Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə76/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
302
303
«Xatirə», «Əzablardan qurtulma», «Qərib aşıq», «Bozatau» 
və digər pyesləri qaraqalpaq səhnəsində daim populyar 
olmaqla, dəfələrlə tamaşaya qoyulmuşdur.
8
 
A.Begimov həm də qaraqalpaq nəsrinin inkişafına 
nəzərəçarpacaq dərəcədə böyük təsir göstərmişdir. Onun 
«Qırmızı karvan», «İlk addım» kimi hekayələri qaraqalpaq 
aulunda gedən dəyişiklikləri, qaraqalpaq xalqının daxilində 
baş verən  milli-azadlıq mübarizəsini  əks etdirirdi. Qeyd 
edək ki, «İlk addım» hekayəsinin əsasına qoyulmuş material 
sonra onun «Balıqçı  qızı» romanının başlıca süjet xəttini 
təşkil etmişdir. Bu romanda A.Begimov Aral balıqçılarının 
çətin həyatını realistcəsinə  təsvir etməyə müvəffəq 
olmuşdur. Problem uzun zaman kəsiyində bu  sənətkarın 
diqqət mərkəzində  olduğundan  o, bu mövzuya çoxsaylı 
poeziya, nəsr və dram nümunələri həsr etmişdur. Bu tipli 
əsərlər sırasında Hacıniyazın, Günxocanın, Berdağın, 
N.Davkarayevin, D.Nazbergenovun, T.Kaipbergenovun  və 
digərlərinin də  əsərlərinin adlarını  çəkmək olar. 
A.Begimovun «Balıqçı  qızı» romanı hadisələrin dərin-
dən təsvirinə, xalq həyatının geniş şəkildə göstəril məsinə və 
onun  milli koloritinə, insan naturasının mürək kəbliklə rinin 
açılmasına və digər müsbət xüsusiyyətlərinə görə qaraqalpaq 
nəsrində gerçəkliyin doğru-dürüst panoramını yaratması 
baxımından öncül mövqedə dayanmaqdadır.   
ƏDƏBİYYAT
1. Кедрина З.С. Ломидзе Г.И. Нурмухамедов М.К. История 
каракалпакской советской литературы. Ташкент, «ФАН», 1981, 
с. 34.
2.  Ахметов  С.  Каракалпакская  литература//  История 
советской многона циональной литературы. В 6-ти т., Т.2, кн.2. 
М., «Наука», 1972, с. 327. 
3. 
Каракалпакская 
литература//Литература 
народов 
Средней  Азии  и  Казахстана.  М.,  МГУ, 1960, с. 209-210. 
4.  Нурмухамедов  М.  Каракалпакская  проза  периода 
Великой  Отечественной  войны.  Нукус, 1961, с. 8.
5.  История  каракалпакской  советской  литературы. 
Ташкент, «ФАН», 1981, с. 61.
6.  Нарымбетов  Ж.  Насруллаев  А.,  Аллаяров  С. 
Каракалпакская  литература//  История  советской  много-
национальной литературы. В 6-ти т., Т.5. М., «Наука», 1974, с. 
598.  
7. Аимбетов К. Картины минувших дней. Нукус, 1972, с. 137.
8. Нурмухамедов М.К., Жданко Т.А., Камалов С.К. Культура 
советской  Каракалпакии//  Нурмухамедов  М.К.,  Жданко  Т.А., 
Kамалов С.К. Каракалпаки. Ташкент, «ФАН», 1971, с. 112; 
Баяндиев  Т.  Каракалпакский    государственный  театр  им. 
К.С.Стани славского.  Ташкент,  «ФАН», 1971, с. 193-197.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
304
305
XIV. MÜASİR QARAQALPAQ ƏDƏBİYYATI.
1.TÜLEPBERGEN KAIPBERGENOVUN  POVEST 
VƏ ROMANLARININ MƏNBƏLƏRI, MÖVZULARI VƏ 
OBRAZLARI
T.Kaipbergenov yaradıcılığı   qaraqalpaq ədəbiyyatında  
yeni hadisə  kimi.  T.Kaip ber ge novun  əsərlərinin mövzu 
xüsusiyyətləri. «Qaraqalpaqlar haqqında dastan» epope-
yasında xalqın qədim mübarizə tarixinin əksi.
T.Kaipbergenovun «Yuxusuz gecələr», «Buz damcı» və digər 
əsərlərində  bədii priyomlardan istifadə. «Yuxusuz gecələr», 
«Buz damcı», «Sağ ol, müəllim»   əsərlərində  qəhrəmanların 
dramatik talelərinin  əksi. T. Kaipbergenov yaradıcılığında 
yetimlik motivləri.  Əsərin başlıca ideyasının açılmasın da   
yazı çının fikir və duyğularının özünəməxsusluğu.
Qaraqalpaqların birləşdirilməsi ilə bağlı idyea 
«Qaraqalpaqlar haqqında dastan»ın başlıca problematikası 
kimi. Trilogiyanın baş 
qəhrəmanlarının xarakterik 
xüsusiyyətləri «Maman biy əfsanəsi» (I kitab) –  «Aramsızlar» 
(II kitab) – «Müəmmalılar» (III kitab). Trilogiyada tarix 
və  bədii təxəyyül. Onların qarşılıqlı  əlaqəsi və tarixi 
şəxsiyyətlərin obrazları. Yazıçının folklor – etnoqrafik 
materiallar və tarixi mənbələrlə polemikası. Aydosbiyin 
özünəməxsus təqdimatı ilə bağlı polemika. Aydosbiy 
obrazının məntiqi və bədii həlli. Trilogiyada dövlət xadimi  
probleminin həlli və onun xalq şüurunda obyektiv təkamülü. 
Üçüncü kitab («Müəmmalılar») əvvəlki iki kitabdakı təcrübə 
və ideyanın sintezi kimi. Yernəzər – Alagözün xarakterik 
xüsusiyyətləri, onu Maman biy və Aydos biydən fərqləndirən  
cəhətlər. Yernəzərin xarakterindəki bütövlük, dözümlülük. 
Xalq psixologiyasının dinamik inkişafda  göstərilməsi
Yernəzər  - uzaqgörən, bacarıqlı, cəsur  siyasi xadim kimi, 
onun xalq maraqları  uğrunda mübarizəsi. 
Kaipbergenovun «Qaraqalpaqlar haqqında dastan» 
əsərində  psixolo gizm lərdən istifadə. «Susma poetikası» 
yazıçının personajlarının qarşılıqlı münasibət lərindəki 
xarakterin açılmasında ustalıq nümayiş etdirməsi.  Əsərdə 
folklor  başlanğıcı, onun dastan və roman xüsusiyyətləri: 
«Qaraqalpaqlar haqqında dastan»da xalqın tarixi dövr-
lərinin bərpası.
Kaipbergenovun «Qaraqalpaqnamə» roman-esse əsəri-
nin onun yaradıcılı ğında və qaraqalpaq ədəbiyyatında 
rolu,  əsərin özünəməxsus süjet və kompozisiya quruluşu. 
Burada atalar sözü, zərbi məsəllər, müdrik qocaların kəlam, 
nəsihət və  fikirlərindən,  əfsanə  və  rəvayətlərdən istifadə. 
Qaraqalpaqların keçmiş tarixi həyatının  əks olunmasında 
müdriklərin, xalqın etnogenezi ilə bağlı söhbətlərdən yazı-
çının bədii priyom kimi yararlanması. 
«Qaraqalpaqnamə»də türk xalqlarının dil ümumiliyinin
etnogenezinin, mədəniyyətinin birliyi ideyası. «Qaraqalpaq-
namə»də doğma aulun və müəllif obrazının təqdimatı.
Tülepbergen   Kaipbergenovun yaradıcılığı müasir qara-
qalpaq  ədəbiyyatında yeni hadi 
sə kimi dəyərlən dirilmək-
dədir. Onun «Sağ ol, müəllim», «Buz damcı», «Sonuncu 
döyüş», «Qaraqalpaq qızı», «Yuxusuz gecələr», «Mamanbiy 
əfsanəsi», «Qaraqalpaqnamə» romanı-essesi, «Göz bəbəyi» 
romanı, «Qaraqalpaqlar haqqında dastan» trilogiyası  və 
digər əsərləri oxucuların rəğbətini qazanmış, dünyanın xeyli 
xalqlarının dillərinə  tərcümə olunmuşdur.
T.Kaipbergenovun nəsr  əsərlərinin tematikası  zəngin 
və  rəngarəngdir. Onun «Qaraqalpaq qızı» romanı Berdax 
mükafatına layiq görülmüşdür. Bu əsər qaraqalpaq qadınının 
olduqca mürəkkəb vəziyyətinə, həyatına, gələcəyə uzanan 
xoşbəxtlik və azadlıq yoluna həsr olunmuşdur. «Mamanbiy 
əfsanəsi» romanında isə o, xalqın daxilində gedən tayfa və 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə