Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
198
199
və bu onlarda fantastikanın özünəməxsusluğu ilə bağlıdır.
Yumor “qəhrəmanın” hər hansı zahiri detal və davranışının
xarak
terik xüsusiyyətini, obrazın həqiqiliyindəki cəhəti
göstər məklə əks olunur.
Qaraqalpaq heyvanlar haqqında nağılların ən sevimli
nitq formalarından biri dialoqdur. Dialoqlar bu tipli nağıllara
canlılıq gətirməklə nağılçını sanki oyuna, teatrallaşmış
hərəkətə sövq edir. Nağılın ustalıqla ifa olunmasında biz
müxtəlif heyvanların səsindən, jestlərdən, mimikalardan,
bədən hərəkətlərindən istifadə edildiyinin şahidi oluruq.
Lakin eyni zamanda bu da yaddan çıxarılmamalıdır ki,
qarqalpaq heyvanlar haqqında nağıllar dramatik yox, məhz
təhkiyə janrıdır.
Obrazların əyaniliyi, kompozisiyanın aydınlığı və
sadəliyi, süjetin diqqəti kifayət qədər məşğul etməsi,
zəngin
xalq dilindən istifadə, bic və hiyləgər bəzəkli yumor və
s. – bunların hamısı xalq yaradıcılığının bu janrını yüksək
şifahi sənət nümunəsi kimi nəzərdən keçirməyə, onu hər bir
qaraqalpağın uşaqlıq həyatının sevimlisinə çevirmişdir.
3.Sosial-məişət nağılları
Qaraqalpaqların nağıl repertuarında sosial-məişət na ğıl-
ları da mühüm yer tutur. Bu tipli nağıllar əsasən yu moristik
və sarkastik xarakterli motivlərlə zəngindir. Qara
qalpaq
sosial-məişət nağıllarının mərkəzində adətən sosial –məişət
problemləri, insanlar arasındakı münasibətlər dayanır. Bu
nağıllar əsas etibari ilə xalq həyatının həm sosial, həm də
məişət aspektlərini işıqlandırır.
Sehrli və heyvanlar haqqında nağıllardan
fərqli olaraq
sosial-məişət nağılları xalqın gündəlik həyatının real və ağır
vəziyyəti ilə bağlı olmuşdur. Bi tipli nağıllarda insanların
fikir və hissləri, gözləntiləri, marağı, əməyə və zəhmətə can
atması və s. kimi məqamlar əksini tapmışdır.
Sosial-məişət nağılları digər nağıllara nisbətən daha
müxtəsər, yığcam olması ilə seçilir. Süjetin mərkəzində
adətən bir epizod dayanır. Burada hadisələr olduqca sürətlə
inkişaf edir. Bu, onları sehrli nağıllara xas olan xüsusiyyətlərlə
zən gin ləşdirsə də, burada epizodların,
hadisələrin təkrar-
lanmasını görmürük. Bu nağıllarda gülməli, yumorlu, qeyri-
adi sərgüzəştlər, həm də bəzən həqiqətə uyğun olan həyat
situasuyaları haqqında danışılır. Əgər bir qrup nağıllar üçün
sosial ədalətsizliyi göstərmək mühümdürsə, digərlərində
insanlar içində olan sosial eybəcərliklər əksini tapır.
Qaraqalpaq sosial-məişət nağıllarının qəhrəmanları qis-
mində adi insanlar çıxış edirlər. Onların qəhrəmanları sər-
güzəştli-novellist nağıllar üçün səciyyəvi xüsusiyyətlərə
malik dir. Qaraqalpaq sosial-məişət nağıllarında, sehrli nağıl-
lar dakı qəhrəman kimi ailənin kiçik, üçüncü oğlu çıxış edir.
Qaraqalpaq sosial-məişət nağıllarının mövzusu olduq-
ca zəngindir: bu,
xeyrli məsləhətlər, ailə həyatı və məişəti,
ağıllı insanlar, tale və xoşbəxtlik, xanların, istis mar çı la-
rın, oğruların, yalançıların, biclərin və s. hərəkət və dav ra-
nışlarını əks etdirən mövzuları əhatə edir. Qaraqalpaq sosial-
məişət nağıllarında ağıllı ilə ağılsız, xeyirlə şər, bədbəxtlik və
xoşbəxtlik, vicdanlı ilə vicdansız, təvazökarlıqla yalançılıq,
zənginlik və kasıblıq və s. kimi məqamlar antitezalar üzərində
qurulmaqla insanların tərbiyə olunmasında əsaslı rol oynayır.
Qaraqalpaq sosial-məişət nağılları
kəskin ideya
istiqamətinə malikdir. Bu nağılların süjeti özündə iki əsas
mövzunu birləşdirir: sosial ədalətsizlik və sosial cəza.
Sosial-
məi şət nağıllarının ideyası onların strukturunu müəy-
yənləşdirir, əsasını antitezalar təşkil edir: məsələn, kəndli
tacirə, qaziyə, kasıb varlıya, ağıllı, sadə insan, müdrik kəndli
xana, bəyə, şaha qarşı qoyulmaqla ortada dayanırlar. Bu
baxımdan, məsələn, “İki dost” nağılı daha xarakterikdir. (iki
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
200
201
dost Yeşşan və Doşşan özlərini o qədər ağıllı aparırlar ki, şah
nə baş verdiyini başa düşməyib Doşşanı mükafatlandırır, ona
vəzirlərindən birinin qızını alır). Qaraqalpaq nağılları üçün
öyüd – tərbiyəvi xarakterli mövzular daha çox səciyyəvidir.
Qaraqalpaq tərbiyəvi nəsihət xarakterli nağıllara
aşağıdakıları aid etmək olar: “İtaətkar oğul”, “Məsləhət”,
“Ağıllı məhv olmaz, qızıl çürüməz”, “Özgənin malına göz
dikən özününkündən də olar” və s. Məsələn, “İtaətkar
oğul” nağılında şah oğlunu yanına çağırıb ona bəzi aşağıdakı
nəsihətləri verir: “Özgə vilayətə gedərkən yolda gecə düşərsə
və sənin mənzil başına çatmağına çox qalıbsa, bu zaman
yarğanda yox, hündür yerdə yat”, “Əgər kiminsə duz-çörəyini
yemisənsə, ona heç zaman pislik etmə”, “Səhər
yeməyindən
heç zaman imtina etmə” və i.a. və s. Sonralar şahın nəsihəti
həqiqətən də oğluna kömək edir. Onun məmləkətində hər
şey yaxşıdır. Gənc şah ölkəni ədalətlə idarə edir. Bütün
insanlar burada şad-xürrəm yaşayırlar.
Qaraqalpaq sosial-məişət nağıllarından hər birinin öz
ideya-bədii xüsusiyyətləri vardır. Bu baxımdan “Sonbeşik
Həsən”. “Ədalətli adamın atı da doyur, kürkü də cırılmaz”,
“Üç qardaş”, “Qorxaqlığa qalib gələn adam”, “Yeşamaq və
Doşamaq”, “Karlar”, “Ziba və Zeynəb” və s. aid etmək olar.
7
Qaraqalpaq sosial-məişət nağıllarında ən koloritli və
milli-spesifik obrazlardan biri “Kosa”dır. (bu Azərbaycan,
türk, qazax nağıllarında olan “Kosa” və “Keçəl” obrazlarına
nüvafiqdir).
Qaraqalpaq folklorunda (həm də Azərbaycan folklorunda
Novruz bayramı ilə bağlı “Kosa”, qazaxların çoxsaylı
nağıllarında “Aldar Kosa” və Jurındaz ilə bağlı əfsanə və
dastanlarda bu obrazlar geniş yer almaqdadır. Belə nağıl,
rəvayət, əfsanə, lətifə, ümumiyyətlə, türk xalqlarında –
azərbaycanlılarda, qazaxlarda, türkmənlərdə, özbəklərdə
və başqalarında yetərincədir. Aldar Kosa ilə bağlı nağıl
və əfsanələrin başlıca mövzusuna
gəldikdə isə bu obraz
qarqalpaqlarda şən, hazırcavab, yalançı, xəsis bəyləri tənqid
edən, xalqı soyub-talayan tacirlər, dələduzlar, sərsəm xanlar və
bəylər, mollalar və qaziləri ifşa edən obraz kimi xalq arasında
geniş şöhrətə malikdir. “Qaraqalpaq xalq nağılları”(2006)
kitabında Aldar Kosa ilə bağlı iki “Aldar Kosa” və “Aldar
Kosanın hiyləgərliyi” nağılları təqdim olunmuşdur. “Aldar
Kosa” da, məsələn, nağıl olunur ki, Orta Asiyada üç Kosa
varmış Xarəzmdə Aldar Kosa,
Buxarada isə Muxtar Kosa
və Duxtar Kosa. Onlar Xarəzmdən Buxaraya gələrək hamını
inandırmağa çalışırmışlar ki, Aldar Kosanı hiyləgərlikdə heç
kim aldada bilməsə də, onlar aldada biləcəklər. Beləliklə,
Muxtar Kosa və Duxtar Kosa Xarəzmə Aldar Kosanın
yanına gəlib öz bacarıqlarını sınaqdan keçirmək istəyirlər.
Aldar Kosa isə əvəzində onlara qonaq olduqlarını və qonağı
aldatmağın isə heç kimə şərəf gətirməzliyini söyləmişdir.
Lakin bununla belə onu da qeyd etmişdir ki, Muxtar Kosa
və Duxtar Kosanın bicliyi haqqında eşitmiş və onların belə
bacarığını yoxlamaq da pis olmazdı. Beləliklə, onlar bir-biri
ilə yarışmaq üçün meşəyə gedirlər. Evdən çıxarkən özləri
ilə plov bişirmək üçün nə lazımdır
götürüb orada ocaq
qalayırlar. Aldar Kosa düyünün az olduğundan şikayətlənir.
Plovu bişirsələr də, yeməyə elə bir şey olmadığını duyurlar.
Belə olduqda Aldar Kosa yeməyin yalnız bir nəfərə bəs edə
biləcəyini deyir. Buna görə də onlardan kim yaxşı yuxu
görsə, plovun ona qismət olmasını təklif edir. Onlar yuxuya
gedərkən Aldar Kosa plovun son düyüsünə qədər hamısını
yeyib yuxuya gedir.
Bundan pəjmürdə olmuş Muxtar ikinci dəfə aldanmaması
üçün yenidən Buxaraya qayıdır, Duxtar isə xoşbəxtliyini bir
də yoxlamaq istəyir.
Duxtar Kosa Aldar Kosanın evinə gəlib onunla nahar
edər kən Aldar Kosa Duxtar Kosaya deyir: “Yenicə haki miy-