Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
254
255
gətirib çıxarmadı. Belə ki, mühüm
real gerçəklikdəki həyat
konfliktləri bəzən sadə, quru ziddiyyətlərlə əvəz olunurdu.
Hətta bəzən bu ziddiyyətlər sona qədər çatdırılmırdı. Bəzi
hallarda ideyasızlıq, fikir təqdimatında primitivlik, hiss
və obrazların diqqət mərkəzinə çəkilməsində çatışmazlıq
müşahidə olunurdu. Belə hal bir sıra qaraqalpaq şairlərinin
yaradıcı manerası üçün xarakterik idi. Onlar öz poemalarında
mürəkkəbləşdirilmiş bədii obrazların bütövlüyündən,
aydın fikirlərdən istifadə edə bilmirdilər. Məsələn, X.Juma-
muratov özünün «Fəxri iş», B.Kaipnəzərov «Öringül»
əsərlərində stiliza
siyanın köməyindən istifadə etsələr də,
əsərlərinə yeni ruh gətirə bilmədik lərindən müasirliyi heç
də yüksək şəkildə əks etdirə bilmirdilər.
Bununla belə elə
qaraqalpaq sənətkarları da vardır ki, məsələn, J.Aymirzəyev,
A.Şahmuradov, A.Dabılov, S.Nurumbetov, S.Beknazarov,
İ.Yusupov, T. Jumamuratov, Q.Yese
mu
ratov və başqaları
müvafiq məzmun üçün forma tapıb istifadə etməklə və
müasirlərin obrazlarını açıb göstərməklə insanların mənəvi
dünyasını ön plana çəkirdilər.
Bu kontekstdə X.Turumbetovun şeirləri daha çox parlaq
obrazlılıqla fərqlənirdi. Üç onillik ərzində onun bir neçə
- təxminən ondan yuxarı şeir və poema məcmuələri işıq
üzü görmüşdü. «Gülüstan» («Gülistan» - 1954), «Xoşbəxt
gənclik» («Baxıtlı jaslık» -1955), «İki dost» («Eki dos» - 1957),
«Şair yolu» («Şayır jolı» - 1959), «Daim canlı» («Manqiqe
diri» - 1960), «Canatma» («Taluas» - 1962), «Yenə bahar gəldi»
(«Jane baxar keldi» - 1970) və s. şeir məcmuələrində şairin
yaradıcılığının özəl xüsusiyyətləri özünü büruzə verir və
belə keyfiyyət əsasən lirik qəhrəmanın heç də yalnız ənənəvi
folklor vasitələri ilə əks olunmurdu.
Onu da qeyd edək ki,
belə təqdimat xeyli qaraqalpaq şairlərinin yaradıcılığı üçün
xa rakterikdir. Burada əsasən konkret, canlı, xoşbəxtlik uğ-
runda döyüşkən insanın doğma torpağı ilə bağlı mübarizəsi
əks olunurdu. Bu, «Mən vətənimi xilas edirəm», «Mə nim
andım», «Hücum», «Volqa», «Sənin portretin», «Mək tub»,
«Yaylıq» və digər əsərlərdə özünü yaxşı büruzə verir.
X.Turumbetovun lirik qəhrəmanı – ciddi həyat sınaqların-
da bərkimiş insandır. Şairin öz lirik qəhrəmanının heç də
həyat konfliktlərini bütün təfərrüatları ilə vermək imkanın
olmamasına baxmayaraq, bununla belə onun «Sənin
portretin», «Yaylıq» və digər şeirlərində döyüşkən əsgərin
mübariz obrazı son dərəcə görümlü şəkildə yaradılır.
Burada məhz onun qəhrəmanlarının yüksək hiss-həyəcanı,
düşüncələri əksini tapırdı. «Yaylıq» şeirində, məsələn, əsgər
tanımadığı bir qızdan arxa cəbhədən göndərilmiş hədiyyə alır,
müəllif öz qəhrəmanının dili ilə qıza müraciət edərək, bütün
qəhrəmanlığını işıqlı gələcəyə çıxması uğrunda edəcəyini
bildirir. Şeirdə həyat uğrunda, insanların xoşbəxtliyi uğrunda
mübarizə ön plana çəkilir. Məhz
belə mənəvi mənbələr gənc
qaraqalpaq əsgərlərini cəsurluğa, qəhrəmanlığa ruhlandırırdı.
Qaraqalpaq şairlərinin bədii ustalığında lirizm gücü və
yetkinliyi həm də onda özünü göstərirdi ki, bu şeirlərin
obrazlı strukturu hiss və lirik qəhrəmanın ürək döyüntüləri
son dərəcə yüksək şəkildə xalqına xidməti, vətənpərvərlik
ideyalarını tərənnüm edirdi.
Qaraqalpaq sənətkarları XX əsrin II yarısında
da uğurla
yazıb yaradırdılar. T.Jumamuratov, N. Japakov, T.Seyitcanov,
X.Seyitov, A.Aliyev və başqaları müx təlif janrlarda – lirik
şeirlər, rübailər, dastanlar, poemalar - əsərlər ortaya qoymaqla
oxucuların ürəyinə yol tapırdılar.
Bu dövr qaraqalpaq epik poeziyasında yuxarıda qeyd
etdiyimiz folklor motivləri üzərində qurulmuş ballada
və poema-dastan janrlarından da istifadə olunurdu. Bu
istiqamətdə janrın inkişafında S.Nurumbetovun yaradıcılığı
xüsusi rol oynayırdı. Onun «Qəmər», «Dənizdə» kimi
poemaları heyvandarların, balıqçıların əməyinin vəsfinə həsr
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
256
257
olunmuşdur. Adları çəkilən poemaların qəhrəmanlarının
düşüncüləri, hissləri bu sahələrə bağlı olan əsl fədakar
insanlardır.
Qaraqalpaq şairlərinin yaradıcıdığında həm də eyni
zamanda digər sənətkarların yaradıcılığında
olduğu kimi mü-
hüm yeri, həm də xalqlar dostluğu mövzusu, beynəlmiləlçilik
və s. kimi mövzular təşkil edirdi. Bu mövzuya qaraqalpaq
şairlərindən X.Seyitovun «Sevginin sirri», X.Turumbetovun
«İki dost», K.Jumaniyazovun «Şəhərli qız», J.Aymirzəyevin
«Ömürbəyin həyatı», İ.Yusupovun «Xalçaçı qız haqqında
həqiqət», J.Dilmuratdovun «Biz Artekə gedəndə» və s.
əsərləri mühüm yer tutur.
XX əsrin 60-80-ci illərində qaraqalpaq poeziyasında
hərbi mövzuya daha çox yer ayrılırdı. Bu baxımdan
S.Beknazarovun «Tanya», X.Seyitovun «Ürək sevgisi»,
M.Seyidniyazovun «Mənim uşaqlığım müharibə vaxtı
olmuşdu», D.Aymuradovun «Müharibənin nəticələri»,
B.Kaipnəzərovun «İki əsgər», X. Turumbetovun «Əsgərin dul
qadını» və s. əsərləri mühüm yer tutur.
Dövrün aktual problemlərinə həm də gənc yazarların və
qaraqalpaq şairlərinin daha yaşlı nümayəndələrinin əsərləri
həsr olunmuşdur. Bu müəlliflərin sırasında X.Seyitnazarov,
S.Abbazov, T.Kabulov, R.Ayapbergenov, Ş.Seyidov və
başqaları vardı. Eyni zamanda bunu da qeyd etmək olar ki,
gənc şairlər (J.Dilmuradov, İ.Qurbanbəyov, U.Xocanəzərov,
K.Rəhmanov, T.Matmuradov və başqaları) əksər hallarda
həyatın nəbzini təsvir etməyə can atır, onun rəngarəngliyini
və zənginliyini emosional gərginliyi ilə verirdilər.
Bununla
da poetik obraz bədii sözün qüvvəti ilə oxuculara daha yaxşı
təsir edirdi.
6
Beləliklə, XX əsr qaraqalpaq poeziyasının fərqli
cəhətlərindən biri ondan ibarət idi ki, o klassik ənənələrə ciddi
bağlarla bağlı idi. Onun belə xüsusiyyəti şeirə yeni çalar, yeni
məzmun gətirirdi. Demək olar ki, hər yeni onillikdə şairlərin
yaradıcılıq ustalığı artır, formalaşırdı. Qaraqalpaq şairləri xalq
həyatının gündəlik gün-güzəranını daha
dərindən öyrənmək
imkanı əldə edir və onu əsərlərinin aparıcı mövzusuna
çevirirdilər.
Dövrün özünəməxsus gerçəklikləri sanki yeni xarakterlər,
yeni realist obrazların yaranması üçün zəmin hazırlayırdı. XX
əsrin II yarısı qaraqalpaq poeziyası digər türk ədəbiyyatları
ilə qarşılıqlı şəkildə zənginləşməklə inkişaf edir, əvvəlki
dövrlərin bədii təcrübəsini mənimsəyir və dövrün poetik
inikasında yeni müvəffəqiyyətlər əldə edirdi. Bu, A.
Musayevin, S.Majitovun, S.Nurumbetovun, A.Dabılovun,
İ.Yusupovun, T.Kabulovun və digərlərinin əsərlərində özünü
daha yaxşı əks etdirirdi.
1. XX
əsr qaraqalpaq şairlərinin
yaradıcılığından səhifələr
Ömər – şair (1879-1922). Ömər Suqirimbet ulı Ayrşada
Aral dənizinin cənub sahilində anadan olmuşdur. Onunla
bağlı saxlanılmış bioqrafik məlumatlar son dərəcə azdır.
Əsasən məlum olan budur ki, şairin həyatı daim
ehtiyac içində
keçmişdir. O, daim gəzmiş, səyahətdə olmuş, iş axtarmış,
qaraqalpaq və qazax bəylərinə nökərçilik etmişdir. Kasıblıq
həyatının bütün ağrı-acısını görən Ömər-şair əsərlərində
istismarçıları lənətləyir, varlıların xəsisliyini qamçılayır,
onların özbaşınalığını, qəddarlığını və soyğunçuluq
əməllərini tənqid atəşinə tuturdu. Şairin satirik əsərləri əsasən
mürtəce ruhanilərə qarşı istiqamətlənmişdi. Bu tipli əsərlər
sırasında «Xoruz», «Gördüm» və digərlərinin adını çəkmək
olar. Bundan başqa Ömər-şair əsərlərində həm də doğma
diyarı tərənnüm edir («Mən qayıdıram»),
gənc qaraqalpaq
qızının gözəlliyini vəsf edir, qaraqalpaq qadınının hüquqsuz