Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə44/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
174
175
ilə gözəldir»  və s. Əgər bu ifadələrə inanmış olsaq, deməli, 
doğrudan da, nəğmə olanı əks etdirir, nağılsa sadəcə olaraq 
təxəyyülün köməyi ilə yaradılır və əgər nəğmənin gözəlliyi 
onun ifasındadırsa, nağılın gözəlliyi bu nağılı düzüb qoşanın 
bacarığında öz əksini tapır.
Nağıl fantastikası xalqın yaradıcı düşüncəsi sayəsində 
ortaya çıxmışdır. Fantastikada isə güzgüdə olduğu kimi 
xalqın həyatı, onun psixologiyası, dünya görüşü, düşüncələri, 
gələcək haqqında arzu-istəkləri, onun gerçəkliklə qarşılıqlı 
əlaqələrinin kon kret formaları yaranmışdır. Xalq həyatındakı 
dəyişikliklər, heç şübhə siz ki, fantastik obraz və təsəvvürlər 
də nağılın məzmununun dəyişməsinə  gətirib çıxarmışdır.
Nağıl fantastikasının genezisini, xarakterini və 
mahiyyətini müxtəlif cür izah edirlər. M.Qorkinin dediyinə 
görə, nağılda  «təbiət hadisəsinin əksi olmaqla təbiətdə gedən 
mübarizə və sosial həyatdakı bədii ümumiləşdirmələr əksini 
tapır.
1
 Hər bir tarixi mərhələdəki insanlar öz ideallarını əks 
etdirməyə çalışırlar. Buna görə də nağıl qəhrəmanı müxtəlif 
dövrlərlə  əlaqələndirilir.
Bütün xalqların folklorunda fin folklorşünası Antti Aarne 
tərəfindən XX əsrin əvvəllərində təsdiqlənmiş təsnifatı faktiki 
olaraq müdafiə etmişlər. Bu baxımdan qaraqalpaq nağıllarını 
da üç yerə bölmək mümkündür: sehrli nağıllar, heyvanlar 
haqqında nağıllar və sosial-məişət nağılları. Qaraqalpaq 
nağıllarında tez-tez həm də qarışıq tipli nağıl la rın şahidi ola 
bilərik. Məsələn, qarışıq tipli nağıllarda həm sehrli, həmdəki, 
sosial-məişət nağılları  və yaxud digər tipli na ğıllarda o biri 
nağılların elementlərindən istifadəni görə bilə rik.
Lap  uzaq keçmişdə yaranmış sehrli nağıllar qaraqal paq 
xalqı nın dünyanın yaranması, insanların təbiət qüv vələ rinə 
inamını, insanın bəd qüvvələrlə mübarizəsini, xeyir xahlığını 
və ədalətliliyini əks etdirən və onun qələbə çalması ilə bağlı 
nağıllardır. Daha doğrusu, bu nağıllar hələ totemist, animist, 
antropomorfist düşüncə tərzi yarandığı dövrə təsadüf edir. Bu 
bəşər övladının özünəməxsus  həyatının elə bir mərhələsidir 
ki, ondan olduqca maraqlı  şəkildə ingilis alimi – etnoqrafı 
və folklorşünası E.Taylorun əsərində  bəhs edilmişdir.
2
 
(E.Taylorun bu əsərinin  əhəmiyyəti xalqların tarixi, 
mədəniyyəti, etnoqrafiyası, folkloru, o cümlədən, Afrika, 
Asiya  xalq la rının, bəlkə dolayısı ilə götürsək qaraqalpaqların 
tarixi, mədəniyyəti və etnoqrafiyası ilə  əlaqəli  şəkildə 
nəzərdən keçirilə bilər). Doğrudan da nağılların köməyi ilə 
qarşımızda xalqın sanki minillik tarixi vərəqlənir.
Ümumiyyətlə, qaraqalpaqların da ən qədim  zaman lar da 
mövcud olmuş nağılların dan  mənşəcə heyvanlar haq qında 
nağılları qeyd etmək olar. Lap qədim zamanlardan indiyə 
qədər insanlar müxtəlif  şəraitlərdə heyvanlarla ünsiyyətdə 
olur, onların təbiətini, mahiyyətini öyrənir, onların 
xüsusiyyətlərinə, xasiyyətlərinə, vərdişlərinə diqqət yetirir, 
onlarla ya dost, ya düşmən olurlar. Məişət nağıllarında sehrli 
fantaziya az olur, yəni onlar daha çox real gerçəkliyə, insan 
həyatının məişətinə yaxınlaş dırılmış olur. Bu tipli nağıllarda 
insanın daim işığa, xoşbəxtliyə, ədalətliliyə can atması digər 
bəd qüvvələrlə - xalqı istismar edən qüvvələrlə daim toq quş-
mada, ziddiyyətdə olduğu əksini tapır. Məişət nağılları sosial 
məzmununa görə zaman etibarilə daha sonra yaranmış dır.
1. Sehrli nağıllar
Sehrli nağılları heyvanlar haqqında və digər nağıl 
janrlarından onun müxtəlif  təsəvvürlərə  və onun şifahi 
təhkiyə forması    bağlılığı ilə birgə  nəzərdən keçirmək 
lazımdır. Qaraqalpaq sehrli nağıllarından heç biri möcüzəsiz, 
hərəkətsiz, insanın bu və ya digər şəkildə məsələyə, yəni bəd 
qüvvələrlə qarşıdurması, yaxud hansısa fövqəlqüvvənin 
iştirakı olmadan mövcud deyildir. Qaraqalpaq 
ların 
sehrli nağıl süjetinin nüvəsində son dərəcə möcüzəli  fikir 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
176
177
durur. Sehrli nağıllar öz əsasını xalq inamından götürür. 
