Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə43/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
170
171
Yuxusunun yarısı
Ömirbəyin dostları yurtada oturub gecələr gördüyü yuxularını 
danışırlar. Növbə Ömirbəyə çatır.
- Mən elə bir yuxu görmüşəm ki, o, yalnız yarıdan ibarətdir,  
deyir: 
- Bu necə ola bilər? – dostları təəccüblənirlər.
Ömirbəy deyir:
- Gördüm ki, çiynimdə bir kisə  qızıl aparıram ağırlıq çiynimi  
ağrıtmağa başladı.
-Hə, nə olsun ki, oyananda, qızıl yarım kisə idi?     
- Yox, gözümü açanda gördüm ki, kisə yoxdu, amma çiynim hələ 
də ağrıyır.
Ona belə həyat başqa harada qismət olacaq?
Bir dəfə Ömirbəyin arvadı kasıblıqdan, aclıqdan, yalavaclıq dan 
boğaza yığılıb ərindən soruşur:
- Ömirbəy, sən ki, belə ağıllısan, hər şeyi bilirsən, de görüm, bu 
kasıblıq bizdən nə vaxt əl çəkəcək?
Ömirbəy gülüb cavab verir: - Sən mənimlə  çoxdan birgə ya-
şa yır san, görünür, məni hələ yaxşı tanımırsan. Özün fikirləş, sən 
çox yaxşı, mehriban, sakit ev  sahibəsisən, elə mən də sakitəm, din-
məz-söy ləməz həyatımızı yaşayırıq – hamıynan da münasibətimiz 
yaxşıdır. Onda kasıblıq nəyə görə bizdən kənarlaşmalıdır. Burda 
kasıblığın yeri olduqca rahatdır. Məgər biz onu söyürük, təhqir 
edirik? Belə həyatı buradan başqa o harda tapacaq.
Lap az qalıb
Ömirbəyin eşşəyi ölür.Az keçməmiş yolda o, eşşək nalı tapır. 
Nala diqqətlə baxdıqdan sonra əllərini göyə qaldırıb deyir.
- Ay Allah! Əgər sən bu nalı  mənə  təsəlli olaraq göndər-
misənsə, ömrümün sonuna qədər sənə  minnətdar olaram. Belə işi 
başlamısansa,onda səndən kiçik bir şey də istəyəcəm. Elə et ki, mənə 
daha üç nal,  bir eşşək göndər. Bu, sənin əlində nədir ki!
Ömirbəyin adıyla Qaraqalpaqstanda çoxsaylı maraqlı 
olaylar və hekayətlər  bağlıdır. Minlərlə, on minlərlə. Onu 
heç kəs də dəqiq bilmir. Deyirlər ki, bir alim bu hekayətləri 
saymağa başlayıb, sayını itirib. İtirəndə ona ikinci dəfə 
saymaq lazım gəlib. O, yenə çaşıb, sayını itirib. Uzun bir 
müddət keçib və o, Ömirbəyin lətifələrini saymaqla məşğul 
olub və beləcə tanınıb. Ömirbəyin lətifələri indi də el arasında 
yayılmaqda və yaranmaqdadır.
Ədəbiyyat
1. Привалов Б. Вместо послесловия. Анекдоты Омирбека и 
некоторые  вопросы  сатирико-юмористического  фольклора// 
Анекдоты Омирбека. Ташкент, «ФАН», 1970, с. 241.
2.  Анекдоты  Омирбека.  Пер.  Б.Привалова.  Нукус, “Кара-
калпакстан”, 1977.


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
172
173
X. QARAQALPAQ NAĞILLARI
Nağıllarda xalqın həyatının, psixologiyasının, 
dünyagörü şü nün, estetik və bədii aləminin əksi. Qaraqalpaq 
xalq nağıllarında tote mist, animist, antropomorfist düşüncə 
tərzinin ifadəsi.  Qaraqa l paq  nağılla rının təsnifatı: sehrli 
nağıllar, heyvanlar haqqında nağıl lar,  sosial-məişət nağılları 
və qarışıq tipli nağıllar.
Sehrli nağıllar, onların heyvanlar haqqında nağıllar və 
sosial-məişət nağıllarından  fərqi. «Gülziba», «Cadugər», 
«Qızıl daş», «Ögey ana», «Varlı  oğlu,  kasıb oğlu» və digər 
nağılların ide ya-bədii səciyyəsi. Sehrli nağılların obrazlar  
sistemi və personajları. Sehrli nağılların kompozisiya 
ciddiliyi və özünəməxsusluğu. Sehrli nağıllarda təhkiyənin 
inkişaf dinamikası. Sehrli nağıllarda bədii effektin təkrar-
lanması. Sehrli nağıllardakı  təzadlılıq, hiperbolizasiya və 
qəhrəman ların idealizasiyası.
Qaraqalpaq heyvanlar haqqında nağılların bədii tematik 
özünəməx susluğu. «Yumşaqürəkli qoca  və  oğru sağsağan», 
«Yerş», «Bacarıqlı cigit», «Hiyləgər tülkü», «Ağacdələn və 
tülkü», «Eşşək və öküz», «Eşşək və dəvə», «Eşşək hiyləgərliyi», 
«Lovğa siçan», «Şir və hiyləgər dovşan», «Canavar və it», 
«Qızıl quş», «Qızılbaşlı ilan», «Tülkü və xoruz» və s. nağılların 
başlıca xüsusiyyətləri. Qaraqalpaq ların heyvanlar haqqında 
nağıllarında insan və heyvan xüsusiyyətlərinin verilməsi və 
insan psixologiyasının xarakterik xüsusiyyətlərinin  əksi. 
Qaraqalpaq heyvanlar haqqında nağılların sadəliyi və 
rəngarəngliyi. Heyvanlar haqqında nağıllarda dialoqların 
özünəməxsusluğu. Təhkiyədə başlıca epizodların 
təkrarı. Qaraqalpaq hey 
vanlar haqqında nağılların nitq 
replikalarının dilində  per so naj la rın çoxcəhətliliyi,  şifahi 
dilin sadəliyi. Obrazların  əyaniliyi, süjet və kom pozisiya 
dolğunluğu, ana dilinin zənginliyindən istifadə.
Sosial-məişət nağılları. Sosial-məişət nağıllarında 
yumor və ironiya. Qaraqalpaq sosial-məişət nağıllarının 
ideya istiqa 
məti. Bu nağıllarda antiteza və  əksiliklərdən 
istifadə. Qaraqalpaq sosial-məişət nağıllarının ideya-bədii 
səciyyəsi. «İtaətkar oğul», «Məs lə hət», «Ağıllı heç vaxt itməz, 
qızılsa çürüməz», «Başqasının malını yeyər sən – əvəzində 
özün  əziyyət  çəkərsən», «Üç qardaş», «Son 
beşik Həsən», 
«Yaşamaq və Doşamaq», «Ziba və Zinət», «Aldar Kosa», 
«Aldar Kosanın hiyləgərliyi», «Dörd Abdulla» və s. nağıl lar-
da sosial-məişət həyatının xüsusiyyətləri.
 Qaraqalpaq nağıllarında komik effekt yaratma priyo-
munun müxtəlifliyin dən istifadə. Qaraqalpaq sosial-məişət 
nağıllarında həyat həqiqətlərinin açılmasına istiqamətlənmə. 
Qaraqalpaq sosial-məişət nağıllarında üç, yeddi, otuz, qırx 
və s. rəqəmlərdən istifadə və onların simvolik mahiyyəti.
Nağıl epik təhkiyənin janrı kimi qaraqalpaq xalq 
folklorunda mühüm yer tutmaqla daha qədim tarixə malikdir. 
Digər xalqlarda olduğu kimi hələ qaraqalpaqlarda da 
nağılın mükəmməl təsnifatı aparılmayan dövrdə qaraqal paq 
nağıllarının daxilinə əfsanələr, lətifələr, rəvayətlər, məhəbbət 
dastanlarını və s. aid edirdilər. Düzdür, ilk baxışda bu janr-
ları öz aralarında çox şeylər, xeyli məqamlar  yaxınlaşdırır. 
Lakin onları identifikasiya, ya da bir-birilə qarışdırmaq, 
şübhəsiz ki, doğru deyildir. Əksinə, onların bir-birindən 
fərqli xüsusiyyətlərini açmağa ehtiyac vardır.
Nağıllar müxtəlif dünya xalqlarında olduqca geniş 
yayılmışdır. Onları nəinki uşaqlar, həm də böyüklər həvəslə 
oxuyur,  həm də qulaq  asırlar. Nəinki folklorçu – alimlər, həm 
də xalqın özü nağıl  haqqında fikir  yürüdür. Nağıl haqqında 
belə bir atalar sözü yaranmışdır: «Nağıl düzmədir, nəğmə isə 
olanların əksi», yaxud «Nəğmə öz düzülüşü, nağıl quruluşu 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə