Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə67/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
266
267
çıxmışdır. «Koklen» musiqili dram janrında yazılmış uzun 
müddət qaraqalpaq  səhnəsində  böyük uğur qazanmış bir 
əsərdir. M.Daribayev  öz qüvvəsini həm də nəsrdə sınamışdır. 
Onun «Mindən biri» povesti qaraqalpaq xalqını  əzənlərlə 
mübarizəyə  həsr olunmuşdur.
***
Özünəməxsus poetik manerası ilə seçilən  Tileubergen 
Jumamuradov (1915-1990) Qaraqalpaqstanın xalq şairidir. 
Onun son dərəcə maraqlı yumor və satira ilə haşiyələnən 
əsərləri sırasında «Maspambetin yuxusu», «Yaltaq 
Allamurad», «Kürklə döyüş», «Tənqidçi - sədr», «Yazıçı  və 
qızıl balıq» və s. əsərləri qaraqalpaqların sərgilədikləri estrada 
tamaşalarının repertuarına üzvü şəkildə daxil olmuşdur. 
T.Jumamuradov bir neçə poemalar və lirik şeirlər kitabının 
müəllifidir. Onlardan ən başlıcası «Həyatımın lirikasından» 
adlanır. Bu kitabda o, sanki öz fərdi yaradıcılıq fəaliyyətinin 
akkordlarını  əks etdirməyə müvəffəq olmuşdur.
T.Jumamuradov  şərq rübailərinin  ən gözəl  ənənələrini 
davam etdirməklə elə  məşhur dördlüklər yazmışdır ki, bu 
dördlüklərin  əksəriyyəti öz təzə-tər yumoru, dəlici ironiyası, 
fəlsəfi düşüncə  tərzi ilə  fərqlənməkdədir.
2. Jolmirzə Aymirzəyev poeziyasının 
aparıcı mövzuları
Jolmirzə Aymirzəyev (1910-1996) – Qaraqalpaqstan 
Respublikasının xalq yazıçısı, Berdax adına Dövlət  mükafatı 
laureatı, Özbəkistan Respublikasının  əməkdar incəsənət 
xadimi olmuşdur. O, valideynlərini erkən itirdikdən sonra 
on yaşında «adam içinə» gedir. J.Aymirzəyev qeyd edir ki, 
«yetimlik artıq mənim bütün qüvvəmi, canımı aldı və sanki 
kürəyimə sancıldı. Mən səhərdən gözümü açıb günəş qürub 
edənə qədər onu öz göz yaşlarıma boyuyurdum. Gecələrim 
son dərəcə uzun, gündüzlərim isə daim kədərli idi».
10
J.Aymirzəyev sonra Çimbay şəhər məktəb - internatında  
təhsil alır, Turtkul Pedaqoji Texnikumunda təhsilini davam 
etdirir, Taxtakupır rayonunda müəllim, sonra isə  mətbuat 
orqanlarında və digər yerlərdə çalışır.  
J.Aymirzəyev  ədəbiyyata XX əsrin 20-ci illərinin 
sonlarında gəlmişdir. Onun yaradıcılıq  yolu, demək olar ki,  
XX  əsr qaraqalpaq poeziyasının  əksər inkişaf mərhələlərini 
əhatə etmişdir. Artıq yaradıcılığının ilkin dövründə o, bir sıra 
maraqlı şeirlər yaratmışdır. Bu əsərlərdə şair daha müxtəsər 
və aydın formada yaşadığı dövrün xüsusiyyətlərini açmağa 
çalışır. Hələ texnikumda oxuyan zaman o, «Mübarizə 
aparın», «Sən də əkinə getməlisən», «Sənin toyun, Primbet», 
«Bir zavod tikdik», «Bizim temp», «Qatar», «Bahadır qızlar», 
«Rəfiqəm, gəl,  şadlıq nəğməsi oxuyaq», «Mən sevgilimin 
adını  çəkdim, o, qucağını açdı», «Gülməkdən az qaldım 
uğunub gedim», «Dostlar, baxın» və s. kimi şeirlər yazmışdır. 
J.Aymirzəyevin bir sıra şeirlərində qaraqalpaq şifahi xalq 
ədəbiyyatı  ənənələrinin təsiri güclü hiss olunmaqdadır. Öz 
poetik duyğularına görə  şairin yaradıcılığı bu ənənələrdən 
istifadə etməklə daha da zənginləşmişdir. 
Müharibə illərində J.Aymirzəyev xüsusi enerji ilə 
vətənpərvərlik  şeirləri yazmış,  əsl anaların, bacıların, 
qadınların xarakterini açmağa can atmışdır. J.Aymirzəyevin 
poeziyası üçün xarakterik olan ənənəvi folklora müraciət və 
klassik poeziyadan bəhrələnmə son dərəcə  zəruri olmaqla, 
həm də  həmin  dövrdə Sovetlər  İttifaqında yazıb-yaradan 
şairlərin, yazıçıların istifadə etdiyi priyomlardan idi. Qeyd 
edək ki, həm də bu ənənələr  əsasında rus yazıçıları – 
N.Tixonovun, A.Tvardovskinin, K.Simonovun, V.İnberin, 
M.İsa kovs kinin,  E.Dolmatovskinin,  N.Rılenkovun, A.Sur ko-
vun, V.İ.Lebedev – Kumaçın, Azərbaycan şairləri – S.Vurğu-
nun, B.Vahabzadənin, R.Rzanın, M.Arazın və digərlərinin 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
268
269
şeir ləri yaranmışdır; özbək şairlərindən – Q.Qulam, H.Əlim-
can; qazaxlardan  – B.Maylin, S.Seyfullin, türk mənlərdən Mol-
la Nəpəs, Kor Molla, Durdı Klıç  və başqaları yaradıcılığını 
məhz bu istiqamətdə  cilalamışdılar. Onların yaradıcılığı 
xalq həyatından qaynaqlanmaqla xüsusi melodikliyi ilə 
seçilir. Eyni zamanda adlarını    çəkdiyimiz  şairlər heç də 
daim folklor ənənələri çərçivəsində qapanıb qalmamışdılar. 
Onların  şeirlərində yeni intonasiya, dövrün nəbzi, inkişafın 
sıçrayış tempi, yeni tarixi dövrün özünəməxsusluğu öz əksini 
tapırdı. J.Aymirzəyev poeziyası üçün də  məhz bu cəhətlər 
xarakterik idi. Şair həm də  qədim qaraqalpaq folklorunun 
repertuarında olan müxtəlif növ və janrlardan  geniş istifadə 
edirdi. J.Aymirzəyevin müharibə dövrü əsərlərində, demək 
olar ki, şeir formasının müxtəlif növlərindən istifadə olunurdu 
ki, bu şeir formalarında həm də  ənənəvi musiqililik özünü 
aydın  şə kildə büruzə verirdi. Elə buna görə  də  sənətkarın 
yaradıcı lı ğın da  fərdilik, melodiklik, ekzotiklik, özünəməxsus 
səs, nəfəs, intonasiya  hiss olunurdu. 
Müharibə dövrü qaraqalpaq ədəbiyyatında J.Aymir 
zə-
ye vin  şeir və poemaları xüsusi yer tutur. Onun bu illərdə 
nəşr  et  dir  diyi  “Qəhrəmanlıq mübarizəsi”  şeirlər məcmuəsi, 
“Pre zent”  və “Qoşqar-batır” poemaları kifayət qədər maraq 
doğu rur du.  Şairin  əsərləri həmin dövrlərdə  nəin ki  “Qızıl 
Qara qal paqstan”    qəzetində, həm də döyüş  və rə qələri və 
cəbhə mət bua tında yayılırdı. Onun çağırış  xarak ter li  “Qulaq 
as, oğlum” po pulyar şeiri  əsgər atanın duyğu və  fikirlərini 
olduqca görümlü bədii vüsət ilə ortaya qoyurdu:
Qulaq as, əzizim, mən döyüşdəyəm,
Əlimdə silahım mən vuruşdayam,
Düşməni məhv edə bilməsəm əgər – 
Onda hesab et  ki, mən məhv olmuşam.
11
   
İ.Yusupov haqlı olaraq hesab edir ki, J.Aymirzəyevin 
müharibə yə  həsr olunmuş  əsərlərində (“Minaatan Qara-
mirzə”, “Qoçaq çapar Şahmurad”, “Siyasi rəh bər Pulatov 
və s.”) qaraqalpaq igidlərinin cəsurluğu vəsf olunur. Onun 
qəh rə  man ları  vətən qarşısında borclu olduğunu dərindən 
dərk edən lər, dostluğa və qardaşlığa sadiq, mübarizənin 
məqsədini du 
yanlardır.
12
 
Müharibə dövründə J.Aymirzəyevin poetik istedadı 
xüsusilə kükrəmişdi, şairin səsi daha çox eşidilir, o, insanları 
düşmənlərə qarşı mübarizəyə səsləyirdi. Məhz bu dövrlərdə 
şairin «Zaman gəldi, slavyanlar», «Cəbhədən məktub», 
«Ukrayna od içində», «Kira», «Bayrama gələcəm» və digər 
əsərləri xalqın vətənpərvərlik hissinin yüksəldilməsində 
böyük   rol oynamışdı. «Oğul, qulaq as», «Oğul, əgər vətənin 
qalxanı olmasam, məni lənətlə» kimi şeirlərində  əgər, bir 
tərəfdən, vətən qarşısında titrəyişli andiçmə görünürdüsə, 
digər tərəfdən, Jolmirzə yaradıcılığında ölkə  gəncləri üçün, 
həmin dövr üçün zəruri olan nəsihətlər və müdrik ifadələr öz 
əksini tapırdı.
J.Aymirzəyev poema janrının inkişafında xüsusilə 
böyük rol oynamışdır. Onun «Mübarizə», «Biz mübarizədə 
qalib gəldik», «İşıqlı yol» və digər poemaları qaraqalpaq 
ədəbiyyatında epik əsərlərin yaranmasında ilk cəhd kimi 
səciyyəvidir. «Mübarizə» poeması qaraqalpaq poeziyasında 
ilk mühüm poemalardan biri kimi  dəyərləndirilməkdədir. 
J.Aymirzəyev yaradıcılığının tədqiqatçıları onun “Müba rizə” 
poemasının yüksək məziyyətlərə malik olduğunu dəfələrlə 
qeyd etmişlər.
Qaraqalpaq və türk ədəbiyyaının  ənənələrini zənginləş-
dirib davam etdirərək J.Aymirzəyev poema janrını yeni 
qafiyə, ritm və intonasiya ilə doldura bilmişdir. “Mübarizə” 
poemasının başlıca leytmotivi mübarizədir. Onun baş 
qəhrəmanı  zəhmətkeş  Qarabaydır. Bütün poema boyu 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə