Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə35/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
138
139
sosial gerçəklikdə olan ziddiyyətlərin səbəbləri göstərilir. 
Lirik nəğmələrin  əsas hissəsində dünya, aləmdəki faciəvi 
həyat müxtəlif  rənglərdə  əks olunur. Ümumiyyətlə, sevgi 
nəğmələri öz məzmununa görə faciəvidir. Xəyanət, ayrılıq, 
əvvəlki sevdiyi qızla vüsala yetməməsi – sevgi nəğmələrinin 
başlıca kolliziyasını  təşkil edir. Sevgiyə münasibət lirik 
qəhrəmanların yüksək mənəvi prinsiplərə sadiqliyini, 
onların öz sevgisinə sədaqətini göstərir. Burada gənc oğlanın 
öz sevgilisinə monoloq şəklində and içərək müraciəti  əks 
olunur. Belə hal  «Mən harda olsam da» nəğməsi üçün də 
xarakterikdir:
Qar kimi əriyən suya dönərəm,
Gecələr sevgilin – gündüz kənizin,
Yaxın gəl, bir səni qucum gizlicə,
Harda olur olum – mən səninləyəm. (s. 117)
  
Burada gənc oğlanın sevgilisinin ondan uzaqda olmasına 
baxmayaraq, onun heç vaxt öz qəlbini özgəsinə verməyəcəyi 
ümidi ifadə olunur. Qəhrəmanı yüksək emosionallıq 
xarakterizə edir, onu sanki gələcəkdə ola biləcək hər hansı 
bədbəxtlik hissi bürüyür.
Belə  nəğmələrdə, məsələn, «Sevgilinin həsrəti», «Mə-
nim çiçəkli bağıma uçmursan», «Sevgi nəğməsi», «Sevgilim, 
nə vaxt qovuşarıq?» və s. gənc oğlanın və ya qızın vüsalı, 
kədəri  əks olunur. Məsələn, “Sevgilim, nə vaxt qovuşarıq” 
nəğməsindəki  aşağıdakı misralar olduqca təsirlidir:
De, nə zaman səsini eşidərəm, 
Sənlə nə vaxt bir komada yaşaram.
Mən nə zaman bağçanda gül açaram,
Bəs nə zaman qovuşarıq, sevgilim?!
Duman sıxlaşsa da, zülmət çöksə də,
Arzum daşa dəyib çiçəklənsə də,
Saçlarım ağarıb lap dən düşsə də,
Biz nə zaman qovuşarıq, sevgilim?! (s. 132)
 
Qeyd etdiyimiz nəğmələr son dərəcə poetik, musiqili və 
melodikdir.  Əksər hallarda nəğmələrdə sevgiyə inamsızlıq, 
valideynlər haqqında xoşa gəlməyən söz-söhbət  gəzir ki, onlar 
övladlarına ürəyinə yatan adamı sevməyi qadağan edirlər. 
Qaraqalpaq xalq lirikasında feodal-patriarxal cəmiyyətinin 
ailədəki xırda ziddiyyətləri də öz əksini tapır. Qız onun 
sevmədiyi varlı kişiyə ərə verilməsindən şikayətlə nir  («İpək 
və məxmərə bürünmüşəm»), öz taleyini günahlan dırır. Onu 
sevmədiyi, ondan yaşca böyük bir adama ərə verdiklərinə 
görə  ağlayır. Belə kişinin ailəsində  gənc qadını  ağır, ürək 
sarsıdıcı qayğılar gözlədiyi göstərilir. Nəğmələrdə belə gənc 
ərli qadın bəzən ata evindəki qayğısız qızlıq həyatını, bəzənsə 
əri ilə qəddar münasibətlərini yada salır.
Qaraqalpaq xalq nəğmələrinin  əsas hissəsini ibrətamiz 
nəğmələr təşkil edir. Onların sırasında «Uzaqlarda uçan 
durna, de», «Nə pisdir», «Təpiyini yerə döyən  cins at», 
«Doğma vətənimdə yad kimi yaşayıram», «Cigitə  nə 
lazımdır» və başqalarının adlarını  çəkə bilərik.
Türk xalqlarının şifahi və yazılı ədəbiyyatında ibrə tamiz 
nəğmələrə daim böyük yer verilmişdir. Bunu biz ümum-
türk şifahi və yazılı abidələrində də görürük. Onlardan qə-
dim türklər Orxon-Yenisey kitabələrində geniş istifadə et miş, 
həm də belə nümunələrə  Ə.Yasəvinin, Y.Bala 
sağunlunun, 
Ə.Yuğnəkinin, G.Nizami 
nin, Ə.Nəvainin,  Ş.İ.Xə tainin, 
Y.Əmrənin, A.Bakının, M. Füzulinin və başqalarının  da 
əsərlərində  rast gəlinir.
Qaraqalpaq didaktik, nəsihətamiz və ibrətamiz nəğ-
mələrin də cigit, onun anası, qardaşı, bacısı, arvadı, 
ağsaqqalların obrazı daha çox əks olunur. Bu obrazlar bu tipli 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
140
141
nəğmələrin kompozisiya-məzmun xüsusiyyətinə də olduqca 
uyğundur. Qaraqalpaq cigitləri qorxmaz, qoçaq, daim doğma 
xalqı, torpağı üçün döyüşə hazır, anası onların «xeyirxah 
və  nəcib», «atası  qaya kimi oğlunun müdafiəçisi», bacısı 
«onun köməkçisi», cigitin nitqi isə sanki “bulaq gözündən 
süzülən su kimi – aydın” və s. kimi təsvir olunur. Cigitlə 
yanaşı dayanan qardaş və cigitin arvadı haqqında «Cigitə nə 
lazımdır» nəğməsində  aşağıdakıları oxuya bilirik:
Hamıdan güclü  sevgilim olsun,
Qardaşım da ona bərabər olsun,
Bir cüt qartal qanadından,
Hərəsi bir qanad olsun. (s.144) 
Gördüyümüz kimi, qaraqalpaq nəğmələrində bütün 
obrazlar fərdiləşdirilir. Fərdiləş dirmə isə, məlum olduğu kimi, 
obrazların zahiri görünüşünü, daxili aləmini xarakterizə edir. 
Nəğmələrdə xeyli yer həm də fikir  və düşüncələrin təsvirinə 
verilir. Adətən ibrətamiz nəğmələrdə obrazların portreti 
eyni tipli olur, sosial-məişət mühiti – kəndli həyatı - ailə, kişi, 
qadın, uşaqlar və s. burada tipik şəkildə öz əksini tapır. 
Qeyd etdiklərimiz, demək olar ki, bütün nəğmələr üçün 
səciyyəvi və  ənənəvidir. Bununla belə bu heç də o demək 
deyil ki, qaraqalpaq nəsihətamiz, ibrətamiz nəğmələri janr, 
məzmun etibarı ilə sönük təsir bağışlayır. Əksinə, qaraqalpaq 
ibrətamiz nəğmələri son dərəcə mükəmməldir. Bu baxımdan 
«Pis nədir?» nəğmısi daha ibrətamizdir:
Pisdir, yol yoldaşın  pissə,         
Sevinc səndən kənar oldu,
Pisdir.  
 
 
          
Həyatın qüssəylə doldu,
Düşmən qəfil hücum etsə,          
Bu da pisdir.
Pisdir, bundan daha pis!    
Dolu qədəhi dağıtdın,
Qız nəvazişsiz böyüyərsə,          
Bu da pisdir!
Bu da pisdir. 
 
 
Yalan deyib vurnuxursan,
Kəfən sənçün hazırdırsa  
 
Bu da pisdir!
Bu da pisdir, oy lap pisdir!         
Vətənindən gen düşürsən,
Ənənəyə hörmətsizlik,        
Necə pisdr, necə pisdir!
Bu da pisidr.   
 
 
Doğru yolu sən azırsan,
Söz verib geri götürdün     
Bu da pisdir!
Bax, bu, ondan da pisdir!    
Uğurunu itirirsən,
Məqsədə can atmırsansa,   
Bu da pisidr!
Bu da pisdir!   
 
 
Kişi olan kişi gərək,
Xoşa gəlməz iş üstündə,      
Cavanlıqdan lap gənclikdən, 
Lap yıxıldın at belindən,      
Qorumalı öz adını.
Səni vurdular belindən.       
İnsanların etimadın
Qohumlardan sən gen düşdün,      
İtirməksə bundan da pis.(s.138-139)   
Yoldaşlardan qaldın geri,
Qaraqalpaq ibrətamiz nəğmələrinin mühüm göstə ricilə-
rin dən biri də onların aforistikliyi, hadisə, hiss və mü nasi-
bətlərin ümumiləşmiş  şəkildə ifadəsidir. Nümunə  gətir di-
yimiz nəğmədə insana yabançı şeylərin hamısı pislənir: söz 
ve rib  geri  götütürsənsə, öz məqsədinə çatmağa çalışmırsansa, 
ya lan  danışırsansa, öz vətənini  tərk edirsənsə, doğru yoldan 
qa çırsansa, öz sevgini itirirsənsə, adətlərə    məhəl qoy-
mursansa və s. fikir dərinliyi əksini tapır. Qeyd edək ki, nəğmə 
aforistikliyi nəinki türk xalqları, həm də qeyri-türk xalqları 
üçün xarakterikdir. Məsələn, biz rus xalq nəğmələrində  də 
analoji xüsusiyyətlərin əksini tapdığını görürük: Gətirdiyimiz 
nümunələrdən göründüyü kimi, belə  nəğmə-aforizmlərdə 
xalq tərəfindən sosial-məişət  prob lem lərinə qiymət verilir
onun əxlaq kodeksi, mənəvi-ru hi  dünyası əks olunur.
Qaraqalpaq ibrətamiz nəğmələri həm də satirikliyi və sar -
kastikliyi ilə fərqlənir. Bu mənada «İşan», «Molla», «Pritça» 
kimi nəğmələr daha maraqlıdır. Məsələn, «Molla» nəğm ə sin-
də oxuyuruq:
Desən “götür” - dodaqaltı gülər molla,
Desən ki, “al” heç allahı duymaz molla,
Qulağından tut bəxşiş et ona qoçu – 
“Bissimillah” deyib gözlər səni molla. (s.147)


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə