Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə75/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
298
299
Bir tərəfdən, qaraqalpaq ədəbiyyatının digər xalqların 
ədəbiy yatı ilə yaxından  əlaqə  və ünsiyyətə can atması , 
xüsu sən özbək, qazax, qırğız, türkmən  ədəbiyyatı ilə, digər 
tərəfdən, rus və digər xalqların əsərlərindən edilən tərcümələr 
qaraqalpaq ədəbiyyatında roman janrının inkişafına müsbət 
təsir edirdi. Qaraqalpaq dilinə        tərcümə olunmuş  əsərlər 
sırasında rus ədəbiyyatından - A.Puşkin, M.Lermontov, 
N.Qoqol, L.Tolstoy, A.Çexov, M.Qorki, A.Fadeyev, M.Şolo-
xov, özbək  ədəbiyyatından - A.Qədiri, Aybək,  Ş.Rəşidov; 
qazax ədəbiyyatından  – M.Auezov, S.Mukanov; qırğız ədə-
biyyatından – Ç.Aytmatov, B. Seytakov; tacik ədəbiy yatından  
- S.Ayni; türkmən  ədəbiyyatından  - B.Kərbabayev; litva 
ədəbiy ya tından – V.Latsis; fransız ədəbiyyatından P.Merime, 
V.Huqo; hind ədəbiyyatından  - R. Taqor və digər xalqların 
müəlliflərinin  əsərləri  son dərəcə mühüm rol oynayırdı.
Bununla belə 80-90-cı illərdə qaraqalpaq ədəbiyyatında 
roman janrının formalaşması heç də asan getməmiş  və pik 
nöqtəsinə çatmamışdır. Çünki məhz bu dövrdə onun inkişafı 
yeni bədii prinsiplər işləyib hazırlamaqla bir neçə mərhələdə 
və istiqamətdə gedirdi. 
Qaraqalpaq  ədəbiyyatında roman janrının inkişafı  və 
özünütəsdiqi  qaraçay, malkar, noğay, kumux ədəbiyyatlarında 
olduğu kimi digər ədəbiyyatlara nisbətən gecikirdi ki, bunu 
bir sıra amillərlə yanaşı, həm də qaraqalpaqların iqtisadi və 
mədəni geriliyi ilə  əlaqələndirmək daha məqsədə müvafiq 
ola bilərdi.
XX əsr qaraqalpaq ədəbiyyatına şöhrət gətirən  yazıçılar 
sırasında B.Kaip 
nəzərov, T.Kaipbergenov, Ş.Seyidov, 
X.Seyidov, J.Seydnəzərov,  M.Seyid ni yazov,  D.Aymuradov, 
K.Rəhmanov və başqalarının adlarını  çəkə bilərik. Onların 
adları qaraqalpaqlara kifayət qədər yaxşı  məlumdur. 
Məsələn, S.Seyidov oxucuların ürəyinə öz psixoloji povesti 
«Uçub gedən leyləklər çox idi» və «Qaçqın qız» povestləri ilə 
yol tapmışdı. 
Müasir qaraqalpaq romanı bu gün özünə uyğun olan 
səviyyəsi ilə seçil məkdədir. Bu ədəbiyyatda nəsrin intensiv 
inkişafı, xüsusən onun  iri formalarının inkişafı  bu janrın milli 
ədəbiyyatda  tam şəkildə  təsdiqinə    gətirib çıxardı. Müasir 
qaraqalpaq romanı elə mühüm nəsr  əsərləri ilə  məşhurdur 
ki, onların sırasında T.Kaipbergenovun «Sonuncu hücum», 
«Qara qalpaq  qızı», «Buz damcı», «Maman – bəy haqqında 
dastan», «Qaraqalpaqnamə», «Qaraqalpaqlar haqqında 
dastan» trilogiyası, K.Sultanovun «Hacıniyaz» tarixi romanı, 
Y.Leontiçevin «İnsanlara xoşbəxtlik bəxş et», U.Xocaniya-
zovun «Aydana», S.Saliyevin «Karvanlar uzaqları arayır» və 
s. adlarını çəkmək olar. Müasir qaraqalpaq romanında xalqın 
lap qədim dövrlərdən başlayan tarixi və müasir dövrədək 
Qaraqalpaqstan həyatında gedən dəyişikliklərin təsviri bu 
janrın inkişafına xüsusi təsir göstərmişdir. 
Qaraqalpaq  ədəbiyyatında realizmin inkişafı xüsusən 
bu  ədəbiyyatda roman janrının yaranma prosesini güc-
ləndirdi və sü 
rətlən 
dirdi. Qaraqalpaq romanının xarak-
terik xüsusiyyətləri onun folklor ənənələrinə və xalqın tarixi 
keçmişinə müraciəti ilə  də bağlıdır. Bu nöqteyi-nəzərdən  
«Amu dərya sahillərində», «Balıqçı qızı» «Qaraqalpaqlar haq-
qında dastan», «Maman-biy haqqında dastan», «Qaraqalpaq-
namə» və s. daha xarakterikdir. Bu əsərlərdə folklor mühüm 
bir başlanğıc kimi məsələlərin həllinə, obrazların  aydın  
şəkildə  təsvirinə kömək edir. Folklor mühüm bir bədii 
başlanğıc kimi əsərlərin yazılmasına və onların xarakterinə 
təsir etməklə yazıçılara həyat materiallarının seçilməsində, 
obrazların yaradılmasında və s. yardımçı olurdu.
Qaraqalpaq romanı son dövrlərdə yenə  də öz yaradıcı 
uğurları ilə  zəngindir. Sənətkarlar janrın yeni ədəbi 
istiqamətdə formalaşması, xüsusən tarixi- avtobioqrafik 
janrda, lirik-psixoloji yönümdə yazılması üçün daha çox etnik-
milli  şüurdan, onun mühüm imkanlarından qidalanmağa 
çalışırdılar. 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
300
301
1. Həsən Begimovun nəsr yaradıcılığı
Həsən Begimov (1907-1958) qaraqalpaq ədəbiyyatı 
tarixinə istedadlı  şair, nasir və dramaturq kimi daxil 
olmuşdur. O, geniş pedaqoji təhsil almışdır.  Əvvəl Qızıl 
Orda  şəhərində yerləşən  Qazax Xalq Təhsil  İnstitutunda 
oxumuş  (sonra o, Alma-Ataya  köçürülmüş), daha sonra 
isə Pedaqoji İnstitutda, nəhayət Qazax Dövlət Universiteti  
adlandırılmış ali məktəbdə  təhsilini başa vurmuşdur. Hələ 
tələbəlik illərində o şeirlər, birpərdəli pyeslər və hətta tənqidi 
məqalələr də yazmağa səy göstərmişdir.
A.Begimovun yaradıcılıq baxışlarının formalaş ma-
sında qazax yazıçıları İ.Cansuqurov, A.Maylin, S.Mukanov, 
eyni zamanda gələcək qazax alimləri  M.Karatayev, 
M.Qabdullin və başqaları olduqca mühüm rol oynamışlar. 
A.Begimov Almatıda oxuyarkən  İ.Cansuqurov, B. Maylin, 
S.Mukanov və başqaları artıq tanınmış söz ustaları idi. 
Məsələn, 1932-ci ildə  İ.Cansuqurov  Qazaxstan Yazıçılar 
İttifaqına   rəhbərlik edirdi. Hələ  həmin dövrdə o, çoxsaylı 
felyeton və oçerklərlə yanaşı, hekayə,  şeirlər və son dərəcə 
maraqlı poemalar, romanlar yaratmaqla, həm də qazax 
dilinə digər xalqların  ədəbiyyatlarından tərcümələr edirdi. 
Yuxarıda adlarını  çəkdiyimiz qazax yazıçıları, ilk növbədə 
B.Maylin cəmiyyətin inkişafının və ondakı  dəyişikliklərin, 
yeniləşmələrin perspektivlərini yaxşı görürdü. Xalq içindən 
olan qəhrəmanların xarakterlərində, psixologiyasında xalqın 
oyanışı göz önünə gəlirdi. B.Maylin digərləri ilə birlikdə xeyli 
sayda yaddaqalan bədii obrazlar qalereyası yaratmışdı. Onun 
obrazları xalqın, böyük bir nəslin taleyini əks etdirirdi. Eyni 
zamanda onlar ictimai iş və yaradıcılıqla da yaxından məşğul 
olurdular. Onların yolu ilə həm də istedadlı yazıçı, bacarıqlı 
təşkilatçı A.Begimov gedirdi. O, Qaraqalpaqstana qayıtdıq-
dan sonra respubli kanın ictimai-mədəni, maarif həyatında 
geniş və fəal iştirak edirdi. Tanınmış tədqiqatçı K.Ayimbetov 
onun Daşkənddə olduğu dövrü ilə bağlı yazırdı: “O, 
Daşkənd də qaraqalpaq tələbələrinin sıralarından istedadlı-
la rını seçərək dram dərnəyi yaradırdı ki, onlar Orta Asiya 
Kom munist  Universitetində təhsil ala-ala, həm də qaraqalpaq 
yazı çılarının pyeslərini səhnəyə qoyurdular. Daşkənddə 
qaraqalpaq dilində radio verilişləri təşkil edirdilər və s.
7
A.Begimov 30-cu illərdə Qaraqalpaqstan Yazıçılar 
İttifaqında təşkilat bürosunun sədri vəzifəsində böyük ictimai 
iş aparır, redaktorluq edir və Turtkul (Dördgöl – o vaxtkı 
Qara qalpaqstan Muxtar Respublikasının paytaxtı)  Müəllim-
lər  İnstitutunda tədrislə  məşğul olur, məktəblər üçün dərs 
vəsaitlərinin yazılmasında fəal iştirak   edirdi. 
30-cu illərin sonlarına yaxın A.Begimov Qaraqalpaq-
stan Dövlət K.S.Stanslavski adına  Musiqili Dram  Teatrının 
direk toru  işləyir və  Özbək Teleqraf Agentliyinin Qaraqalpaq 
şöbəsinin müdiri, Qaraqalpaq Dövlət Nəşriyyatının bədii 
ədəbiyyat  şöbəsinə  rəhbərlik edir, hətta müharibə illərində 
ordu sıralarında da  xildmət edir. 
A.Begimov SSRİ Yazıçılar  İttifaqı  İdarə heyətinin üzvü 
seçilməklə Daşkənddə, Moskvada, Minskdə  və digər 
paytaxtlarda keçirilən qurultayların, plenumların, yazıçılar 
təşkilatlarının işində  fəal iştirak  etmiş,  bir sıra yazıçı 
forumlarında, tanınmış  bədii söz ustalarının görüşlərində, 
məsələn M.Qorki, A.Tolstoy, A.Serafimoviç, A.Fadeyev, 
S.Vurğun, Aybək, Q.Qulam, A.Tokom bayev kimi yazıçıların 
iştirak etdiyi simpoziumların  iştirakçısı olmuş, daim öz fərdi 
ədəbi-bədii görüşlərinin formalaşmasına diqqət yetirmişdir.
A.Begimovun nəsr  əsərləri də  şeirləri kimi  dövrün 
tələbləri ruhunda yazılmışdır. Oxucular onun «Şinel», 
«Puşkin», «Bacı» və digər  əsərlərində insan ürəyini riqqətə 
gətirən sətirlərlə daha tez-tez rastlaşa bilirlər. A. Begimovun 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə