Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə68/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
270
271
Qarabayla Kulman arasında mübarizə gedir, Qarabay qalib 
gəlib xalqın inamını qazanır. Mövzu orijinallığı  və  bədii 
ustalığına görə “Mübarizə” qaraqalpaq ədəbiyyatının böyük 
uğuru kimi dəyərləndirilməkdədir.
13
J.Aymirzəyevin digər «Biz mübarizədə qalib gəldik» 
poemasının mövzusu  həyat uğrunda mübarizəyə  həsr 
olunmuşdur. Bu poema çoxplanlı bir əsərdir. Buna 
baxmayaraq, bəzi hallarda poemanın son hissələri, demək 
olar ki, «Mübarizə» poemasının sonlarını təkrarlamaqda və 
xatırlatmaqdadır.
J.Aymirzəyevin digər poemaları da koloritliyi ilə seçilir. 
Bu baxımdan  «Oн тöрт жылда» («On dörd ildə»), «Он бес 
жылda» («On beş ildə»), “Хабаршынын гайраты”(«Müxbirin 
qəhrəmanlığı»), «Jumaqul» poemaları xüsu silə səciyyəvidir. 
«Jumaqul» poeması  həm də  şairin yara dıcılığı nın dinamik 
göstəricisidir. Bu əsərdə qəhrəmanların daxili xarakterlərinin 
uğurlu açıldığı xüsusi olaraq qeyd edilmiş dir.
14
 Burada 
əsərdəki personajların  fəaliyyət və davranışında, onların 
qarşılıqlı mübarizəsində müsbət və  mənfi obrazların yeri 
və rolu müəyyənləşir. Poemada peyzaj əsərin məzmununa 
ciddi şəkildə müsbət təsir göstərir, qəhrəmanlar üçün xüsusi 
psixoloji fon yaradır. 
J.Aymirzəyevin yaradıcılığında həm də  «İki batır» 
poeması mühüm yer tutur. Poema dörd hissədən ibarətdir. 
«Yadigar», «Qərargahda», «Paraxat» və «Görüş» kimi hissələr 
bir-birilə  üzvü şəkildə bağlı olmaqla onlardan hər biri bir 
neçə epizoddan ibarət olub tamamlanmış süjet xəttinə malikdir. 
J.Aymirzəyevin özü müharibə  iştirakçısı olmuşdur. 
Buna görə  də o, müharibəyə  həsr olunmuş  əsərlərini də 
həmin gördüyü hadisələrin isti izi ilə yaradırdı. Bu baxımdan 
şairin «Oğul», «Vətənin oğulları», «Qoşqar batır», «Mənim 
yoldaşlarım», «Politruk Poladov», «Doğma alay», «Alovdan», 
«Ka valerist  Şahmurad» və «Tamara» əsərləri daha koloritlidir.
J.Aymirzəyev yaradıcılığında epik təsvirin formalaş ma-
sına həm də rus poeziya nümunələri ciddi təsir göstər miş dir. 
Burada M.İsakovskinin, V.İnberin, S.Marşakın və O.Ber qoltsun 
əsərlərinin təsirini görüb hiss etməmək də mümkün deyildir.
«Politruk Poladov», «Mənim yoldaşlarım», «Doğma 
alay», «Alovdan» ibarət olan silsilədə müəllif xalqın qəhrə-
manlıq mübarizəsi haqqında danışır, o, əsərdə vətən obrazını 
xüsu si  rənglərlə  göstərir və eyni zamanda xalq vətən pər vər li-
yini, qəhrəmanlığını, mərdliyini, insanların dözümlülüyünü, 
müx təlif insan keyfiyyətlərini, müharibədə gedən döyüşlərin 
təs virini  yerli-yataqlı əks edə bilmişdir: 
От ишинде жатыр ана,
От ишинде тууысканлар,
От ишинде жанган бала.
От ишинде анамыздын
Ак бедени куйген лаулан,
От ишинде атамыздын,
Каны аккан тынбий саулап.
От ишинде карындаслар
Комир яылы шэп боп жанган,
От ишинде кыз – жауанлар,
Айырылыскан турмысынан.
15
Bu bəndlərin sətri tərcüməsi isə belədir:
Od içində yatır vətən, 
Od içində  yanır ana,
Od içində doğmaların,
Od içində yanır bala.
Ataların bədəni də,
Od içində alovlanır,


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
272
273
Od içində ata qanı,
Yanır aram verməyərək.
Od içində bacılarım,
Yanır bir quru ot kimi,
Od içində qız-gəlinlər,
Həyata vida deyirlər. 
Müharibənin son dərəcə vahiməli nəticələrini əks etdirən 
şair xalqları sülh və  əmin-amanlıqda yaşamağa çağırır. 
Bu poema digər poemalarla yanaşı, hərb dövrünün real 
mənzərələrini doğru-dürüst  əks etdirməklə xalqın daxili 
mənəvi təmizliyini dərindən göstərməkdədir.
J.Aymirzəyevin bəzi poemaları sona çatdırılmamış 
qalmış dır. Bunlara əsasən  «Misir», «Məğlub edilmiş düş-
mənlər», «Məğlubedilməz batırlar», «And», «Dəniz mü ba-
rizləri» və digərləridir.
Bununla belə bütün bu tamamlanmamış  əsərlər heç də 
J.Aymirzəyevin yara 
dıcılı ğının ümumi əhəmiyyətini aşağı 
salmır. J.Aymirzəyevin poetik yara 
dıcılığı  qaraqalpaq 
ədəbiyyatında inkişaf etmiş poema janrının görkəmli nümu-
nə lə  rindəndir.
J.Aymirzəyevin «Müharibə illərinin səsi», «Sevimli 
vətən», «Qələbə marşı», «Aycamal», «Pambıq», «Təbrik 
edirik» və digər  əsərləri insana xüsusi qüvvət verməklə 
oxucunu heç zaman laqeyd buraxmır. Onlar koloritli və ma-
raq lı olmaqla, həm də insanı yaşam tərzinin müxtəlif prob-
lem ləri üzərində düşünməyə istiqamətləndirir. J.Aymirzə ye-
vin əsərləri olduqca melodik  və musiqiyə yatım lıdır. Məhz 
bu na  görə  də onun xeyli şeirləri xalq nəğmələrinin  əsasını 
təşkil etmişdir. 
J.Aymirzəyev həm də  məşhur «Kələkbəyin bicliyi» 
adlı satirik romanın müəllifidir. Bu romanda yeni həyatın 
qurulmasına mane olan qüvvələr ifşa edilmişdir.
J.Aymirzəyevin yaradıcılığının mühüm səhifəsini 
müəllifin dramaturji fəaliyyəti təşkil edir. Onun pyesləri 
və musiqili dram əsərləri «Leytenant Yelmurat», «Rövşən», 
«Əziz doktor» və digərləri uzun illər  ərzində Qaraqalpaq 
Dram Teatrının repertuarında mühüm yer tutmuşdur.
3. İbrahim Yusupov fəlsəfi lirikanın 
tanınmış nümayəndəsi kimi
İbrahim Yusupov (1929) Qaraqalpaqstanın Çimbay 
rayonunun Azat aulunda anadan olmuşdur. Qaraqalpaq 
Pedaqoji  İnstitutunda təhsilini başa vurduqdan sonra o, 
ali məktəbdə  ədəbiyyat müəllimi işləmiş, «Amudərya» 
jurnalı  və «Sovet Qaraqalpaqstanı» qəzetinə redaktorluq 
etmişdir.  İ.Yusupov 1965-1980-ci illərdə Qaraqalpaqstan 
Yazıçılar 
İttifaqının rəhbəri vəzifəsində çalışmışdır. 
İ.Yusupovun xidmətləri xalq və hökumət tərəfindən yüksək 
qiymətləndirilmişdir. O, SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin 
üzvü kimi Qırmızı  Əmək Bayrağı ordeni,   Özbəkistan Ali 
Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə  təltif olunmuş, 
Qaraqalpaqstanın Əməkdar İncəsənət Xadimi və xalq şairidir.
İ.Yusupov yaradıcılıq fəaliyyətinə erkən başlamışdır. 
Şairin yaradıcılıq bioqrafiyasında «Xoşbəxtlik lirikası», 
«Səhra romantikası», «Tomiris», «İlham pərisi», «Əsrin 
axını», «Payızda köhnə tut ağacı yanında», «Qara papaq 
haqqında dastan» “Kegeyli”, “Amudərya sonetləri”, “Ana 
torpaq”, “Mənim ölkəm”, “Vətən” və s. mühüm yer tutur. 
Moskvada «Dağ çayının nəğmələri», «Ürəklər meridianı», 
«Şeirlər», «Kərtənkələnin gözləri», «Qızılgül və yovşan» və 
s.adlı  məcmuələri rus dilində  işıq üzü görmüşdür. 
İ.Yusupov dramaturgiya janrında da olduqca məhsuldar 
işləmişdir. Onun «Aktrisanın taleyi», «Həmişə şən Ömürbəy», 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə