Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
166
167
lətifələrin toplanması və nəşrinə son illərdə AMEA-nın
Folklor İnstitutunun xətti ilə aparılan
işlərdə daha böyük
diqqət yetirilməkdədir. “Qarabağ folklorunun toplan
ması,
sistemləşdirilməsi və araşdırılması” layihəsi əsasında 2012-
ci ildən işıq üzü görən “Qarabağ: folklor da bir tarixdir”
kitabının Birinci kitab (s.325-378); İkinci kitab (s. 398-443);
Üçüncü kitab (s. 330-363); Dördüncü kitab (s.300-329); Beşinci
kitab (s.254-292), “Borçalı folkloru örnək ləri” (s. 124-148),
“Gü ney Azərbaycan folkloru. I kitab” (s.175-203); “Qu ba-Şab-
ran folklor örnəkləri”. 1-ci kitab” (s.81-106), Nizami Tağıso-
yun “Şil yan: özü, sözü – çeşmənin gözü” (s.66-109) və digər
mənbələrdə daha inten siv şə kildə yığılıb təbliğ olunduğu
halda lətifələr daha böyük oxucu kütləsinin marağına səbəb
ola bilir.
Bu baxımdan Qaraqalpaqstanda da lətifələrin yığılıb nəşr
olunması təqdir olunası fakt kimi maraqlıdır. Azər bay canda,
Özbəkistanda belə məşhur folk lor lətifə qəhrəmanları Molla
Nəsrəddin və Bəhlul Danən də ilə bərabər bir neçədirsə,
Qaraqalpaqstanda bu lətifələr əsasən ən
populyar lətifə
qəhrəmanı Ömirbəy – lakkının adı ilə bağlıdır.
Əlbəttə, yumor qaraqalpaqların özünəməxsus stixiya sı dır.
Və, demək olar ki, qaraqalpaq folklorunun bütün janrla rına
satira və yumor elementləri xasdır. Bununla belə yumorun
ifadə planı lətifələrdə daha mobil şəkildə özünü əks etdirir.
Lətifə nəinki bitkin süjetli müxtəsər epizoddur, həm də sual-
cavab tipli dəlici zarafatdır (sirkdə, teatrda, meyxanada belə
zarafatlar reprizlər adlanır). Satirik lətifələr hər bir xalqın
sosial şüurunun özünəməxsus inkişaf ölçüsüdür. Ömirbəy
lətifələrinin toplayıcısı, tərtibçisi
və naşiri Boris Privalov
haqlı olaraq yazırdı: “Folklor personajı əgər xalq milli
xarakterinin mühüm xüsusiyyətlərindən hər hansı birini
təcəssüm etdirməsəydi və o, özünü bariz şəkildə göstərən
sosial tendensiyadan məhrum olsaydı belə, o, heç zaman
xalq yaradıcılığının əsl qəhrəmanı ola bilməzdi”.
1
Yumorist-satirik folklordakı müsbət qəhrəman
hərtərəfliliyi ilə fərqlənir. Mənfi tip isə özündə əsasən hər
hansı mənfi xüsusiyyəti başıxarablıq,
xəsislik, satqınlıq,
qəddarlıq, vicdansızlıq və s. təcəssüm etdirir. Bununla belə
bəzən xalq fantaziyasında satirik obrazın gözlənilmədən
folklor mutasiyasını verməklə kollektiv personaj ortaya çıxır.
Belə olduqda satirik xüsusiyyətlərin daşıyıcısı hər hansı tacir,
çar, vəzir, keşiş, molla, işan, xan, bəy, varlı yox, kənd, aul,
yaxud bütün şəhər olur. Buna nümunə kimi rus folklorunda
Poşexonye, alman şəhəri Şild, ingilis kəndi Qotemi,
Bolqarıstanda simiclər şəhəri kimi tanınan Qabrovonı,
İranda Qəzvini, Azərbaycanda Şəkini göstərə bilərik.
Qaraqalpaq zarafatcılı Ömirbəyin lətifələrində onun özü-
nün adı ilə bağlı lətifələr təqdim olunmuşdur.
Bu nümu-
nələrin hamısında o, sanki Qaraqalpaqstanın bütün lətifə
zənginliyinin başlıca mövzu və ideyalarını əks etdirə bilmişdir.
Ömirbəy lətifələri ilə tanışlıq onun yumor yaradıcılığının
müxtəlif yönlərdən tədqiq olunmasına da təkan verməlidir.
Ömirbəyin yaşadığı dövrdə Qaraqalpaqstan Xivə
xanlığının geridə qalmış bir əyaləti idi. Digər kasıblar kimi
Ömirbəy də ənənəvi yaşam tərzinə malik idi. Burada məişət
həyatı çətin, iqtisadi, maddi tələbatlar olduqca böyük idi.
Buna görə də kasıb və hüquqsuz hazırcavab Ömirbəy öz
dəlici yumoru ilə («Ağıl və hiyləgərlik - kasıbın silahıdır» -
ifadəsini Ömirbəy tez-tez işlədərmiş) yalanla yaşayanlara,
başqa sının əməyini mənimsəyənlərə qarşı amansız mübarizə
aparırmış.
Bu xüsusiyyətlərinə görə Ömirbəyə xalq arasında «lakkı»
deyərlərmiş. Qaraqalpaqstanda «lakkı»
sözü daha geniş
istifadə olu nur mış. O, həm lağlağıcı, həm güldürən, həm
də olduqca kəsərli sözə malik imiş. Ömirbəyin son dərəcə
iti, neştər kimi dəlici sözü Qaraqalpaqstanda bu gün də
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
168
169
sevilməkdədir. Onlardan bir-ikisini nümunə gətirək. «Öz
əynindəki paltarın özgənin xalatından daha qiymətlidir» və
ya «Məni Xivə xanı tərif etməkdənsə, öz aulumuzun itinin
dişləməyi daha yaxşıdır» və s.
Qaraqalpaq folklorunun digər janrları üçün də yumor
və satira elementləri xasdır.
Bununla belə bu cəhət məhz
qaraqalpaq xalq şifahi nəsrinin daha mobil janrı olan lətifələr-
də özünü göstərir. Lətifələr xalq həyatının tamamlanmış qısa
epizodları deyil, həmçinin son dərəcə maraqlı və kəskin sual-
cavab, bəzən isə dövrün, vəziyyətin bu və ya digər halları ilə
bağlı ağıllı söhbətləri və gözlənilməz hadisələridir. Bununla
bağlı «Ömirbəyin lətifələri»
2
toplusundan bir neçə nümunəyə
nəzər salaq.
Bir dəfə də kifayətdir
Ömirbəy Solaxay ləqəbli dostu Dosnazarla mübahisə edir:
- Sən arabaya minirsən, mən üç dəfə ayağımı yerə döydükdən
sonra arabadan düşürsən.
Dosnazar gülüb deyir: - Sən yalnız ayağını yerə vurmaqla, mən
arabada oturacağam – deyib, tezliklə ona minir.
- Hə, indi vur! Deməli ancaq üç dəfə vuracaqsan?
- Niyə üç dəfə, – deyib, Ömirbəy çiyinlərini çəkir. –Bəlkə elə bir
dəfə də bəsdir.
Ömirbəy ayağını yerə vurur. Dosnazar gülməyə başlayır.
Ömirbəy davam edərək deyir: İkinci dəfə ayağımı yerə sabah, üçüncə
dəfə isə bir həftədən sonra vuracam. Əgər onda düşməsən, deməli
qalib olacaqsan.
Dördüncü imkandan istifadə edərəm
Bir dəfə uşaqlıqda Ömirbəy şaftalı ağacına nərdivanı qoyub, ona
yarısından yuxarı dırmaşıbmış ki, xan baxçaya çıxıb onu görür və
qəzəblənib deyir:
- Əgər şaftalının meyvələrinə əlini vursan, başını kəsəcəm, aşağı
düşsən itlərə yem edəcəm, yerində qalsan səni oğru kimi qələmə verib
hər iki əlini kəsəcəm.
Ömir bəy o dəqiqəcə nərdivandan yerə tullanıb, gülüm sünərək
qışqırır:
- Mən dördüncü yolu seçir və sağ-salamat qalıram. Xan başın
yelləyib deyir: - Aman Allah, bunu eynimdən keşirməmişdim!
Yurtanın yanından yol gedir
Ömirbəy bütün sözlərin daim dəqiqliyi ilə işlədilməsini sevərmiş.
Bir dəfə yurtanın yanında oturarkən kimsə bir yolçu ondan soruşur:
-Əziz qardaşım, bu yol hara gedir?
Ömirbəy deyir:
- Mən bütün həyatımı burada keçirmişəm, amma bir dəfə də
görməmişəm ki, bu yol getsin. O daim öz yerindəcə durur.
- Bağışlayın əzizim, mən demək istədim ki, bu yol hara aparır?
-Bax, bu başqa məsələ!-Ömirbəy yolçuya bu yolla haraya və necə
getmək mümkün olduğunu izah edir.
Eşşəyin oğurlanması
Ömirbəyin eşşəyi oğurlanır. Qonşuları və dostları yığışıb
məsələni müzakirə etməyə başlayırlar.
Biri deyir: - Onu yaxşı bağlamaq lazım idi.
Bir başqası deyir: Bərk yatmısan. Elə olmasaydı, hər hansı
xışıltıya oyanardın.
Üçüncüçü deyir: - Eşşəyi yurtada saxlamaq lazım idi.
Dördüncü deyir: - Özün günahkarsan! Hələ yaxşı olub ki, eşşəyi
iki ay bundan qabaq oğurlamayıblar!
Ömirbəy dinməz-söyləməz bütün fikirlərə qulaq asır.
- Yaxşı itin olsaydı, belə olmazdı,- başqa birisi deyir.
- Yaxşı sahibkarın eşşəyi ona yaxınlaşanda anqırmalıdır.
- Eşşəyin ipini öz ayağına bağlamalıydın ki, tərpənəndə onu hiss
edəydin.
Nəhayət, Ömirbəy dözə bilməyib deyir:
- Niyə hamınız mənim üstümə düşürsüz? Bəlkə oğru haq qında
da nə isə bir söz deyəsiz? Sizin dediyinizdən belə çıxır ki, hər şeyin
günahkarı yalnız mənəm.