Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə36/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
142
143
Bu sətirləri azərbaycanlıların «Molla deyir: «Mən deyəni 
et, mən edəni etmə» məşhur deyimi ilə müqayisə  etmək 
olar. Satira dolu ibrətamiz nəğmələr son dərəcə kəskindir. Bu 
«İşan» nəğməsində daha relyeflidir.
Ümumiyyətlə, nəinki qaraqalpaqlarda, həm də Azərbay-
can, özbək, türkmən, qazax və digər türk xalqlarında «molla» 
«işan» «yerölçən», «yüzbaşı» mövzuları həm folklor da, həm 
də  ədəbiyyatda geniş yer  almışdır. Məsələn, demokratik-
maarifçi tendensiyaların inkişafı dövründə tanınmış özbək 
satirik-şairi XIX əsrin II yarısında yaşayıb yaratmış Müqimi, 
demək olar ki, məhz elə bu ruhda öz bədii  şedevrlərini 
yaratmışdır. Onların içində «Yerölçən», «Xəfələk», «Minbaşı» 
və s. şeirlər məzmun baxımından daha maraqlıdır. 
  Sevgi haqqında mövcud olan lirik nəğmələrdən fərqli 
olaraq, bu nəğmələrdə gerçəklik xalq həyatının özü ilə bağlıdır. 
Onların müxtəlif məqamları, səhnələri işlənilir.  Şairlər də 
onlara müxtəlif münasibət ifadə edirlər. Belə  səhnələr həm 
birinci, həm ikinci, həm də üçüncü şəxs tərəfindən təsvir  
oluna, həm tək, həm də  cəm ola bilər. Məsələn «İşan» 
nəğməsində söhbət birinci şəxsin təki tərəfindən aparılır: 
«Mən özümü işan saydım», «taxıl əkdim» və s. Poetik aləmin 
belə xüsusiyyətləri nəğmə folklorunda, adətən təhkiyə janrı 
nəğməsi adlanır.
5
 Belə nəğmə – təhkiyələrdə müxtəlif həyat 
situasiyaları  təsvir olunur. Burada  insanların taleyindən, 
onların münasibətlərindən, müxtəlif çətin həyat şəraitlərindən 
söhbət açılır.
Qaraqalpaq xalq folkloru, etnoqrafiyası  və tarixinin 
tanınmış tədqiqatçıla rından biri L.S.Tolstova «Qaraqalpaqlar 
Xarəzm oazisindən kənarda» adlı kitabında həm də maraqlı 
şeirlərdən nümunələr gətirir. Həmin  şeirlərdən birində 
qaraqalpaq  əsgəri nəğmə oxuyur. Kalmıklarla mübarizədə 
ölümcül yaralanmış əsgər vida sözü ilə qardaşına, arvadına, 
qaraqalpaq xalqına müraciət edir:
Кара-Таудын тегиде калдым йекке,
Калмакнын окы ишийди йурекке,
Ыргыдым мине алмадым кара кöкkе,
Барсан салам айта бар Исмадияр бекке…
Бизди елге барып айтынлар Сыр жайласын,
Темир казaк какышын ат байласын.
Аширбек олди деп енди ойласын.
6
Bu sətirlərin tərcüməsi aşağıdakı kimi söylənir:
Qaradağın ətəyində yaralandım, qaldım tək,
Kalmık oxu sancıldı ürəyimə neştər tək,
Atlandım minib çapım qara atımı ürkək,
Yetişsəniz obaya salam İsmədyar bəyə.
Xalqıma de Sırdəryaya yayılsın,
Tolamıxlar çalınsın – atlar ona  bağlansın,
Aşır bəyin yoxluğu hər yerdə vurğulansın. 
XVII-XVIII  əsrlərdə yaranmış bu nəğmə  Fərqanə 
qaraqalpaqların kal 
mık  lara  qarşı apardıq ları mübarizənin 
bariz nümunəsidir. Odur ki, qaraqalpaq folklorunda tarixi 
nəğmələrə də xeyli yer verilmişdir. Bu dövrdə qaraqalpaqlar 
kalmık hücumundan cana doymuşdular. Uzun müddət 
ərzində kalmık xanları  Fərqanə vadisinə, qazax Cuzlarına, 
qaraqalpaq aullarına hücumlar çəkir, qaraqalpaqlar, özbəklər, 
qazaxlar bu döyüşlərdə  qəhrəmanlıqla həlak olurdular. Elə 
buna görə  də qaraqalpaq tarixi nəğmələrinin  əksəriyyəti 
dərin kədərlə  əhatələnmişdir.
«Qaraqalpaq poeziyası antologiyası»nda həm də be-
şik və uşaq nəğmələrinə də geniş yer ayrılmışdır. Belə nəğ-
mələrdən biri də «Ey, dəvələr»dir. Qaraqalpaq folklorun da 
oyun nəğmələri də az de yil dir. Ümumiyyətlə, qeyd edək ki, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
144
145
uşaq folkloru qaraqalpaq şifahi poetik yaradıcılığının aparıcı 
his səsidir. Onların  möv zu sun da,  formasında  və məz munun-
da uşaqların yaş və psixoloji xüsusiyyətləri əksini tapmışdır. 
Qaraqalpaq uşaq nəğmələri son dərəcə poetik və diqqəti cəlb 
edən, bədii baxımdan mükəmməldir:  
De hardadır sağsağan?         
Bəs qapı uzaqdırmı?
O öz yuvasındadır.     
 İki addım etmək gərək.
Bəs nə edir sağsağan?          
Atıla-atıla, yanaşı?
O bərbəzəklər tikir.  
 
Çatırsan sağsağana.
Onları harda tikir?       
Yan-böyürdən gedərsən.
Sənin ovuclarında,       
Diri kökə yeyərsən.
Bəzəklər bəs kimindir?         
Bəlkə bəsdir yarısı.
Əziz qonaqlar üçün.     
Kökəni sən diri ver.
Bəs qapıya necə gedim?        
Belə oldusa başla! (s.150) 
Hər zaman düz addımla.
Məlum olduğu kimi, oyun nəğmələrində xalqın məişəti, 
onun düşüncəsi, ictimai həyatı    və s. əksini tapır. Onlara 
söykənərək, həm də müəyyən mənada xalqın tarixi haqqında 
fikir yüyürtmək olar. Məsələn, «Sağsağan haradadır» şeirini 
nəğmə – improvizasiya kimi xarakterizə etmək olar. Bu 
nəğmə geniş dramatik hərəkətlərlə zəngin olan nümunə kimi 
nəzərdən keçirilə bilər. 
  Qaraqalpaq xalq nəğmələrinin struktur-kompozisiya və 
ideya-bədii xüsusiyyətlərinə toxunarkən onların mürəkkəb 
və  rəngarəng olduğunu söyləmək olar. Məsələn, elə bir 
ənənəvi bədii priyom tapmaq olmaz ki, ondan qaraqalpaq 
xalq nəğmələrində istifadə olunmasın. Məhz simvolikalar
rəmzlər, metaforalar, hiperbolalar, müqayisələr, epitet 
lər, 
əzizləmə-oxşama ifadələr və s. köməyi ilə qaraqalpaqların 
ənənəvi folklor dünyası yaranmışdır ki, burada lirik hisslərin 
təcəssümü aydın görünməkdədir. Nəğmələrdə müəyyən 
emosional hissin yaranması üçün simvolikalar böyük yer 
tutur. Simvolikaların köməyi ilə personajların psixoloji hal 
və  vəziyyətləri verilir. Məsələn,  şənlik, sevinc, xoşbəxtlik 
günəşlə, odla bərq vuran işıqla, bağla, güllərlə əks olunduğu 
halda yalan, inciklik  simvolik olaraq xoşagəlməz hava, tufan, 
toz, sınmış  ağac və s. köməyilə verilir.
Qaraqalpaq xalq nəğmələri zəngin havacatlar, lirik melo-
diyalarla fərqlənir. Ümumiyyətlə, qaraqalpaq xalq nəğ-
mələri – bulaq, təşnə  təsiri bağışlayır. Nəğmənin belə keyfiy-
yət daşımasına vaxtilə Azərbaycan musiqi mədəniyyətinin 
korifeyi Ü.Hacıbəyli də kifayət qədər diqqət yetirmişdir.
7
  
Artıq qaraqalpaq nəğmələrinin struktur və forma 
rəngarəngliyi haqqında danışdıq. Onlar adətən 2,3,4,5,6 
sətirdən ibarət olmaqla Şərq  şeirşünaslığının  ənənəvi qoşqı 
(qoşma), muxalles (müxəmməs), qəzəl formalarında olur. 
Qaraqalpaq xalq nəğmələrində Azərbaycan nəğmələrində 
olduğu kimi, durnalar obrazından da istifadə olunur. 
Məsələn, «Yaz gəlir-durnalar uçur», «De, uzaqda  uçan 
durna» kimi nəğmələr bu qəbildəndir.
Qaraqalpaq xalq nəğmələri böyük tarixi, folklor, etnoqrafik 
və bədii dəyərə malikdir. Onlar peşəkar poeziyanın və milli 
musiqinin tükənməz mənbəyidir.
Qaraqalpaq nəğmələrinin kompozisiya və bədii vasitələri 
mətndə orqanik birləşərək onu, bir tərəfdən, bütöv, tam 
edirsə, digər tərəfdən, onların poetik məzmunun, emosional 
quruluşunun aydın ifadə olunmasına səbəb olur.
Beləliklə, qaraqalpaq xalq nəğmələrinin təhlilini sona 
çatdıraraq, belə  nəticəyə  gəlmək olar ki, doğrudan da bu 
nəğmələr orijinal olmaqla, nəğmə folklorunun müstəqil janrı 
kimi geniş yayılmışdır. Onlarda sadə insanın hisslər aləmi, 
düşüncələri  əksini tapmış, həyatın yeniləşməsi uğrunda 
mübarizə göstərilmişdir. 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə