Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə39/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
154
155
ilə yerləşirdi. Buradaca doğuş yeri, pərdə arxasında dünyasını 
dəyişənlərin cəsədini  qoyurdular. Bu o deməkdir ki, insan 
doğulub nikaha daxil olduqdan  taki ölümünə qədər yurtanın  
sağ tərəfində olmalıdır. Yurtaya girişdən sağ tərəfdə qadınlar 
üçün yer vardı ki, burada yeməyin hazırlanması ilə bağlı 
əşyalar, evin əmlakı yerləşdirilirdi. Divarın çərçivəli hissəsinə  
qabqacaq  qoymaq  üçün  yundan toxunmuş heybə, darı, 
düyü, un kisəsi, balqabaqdan  qablar qoyulub asılırdı. Yeri 
gəlmişkən balqabaqdan düzəldilmiş qablardan Azərbaycan 
türkləri də geniş istifadə etmişdilər. Yurtanın qeyd etdiyimiz 
şəkildə bölgüsü digər türk xalqlarında - Qaraqalpaqstanda 
yaşayan  qazaxlarda, noğaylarda, özbəklərdə də vardı.
8
     
Yurtanın sağ hissəsində  yerləşmiş yurtanın  ən mühüm 
məxsusi  hissəsi üç metrlik  uzun şüvül formasında onun lap 
yuxarısında  məhsuldarlıqla bağlı ayini ifadə edən bakan 
yerləşirdi. Lap son  dövrlərə qədər qaraqalpaqlarda otaqda 
yerləşdirilmiş mühüm əşyalar sırasında doğuş zamanı bakan 
və yüyən qoyulurdu. Bunları biz qaraqalpaq romantik-
məhəbbət dastanı  “Şəhriyar”da görə bilərik. Bu əsərdə etnik 
ritual bütün etnoqrafik  detalları ilə təqdim olunmuşdur. Do-
ğuşla bağlı analoji  məqamların qaraqalpaq poeziyasının  bö-
yük nümayəndəsi  Berdağın “Axmaq Paşa” poemasında  da   
şahi di  oluruq.
Qaraqalpaqlarda, həm də digər türk xalqlarında ocaqla 
bağ lı mərasim və inanclar vardır. Qaraqalpaqlarda (bu Azər-
bay can  türklərində də belədir) ocağa tüpürmək, onun üstə su 
tökmək qadağan olunurdu. Ocağın külünü tapdamaq, onu 
hara gəldi  atmaq olmazdı. Ocaq külü hər yerdə  uşaqların 
və digər  insanların müalicəsində  mühüm magik, əfsun 
vasitəsi kimi  nəzərdən keşirilirdi. Qeyd edək ki, belə inanc 
azərbaycanlıların da əski düşüncəsində yer almışdı. İnsanlar 
çalışırdılar ki,  ocaq heç vaxt sönməsin. Yəqin elə buna görə 
də  türklərdə “Görüm, ocağınız sönməsin” frazası da ailə 
üzvlərinin  yaşamaq istəyini ifadə etməkdir. Arxeoloq və 
etnoqrafların  fikrincə ocağın otağın  ortasında yerləşməsi 
köçərilərin  ev yaşayışında qədim sabit ənənə kimi nəzərdən 
keçiril məlidir. 
Qaraqalpaqlar da elə noğaylar kimi bu ənənəni tam oturaq 
həyat tərzinə keçənə  qədər qoruyub saxlamışdılar.
9
  Bunun 
praktik  əhəmiyyətindən başqa evdəki ocağın dünyanın 
bütün bütpərəst  xalqları üçün qoruyucu hami ruh obyekti 
kimi nəzərdən keçirilməsi də onların həyatında yer almışdır.
Yurtanın qurulmasının xeyli detalları, onun içindəki 
əşyaların yerləşməsi ritual xarakteri daşımışdır. Yurta 
qapısının üz tərəfi bitki və heyvanlar  aləmindən olan təsvirləri 
əks etdirən kəsmə, deşmə naxışlarla bəzədilirdi.
Qaraqalpaqlarda yurtanın ortası ilə, oradakı digər 
əşyalarla  bağlı  mərasim və inanclar vardı.  Şüvül kərə yağı 
ilə sürtülüb yağlanır, kərəgəyə istiot , soğan, duz asırdılar. 
Bütün bunlar yurtanı  bəd qüvvələrdən, göz dəymədən
nəzərdən qoruyurdu. Yurtanın  şanqarağında, daha doğrusu, 
onunla üz-üzə qaraqalpaqlar Aral özbəkləri kimi pambıq 
qoyurdular. Bu o demək idi ki, bu yurta onun sahibinin saçı-
saqqalı  ağappaq olana qədər qalsın və onlar qocalığa qədər 
yurta dağılmamış qalıb yaşasınlar. Yurtanın bəd qüvvələrdən 
qorunması  və qadınları  sonsuzluqdan qorumaq üçün 
yurtanın  kərəgəsində səhra qartalının  müqəvvasını asırdılar.
Yurtanın daxilində səliqə-sahmanı qorumaqla bağlı xeyli 
qədim təsəvvür və mərasimlər  mövcud olmuşdur. Keçənin 
hazırlanmasına başlamazdan  əvvəl varlılar heyvan kəsir
bağırsaq qovurur, kollektiv yemək-içmək təşkil olunur, hamı  
Bibi Fatiməyə    işin başlanması ilə icazə verilməsinə görə 
dualar edərdilər. İşin tez və düzgün getməsi üçün onlar sapın 
əvvəlini kəsib ocağa atardılar. Xalça toxumaq üzrə usta mü-
qəd dəs hesab olunurdu. O, öz alətlərini heş kimə verməzdi. 
Qızlar xalça toxumaq üçün dəzgahda yumaqları düzəldərkən 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
156
157
heç kim onun üstündən atlanmamalı idi.
10
 Demək olar ki,   hər 
bir toxunmuş xalça özünün xarakterik ornamentlərinə məx-
sus olmaqla, yurtanın müəyyən olunmuş yerində  sərilməli 
idi.
Beləliklə, biz qarqalpaqların qədim mərasim və inancların-
da yurtanın konstruksiyası və səliqə-sahman  element  ləri ilə 
bağlı bir sıra relikt  xüsusiyyətlər üzərində dayandıq. Bütün 
söylədiklərimiz, əlbəttə, qaraqalpaqların etnoqrafik, etnotarixi  
və etnomədəni xüsusiyyətlərinin  xarak 
terik  məqamları 
ilə bağlı  nəticələrə gəlməyi  reallaş dırır. Qeyd etdiklərimiz  
göstərir ki, mərasim və inanclar xal qın  dünyabaxışlarının və 
həyatının öyrənilməsində,  qara qalpaq ların  tarixi  inkişafının 
daha erkən mərhələlərində  möv cud olan dünyanı qavrayış 
tərzini və s. özündə əks etdir məkdədir.    
     
Ədəbiyyat
1.Горький М. Разрушение личности// Горький М. Избран-
ные литера турно-критические произведения. М., 1954, с. 62. 
2.  Есбергенов  Х.  Обряды  и  верования  каракалпаков, 
относящиеся к юрте// Кочевое жилище народов Средней Азии 
и  Казахстана.  М., «Наука», 2000, с.179.
3. Малов С.Е. Енисейская письменность тюрков: Тексты и 
переводы. М., -Л., 1952, с.40.
4.  Алексеев  Н.А.  Ранние  формы  религии  тюркоязычных 
народов  Сибири.  Новосибирск, 1980, . 144.
5.  Есбергенов  Х.  Обряды  и  верования  каракалпаков, 
относящиеся к юрте//Кочевое жилище народов Средней Азии 
и  Казахстана.  М., «Наука», 2000. с.181.
6.  Алексеев  Н.А.  Ранние  формы  религии  тюркоязычных 
народов  Сибири.  Новосибирск, 1980, с. 52.
7.  Снесарев  Г.П.  Реликты  домусульманских  верований  и 
обрядов    у  узбеков  Хорезма.  М., 1969, с. 91.
8. Гаджиева С.Ш. Материальная культура ногайцев в XIX-
XX вв. М., 1976, с. 56-57.
9. http: turkoloq.narod.ru//info/i 287.htm
10.  Есбергенов  Х.  Обряды  и  верования  каракалпаков , 
относящиеся к юрте// Кочевое жилище народов Средней Азии 
и  Казахстана.  М., «Наука», 2000, с. 187.


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə