Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə52/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
206
207
 
XI.  XVIII-XIX ƏSRLƏR QARAQALPAQ 
ƏDƏBİYYATI
Qaraqalpaqlar digər türk xalqları ilə birgə  qədim 
ümumtürk yazılı abidələrinin sələfləri və xələfləri kimi. Qara-
qalpaq ədəbiyyatında fərdi yaradıcılıq sənə tinin  yaranması. 
Jien Jırau XVIII əsr qaraqalpaq ədəbiyyatının banisi kimi. 
Jienin  əsərlərinin aparıcı mövzuları («Ullı-tau», «Basılmış 
el», «Dəvəmi qaytar», «Əlvida, dostlar»).
Günxoca – XIX əsr qaraqalpaq ədəbiyyatı klassiklərinin 
öncüllərindən biri kimi. Günxocanın yaradıcılığında türk 
və şərq ədəbiyyatı, folklor motivləri və klassik ənənələrinin 
əksi. Günxoca sosial lirikanın yaradıcısı    və satirik – 
qrotesk planlı şairi kimi («Ölmüş balıq», «Yarımkor dəvəyə 
müraciət», «Kimə lazımdır?» və başqa  şeirləri).
Hacıniyaz – əsərlərində real gerçəkliyin problemlərini əks 
etdirən şair kimi. Xivədə baş vermiş hadisələrin «Bozatau» 
poemasında  əksi. Qaraqalpaq poeziyasında yeni bədii 
təsvir vasitələri, onun Nəvainin, Füzulinin, Məhdimqulunun 
ənənələrindən gələn vasitələrlə  zənginləşməsi. Hacıniyazın 
«Ölkəm var», «Ax, Dariyxa», «Bu səhər», «Kədər» və s. 
əsərləri. Hacıniyaz aytıs ifaçısı kimi. Hacıniyazın əsərlərində 
türk şeir ölçülərinin müxtəlif formalarından istifadə («Mənim 
gözlərim», «Xalqım var», «Əkinçiyə torpaq lazım olduğu 
kimi», «Zirvədən yağış gəlir» və s.)
Berdağ  yaradıcılığı – klassik qaraqalpaq poeziyasının 
zirvəsi kimi. Berdax şair – demokratın  əsərlərində sosial-
ictimai gerçəkliyin real panora 
mı nın  əksi. Ac xalqın 
vəziyyətinin Berdax yaradıcılı ğında  təcəssümü («Vergi», 
«Yaz gələrmi», «Dövran», «Olmayıb», «Mənim həyatım», 
«Bu ildə»). Berdağın «Axmaq paşa» nağıl-poemasının, 
«Yernəzərbəy», «Şəcərə», «Gəlin», «Balam», «Nadan olma» 
şeirlərinin problematikası və bu əsərlərdə xalqı talayanlara 
qarşı mübarizənin təsviri. Berdağın  əsərlərinin digər 
xalqların dillərinə  tərcümə olunması. Berdağ Azərbaycan 
və rus dillərində. Hüseyn Arif  Berdağ yaradıcılığının 
tərcüməçisi kimi. Berdağın yaradıcılıq dəsti-xəttinin 
Azərbaycan aşıqlarının – Xəstə Qasım, Dədə  Ələsgər, Aşıq 
Alı  və baş qalarının yaradıcılıq xüsusiyyətləri ilə yaxınlığı. 
«Qoşma» milli şeir formasının Berdağ yaradıcılığında 
inkişafı. Berdağ  şeirlərinin H.Arif tərəfindən tərcüməsinin 
bədii səciyyəsi. Tərcümələrdə Berdağ yaradıcılığının milli-
spesifik  xüsusiyyətlərinin saxlanılması. Berdağ  dəsti – 
xəttinin sonrakı qaraqalpaq poeziyasının inkişafına təsiri. 
XX  əsr qaraqalpaq ədəbiyyatında Berdağın davamçıları. 
Qaraqalpaq  ədəbiyyatı  əsrlər boyu yaranmış  və inkişaf 
et mişdir. Zəngin və  təkrarolunmaz folklor, xalq poeziyası, 
özünə məxsus incəsənət, dastançıların, jırauların ifası, 
qissəxan və xanəndələrin yaradıcılığı qaraqalpaq xalqının 
həyatının  əsa sını  təşkil etmiş  və etməkdədir.
Qaraqalpaq ədəbiyyatının yaranması qaraqalpaq xal qının 
təşək külü  ilə birbaşa bağlıdır. Qaraqalpaq ədəbiyyatının 
tarixi  isə ta qədim dövrlərə gedib çıxır ki, bu dövr apasiaklar 
– saklar, sarmatlar, massagetlər, hunlar, çyornıye klobuki-
peçeneq qəbilələri, qıpçaqlar, noğaylar və başqaları ilə 
bağlıdır. Məhz belə qədim dövrdən başlayaraq qaraqalpaqlar 
bir etnos kimi təşəkkül tapmışlar. Qaraqalpaq şifahi xalq 
yaradıcılığının müxtəlif janr və növləri («Qırx qız» eposu, 
na ğıllar, xalq nəğmələri və s.). haqqında artıq məlumat ver-
mişik. Burada isə XVIII-XIX əsrlər qaraqalpaq ədəbiyya tının 
əsas nümayəndələri və qaraqalpaq yazıçılarının yara 
dıcı-
lığı nın özünəməx sus  xüsusiyyətlərindən söhbət açacağıq. 
Məhz XVIII əsrdən qaraqalpaq ədəbiyyatında folklordan 
fərdi yara dıcılığa keçid dövrü başlayır. Bu dövrdə  jıraular və 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
208
209
baksılar arasından daha tez-tez şairlər ortaya çıxırdı. Onlar 
xalq arasında daim yüksək nüfuza malik olmaqla, həm  də 
ictimai xadimlər kimi fəaliyyət göstərir, tayfanın bu və ya 
digər mübarizəsində, hərbi yürüşlərdə  iştirak edir, onların 
fikirlərinə diqqət yetirilir və onlar kütlələrin mənəvi atası 
hesab edilirdilər. Çünki bu şairlər, bir tərəfdən, dövrün, digər 
tərəfdən, bu və ya digər sosial qrupun maraqlarının ifadəçisi 
kimi çıxış edirdilər.
Bununla belə  fərdi yaradıcılığın inkişafı heç də epik və 
lirik  şifahi  əsərlərin irimiqyaslı inkişafına mane olmurdu. 
Qara qalpaq  dastanlarında, nağıllarında, rəvayətlərində, əfsa-
nələrində, nəğmələrində və digər şifahi xalq janrlarında əgər, 
bir tərəfdən, xalqın tarixi, ənənələri, məişəti, düşüncələri əks 
olunurdusa, digər tərəfdən, xalqın şifahi bədii istedadı özünü 
büruzə verirdi. Məlumdur ki, zəngin yazılı ənənələrə malik 
olmayan xalqların folkloru olduqca güclü  inkişaf etmişdir. 
Folklor məhz xalqın mənəvi yaradıcılığının salnaməsinə 
çevrilərək başlıca meyar kimi çıxış etməklə onun düşüncə 
tərzinə müsbət təsir etmişdir. Məhz elə bu səbəbdən  də 
biz qaraqalpaq xalqının zəngin və  rəngarəng  folklor 
nümunələrinin mövcudluğunun  şahidi oluruq.
XIV-XVI  əsrlərdə bir sıra qaraqalpaq epik poemaları 
yaran mışdır. Onlara «Koblan», «Yedige», «Şəhriyar», «Alpa-
mıs», «Qurbanbəy», «Yer Zi uar», «Bozoğ lan»,  «Qırx qız» və 
s. kimi dastanları nümunə göstərmək olar. Lakin XVII-XIX 
əsrlərdə qaraqalpaq folkloru daha yeni lirik-epik poemalarla
məsələn, «Maspatşa», «Qərib aşıq», «Yusif-Əhməd» və s. 
zənginləşmişdir.
Qaraqalpaqlar həm də digər türk xalqları ilə birlikdə 
qədim Orxon-Yenisey abidələrinin (V-VIII əsrlər) yaradıcıları 
və sələfləri kimi qiymətləndirilir. Onlar Mahmud Kaşğarinin 
«Divani-lüğat-it-türk» (XI əsr),  Şeyx  Əhməd Yasəvinin 
«Fəlsəfi hikmətləri» (XI əsr), Yusif Xas Hacib Balasağunlunun 
«Kutadqu-bilik» (XI əsr),  Əhməd Yuğnəkinin «Həqiqət 
çantası» (XI əsr), qıpçaq lüğəti «Kodeks kumanikus» (XIII 
əsr), «Oğuznamə» (XIII-XIV əsrlər) və başqa nümunələrin də 
sələfləri kimi tanımaqdadırlar.
Əvvəlki dövr qaraqalpaq mədəniyyəti nümunələrinin 
əksəriyyəti saxlanıl mamış  və ya indiyə kimi sona qədər 
öyrənilməmişdir. Qaraqalpaq ədəbiy yatında müəllifli 
nümunələr  XIV-XVI əsrlərə aid edilir. Onlardan bir neçəsinin 
adını çəkək. Noğay İttifaqında o dövrdə XV əsrdə Soppaslı 
Sıpı ra  jırau, Həsən Kayğı, Jirenşe, XVI əsrdə Ormambet kimi 
yazı çılar fəaliyyət göstərmişlər. Onların hamısı təkcə qara qal-
paq yazılı ədəbiyyatının öncülləri olmamış, həmçinin qazax-
ların, noğayların və digərlərinin tarixində, etnogenezində, 
mədəni və  ədəbi inkişafında  əsaslı rol oynamışlar. 
Qaraqalpaqların həyatı dramatik hadisələrlə  zəngindir. 
Məsələn, XVI əsrdə Noqay Siyasi  Birliyindən sonra 
qaraqalpaqlar ayrıca  xalq kimi nəzərdən keçirilir və həmin bu 
dövrdə onlar Volqa, Ural, Yaik sahillərindən Xarəzmə, daha 
doğrusu, öz ata yurdlarına dönməyə, köçməyə başlayırlar. 
XVI-XVIII əsrlərdə  qaraqalpaqlar Sırdərya və Yanıdəryanın 
aşağı  və orta axını hövzəsində yaşıyırlar. Demək olar ki, 
bütün bu dövrlər  ərzində onlar müstəqilliklərini qorumaq 
uğrunda qanlı mübarizələr aparmışlar. Mübarizə həm xarici 
qəsbkarlara, həm də daxili işğalçılara qarşı aparılmışdır. 
Qaraqalpaqlar qazaxlar, özbəklər və türkmənlərlə birlikdə 
cunqarların, Buxara və Kokand hökmdar larının hücumuna 
qarşı dayanmışlar. Yaik və Emba çayının yuxarı hövzələrində 
yaşayan ayrı-ayrı qaraqalpaq qrupları XVII əsrin II yarısında 
başqurdlarla birgə ruslara qarşı üsyana qalxmışlar.
Qaraqalpaq  ədəbiyyatında folklordan yazıya keçid, 
kollektiv yaradıcılıqdan müəllifli  ədəbiyyata səmt götürən  
proses fərdi yaradıcılığın yollarının müəyyənləşdirilməsi 
üçün zəmin yaratdı. Bu dövrdən ümumidən (жəмəəтлик), 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə