Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə38/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
150
151
Qaraqalpaqların  ənənəvi baxışlarına görə usta və onun 
emalatxanası mü qəd dəs hesab olunurdu. Buna görə də belə 
emalatxanaları uşağı olmayan qadınlar ziyarətə gedər, psixi 
xəstələr  oraya getməklə şəfa tapar, qurbanlar kəsərdilər.
Yurtanın hazırlanması bir sıra  əlamətlərlə müşayiət 
olunurdu. Məsələn, yurtanın tirlərini düzəldən usta, onun 
üçün qapı qoymurdu. Və hesab edirdi ki, əgər o, özü 
yurtanı tikib qapı qoysa, ölə bilər. Yurta düzəldilməsi ilə 
bağlı qaraqalpaqlarda uğurlu günlər kimi çərşənbə və cümə 
axşamı günləri hesab olunurdu.
Sakinlərin yurtada yaxşı gün-güzəran keçirmələri üçün  
yaşlı kişilərin iştirakı ilə bəd ruhların olmadığı yerlər, təmiz, 
pak məkanlar seçilməli idi. Yurtanın tikintisinə    başlanma  
zamanı  bütün qohumlara, yaxınlara, qonşulara bildirilməli 
idi.
İştirakçılar üçün heyvanlar kəsir, yaxşı təntənə təşkil edir, 
şadyanalıq qururdular. Təntənəyə dəvət olunanların hamısı 
məclisə sovqat (“сауга”) gətirərdi. Bundan başqa kimisi pul, 
kimisi pay-parça, kimisi də heyvan gətirib deyirdi: “Qoy 
xeyirli olsun” (“Кутлы коныс болсын”). Dəvətlilər evlərinə  
qayıdarkən hədiyyəsiz  getməzdilər.
Əgər yurtada yaşayanlar çox xəstələnsəydi, ölsəydi, yaxud 
qadın doğmasaydı, belə olduğu halda yurtanın tikildiyi yer 
uğursuz hesab edilərdi (Yeri gəlmişkən qeyd edək ki, belə 
halla biz Azərbaycan mərasim folklorunda da rastlaşırıq). 
Hər ehtimala qarşı burada qədim türklərin xoşbəxtliklə 
bağlı relikt inancları əksini tapmışdır.
3
 Türk inanclarına görə 
xoşbəxt yaşayış yeri seçildikdə ailədə uşaq çox olurdu. Hamı 
sağlam olur, ailə də şadlıq içində böyüyür, inkişaf edirdi.
Qaraqalpaqların inancına görə xoşbəxtliyin hər hansı 
forması, siması, yeri, məkanı olmur. Çünki o insanda olduğu 
kimi heyvanda  və s. ola bilər. Məsələn, qarqalpaqlar ev 
heyvanı satarkən  sahibi onun yunundan bir az götürərdi 
ki, onun satılması    ilə xoşbəxtlik  evdən getməsin. Yeri 
gəlmişkən qeyd edək ki, belə hal Azərbaycan türklərinin də 
əski inanclarında  yer almışdır. Məsələn, heyvan satan zaman 
onlar da qaraqalpaqlar  kimi  edir, yaxud qaranlıq düşən 
zaman pul verərkən, pulun kənarından bir az qoparıb, yalnız 
bundan sonra istəyənə verərdilər. Azərbaycanlıların inancına 
görə şər qarışan vaxtı pul vermək ailənin xoşbəxtliyinə ziyan 
vura, evin ruzisi gedə bilərdi. 
Qaraqalpaqlarda ailədə  uşaq  olmamasını yurtanın  
yanında,  yaxud  yaxınlığında bəd ruhların, yaxud ağcaqayın  
ağacının olması ilə izah edirdilər. Belə olduqda ya ağcaqayını 
kəsmək, ya da oradan köçmək zəruri idi. Azərbaycan 
türklərində belə uğursuz, bədbəxtlik gətirən  ağac kimi qoz və 
əncir ağacı hesab edilirdi. Analoji  köçmə inanc və adətləri Sibir 
türklərində, yaqut və altaylılarda  da  mövcuddur.
4
 Onların 
inancına görə xoşbəxtlik uşağın qəlbindədir. Məsələn, altaylı-
larda uzun müddət uşaq  doğulmurdusa, əvvəlki yaşayış yeri 
dağıdılmalı, cütlük ayrı yerə köçməli idi.
5
 Qaraqalpaqlarda  
yurtanın tikilməsi ilə bağlı mərasim və inanclar onların digər 
türk xalqları ilə etnomədəni əlaqələrdə olduğunun mühüm 
göstəricilə rindəndir.
Qaraqalpaqlarda yurtanın kandarı ilə bağlı  qədim dini 
mərasim və inanclar  əcdadların ayinlərinə gedib çıxır. 
Yurtanın kandar ayini toy mərasimləri, uşağın doğuluşu və 
tərbiyə olunması, hüzn və basdırılma ayinlərində də izlənilir. 
Heç zaman kandara ayaq qoymaq, yaxud üstündə oturmağa 
imkan verilməzdi. Bu, bədbəxtlik gətirə bilərdi. Yeri gəl-
miş kən qeyd edək ki, belə mərasim Azərbaycan türklərinin 
praktika sında da mövcud olmuşdur. Məsələn, qapı kan-
darında bir-biri ilə görüşmək olmaz. Yaxın qonağı onlar adə-
tən ya kandardan öndə, ya da kan dardan içəridə qəbul edər-
dilər. Kandarda ələ-ələ vurmaq lənətlənmə kimi qarşılanar dı. 
Kandar ayinini  Sibir türklərində  də görmək olar. Məsələn, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
152
153
xa kas lar  və saklar uşaqlara kandarda oturmağa icazə ver məz-
dilər.  Əgər oturmalı olsaydılar, uşaqlar gec böyüyərdilər.
6
   
Gələcək  ər evinə ayaq basan gəlin, qadın hər dəfə  uşaq 
dünyaya gətirdikdən sonra mütləq kandara baş əyməli, alnını 
kandara vurmalı, qoymalı sonra sağ ayağı ilə kandardan içəri 
daxil olmalı idi. Kandardan içəri keçəndən sonra gəlinlər bu 
qadına xalat, paltar, təsək və s. bəxş edərmişlər. Bu mərasim 
Azər baycan  və Anadolu türklərində, özbəklərdə, türk mənlər-
də, qaqauzlarda və digər türklərdə də olmuşdur.
Ölünün cəsədi evin içindən çıxarılarkən onun baş 
hissəsi üç dəfə kandara toxundurulmalı idi. Qaraqalpaqlar 
inanırdılar ki, belə olduqda ölü girişi yaddan çıxarar və o, bir 
daha  geri dönməz. Kandar türklərdə ulu və müqəddəs hesab  
olunmuşdur. Yuxarıda söylədiyimiz kimi, kandar üstündə 
görüşmək ona görə qadağan  olunurdu ki, belə görüş zamanı 
insanın bir ayağı yurtada olurdusa, o biri məzarda ola bilirdi.
Türklərdə gəlin  yurtaya  daxil olmazdan  əvvəl üç dəfə  
kandara  əli ilə  dəyib, alnı ilə  toxunmasının  mənşəyini 
onunla  əlaqələndirirlər ki, bununla gəlin öz ərinin  əsil-
nəslindən onu öz sıralarına qəbul etməyi xahiş edirmiş. Bu 
mərasim müqəddəs yerləri ziyarət edən zamanlarda daha 
çox qorunulurdu.
Əcdadların ayinlərinin özünü əks etdirən formaların dan 
biri  təzə dünyaya gəlmiş uşağın ciftinin yurtanın kandarının 
altında qazılıb basdırılmasıdır. Onlar  bununla da gələcək 
uşaqların həyatını  qorumağa can atırdılar. Oğul doğuşu 
zamanı  cifti aşıq oyunu sümüyü ilə birlikdə basdırırdılar. 
Əgər qız doğulsaydı  uşağın ciftini darı ilə birgə  bas  dırır-
dılar. Cift təzə doğulmuş uşağın atası tərəfindən giri ş dən sol 
tərəfdə  basdırılırdı. Hər ehtimala  qarşı, bu ritual ciftlə yeni  
doğulmuş  uşağın sıx  əlaqədə olma təsəv vür lə rin dən irəli 
gəlirdi. Ciftin uşaq oyunu aşıq və darı ilə basdırılma adəti isə, 
görünür,  qarqalpaqların yarımköçəri həyat tərzi keçirməsi 
ilə bağlıdır. Aşıq – heyvandarlığı, darı isə təsərrüfat həyatı ilə 
bağlılığı özündə  əks etdirmişdir.      
Ciftin qazılıb basdırılması analoji adəti və onunla bağlı 
mə rasim  və inanclar həm də digər Orta Asiya və Qazaxıs-
tanda yaşayan xalqlar arasında da vardır.  Məsələn, Xarəzm 
özbək ləri cifti qapının  kandarında parçalayıb hissələrə bölür-
dü lər.
7
  Digər regionlarda yaşayan özbəklər və taciklər oğul 
doğulan zaman cifti qapının kandarında aşıqla birgə bas-
dırırlar mış.
Bu mərasimin kökləri  Orta Asiya xalqlarının  qədim 
ənən ləri ilə bağlıdır. Məsələn, Topraq-qala şəhərinin qazın-
tıları zamanı IV-V erkən  orta əsrlər abidəsində belə əşyalar 
tapıl mışdır. Sonralar isə Qaraqalpaqstan Etnoqrafiya Dəstəsi 
Taxtakupır rayonundakı Kurqança şəhərciyində, Kunqrad 
rayonu  ərazisindəki Maştakata qalasının  şimal-cənub  
küncündə bir sıra bu tipli ayin əşyalarına rast gəlmişlər. 
Qaraqalpaqlarda buğda dolu çuvalı yurtanın ortasında 
qoymaq evə, ailəyə zənginlik və çoxuşaqlılıq arzulamaq  kimi 
nəzərdən keçirilirdi. Yurta qurulub başa çatdıqdan sonra 
dəvətlilərə  şirniyyat  və bir sıra  şeylər paylanardı ki, onlar 
müqəddəs hesab edilirdi.
Yelləncəklər Orta Asiya xalqlarında xalq bayramları, 
gəzinti və toylarda əylənmənin bir növü kimi nəzərdən 
keçirilirdi. Yelləncəklərdə yellənmə məhsuldarlıq ayin relikti 
ilə bağlıdır. Məhsuldarlıq  ayini buğda ilə bağlı olmaqla, 
həm də  nəsil törətmə  rəmzi ilə  əlaqəlidir. Daş isə yurtanın 
tikilməsinin möhkəmliyi  rəmzini ifadə edirdi.
Yurtanın içi müxtəlif hissələrə bölünürdü: burada 
mərasimlər keçirilən yer, qonaqların qəbul edildiyi hissə, ev 
əşyaları  və digər şeylər yerləşən  hissələr vardır. Girişin sol 
tərəfindən bir az sağ  tərəfdə kişilər üçün yer olurdu. Yurtanın  
bu hissəsində kişi paltarı , atın yüyəni və yəhəri qoyulurdu. 
Ənənəyə görə elə buradaca pərdə arxasında gəlin öz rəfiqələri 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə