Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
226
227
tələb edir. Günxoca da xan sarayına gətirilir. O,
buraya heç də
həvəslə gəlmir. Digər şairlərdən fərqli olaraq Günxoca xana
yalan vəd vermək istəmir. O, özündə güc toplayıb, xanın
qəddarlığı və xan hakimiyyətinin ədalətsizliyi haqqında
həqiqəti söyləyir. Hədiyyələr paylanan zaman Günxoca Xivə
hakiminin vilayətindəki hökm sürən vəziyyəti tənqid atəşinə
tutur. Belə tənqidə baxmayaraq, Günxoca xalq arasında böyük
nüfuza malik olduğundan xan şairə qarşı heç bir cəza tədbirinə
əl ata bilmir. Günxocanın «Yarımkor dəvəyə müraciət» adlı
satirik şeirində biz xan «mərhəmətli»
olduğundan cana doymuş
şairin və xalqın kədərli obrazını görə bilirik.
Bu şeirdə müəllifin fərdi bədbəxtliyi ilə cana doy muş
xalqın həyatında üst-üstə düşən məqamlar əks olun
maqla
yanaşı müdrik şairin xalqı səbr və təmkinə çağıraraq, onu
xoşbəxt günlərin gələcəyinə inandırmağa çalışdığının şa hidi
oluruq. Günxoca çoxsaylı lirik şeirlər, şeir-bənzət mələr, təm-
sillər qələ mə almışdır ki, onların sırasında, “Qamış” «Ara ba»,
«Qara daş» xüsusilə səciyyə vidir. Bu şeirlər siyasi şərtiliyi ilə
seçil məklə, xan hakimiyyətinə qarşı yönəl dilmiş dir.
Günxocanın yaradıcılıq fəaliyyəti ilə bağlı fikirləri ye kun laş-
dı rarkən, qeyd edək ki, o, öz əsərləri ilə qaraqalpaq poe zi ya sı na
yeni bədii priyomlar gətirmiş və qaraqalpaq ədəbi dilinin for-
malaşma sında böyük uğurlar əldə etmişdir.
Elə buna görə də
Gü nxoca yaradıcılığı qaraqalpaq ədəbiyyatında sosial satira nın
inkişafında mü hüm mərhələ kimi dəyərləndiri lməkdə dir.
3. Hacıniyazın yaradıcılıq taleyi
Qaraqalpaq poeziyası Hacıniyaz Kosıbay ulı (1824-
1878) yaradı cı lı ğında yeni mərhələyə qədəm qoyur. O,
Amudəryanın Aşamaylı-Kıyat aulunda anadan olmuşdur.
Hacıniyaz əvvəl Şirqazi mədrəsəsində, daha sonra
Kutlmurat-inak mədrəsəsində təhsilini davam etdirmişdir.
Varlı ailədən çıxmış Hacıniyaz dövrünə görə geniş təhsil
almaqla ana dili ilə yanaşı digər türk dillərini (özbək və
türkmən) mənimsəmiş, fars və ərəb dillərini mükəmməl
bilmişdir.
Firdovsi, Sədi, Hafiz, Nizami, Nəvai, Füzuli,
Məhdimqulu və b. yaradıcılığını dərindən mütaliə etmişdir.
Hələ gənclik illərində onun şeirləri nəinki qaraqalpaqlar,
həm də qazaxlar arasında məşhur olmuşdur. Hacıniyaz həm
də son dərəcə istedadlı natiq və gözəl musiqiçi olmuşdur.
Təhsilini başa vurduqdan sonra Hacıniyaz səyahət
etmiş, qazax la rın, noğayların, başqurdların həyatı ilə tanış
olmuşdur. Məhz bu illərdə «Ölkəm var», «Ah, Dariyxa»,
«Menqli adlı qızla yarış» və s. əsərlərində, o, bir tərəfdən,
gəncliyi, sevgini, gözəlliyi tərənnüm etmişsə, digər tərəfdən,
eyni zamanda insanlardakı qüsurlu
cəhətləri tənqid atəşinə
tutmuşdur.
Hacıniyaz əsərlərini təkcə öz ana dilində deyil, həm də
özbək dilində yazmışdır. Bu baxımdan onun «Bu səhər»,
«Kədər» və digər əsərləri daha xarakterikdir. Hacıniyaz həm
də Məhdimqulunun əsərlərinin qaraqalpaq dilinə tərcüməçisi
kimi tanınmaqdadır. O, qaraqlapaq poeziyasında ilk dəfə
klassik janrlardan olan «müxalles» (“müxəmməs”) janrından
istifadə etmişdir. Hacıniyazın poeziyası öz musiqililiyi,
ciddi qafiyəyaradıcı elementlər,
intonasiya bitkinliyi, uğurlu
müqayisələr, bədii təsvir vasitələriylə zəngindir. O, bununla
qaraqal paq poeziyasının sərhədlərini genişləndirmiş, həm
də onun inkişafında şərq klassikasının təcrübəsindən geniş
istifadə etmişdir. Hacıniyaz aytısın (müşairə janrının)
mükəmməl ifaçısı kimi tanınmışdır. Xüsusən onun qazax
şairəsi Menqli Qızla birgə aytısı daha çox diqqətçəkəndir.
İki şairin aytısı 1878-ci ildə Daşkənddə çıxan «Türküstan
vilayətinin qəzetə»sində nəşr olunmuşdur.
Hacıniyaz yaradıcılığına türkmən ədəbiyyatının klassiki
Məh dim qulunun xüsusi təsiri olmuşdur. Hacıniyaz xalqının
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
228
229
maariflən mə uğrunda mübarizəsini
də əsərlərində kifayət
qədər görümlü əks etdirmişdir.
Konqrad üsyanında Xarəzm qaraqalpaqları, qazaxlar və
özbəklərlə birgə iştirak edən (1858-1859) Hacıniyaz Bozatau
kəndində xan ordusu tərəfindən əsir götürülmüşdür. Bu
zaman xalqın bir hissəsi məhv edilmiş, digər bir hissəsi
qula çevrilmişdir. Bütün bunları görən Hacıniyaz özünün
«Bozatau» tarixi nəğməsini yazmışdır ki,
bu nəğmə
Hacıniyazın bəstələdiyi musiqi ilə ifa olunmuş və nəğmədə
hüznlü hisslər daha böyük üstünlük təşkil etmişdir:
Сəн баг идин, булбил ушты зар калды,
Путкил сийнем жанды шите дəрт калды,
Кыйсык Поркан атау сени йаг алды,
Басы куилы, соны уайран Бозатау.
Козим яшлы мен кетермен, шарам йок,
Бир кудадак баска пушты панам йок,
Хəмме кетти, сенде тура радам йок,
Хош аман бол, бизден калдын Бозатау.
Зийуарын хошласар кядиринни билин,
Козини яшартын, багрыны тилип,
Аман болса хал сорасар бир келин,
Хош аман бол, бизден калдын Бозатау.
20
Hacıniyaz Xivə xanının üsyançılara qanlı divan tut du ğu-
nu, kəndləri yerlə yeksan edib viran qoyduğunu, yüzlərlə
insan ları qula çevirdiyini, bu insanların əksəriy
yəti nin qəm-
dən, qüssədən məhv oluduğunu göstərir. Cigitlər məhv edilir,
şairin özü əsir götürülür. O, müdafiəsiz qaldığını gördükdə
Allaha müraciət edərək ondan kömək diləyir. Poemada
Hacıniyaz faciəyə düçar olan insanları hərtərəfli və dərin
kədərlə təsvir etməklə doğma torpaqla vidalaşır, bəyləri,
xanları lənətləyir və faciənin əsl səbəbkarlarını tənqid atəşinə
tutur. Bununla belə Hacıniyaz poeziyasında həyata inam da
özünü bariz şəkildə əks etdirməkdədir. O,
heç də ruhdan
düşmür. Şair inanır ki, zaman gələcək, hər şey dəyişəcək.
Bozatau xoşbəxt günlərinə qovuşacaqdır.
Bozatau faciəsi şairin xalq taleyi, birliyi haqqındakı arzu-
istəklə rini də bədbinliyə düçar etmişdir. Məhz bundan
sonra Hacıniyazın həyatının divanəlik dövrü başlayır və
o, vətəndən kənarda yaşamağa məcbur olur. Aral dənizi
ətraflarında yaşayan qazaxların yanına gedir, sonra
Orenburqa, Tatarıstana, Başqurdustana və Ural çöllərinə
üz tutur. «Gərək» şeirində Hacıniyaz istismarçıları, xanları
qəzəblə ifşa edir:
Согис кентирип амага,
Исин жиберип камарга,
Аулдагы кəткудага,
Сапы жок кара пул керек.
Халык сораган аталыкка,
Исин жиберип каталыкка,
Куш берип онбес салыкка,
Халыкты постырган сол керек.
Озин сатып акшага,
Адамын комин пахшага,
Халыкта сораган патшага,
Кунде, кунде урыс керек.
Сорлы пукара халыкка,
Кол созык бархажарыкка,
Конбей бир неше салыкка,
Жайнап-жансар заман керек.
21