Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
222
223
Başçılar kömək etmədi,
Qəddarlığa meyl saldı.
Başda duran bəla oldu,
Gözlərimiz yaşla doldu,
Qazi heç kimə baxmadı,
İşan keçi tək tərs idi.
Analar zülm çəkdilər,
Yaş töküb ah-vay etdilər,
Körpələri yedirtməyə
Döşlərində süd qalmadı
Bir kəsdən bir pay almadı.
17
Əsər doğrudan da xalq həyatının realist mənzərəsini əks
etdirir və bu dövrdə yer almış qəddarlığı təsvir edir. Burada
poetik şərtilik tamamilə minimal həddə çatmışdır. Jien xanları,
qaziləri, işanları kasıb xalqın köməyinə gəlmədiyindən
tənqid
atəşinə tutur.
Qaraqalpaqların dözülməz durumunu əks etdirən Jien
qeyd edir ki, varlılar kasıblardan köçüb daha tez yerləşirdilər
(Yeri gəlmişkən qeyd edək ki, bu məqam XX əsrin 90-cı
illərində Azərbaycanda erməni təcavüzü nəticəsində xalqın
bir hissəsinin vəziyyəti ilə üst-üstə düşür. Çünki burada
da varlılar kasıblardan daha tez köçüb ölkədəki təhlükəsiz
regionlarda yerləşirdilər). Xalq yol boyu aclıq içində qalır.
Hətta sonuncu heyvanını kəsib yeməyə məcbur olurdu. Hər
bir qərar tutub dayandığı düşərgədə onlar acından ölən
dostları, yaxınları ilə vidalaşmağa məcbur olur və beləcə
yollar boyu heç bir təqsiri olmayan insanların – anaların,
ataların, uşaqların, gözəl qızların meyiti qalırdı. Köçün səkkiz
günü ərzində 340 adam acından ölmüşdür. Qalanlarınısa
müəllif saya bilməmişdir. Bütün
bu dəhşətli günlərdə Jien
qopuzundan ayrı düşməmiş matəm nəğmələri oxumuşdur.
18
Qaraqalpaqların Türküstandan köçü ilə bağlı onun
«Əlvida, dostlar!» («Xoş bolın, doslar!») adlı şeiri də vardır.
Bu şeirdə müəllif öz doğma yurdunu atıb özgə yerlərə köç
etməsi ilə bağlı dərin kədərini ifadə etmişdir. Şairin «Ber
tüyem di» («Dəvəmi qaytar») şeirində o, qaraqalpaq feodal-
larının xəsisliyini, ictimai münasibət lərin real mənzərəsini
əks etdirirdi.
Jien Jıraunun yaradıcılığında həm də Şərq yazılı
ədəbiyyatının, qədim epik dastançılıq ənənələrinin ətraf
aləmə realist baxışı özünü göstərirdi.
XVIII əsrin sonlarında Jien Jırau tərəfindən yaradılmış bu
mənzərə həqiqəti əks etdirmək baxımından XX əsrin 80-cı
illərində T.Kaipbergenovun «Maman-biy haqqında dastan»
adlı romanın xeyli yerləri ilə müqayisə oluna bilər.
2. Günxoca poeziyasının bədii özünəməxsusluğu
Günxoca yaradıcılığında (1799-1880) biz ətraf aləmin
daha real mənzərəsini görə bilirik. Onun yaradıcılığı klassik
qaraqalpaq ədəbiyyatının böyük nümayəndələri Hacıniyaz və
Berdağın yaradıcılığı üçün zəmin hazırlamışdı. Günxoca həm
onların müasiri, həm də ustadı hesab edilə bilər. Günxocanın
şeirlərində yeni yazılı yaradıcılığa
istiqamətlənmiş şairin
dəst-xətti sezilməkdədir. Günxoca poeziyasının ümumi
istiqa mətin də, bir tərəfdən, onun folklor nümunələrindən
geniş istifadə etməsi, digər tərəfdən, fərdi yaradıcılığa keçidi,
başqa bir tərəfdən, klassiklərin, ilk növbədə türkmən klassiki
Məhdimqulunun yaradıcılığından faydalandığı hiss olunur.
Kasıb ailədən çıxmış Günxoca (əsl adı Jiyemurad)
gənclik
illərini Aral sahillərində keçirmiş, əvvəl aul məktəbində, sonra
Qaraqum-işan mədrəsəsində təhsilini davam etdirmişdir.
Təhsilini başa vurmamış o, mədrəsədən kənarlaşmağa
məcbur olmuşdur. Şeirlərindən birində Günxoca onun
təqib olunmasından, öz yurdunu məcburiyyət altında tərk
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
224
225
etməsindən şikayətləndiyi görünür. Az keçmir ki, Günxoca
Qızılqum, Xarəzm oazisi və bir sıra digər ərazilərə və yerlərə
səyahət edir. Zəngin həyat
müşahidələri onun gələcəkdə
bədii yaradıcılığının formalaşmasında yardımçı olur.
Bütün bu müşahidələri biz onun «Mənim diyarım», «Kimə
lazımdır?», «Bəy oğlu», «Xalq ilə», «Yaddan çıxmaz», «Ölü
balıq», «Qara daş» və s. şeirlərində görə bilərik. Günxoca
yaradıcılığının magistral xəttini xalqa xidmət, düşmənlərə
qarşı barışmaz kin, nifrət təşkil edir. Təsadüfi deyildir ki,
Günxoca yaradıcılığındakı humanizm, yüksək mənəvi-
əxlaqi keyfiy yətlər geniş xalq kütləsi tərəfindən də rəğbətlə
qarşılanmışdır. Onun əsərləri elə bədii nümunələrdir ki, onlar
gələcək qaraqalpaq şairlərinin yaradıcılığında da önəmli rol
oynaya bilmişdir.
Günxoca sosial lirika ustasıdır. Onun yaradıcılığında
ümumbə şəri və milli xarakterli problemlər qaldırılır. Bu
baxımdan onun «Yarımkor dəvəyə müraciət», «Mən kim
oldum», «Ölkə ilə birlikdə», «Qamış», «Çobanlar», «Oraqçılar»
və digər şeirləri nümunə göstərilə bilər. Bu əsərlər kasıb
qaraqlapaqların əzablı, kədərli həyatı ilə bağlı hekayətlərdir.
Günxoca qəzəblə, sarkazmla xanların, işanların, mollaların
fəaliyyətini tənqid edirdi. Eyni
zamanda bunu edə-edə şair
həm də azadlıqseəvr xalq kütləsinin ifadəçisinə çevrilmişdir
ki, o, insanlarla birlikdə öz parlaq gələcəyi və qanuni
hüquqlarının təmin olunması uğrunda mübarizə aparırdı.
Bu ideyalar «Ölkə ilə birlikdə» şeirində daha uğurlu şəkildə
əksini tapmışdır.
Günxoca qaraqalpaqların həyat və maddi durumunu
olduqca dərindən müşahidə edirdi. Çünki kasıb qaraqalpaqlar
nə əmlaka, nə də mal-heyvana malik idilər. Kasıblar
(qaraqalpaqlar onları «dixan», azərbaycanlılar «dehqan»
adlandırırdılar) ömrü boyu varlılara işləyir və işin çətinliyi
ucbatından məhv olub gedirdilər. Şair dehqanların acından
ölməmək üçün ən sonuncu işçi qüvvələrini satmağa məcbur,
səhərdən gecəyə qədər işləməli olduğunu dilə gətirirdi.
Digərlərindən fərqli olaraq onların
yer icarəyə götürmək
imkanı da yox idi. Bütün bunlara baxmayaraq, onlar sərbəst
hesab edilsə də, sözün əsl mənasında heç bir hüquqa sahib
deyildirlər.
Qaraqalpaq dehqanlarının, torpaqsızlarının bir hissəsi
öz tayfala rı nın ənənələrilə hesablaşmadan, Xarəzmin cənub
rayonlarına getməklə özbək və türkmən bəyləri üçün uzun
müddətli yaz-əkin işləri ilə məşğul olmağa məcbur olurdu.
«Oraqçılar», «Həyat varmı?» və s. əsərlərində Günxoca
bütün bunları realist boyalarla təsvir edirdi.
Günxoca digər
regionlara qazanc dalınca gedən dehqanlardan danışır, on-
la rın gecə-gündüz bəylərə, xanlara bir qarın çörəyə işlə di-
klərini, bəzən qarınlarını doyurmadıqlarını, məcbur olub ye-
nid ən doğma torpaqlara qayıtdıq larını göstərirdi. Bu barədə
onun «Gün harda» şeirində daha ətraflı təsvirlərlə rastlaşırıq:
Орак орып йыллар бойы болдыk кул,
Ислесекте ала-алмадык кара пул,
Не жананлар байы юлип калды тул,
Енди бугин жайнан жаснар кун кайда.
19
Bu bəndin dilimizə tərcüməsi aşağıdakı kimidir:
Ömür boyu biçdik oraqla sünbül,
Çox işlədik heç almadıq qara pul,
Kişilər öldü, zənənlərsə qaldı dul,
Ömür getdi, həyat söndü gün harda.
Günxocanın Xivə xanı Madaminlə olan hekayətini
mənbələr bu günə qədər qoruyub saxlamışdır.
Deyirlər ki,
xan bir gün sarayına Xarəzm şairlərini dəvət edir və onlardan
xanlıqdakı gözəl həyatı təsvir etməyi və yaxşı şeirlər yazmağı