Onlarda ibtidai icma quruluşundakı sinkretik təfəkkürün 
izlərini aydın görmək mümkündür. İnsan  daim təbiət  
hadisələrinə təsir etməyi arzu edir və düşüncəsinin köməyi 
ilə bütün təbiət qüvvələrini, təbiət hadisələrini özünə tabe 
və öz fantaziyasından istifadə etmək istəyir. Bu mənada Karl 
Marksın fikri daha çox diqqət çəkir: “Hər bir mifologiya təbiət 
qüvvələrini öz düşüncəsinə uyğun olaraq tabe edir, onu 
formalaş dırır və  təfəkkürün köməyi ilə o yox olur, deməli, 
bununla da təbiət qüvvələri üzərində hökmranlıq aradan 
çıxır”.
3
1959-cu ildə Qaraqalpaqstanda  «Qaraqalpaq xalq 
nağılları» nəşr olun 
muşdur.
4
 2006-cı ildə isə “Qaraqalpaq 
xalq nağılları”nı biz tərcümə edərək Azərbaycan oxucusuna 
çatdırmışıq.
5
 Bu kitablara digər nağıllarla yanaşı, həm də 
sehrli nağıllar «Gülziba», «Cadugər», «Qızıldaş», «Ögey ana», 
«Varlı oğlu, kasıb oğlu» və s. kimi nağıllar daxil edilmişdir.  Bəs 
onda qaraqalpaq sehrli  nağıllarının ideya-tematik özünə məx-
susluğu, obrazlar aləmi, bədii xüsusiyyətləri  nədən ibarətdir? 
İlk növbədə qeyd edək ki, onların hamısı qaraqalpaq xalqının 
ekstremal vəziyyətdə öz fantastik və mifik anlayışlarını ifadə 
etdiyi dövrləri əks etdirir. Bu nağıllarda hər şey hiperbolizə 
edilmişdir. Qəhrəmanlar həm yerdə, həm göydə, həm 
mağarada, həm tüstü içində, həm suyun altında, bütün 
yerdə iştirak edə bilir, özlərini göstərir və ifadə edirlər. Onlar 
yaşadıqları zamanlarda elə  ağlagəlməz yerlərdə  fəaliyyət 
göstərirlər ki, daim müxtəlif tipli möcüzələrlə, sirli-sehrli 
mövcudatlarla rastlaşır, bəzən  əjdahaları öldürür, insanı, 
kürreyi-ərzi möcüzələrdən xilas edir, bəzən çoxsaylı xəzinə, 
qızıl, brilyant, almaz tapır və evə doğmalarının yanına varlı-
hallı, igid, batır kimi qayıdır və xan qızları ilə evlənərək özləri 
hakimiyyətə yiyələnirlər.
Qaraqalpaq sehrli nağıllarının qəhrəmanlarının gəlinləri 
adətən gözəl yerlərdə – insan ayağı dəyməyən, əl çatmayan 
yerlərdə yaşa yırlar.  Əksər hallarda sehrli nağıllarda sehrli, 
möcüzəli  əşyaların təsviri gedir. Onlar insan həyatını 
gözəlləşdirir, onu xilas edir, dirildir (məsələn, «Ögey ana»), 
sandıqdan çıxan küpəgirən qarı ölüyə sehrli ağacla bir dəfə 
vurmaqla onu dirildə bilir, ya sehrli təsəylə  həm uşaq  əldə 
etmək, həm də çoxlu var-dövlət  ələ keçirmək («Gülziba») 
imkanı qazanır, yaxud pələngin dişlərindən, quşların 
lələyindən böyük, əzəmətli  saray tikir («Gülziba»), yaxud  
Simurq quşunun lələyini yandırmaqla tüstünün içiylə 
göylərə qalxa bilir («Gülziba» nağılında Meytin çoban); 
yaxud  («Cadugər» nağılında) bütün otaqları açıb, 40-nı 
açmaq istəyəndə  qəhrəman cənnət bağında gözəl qızların 
yanına düşə, kəllə ilə məsləhətləşməklə xoşbəxtlik əldə edə 
bilir və i.a. və s. 
Qaraqalpaq sehrli nağıllarındakı geniş obrazlar sistemi 
və personajları arasında kamandan ox atanları, batır 
ovçuları, ailənin kiçik oğ lu nu,  sehrbaz  qocanı, onun sirli-
sehrli köməkçilərini (əjdaha, pə ləng, simurq quşu, ilan) və 
s. göstərmək olar. Sehrli nağılların müsbət qəhrəmanlarının 
hərəkət və davranışlarında qaraqalpaqların gözəl lik  və 
yüksəklik haqqında  fikir və düşüncələri  əks olunmuşdur.
Sehrli nağıllar qəhrəmanları idealizə etməklə onları 
müxtəlif sınaqlardan çıxarır (Məsələn, Meytin «Gülziba» 
nağılında, qız-kişi «Ögey ana» nağılında, cigit «Cadugər» 
nağılında və s.), onları yüksək, müsbət xüsusiyyətlərlə, 
keyfiyyətlərlə əks etdirir, onlar daim müvəffəqiyyət qazanır, 
onların xüsusi köməkçiləri olur ki (bunlar tülpar-qanadlı 
at, Qara-Dağ, Sarı-Dağ, Göy-Dağ, sutökən, güclü eşitmə 
qabiliyyətinə malik olan, «Varlı  oğlu, kasıb oğlu» və s.), 
qaraqalpaq sehrli nağıllarından daha tipikləri qəhrəmanların 
köməkçiləri olan tülpar, əjdaha, simurq quşu və s. 
məqsədlərinə çatmaq üçün cigitlərdən, batırlardan, gənc-


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə