Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
190
191
Gənc oğlan da qızıl daşı aldıqdan sonra varlanır
və onu
hər yerdə uğur gözləyir. O, dünyada ən gözəl qızı sevir və
onunla evlənir. Lakin cigit işsizlikdən boğaza yığılıb, nəhayət
ova çıxır. Getmək vaxtı o qızıl daşı arvadına verərək deyir:
«Onu göz-bəbəyin kimi qoru, heç kimə vermə» («Qızıl daş»).
Əlbəttə, hər hansı magik, əfsun hərəkəti etməklə, hər hansı
bir səbəb ucbatından əgər qadağa pozulursa, qəhrəmanın
düşmən qüvvəsinin öldürücü gücündən xilas ola bilməsi
çətinləşir. Əfsun əşyalarının sırasında üzük, balta, yaylıq,
güzgü, kəmər, çörək, su, ot, yer, dəyənək, heyvan dişi, quş
lələkləri və s. iştirak edə bilir. Demək olar ki, bütün bu əşya
və şeylərin hamısı qaraqalpaq sehrli nağıllarında möcüzə
yaradır. Məsələn, dəyənək nağıllarda bir-birinin ardınca
nə qədər möcüzələr yaradır,
insanlara kömək edir, onları
dirildir, yaxud qüvvədən salır, qəhrəmanı digər qorxulu
möcüzələrin hamısından güclü edir və s. Beləliklə, dəyənək
qaraqal paq nağıllarında insanı bəzən heyvana, bəzən quşa
bənzətməklə heyvanlara insan görkəmi, siması verir. Nağıl
fantaziyasının əfsun hərəkətləri ilə əlaqələri həm də sehrli
sözdən söhbət düşdükdə hiss olunur. Belə olduqda, xeyli
süjetlər bədbəxtliyin ortaya çıxması motivinə söykənərək
qorunmasına və yaxud nəzərdə tutulmamış deyilmiş sözün
təsiri ilə yarana bilər. Məsələn, qaraqalpaq sehrli nağıllarında
qəhrəman bir nəfəsi, səsi, qışqırtısı ilə əzəmətli saraylar
yaradır, gölləri, dənizləri və s. quruda bilir.
Qaraqalpaq nağıllarındakı nağıl ənənəsi heç də sırf
janr dife rensia siyası və onlardakı professional nağılçılığın
mövcudluğu ilə fərqlənmir. Nağıllar
burada həm çobanlar,
həm ağsaqqallar, həm qocalar, həm qarılar, həm ovçu, həm
də söz-söhbətə meylli olanlar, bəzən də baksı və jıraular
tərəfindən yaradılıb ortaya qoyulmuşdur. Qaraqalpaq-
ların sehrli nağılları digər xalqların nağıllarına xas olan bir
sıra xüsusiyyətlərə malikdir. Qaraqalpaq nağıllarında daim
fantaziya mövcuddur. Bu da qaraqalpaq nağıllarının başlıca
cəhəti, onun nüvəsidir. Onların kompozisiyasında – başlanğıc,
epik təhkiyə, zavyaz ka, kulminasiya və razvyazkadan ibarət
olan konflikt, sonluq olduqca sadə, sə mə rəli dil və üslub
xüsusiyyətləri
mövcuddur; qaraqalpaq nağıl larında istifadə
edilən poetik formula olduqca mükəmməldir; qəhrəmanların
təsvirində – ziddiyyətli hiperbolizasiya və idealizasiya
mühüm yer tutur. Qaraqalpaq sehrli nağılları milli koloritlə
və özünəməxsusluqla seçilməklə, həm də xalq nağıl ənənə-
sinin mühüm cəhətlərinə və xüsusiyyətlərinə söykənməklə
formalaş mışdır.
2. Heyvanlar haqqında nağıllar
Qaraqalpaq heyvanlar haqqında nağılları, yaxud
folklorşü naslıqda qəbul olunduğu kimi «heyvan eposu»
adlanan bu sahə nağıl janrının olduqca mühüm hissəsini
təşkil etməklə şifahi xalq yaradıcılığının qədim növlərin-
dəndir. Heyvanlar haqqında nağıllar animist və antropo-
morfist insan təsəvvürlərini və anlayışlarını özündə əks
etdirmişdir. Onlar düşüncəli və ağıllı şəkildə hərəkət etməklə
bacarıqlı görünürlər.
Məlumdur ki, digər
xalqlarda keçmiş zamanlarda
vəhşi heyvanlar (şir, ayı, canavar və s.), bəzi ev heyvanları
– at, qoyun, inək, donuz, pişik müqəddəs hesab edilmiş və
insanlar onlara daim səcdə etmişlər. Digər xalqlarda olduğu
kimi qədim animist, totemist və magik dünyagörüşünün bəzi
izləri qaraqalpaqlarda da qalmaqdadır.
Animizm, daha doğrusu, təbiətin canlandırılması, təbii ki,
bu dövrün özünün yaranması ilə bağlı idi. O dövrdə insan
heç də ani olaraq öz dünyasından ayrılmaq istəməmişdir.
İbtidai düşüncə tərzi bütün hallarda insanla heyvanlar
arasındakı davranışlardakı əlaqələri, uyğunluqları axtarmağa
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
192
193
can atmışdır. Tayfa quruluşu mərhələsində totemizm əmələ
gəlmişdir ki, o da insanların
mənşəyinin bu və ya digər
heyvanlardan, yaxud bitkilərdən alınmasını diqqət mərkəzinə
çəkir. Məsələn, bir tayfa özünün ancaq ayıdan, digərlərinin
tülküdən, üçüncüsünün isə canavardan və s. əmələ gəldiyini
düşünürdü. Məlum olduğu kimi, türk xalqlarının ulu əcdadı
dişi qurd hesab olunur. Bu barədə qədim çin mənbələri və digər
mənbələrdə xeyli məlumatlar mövcud dur. Totemə çevrilmiş
heyvanlar daim ilahiləşdirilirdi. Totemə inam müxtəlif əfsun,
adət və ənənələrin ortaya çıxmasını şərtləndirdi. Onların
başlıca məqsədi insan nəsli ilə totem arasında yaxınlıq
görmək idi. Belə olduqda totem insanlara xidmət edirdi.
Böyük qazax folklor şünası və etnoqrafı Ç.Valixanov bununla
bağlı yazırdı: «Ümu miyyətlə, heyvan xalqlar arasında elə bir
yeganə vasitə dir ki, onun kökü müxtəlif nəsillərə gedib çıxır...
məsələn, hey van sümüyünü tapdamaq yolverilməzdir. Əgər
hey vanlar hər hansı bir xüsusiyyətə malikdirsə, onları övliya
adlandırırlar. Məsələn, qızıl qazı ovlamırlar.
Qorxurlar ki,
quşlar şahı onları cəzalandıra bilər. Bayquşu, yapalağı, göy-
qarğanı, ağacdələni və ququşunu da ovlamırlar.
6
Türk xalq-
ları elə hesab edirlər ki, onların ayaqları, başları, yapalağın isə
lələkləri onları bəd qüvvələrdən xilas edir, ona görə də, onları
məhz yurta, ya da ki, uşaq beşiyinin başından asırlar.
Qaraqalpaq nağıllarında heyvanlar və quşlar nəinki
insanların dostu, həm də onların düşməni kimi çıxış edir.
Qaraqalpaqların həyatında heyvandarlıq son dərəcə mühüm
yer tutur. Buna görə də qaraqalpaq nağıllarında həm də atın
yeri müstəsnadır. At insanın ən ağıllı, ən yaxşı, ən etibarlı
dostu kimi təsvir olunur. İnsanların köməkçiləri kimi isə ağ,
göy ilan, simurq quşu, dəvə, pişik, it çıxış edir. Xeyli heyvanlar
və quşlar da vardır ki, onlar qaraqalpaq nağıllarında
aşağıdakı səciyyəvi xüsusiyyətlərilə fərqlənir: şir, pələng –
daim xoşbəxtlik daşıyıcısı; tülkü –
bic və son dərəcə məkrli;
canavar – xəsis və çox yeyən; eşşək – küt və bic; ayı – fiziki
qüvvənin tipik nümayəndəsi, yöndəmsiz, başdan xarab və
s.; dəvə – öz düşüncəsizliyi, insanlara kömək göstərməsi və
hamıya inanması ucbatından əzab çəkən; dovşan-qorxaq;
quşların əksəriyyəti isə ağılı və düşüncəsi ilə fərqlənir.
«Qaraqalpaq xalq nağılları» kitabında, demək olar ki,
heyvanlar haqqında əksər nağıllar
verilmişdir ki, onların
sırasında «Xeyirxah qoca və oğru ağacdələn», «Yerş»,
«Bacarıqlı cigit», «Hiyləgər tülkü», «Ağacdələn və tülkü»,
«Tülkü və öküzlər», «Öküz və dəvə», «Eşşək bicliyi»,
«Milçəklər şahı», «Lovğa siçan», «Şir və hiyləgər dovşan»,
«Canavar və it», «Qızıl quş», «Qızılbaşlı ilan», «Tülkü və
xoruz», «Aldanmış canavar» və s. verilmişdir. Qaraqalpaq
sehrli na
ğıl ları ilə müqayisədə qaraqalpaqların «heyvan
eposu» daha müxtəsər və lakonikdir. Bununla belə, onlarda
ifadə olunmuş fikir öz dərinliyi ilə fərqlənir.
«Bacarıqlı cigit», «Tülkü və öküzlər», «Eşşək və dəvə»,
«Lovğa siçan», «Canavar və it» nağıllarında eyni zamanda,
həm də bir neçə heyvanlar, quşlar, ev heyvanları iştirak edir
ki, onlardan hər biri öz xarakterik xüsusiyyəti və davranışı ilə
yadda qalır.
İnsan davranışına istehza və onların xarakteristikası
ilə bağlı heyvanların davranışı, özlərini aparması ilə bağlı
nağıllar daha sonralar yaranmışdır. Beləliklə, təhkiyənin
mühüm hissəsi kimi insanın xarakterik xüsusiyyətinin mənfi
cəhətləri ictimai və sosial münasibətlər bu nağıllarda daha
yaxşı öz əksini tapmışdır. Bunlar da öz növbəsində bədliklə,
ədalətsizliklə, şər qüvvələrlə mübarizənin bir forması kimi
özünü büruzə verir. Pələngin, canavarın, ayının, tülkünün və
digərlə rinin obrazlarının köməyi ilə qaraqalpaq nağıllarında
xanın, bəyin, tacirlərin yabançı cəhətləri tənqid atəşinə tutulur.
Bu tipli qaraqalpaq nağıllarında əksər hallarda çobanlar çıxış
edir ki, adətən onların
köməyi ilə, təhkiyənin bu və ya digər