Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
230
231
Bu bəndin sətri tərcüməsi aşağıdakı kimidir:
Atalığa söz aparan,
Xalqı aldadıb çaşdıran,
Auldakı kəndxudaya,
Saysız-hesabsız pul gərək.
Xalqa atalıq edənə,
Onu aldadıb, çaşdırana,
Onunçün vergilər qoyan
Atalığa onu soymaq gərək.
Özünü paraya satan,
Torpağı cəsədlə doyuran,
Xalqı məhv edən padşaha,
Hər gündə dualar gərək.
Yazıq bədbəxt insanlara,
Azadlığa can atanlara,
Vergidən cana doyanlara,
Azad, xoşbəxt dövran gərək.
Yuxarıda qeyd etmişdik ki, xanların Hacıniyazı təqib
etməsi onun doğma yurdunu tərk etməsilə nəticələnmişdir.
Uzun müddət Qazaxıstanda, Orenburqda, Uralda yaşadığı
dövrdə o, xeyli digər şeirlər, o cümlədən «Ellərim vardı» adlı
şeirini yazır və bu şeirdə Xivə xanlığındakı özbaşınalıqlardan
geniş bəhs edir:
Карсыласса хəмирине кондирген,
Биразлардын бауырларын тилдирген,
Озлерине бейимлержи кулдирген,
Ургенч елинде залым хə барды.
22
Parçanın sətri tərcüməsi təxminən belə səslənir:
Öz iradəsinə, əmrinə tabe edənə,
Insanlarla qəddar davrananlara,
Tərəflərində dayaq duranlara,
Örgəncdə (Xivədə) tiranlar vardır.
Hacıniyaz əzablar altında inləyən eli-obası haqqında
söhbət aparır. Məhz bu xüsusiyyətinə görə onun yaradıcılığı
qaraqalpaqlar tərəfindən yüksək qiymətlənilməkdədir.
23
Onun yaradıcılığı haqqında Berdağ-şairin söylədiyi fikirlər
də əhəmiyyətlidir. Berdağ yazmışdır: «Əgər
mənim poetik
istedadım adi insanlardan altı dəfə çoxdursa, Hacıniyazın
istedadı oniki dəfə çoxdur».
24
Hacıniyaz qaraqalpaq klassik poeziyasının bədii ifadə
vasitələ rini də yetərincə zənginləşdirmişdir. Bu ona Şərq
klassikasının təcrübəsindən yararlanmağa da kömək
etmişdir. O, Nəvai, Füzuli və Məhdimqulu yaradıcılığından
yaxşı xəbərdar idi. Buna nümunə kimi şairin «Mənim
gözlərim», «Gərək», «Olmayıb», «Ellərim vardı», «Bozataulu
gözəl», «Əkinçiyə yer lazım olan kimi», «Zirvədən sel axır»
və s. əsərlərini göstərmək olar. Hacıniyaz həm də qaraqalpaq
şeirşünaslığını özünəməxsus şəkildə rəngarəngləşdirmiş və
zənginləşdirmişdir. Onun yaradıcılığı bədii sözün sehrini
dərk etmək nöqteyi-nəzərdən
ondan sonra gələn qaraqalpaq
şairləri üçün nümunə ola biləcək poetik təfəkkür və nümunə
sahibi kimi dəyərləndirilməkdədir.
4.Berdağ yaradıcılığı XIX əsr qaraqalpaq
poeziyasının zirvəsi kimi
Berdimurad Karqabay ulı yaradıcılığı – ədəbi tə xəl-
lüsü Berdağ
*
(1827-1900) qaraqalpaq klassik ədəbiyyatının
*Berdimurad adının «Ber» hissəsindən sonraya artırılmış «dağ» kədər, qüssə, qəm mənasına gəlir ki, şair özünü Berdağ – yəni
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
232
233
zir vəsi hesab edilir. Azərbaycan ədəbiyyatı üçün Nizami,
özbək ədəbiyyatı üçün Nəvai, rus ədəbiyyatı üçün Puşkin,
ukrayna ədəbiyyatı üçün Şevçenko, türkmən ədəbiyyatı
üçün Məhdimqulu, qazax ədəbiyyatı üçün Abay
kimi hesab
edilirsə, qaraqalpaq ədəbiyyatı üçün də Berdağ elə bir nüfuza
malik ədəbi simadır. Berdağ çoxsaylı lirik əsərlərində,
poemalarında qaraqalpaq xalqının XIX əsrdəki sosial-ictimai
həyatını geniş əks etdirmişdir.
Berdağ şair-demokrat kimi dövrünün ictimai mü nasibətl-
ərini və hadisələrini öncül xalq mövqeyindən işıqlan dır-
maqla, həm də humanizm ideyalarının tərən nümçüsü kimi
çıxış etmiş, ədalət və vətənpərvərlik carçısı kimi tanınmışdır.
Berdağın bütün yaradıcılığından alçaldılmış və təhqir
edilmiş doğma xalqın tarixi taleyi mövzusu keçir. Berdağın
şeirlərinin mövzusu son dərəcə rəngarəngdir. Onun «Vergi»,
«Yaz gələrmi», «Dövran», «Olmamışdı», «Mənim həyatım»,
«Heç vaxt olmamışdı», «Bu il» və s. əsərlərində qara camaatın
çətin vəziyyəti, istismarçı siniflərin özbaşınalığı əksini
tapmışdır.
Berdağ Aralətrafı ərazidə kasıb
bir ailədə dünyaya
gəlmişdir. O, Konqrad tayfasının koldaulı qəbiləsinə
mənsubdur. İlkin təhsilini aul məktəbində almışdır.
Berdimuradın poetik istedadı özünü erkən büruzə vermişdir.
Artıq 13 yaşında o, şeirlər yazmağı bacarmış və nəticədə
Berdağ XIX əsr qaraqalpaq ədəbiyyatının yenilməz böyük
qüruruna çevrilmişdir. Onun yaradıcılığı həm də XX əsr
qaraqalpaq ədəbiyyatının yaradıcı simasının formalaşmasına
böyük təsir etmişdir. Berdağ dövrünün geniş təhsil almış
insanlarından idi. Onun şeirlərində biz Platon, Aristotel,
Bedil, Nəvai, Füzuli, Məhdimqulu və digər isimlərlə yanaşı,
həm də türk xalq eposları «Yedige» və «Alpamıs» haqqında
da məlumatlar alırıq. «Qırx qız» eposu isə onu «Axmaq
kədərli Berdimurad adlandırır
paşa» poemasını yazmağa ruhlandırmışdır. Eyni zamanda o,
xanın qırx birinci arvadı, balıqçı Gülim obrazını yaratmışdır.
Belə ki, qırx birinci arvad özündən əvvəlki qırx arvadla
birləşərək öz qəddar ərinə qarşı xalq üsyanı təşkil etməklə,
onu hakimiyyətdən kənarlaşdırmağa müvəffəq olmuşdur.
XIX əsrin 80-cı illərində qələmə alınmış «Axmaq paşa»
poemasının süjetini o, bir xalq nağılından götürmüşdür. Bu
poema Berdağ yaradıcılığında
bədii cəhətdən ən mükəmməli
hesab edilir. Poemanın süjeti mürəkkəbdir, onda bir neçə
xətt və istiqamətlər mövcuddur. Poema qəddar xanın ölümü
ilə başlayır, onun varisi olan oğlu isə ondan daha qəddar
hökmdar kimi təsvir olunur. Xanın özünün adı Axmaq
paşadır. O, balıqçı qızı Gülimlə evlənir və ondan oğul
doğulmasını arzulayır. Lakin Gülimdən Gülzar adlı qızı
doğulur. Axmaq paşa qara camaata,
sadə insanlara, rəiyyətə
nifrət etdiyindən Gülzarı da yeraltı sarayda saxlayır. Bununla
belə xalqın Gülzara münasibəti də birmənalı olmur.
İllər keçir, Gülzar böyüyür. Öz atasının qəddarlığından
xəbər tutan qız, Axmaq paşa ilə görüşmək istəyir. Onu görən
kimi Axmaq paşa öz qızına vurulur. Qız onu rədd edəndə, o,
qızın üstünə itlərin qısqırdılmasını əmr edir. Nə qədər qəribə
olsa da, itlər Gülzara toxunmur. Əvəzində itlərdə nitq yaranır
və onlar öz doğma qızı ilə evlənmək istəyən xanı lənətlə yir lər.
Gülzar yenidən zindana atılır,
onu xeyli döydükdən sonra
meşəyə aparırlar. Burada cigitlər ona kömək etməklə onun
canını edam olunmaqdan qurtarırlar. Əvəzində necəsə Gülzar
xan sarayına gəlib çıxdıqdan sonra öz doğma atasını öldürür.
Berdağ poemada xanların xarakterik xüsusiyyətlərini
olduqca gözəl təsvir etmişdir:
Hakim olub qanadlanır,
Hakimlikdən sərxoşlanır,
Bizim xanın ehtirası,
Güllə kimi deşər daşı.