Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə62/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
246
247
XX  əsr qaraqalpaq ədəbiyyatının inkişafında həm də 
kütləvi mətbuat böyük rol oynayırdı. «Erkin qaraqalpaq» 
(“Azad Qaraqalpaq”) «Birinşi addım» (“Birinci addım”) 
qəzetləri ətrafında  yeni ədəbi qüvvələr formalaşır və inkişaf 
edirdilər. Xeyli şairlər əvvəl qəzetlərdə müxbir kimi fəaliyyətə 
başlayır, burada,  əməkdaşlıq edən gənc şairlər X.Əhmədov, 
A.Matyaqubov, A. Ötepov, J.Ay 
mir 
zəyev, A.Begimov 
kimilərə, həm də yaşlı  nəslin nümayəndələri A.Musayev, 
A.Dabılov, S.Nurumbetov və s. qoşulurdular. Digər bir 
tərəfdən 1924-cü ildə Qaraqalpaqstan Muxtar Vilayətinin 
yaradılması regionda ədəbiyyatın, incəsənətin inkişafına xü-
susi təkan verirdi.
3
   Məhz bu dövrdən başla ya raq  Qa raqal-
paqstan təkcə Özbəkistan, Qazaxstan, Türkmənistan ilə 
deyil, həm də Rusiya və Avropa ilə əlaqələri genişləndirməyə 
başlayırdı. Əgər şərq poeziyası Qaraqalpaqstanda Jien Jırau 
dövrünə qədər daha geniş çevrədə yayılmışdırsa, bu dövrdən 
şairlər digər milli ədəbiyyatlara – türk və şərq mədəniyyəti 
kon tekstindən kənarda olan  ədəbiy yatlara da  müraciət edir-
dilər. Dövrün ictimai-tarixi şəraiti, onun ziddiyyətli xüsusiy-
yətləri  ədəbiyyatdan həyatın dərinliklərinə baş vurmağı, 
gerçəkliyi bədii cəhətdən doğru-dürüst  əks etdirməyi tələb 
edirdi. Bununla belə qeyd etdiklərimizə baxmayaraq, bu tipli 
estetik  irəliləyişlər qaraqalpaq ədəbiyyatının hələ də dövrün 
ədəbi müstəvidə mövcud olan problemlərindən geridə 
qaldığını göstərirdi. Nəzərdən keçirilən  dövrdəki tənqid 
qeyd edirdi ki, bəzi əsərlərin qəhrəmanları son dərəcə avam 
və geridə qalmış kimi təqdim edilirdilər: şairlər heç də canlı 
obrazlar yarada bilmirdilər. Onların yaradıcılığı hələ də köh-
nə  ənənəvi poetik ştamp, priyom və arsenal daxilində qal-
maqda davam edirdi. Bununla belə həm də mühüm bədii pri-
yom axtarışları gedir, yeni ideya - yaradıcı vəzifələrin ortaya 
qoyulması və əsərlərin realist cizgilərlə zənginləşdirilməsinə 
can atılırdı. Əgər, bir tərəfdən, qaraqalpaq ədəbiyyatının inki-
şa fına doğma ümumtürk və  şərq  ədəbiyyatı  təsir edirdisə, 
di gər tərəfdən, həm də rus və dünya ədəbiyyatının təsirini 
bu ra da  hiss  etməmək mümkün deyildi. Buna görə də qara-
qalpaq ədəbiyyatında yeni formaların, yeni bədii priyomların 
ya ranması və obrazların açılması özünü daha aydın büruzə 
verir di.  Qaraqalpaq  şeirində rus şairlərinin yaradıcılığı üçün 
xarak terik olan (V.Mayakovski, V.Bryusov, D.Bednı və s.) for-
ma lar dan  istifadəyə üstünlük verilirdi. Belə şeir nümunələri  
J.Aymirzəyevin yaradıcılığında özünü daha yaxşı  əks 
etdirirdi. Belə yanaşma həm də xeyli cəhətləri ilə qaraqalpaq 
ədəbiyyatı üçün yenilikçi xüsusiyyətlərlə  fərqlənirdi ki, 
məhz bu dövrdə yeni ritm yaradan elementlər daha çox 
görünməyə başlayırdı. Yazıçılar  əsərlərində siyasi və sosial 
məsələləri daha ciddi şəkildə ortaya qoymağı öyrənir, yeni 
söz  və ifadələr axtarır, qaraqalpaq milli şeirinin yeni ifadə 
imkanlarını genişləndirməyə can atırdılar.
Uzun tarixi zaman kəsiyində XX əsrin ilk onilliklərində 
qara qal paq  ədəbiyyatında ən çox yayılmış janr yenə də poe-
ziya olaraq qalırdı. X.Əhmədov, A.Beqimov, D.Nazbergenov, 
M.Daribayev, A.Dabılov, S.Nurumbetov və s. öz dərin
təsiredici lirik şeirləri ilə qaraqalpaq oxucularının məhəbbətini 
qazanır, onların ürəyinə yol tapırdı. Sonralar J.Aymirzəyev, 
T.Juma muradov,  İ.Yusupov, A.Şamuradov, B.Kaipnəzərov, 
N.Ja pakov, X.Seyidov, J.Seyidnəzərov, X.Turum betov, B.İs-
ma yılov, T.Seyidcanov, Q.Seyidnəzərov  və s. qaraqalpaq 
poe zi ya sını ye 
ni bədii nümunələrlə  zən ginləş dirməyə can 
atır dılar.     
Beləliklə, qaraqalpaq poeziyası xeyli məqamlarda çətin-
liklə də olsa öz sıralarını möhkəmlədərək  30-cu illərin sonu, 
40-cı illərin  əvvəllərindən daha monumental əsərlərlə yad-
da qalmağa çalışırdı. Artıq 30-cu illərdə qaraqalpaq ədə biy -
yatında yeni süjetli poema yaradılmağa başlamışdı.  İlkin 
əsər lər sırasında J.Aymirzəyevin «Jumaqul», «Mübarizə»; 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
248
249
M.Da ri ba yevin  «Kaljan»,  «Ayım camal»;  A.Beqimovun  «Mü-
ba rizə  oğlu» və s. əsərləri göstərmək olar. Bu yazıçılar öz 
əsər ləri üçün mövzunu o dövrkü Qaraqalpaqstan həyatından 
gö tü rür dülər. 30-40-cı illərdə burada kollektiv, birgə təsərrü-
fatla rın yaranması geniş  şəkildə aparılırdı. Elə bu prosesin 
özü də xeyli qaraqalpaq sənətkarları üçün təsvir predmetinə 
çevrilirdi. Məsələn, J.Aymirzəyevin «Jumaqul» poemasında 
gənc qaraqalpaq  qızının  taleyindən söhbət açılırdı. Burada 
qızın öz sevgilisi Bazarbaydan qaçması göstərilir.  Jumaqul və 
onun sevgilisi  Otemurat yeni təsərrüfata yazılırlar. Poemanın 
konkret süjet xətti  olmasa da, bəzi məqamlarda Jumaqulla 
Otemuratın  kimliyi oxucuya yetərincə çatdırılmasa da, şairin 
əhval-ruhiyyəsi əsərdə dövrün əsas problematikasını vermək 
üçün  şərait yaradır.  Əsərdə kollektivin onları  bəydən necə 
xilas etməsi də yetərincə təsvir olunur. Digər bir rakursda isə 
J.Aymirzəyevin «Mübarizə»  əsəri maraqlıdır. Bu poemada 
müəllif özünü yetkin sənətkar kimi göstərir. Poema doğma 
torpağa, təbiət mənzərələrinə, sadə insanların  əməyinə, 
xalq həyatında yeni dövrün əks olunmasına həsr edilmişdi. 
Əsərdə uğurlu  rənglərlə Tulepbergen və Toreniyaz obrazları 
yaradılmışdır. Onlar yeni həyatla razılaşmaq istəmirlər. 
Həmin  dövrün qaraqalpaq tənqidi bu müəllifin poemasında 
müsbət qəhrəman Karabayın təsvirinin uğurlu alındığını 
qeyd etmişdi. Bununla belə əsərin danılmaz müsbət cəhətləri 
ilə yanaşı, həm də xeyli çatışmazlıqlarının olduğunu da qeyd 
etmək mümkündür.  Xüsusən bu, zəif, deklarativ çıxmış 
Bisenbəy obrazının təsvirində daha yaxşı görünür. 
Qaraqalpaq  ədəbiyyatının göstərdiyimiz dövr üçün 
digər maraqlı sənət nümunələri sırasında  – J.Aymirzəyevin 
«Qızgetgen», D.Nazbergenovun  «Saqa», M.Daribayevin 
«Ayimcamal», «Xasan gölü», «Sərhəddə» və s. əsərləri qeyd 
etmək olar.
Nəzərdən keçirdiyimiz mərhələdə Böyük Vətən Müha-
ribəsi dövründə qaraqalpaq şairlərinin poetik məcmuələrinin 
nəşrin dən danışmaq olar ki, burada «Vətən uğrunda», «Düş-
mənə qalib gələrik»,   «Vətənpərvərlik nəğmələri»  və s. 
kimi məcmuələr daha maraqlıdır. Bu ərəfədə J.Aymirzəyev 
«Mənim dostlarım», «Yerbay batır» poemalarını, D.Nazber-
genov  isə «İki qəhrəman» poemasını nəşr etdirir. 
Böyük Vətən Müharibəsi illərində qaraqalpaq şairləri 
əsərlərində ümumən dövrün pafosunu düzgün əks etdirməyə 
səy göstərirdilər. Müharibə dövründə şifahi yaradıcılıq inkişaf 
etsə də, bu dövrdə məhz vətənpərvərlik mövzusu daha geniş 
yer tuturdu. J.Aymirzəyev «Batır», «Türkmən qızı Narcan», 
«Alovda», «Tamara», «Siyasi rəhbər Poladov», «Doğma alay», 
«Atlı Şahmurat» və s. kimi poemalar yazır ki, bu əsərlərdə çətin 
dövrün sınaqları  təsvir edilir,  hərbi qəhrəmanlıqlar uğurla 
mənalandırılırdı. Məsələn, J.Aymirzəyevin «Türkmən qızı 
Narcan» poemasında  elə qadınlar və qəhrmanlar haqqında 
danışılır ki, onlar faşistlərə qarşı mübarizədə birgə  çıxış 
edirlər. Poemada həm də müharibədə öz doğma qardaşını 
itirmiş  qızın kədəri, qüssəsi tərənnüm edilir və Narcanın  
düşmənə qarşı nifrəti onu məhz cəbhəyə gətirir.
Ака каны халктын каны,
Деп умтылды алга Наржан.
Коптин куши жаркылдайды,
Селтегенде найзасыннан.
4
Bu bəndin sətri tərcüməsi isə aşağıdakı kimidir:
Qardaş qanı, xalqın qanı,
Deyib  irəli cumdu Narcan.
Qisas hissi alovlandı,
Nizəylə deşdi düşməni.
Digər qaraqalpaq şairi A.Turumbetov müharibə  iştirak-
çısı kimi onun əvvəlindən sonuna qədər bütün qan-qa dası  


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə