Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə33/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
130
131
VI. QARAQALPAQ XALQ 
NƏĞMƏLƏRİ
Xalq nəğmələrinin qaraqalpaq folklorunda yeri. 
Qaraqalpaq xalq nəğmələrinin zənginliyi və rəngarənəgliyi. 
lirik, ibrətamiz nəğmələr, beşik nəğmələri. Nəğmələrdə 
sosial-məişət həyatının, xalqın xarakterinin, tarixinin, 
psixologiyasının, xalq ideallarının, insan hisslərinin, fərdi 
əhval-ruhiyyəsinin, emosiyalarının, ümidlərinin  əksi. 
Qaraqalpaq nəğmələrinin forma və  məzmun zənginliyi. 
Qaraqlapaq  nəğmələrində sevgi mövzusu. Nəğmələrdə işıqlı 
xoşbəxt lik,  qayğısız şənliyin, xəfif kədərin, vüsalın, ümidin, 
insan ləyaqətinin  əksi. Qaraqalpaq xalq nəğmələrinin lirik 
qəhrəmanı. Sevgi nəğmələrində kolliziyalar. Qaraqalpaq 
ibrətamiz nəğmələrində bədiilik əlamətləri. Tarixi nəğmələrin 
qaraqalpaq folklorunda rolu. Qaraqalpaq beşik və  uşaq 
nəğmələri.
Nəğmələrin struktur – kompozisiya və ideya-məz mun 
xüsusiy yətləri. Nəğmələrdə simvolikalardan, metafora 
lar-
dan, hiperbola lardan, müqayisələr dən, epitetlər dən,  əzizlə-
yici ifadələrdən, oxşamalardan  is ti fadə. Qaraqalpaq xalq 
nəğmələrinin oynaqlığı, lirik melodiyalar. Qaraqalpaq 
nəğmələri – xalq professional poeziyasının və milli mu siqi-
sinin tükənməz mənbəyi kimi.
Qaraqalpaqların şifahi bədii yaradıcılığında nəğmə olduq-
ca  mühüm yer tutur.  «Qaraqalpaq poeziyası antologi yası» 
kitabında bu janrın müxtəlifliyini və zənginliyini əks etdirən 
çoxsaylı xalq nəğmələri vardır. Onlardan bir neçəsinin adını 
çəkək: lirik – «Mənim gözəlim», «Dodaqların şirindir», «Əziz 
dost», «Külək əsir», «Bax, iki gözəl gedir», «Mən harda olsam 
da», «Özün axtar», «Su ver», «Muxalles», «Qızlar, yurtaya 
gəlin», «Sənin gözlərində nə gizlənibdir», “Məni tərk etmə, 
sevgilim», «Sevgilinin həsrəti», «Toy», «Sevgi nəğməsi», «İpək 
və məxmərə bürünmüsən», «Sevgilim, nə vaxt qovuşarıq?», 
«Mən qamətli idim, mən ağüz idim», «Qızın nəğməsi», 
«Mənim çiçəkli bağıma uçmursan», «Mənim sevgilimi 
yağışda yuma»; ibrətamiz – «Pis nədir?», «Təpiyini yerə 
döyən at», «Doğma elimdə özgə kimi yaşayıram», «Cigitə nə 
lazımdır?», «Sədir - pəhləvan», «Molla», «Pritça», «İşan» və 
s.; beşik və  uşaq nəğmələri: «Layla», «Tərəf hansıdır», «Ey, 
dəvələr» və başqaları vardır.
Qaraqalpaq xalq nəğmələri tarixi, mədəni  və estetik 
baxımdan maraqlı  və  rəngarəngdir. Mərasimlərlə bağlı 
olmayan bu nəğmələr xalqın sosial-məişət həyatının müxtəlif 
tərəflərini  əks etdirməklə, həm də feodal cəmiyyətinə 
qarşı  çıxır və milli xarakteri, xalqın ideallarını, tarixini və 
psixologiyasını  əks etdirir. V.Q.Belinski vaxtı ilə yazırdı 
ki, xalq nəğmələri “tarixin özündən daha çox xalqın daxili 
məişətinin mühüm göstəricisi olmaqla onun vətəndaşlıq 
ölçüsü, ruhunun güzgüsü» kimi xidmət edə bilər.
1
  
Qaraqalpaq xalq nəğmələri  - insan hisslərini obrazlı bir 
şəkildə əks etdirən yaradıcılıqdır. Onlar dilin gözəlliyi, fikrin 
poetikliyi və yüksəkliyi, gələcəyə istiqamətliliyi ilə fərqlənir. 
Bu nəğmələr nəinki sevgi, həsrət, maraqlı görüsün intizarı,  
insanların yüksək vətəndaşlıq hissinin əks-sədasını tərənnüm 
edir, həm də zarafatyana xarakterlidir. Bəs Qaraqalpaq xalq 
nəğmələrinin başlıca xüsusiyyəti,  məzmunu necədir və 
nədən ibarətdir?! Qaraqalpaqların lirik nəğmələrində, hər 
şeydən öncə, insanın dünyanı  dərki, onun şəxsi hissləri, 
ümidləri, narahat 
lıqları öz əksini tapır. Qaraqalpaqların 
lirik nəğmələri son dərəcə intim və ürəyəyatandır. Onlar 
məzmun və forma zənginliyinə görə fərqlənir. Məsələn, lap 
uzaq keçmişin lirik nəğmələrində xalq həyatının müxtəlif 
özünəməxsus problemləri öz əksini tapırsa, digərlərində 
işıqlı  gələcək, qayğısız uşaqlıq, xəfif kədər, həsrət,  gələcək 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
132
133
arzular, gənclik, gözəllik, sevgi, təbiət, vətən, azadlıq, insan 
ləyaqətinin və  ədalətin müdafiəsi kimi çağırışların  şahidi 
oluruq. Ənənəvi lirik nəğmələrin əksəriyyəti kədər və qüssə 
ilə doludur. Bunlara nümunə kimi «Əziz dost», «Külək 
əsir», «Mən harda olsam da», «Məni tərk etmə, sevgilim», 
«Sevgilinin həsrəti», «Sev gilim, nə vaxt qovuşarıq», «Mənim 
çiçəkli bağıma uçmursan» və başqalarını göstərə bilərik. 
«Əziz dost»  nəğməsindən aşağıdakı parçalara müraciət edək:
Hə, əzizim, mən çoxdan hiss edirəm,
Məni əvvəlki tək sevə bilmirsən.
İndi düşünürəm – mənə fərqi yox –
Daha əvvəlki tək əzizləmirsən.
Sənin qəlbin bir gülzardır məminçün,
Nə edim qarşımda qönçə açmadın.
Bəlkə gül yox, sən başqa qönçəsənmiş,
De, kimin önündə sən baş əyirsən?!
2
 -
Bu bəndlərdə  gənc oğlanın kədər dolu hissləri öz 
əksini tapmışdır. O, sevgilisinin onu əvvəlki tək sevə 
bilməyəcəyindən gileylidir. Ona görə qan-yaş tökür ki, bəlkə 
də qızın ona yazığı gələcək və düşünüb geri dönəcək. Gənc 
oğlan son dərəcə düşkün  əhval-ruhiyyədədir. O, bilir ki, 
 
ürəyini dələn bu sevgi çoxdan məhv olub və elə  buna görə 
də sevgilisindən ayrı olduğundan onun göz yaşı qurumur.
Gənc oğlanı baş qa  bir  fikir də narahat edir: görəsən nəyə görə 
sevgilisi qəlbini başqasına verir. 
Qaraqalpaq xalq nəğmələri daim zəiflərin və kömək siz-
lərin tərəfindədir. Təsvirin mərkəzində onların taleyi öz ək-
sini tapır, bu talelər bədliyə, böhtana, yalana qarşı saflığın, 
xe yir xahlığın, ədalətin qalib gələcəyini tərənnüm  edir. Qəh-
rəmanları müşayiət edən insanlar onların özündən daha qüv-
vətli göstərilir və burada onların, yəni qəhrəmanların mə nəvi 
qələbəsi daha güclü əks olunur.  
Xalq nəğmələrinin  əksəriyyəti sevgi mövzusundadır. 
Bu nəğmələrin mərkəzində  gənc oğlanlar və gözəl qızlar 
dayanırlar.  Əksər hallarda bu mahnılarda gənclərin nakam 
məhəbbətindən söhbət gedir. Nəğmələrin bir neçəsində gənc 
oğlanın sevgilisinin başqasına, daha varlı birisinə verildiyi 
göstərilir. Bu, «Məni tərk etmə, sevgilim» nəğməsində daha 
aydın görünür:
Bilirəm  quşlar uçur uzaq ellərə,
Tək yerin dəyişmir bu quş qarabay.
Məni tənha qouyb uçub getmə sən,
Məni yalqız qoyma sən, ay sevgilim!
Qoy lap uçub getsin payızda quşlar,
Bahar gələn zaman geri qayıdar.
Sən uçub getdinsə əlim üzülər,
Məni qoyub getmə, sən ay sevgilim! (c.123)
Burada sevgilisinin başqa bir oğlana verilməsini izlə yən 
gəncin hiss-həyəcanı relyefli əks olunmuşdur.  Bununla be lə 
qızı həqiqətən sevən cavan oğlan heç nə edə bilmir.  O, əzab 
çəkir. Bilir ki, sevgilisi onun yanına bir daha qa yı t ma ya caq, 
buna görə də darıxır, kədər, qüssə içində vargəl etməklə ni da 
edir: «Məni tərk etmə, sevgilim!». Demək olar ki, eyni ilə bu-
na uyğun bir ruhda digər bir nəğmə «Sevgilinin həsrəti» nəğ-
m  əsi də vardır ki, burada yenə də gənc oğlan və qız  dö zül məz 
vəziyyətdə təsvir olunurlar. Bu nəğmə formasına görə di gər-
lərindən fərqli olsa da, məzmun baxımından onlara ya xın dır:


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə