Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə47/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
186
187
konstruksiyalı deyildir. Ona bir sıra  əlavə gedişlər, süjetli 
nağıl təhkiyəsinin inkişaf dinamikasını müəyyənləşdirən 
və  qəhrəmanın mühüm mətləbə çatması ilə bağlı  olan 
səylər  əlavə olunur. Qəhrəman qeyri, ehtimal olunmayan 
çətinliklərin hamısını öz yolunda dəf edir. Bütün bunların 
hamısı möcüzəli  əşyaların köməyi ilə  həyata keçirilir. 
Məsələn, sandıq, qırmanc, kəllə  və s., heyvan köməkçilər - 
əjdaha, pələng, simurq quşu və s. təhkiyə sona yaxınlaşdıqca 
mübarizə daha da gərginləşir. 
Qaparalpaq sehrli nağıllarına inkişaf edən, dəyişkən 
xarakterli gedişlər yaddır. Belə nağıllarda qorxaq həmişə 
qorxaq, qoçaq həmişə qoçaqdır, etibarlı arvad həmişə etibarlı, 
məkrli isə daim məkrlidir.
Qaraqalpaq sehrli nağıllarının kompozisiyasının yet kin-
liyi təhkiyənin  əsasına qoyulmuş konfliktin verilməsinin 
nəticəsi kimi yaranır. Nağılda çoxsaylı personajlar iştirak 
etmir, burada yalnız elələri iştirak edir ki, onlar üçün konfliktin 
yaranması, inkişafı və həlli məsələləri öz əksini tapır. 
Qaraqalpaq sehrli nağıllarında hadisələrin gözlənilmə-
dən gedişindən istifadə priyomu və bu priyomdakı təsvirin 
zaman daxilində olan ciddi ardıcıllığı onların effektini 
gücləndirir. Belə priyom, burada, əlbəttə, estetik möcüzə və 
qeyri-adiliklə bağlıdır ki, onlardan konfliktli məqamlarda  
daha çox istifadə edilir. Bu isə öz növbəsində arasında uyğun 
olmayan hadisələri qarşı-qarşıya qoyur, təfəkkürü, təxəyyülü 
heyran edir, dinləyicini onun ziddiyyəti ilə toqquşdurur, 
onlardakı  əks münasibətləri göstərir, belə olduqda xoşbəxt 
olmayan, hamı  tərəfindən lənətlənən qəhrəman bəzən 
hamıdan yüksəkdə dayanır və s. Beləliklə, kasıb varlı, varlı 
isə kasıb olur.
Qaraqalpaq sehrli nağıllarında tez-tez uyğun situasiya-
ların təkrarlanmasına yol verilir. Belə situasiyaların üçqat 
təkrarı, epizodu, nağıllardakı  effekti daha da yüksəltmək 
məqsədi ilə aparılır. Belə ki, məsələn, Meytinlə olan əhvalatlar 
(«Gülziba» nağılında), kasıb oğlu ilə («Varlı oğlu, kasıb oğlu» 
nağılında), ailənin kiçik oğlu ilə olan əhvalatlar («Cadugər» 
nağılında), cigitlə bağlı hadisələr («Ögey ana» nağılında və 
s.) xarakterikdir. Üç dəfə cigit üç xanın qızıl küpəsini dürüst 
nişan alıb vurur və üç xan qızını özünə arvad edir, bu «Ögey 
ana» nağılından; üç xan Meytinə üç tapşırıq verir və Meytin 
də o tapşırıqları üç dəfə yerinə yetirir. Beləliklə, qaraqalpaq 
sehrli nağıllarında «üç» rəqəmində nağıl təhkiyəsindən 
istifadə  məqsədə çatmağın son dərəcə  çətinliyini, qeyri-
adiliyini göstərir. Deməli, məqsədə çatmaq üçün burada 
bacarıq, bilik və  qətiyyətlilik lazımdır. Epizodların üçqat 
təkrarı  həm də  qəhrəmanların müdrikliyini sınaqdan 
çıxarmaqdır, üçqat təkrarlanan döyüşlər isə onun əlavə daha 
şişirdilmiş epizodları ilə birlikdə  həm də bizə qaraqalpaq 
sehrli nağıllarında təhkiyənin bir neçə genişləndirilmiş 
motiv və epizodlarla bağlılığını göstərir. Qaraqalpaq sehrli 
nağıllarında situasiyaların uyğunluğunu, heç şübhəsiz ki, 
nağılların konkret poetik məzmunundan təcrid olunmuş 
şəkildə öyrənmək düzgün olmazdı. Məsələn, «Varlı  oğlu, 
kasıb oğlu» nağılında kasıb oğlu varlı  oğlunun tapşırığı ilə 
tülpar at və gözəl qız dalınca gedir. Kasıb oğlan nəhayət 
onlarla birgə çoxsaylı var-dövlət  əldə etmiş kimi də geri 
dönür. Təbii ki, bu var-dövləti artıq o, varlı oğlu üçün yox, 
məhz özü üçün gətirmiş olur. Yaxud «Cadugər» nağılında 
düşmənlərə qarşı mübarizədə fərqlənmiş cigit xanın xoşuna 
gəlir və xan da nəticədə öz qızı ilə onun toyunu edib, taxt-
tacını da ona verir.
Qaraqalpaq sehrli nağıllarında təkrarlanan bədii effekt 
həm də özünü təhkiyədə son dərəcə ornamental, bərli-bəzəkli 
quruluşa malik olmasında  əks etdirir. Bu isə  hərəkətin 
ləngiməsini göstərir, bir tərəfdən, burada nağıl janrına maraq 
məsələsi  əks olunursa, digər tərəfdən, nağıllardan ortaya 
çıxan təəssürat güclənir. 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
188
189
Qaraqalpaq sehrli nağıllarının sonluğu  adətən nağılvari, 
zara fat yana,  ritmik,  qafiyəli  şəkildə sona yetir. Onların 
məqsədi dinləyicinin diqqətini arzu, istəklərdən gerçəkliyə, 
daha doğrusu, xülyadan məişətə yönəltməkdən ibarətdir. 
Bir sıra qaraqalpaq sehrli nağıllarında onların sonluğu 
adətən aşağıdakı kimi verilir. Məsələn, qəhrəman («Gülziba» 
nağılında) Meytin Gülzibanın atası ilə dostluq edir və onlar 
şad-xürrəm yaşamağa başlayırlar. Xan öz cigit kürəkənini  və 
qızını ən yaxşı  sarayda yerləşdirməyi əmr edir və qırx gün, 
qırx gecə toy-büsat qu ru lur, toy-bayramdan sonra xan cigiti 
öz yerinə taxt-tacına  əyləşdirir («Cadugər»). Tezliklə onlar 
varlanır və  əvvəlkindən daha yaxşı yaşamağa başlayırlar 
(«Qızıl daş») və i.a. və s. 
Qaraqalpaq nağıllarında zavyazka adi tiplidir: qəhrəman 
öz məqsədinə çatır, ya da o, möcüzələrlə rastlaşır. Xanlara 
qalib gəlir. Xanın taxt-tacının yiyəsinə, varisinə çevrilir, xanın 
qızı ilə evlənir, yaxud da öz ölkəsinə, misli görünməyən var-
dövlətlə qayıdır. Nəzərdə tutulmamış yerdə atası ilə görüşür. 
Məsələn, «otuz, yaxud qırx gün toy-bayram edilir. Bütün 
arzu istəklər yerinə yetirilir». Qaraqalpaq sehrli nağıllarının 
finalı üçün müsbət sonluq xarakterikdir. Nağıl qəhrəmanının 
idealizasiyası burada müəyyən bədii priyom və vasitələrlə 
həyata keçirilir ki, onlardan daha sabiti və geniş yayılmışı 
da məhz hiperbola, kontrastdan və  təkrarlardan is 
tifadə 
etmədir. Qaraqalpaq nağıllarında təkrarlar adətən  ha di sə-
lərin mürəkkəbləş dirilməsi və yaxud obrazların qəh rə man-
laş dırılması ilə bağlı olur. 
Süjetin qurulmasında «üçqatlığın»  qorunub  sax lan ma sı, 
üç qardaş, üç qız haqqında, üç gecə haqqında söhbət də bel ə 
süjetin dinamikasında  daim iştirak edir.
Qaraqalpaq sehrli nağılları son dərəcə maraqlı və  zəngin 
dil-üslub xüsusiyyətləri ilə  fərqlənir. Maraqlıdır ki, onların 
epik təhkiyəsində frazeolo gizmlərdən istifadə ilə per sonajlar 
adətən onlara xas olan nitq ornamentasiyası ilə  fərq lənir. 
Bütün bunların hamısı, heç şübhəsiz ki, nağılların  də rin 
mənasının açıl masına, nağılların lirik şəkildə nəql olunması 
və  nəticədə hekayətlərin emosional təsiri ilə bağlıdır.
Qaraqalpaq sehrli nağılları  həm də digər xalqların 
nağılları kimi insanları utilitar məişət məqsədi güdən qədim 
hekayətlərin yenidən poetik şəkildə canlandırılması ilə 
bağlıdır. Nəticədə onların hamısı müəyyən mərasimlər, 
mifoloji təsəvvürlərlə mürəkkəbləşmişdir. Sehrli nağılların 
xələfləri isə, təbii ki, hekayətlər olmuşdur ki, onlar müxtəlif 
məişət qadağalarını qorumağı  məsləhət bilirdi. Qədim 
insanlar daim müxtəlif düşmən qüvvələrlə, xəstəliklərlə, 
bədbəxt liklərlə, aclıqla-yalavaclıqla, yanğınlarla qarşı-qarşıya 
dururdular. Onlar daim təbiətin sirli-sehrli qüvvələrinin 
təsiri altından çıxmağa can atırdılar. Onlar elə davranırdılar 
ki,  bu insanların həyatı mürəkkəb qadağalar sistemi altına 
düşürdü. Bu qadağalar  insanın ayrı-ayrı  hərəkətlərinin 
üstünə  yığılır və onların ayrı-ayrı  əşyalara, predmetlərə 
toxunması qadağan olunurdu. Qadağaların pozulması isə öz 
ardınca yeni təhlükəli nəticələr ortaya çıxarırdı ki, burada da 
məhz insan fövqəlqüvvələrin qurbanına çevrilirdi.
Qaraqalpaqların sehrli nağıllarının əksəriyyəti evi, yaşayış 
yerini, hər hansı bir yerə toxunmanı, hər hansı bir iş haqqında 
danışmanı, nə isə etməni qadağan edirdi. Yadımıza salaq 
ki, qaraqalpaq sehrli nağıllarının bir neçə yerində  məsələn, 
«Səndən təsəyin kim tərəfindən tikilməsini soruşduqda
demə» («Gülziba»), yaxud «Götür bu açarı, göz-bəbəyin  kimi 
onu qoru. Bu açarla sən bütün otağı  mənim sarayımda aça 
bilərsən, amma ən axırıncı, qırxıncı otağa baxmağa çalışma» 
(«Cadugər»),  «Tək qalmış  ağac altında quyunu qaz, məni 
orada qoy…, amma bu barədə cadugərə bir kəlmə  də söz 
demə» («Cadugər»),  ilanın cigitə  qızıl daş  hədiy yə etməsi 
də qaraqalpaq nağılında öz əksini tapmışdır (“Qızıl daş”). 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə