təqdimat oçerk janrını qaraqalpaq oxucusuna daha yaxın və 
aydın edirdi.
30-40-cı illərdə oçerk və felyeton janrlarının qaraqalpaq 
ədəbiyyatında aparıcı nümayəndəsi D.Nazbergenov  hesab 
olunur. Onun «Beqjandan olan xoşbəxtlər», «Xoşbəxtlik 
uçqunu», «Qızıl dəri», «Möcüzə yaradan insanlar», «Aviatex-
nik», «Qarışıq dillər müəllimi», «Tanış  səs», «Aldar Kose» 
və s. bu kimi əsərlərində o, özünü bu janrın operativ və 
bacarıqlı ustası kimi təqdim edə bilmişdir. D.Nazber genovun 
oçerklərinin qəhrəmanları – özünün müasirləridir. D.Naz-
berge novun «Toya gələn vaxt» oçerkində Qızgetgen kana lının 
tikintisindən söhbət gedir. Bu kanal Qaraqalpaqstanın şimal 
rayonlarındakı boş susuz səhraların su ilə təmin edilməsində 
mühüm rol oynayırdı.
Göstərilən dövrdə qaraqalpaq ədəbiyyatında çoxsaylı 
oçerklərin yaranmasına baxmayaraq, onların süjetləri 
əsasən yeknəsək olub bir-birinə oxşar idi. Bu baxımdan 
D.Nazbergenovun «Seygey» («Xalq gəzintisi»), R.Məcidovun 
«Gü lən xoşbəxtlik», O.Kojurovun, İ.Pidəhmədovun «Köhnə 
şə hər», K.Ayimbetovun «Dördgöl», M.Daribaevin «Azər bay-
can aulunda», «Biz Barsa-Gəlməzə (“Gedər-Gəlməz”) gedən-
də» və digərlərinin əsərlərinin adlarını çəkmək olar. Mövzu 
zənginliyinə baxmayaraq, bütün bu əsərlər  əksər hallarda 
məzmun nöqteyi-nəzərdən mükəmməllikdən uzaq  idi.
30-cu illərdə qaraqalpaq ədəbiyyatında oçerk və 
felyetonlarla yanaşı, həm də hekayə janrı inkişaf edirdi. 30-
cu  illər qaraqalpaq hekayəsinin əsasını real hadisələr təşkil 
edirdi. Məsələn, A.Begimovun «Qırmızı karvan» hekayəsində 
təhkiyənin  ümumiləşdirici xarakteri konkret ünvan əvəzinə 
naməlum «X» ilə  əvəzlənmişdi.  Əsərdə bir neçə bölmə 
olmasına baxmayaraq, bu bölmələr heç də  əsəri bütövləş-
dirməyə xidmət etmirdi. Eyni zamanda əsər  müəy yən bədii  
ümumiləşdir məyə  cavab vermir, öz sxematikliyi ilə seçilir, 
obrazlar  şablon təsiri bağışlamaqla, cəlbedici görünmürdü.
30-cu illərin ortalarında qaraqalpaq ədəbiyyatında ilk 
satirik və yumoristik hekayələr yaranır. Onlara M.Daribaevin 
«Allanın sirri», «İki tapmaca, bir sual»,  «Mənim kiçik 
bacıma məktub» hekayələrini, Aymirzəyevin «Gözdən 
pərdə asanlar», R.Məcidovun «Heyfslənmə» və s. əsərlərini 
aid etmək olar. Bütün bu satirik hekayələrdə, milli koloriti 
ilə seçilən  əsərlərdə obrazların uğurlu təsviri,  əsərin dilinin 
orazlılığı, folklor priyomlarından yerli-yerində istifadə 
özünü  əks etdirməkdədir. Aymirzəyevin hekayələrində 
həm də qaraqalpaq müdriklərindən, məzhəkəçilərindən 
– Ömürbə yin,  Jirenşenin və Xoca Nəsrəddinin sərgüzəşt-
lərindən danışılır. Bu dövrdə qaraqalpaq hekayəsi xeyli 
dərəcədə mövzu diapazonunu genişləndirmiş, ilbəil 
formalaşmış, «kiçik» formalar işlənib hazırlanmış  və yeni 
qol-budaq atmışdır. Oçerk janrı da bu dövrdə öz müxtəlifliyi, 
rəngarəngliyi ilə seçilirdi. Ədəbi, elmi-publisistik, memuar, 
qəzet, sənədli oçerklər yazılır, yol qeydləri, zarisovkalar 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə