Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə46/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
182
183
… Xan bütün qohumları, yaxınları ilə birlikdə yanır. 
Ağsaqqallar qırx gün xanın qayıtmasını gözləyirlər. Xan isə 
qayıtmır ki, qayıtmır. Onda xalq xoşbəxtlik quşunu uçurur və 
xoşbəxtlik quşu gəlib Meytinin çiyninə qonur və, beləliklə, o, 
vilayətin xanı elan olunur.
«Gülziba» nağılında qədim qadağalar motivindən, 
tapşırıqlar yerinə yetirilməzsə, onun sonrakı  fəsadlarından 
danışılır. Məsələn, Gülziba Meytini bazara təsəklərlə 
göndərəndə ona bərk-bərk tapşırmışdı ki, heç kimə 
təsəklərin kim tərəfindən tikildiyini deməsin. Lakin Meytin 
Gülzibanın tapşırıqlarını yerinə yetirmədiyindən o, bir neçə 
dəfə cəzalandırılmışdır. Gülziba sandıqda gizlənən vaxt tacir 
onların evinə  gəldiyi anda gözünü yummamışdı  və  xışıltı 
eşidən kimi onu götürüb çıxıb getmişdi. Beləliklə, Gülziba 
özgə adamın  əlinə keçmişdir və bununla da ikinci qadağa 
pozulmuşdur və  qəhrəmanlar düşmən qüvvələrin təsiri 
altına düşmüşdülər. Belə motivin ibrətamiz kompozisiya 
funksiyası göz qabağındadır (Məsələn, tacir görür ki, o, gözəl 
Gülzibanı  əldə edə bilməyəcək, onda onu Meytinlə  birgə 
xanın yanına gətirir. Xan da Gülzibanı  ələ keçirsin deyə, 
Meytinin başına oyun açır, ona elə tapşırıqlar verir ki, onların 
yerinə yetirilməsi faktik olaraq mümkünsüzdür. Onların 
içində əzəmətli sarayların pələngin iri dişləri və quş lələkləri 
ilə tikilməsi və s. vardır). Bu nağılın məzmununda bir sıra 
çoxsaylı möcüzələr ortaya gəlir. 
Müxtəlif tipli düşmənlərə, sədlərə  və  çətinliklərə qarşı 
mübarizədə Meytinə Gülziba və müxtəlif qüvvələr kömək 
edirlər. Qəhrəmanın möcüzəli köməkçiləri sırasında böyük 
pələng, quşlar şahı və s. də vardır (məsələn, Meytin pələngin 
ayağından iri tikanı  çıxarıb onu ağrıdan xilas edəndə 
heyvanlar  şahı    pələng bütün pələngləri çağırıb hərəsinin 
ona bir iri diş verib Meytinə saray tikməyi tapşırır və o, xan 
üçün tikilmiş bu sarayı xanın əsabələrinə göstərir. Yaxud da 
Meytin əjdahanı öldürür, quşlar şahının balalarını xilas edir 
və o, Meytindən nəyə ehtiyacı olduğunu soruşub, bütün 
quşları çağırıb onların hamısının ona lələyindən verməsi ilə 
başqa bir sarayın tikilməsi üçün köməklik göstərir. Quşlar 
şahı Meytini və tikilmiş sarayı öz caynaqlarına götürüb xan 
meydanına gəlir. Yaxud da Meytini xan diri-diri tonqalda 
yandırmaq əmri verdikdə, quşlar şahı yenə də burada onun 
köməyinə  gəlir və Meytini bu bəladan da qurtarır və s.).
Digər qaraqalpaq sehrli nağıllarında olduğu kimi, bu 
nağılda da qəhrəmanı çoxsaylı sirli-sehrli möcüzələr müşayiət 
edir. «Gülziba» nağılında – bu, əjdahadırsa, «Cadugər» 
nağılında kəllədir. «Qızıl daş» nağılında bu, ilandır, «Varlı oğlu, 
kasıb oğlu» nağılında  bu kasıb oğlunu yemək istəyən qəddar 
qarıdır. «Ögey ana» da isə bu, küpəgirən qarıdır və s. Onların 
hamısı dünyada bədlik simvolu kimi çıxış edirlər. Onların 
qroteskli təsviri, hiperbolizasiya olunması  qəhrəmanların 
digərləri üzərində üstünlüyünü göstərir. Bununla belə bu 
nümunələrdə qəhrəmanın daim bütün düşmənlə rindən həm 
nəhəng, həm bacarıqlı, həm də hiyləgər olduğu göstərilir. 
Burada xalqın düşüncəsində təbiətin insana xidməti arzusu 
və  təbiət qüvvələri üzərində  qələbənin üstünlüyünü qeyd 
etmək istəyi dayanmışdır.
Qaraqalpaq sehrli nağıllarının  ənənəvi mövzularından 
biri iki bir-birinə qarşı dayanan xeyirxah və bəd qüvvələrin 
qarşılığının mübarizəsidir. Buradakı xeyirxahlıq daim bədlik, 
şər üzərində qalib gəlir. Bu mənada «Varlı oğlu, kasıb oğlu» 
nağılı daha maraqlıdır.
Nağılda göstərilir ki, bir məktəbdə varlı  oğlu ilə kasıb 
oğlu təhsil alırlar. Kasıbın oğlu, varlının oğlundan daha yaxşı 
oxuyur. Bəyin oğlu buna dözmür. Varlı oğlunun valideynləri  
uşaqdan nəyə görə onun əhval-ruhiyyəsinin yaxşı  olmadığını  
soruşduqda varlı oğlu elə şeylər tələb edir ki, onları tapmaq 
heç də asan deyildir. Hər dəfə  də  çətin hasil olası  şeylərin, 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
184
185
əşyaların dalınca kasıb oğlu göndərilir. Paradoksal görünsə 
də, hər dəfə kasıb oğlu bütün bu çətin tapılan şeyləri əldə edib 
geri qayıdır və bəy oğlunun bütün tapşırıqlarını yerinə yetirir. 
(Qeyd edək ki, ilk dəfə bəy oğlu qanadlı tulpar-at istəyir ki, o 
Barsa – Gelmez   (Varsa-Gəlməz) vilayətindədir. Qara qalpaq 
nağıllarında Barsa-Gəlməz Azərbaycan nağıllarındakı  Gedər-
Gəlməz kimi son dərəcə xoşagəlməz bir yerdir. Barsa-Gəlməz-
gedər-qayıtmaz deməkdir. Varlı oğlunun da istəyi bu idi ki, 
kasıb oğlu məhz getdiyi yerdən qayıtmasın. Bəy oğlunun 
tələbləri getdikcə artır. Bəy oğlu ay üzlü qəşəng bir qız da 
istəyir ki, o, da məhz Bay-Terek ağacının altındadır. Lakin buna 
baxmayaraq, hər dəfə də şər qüvvələr kasıb oğlunun dostuna 
çevrilir. Məsələn, qoca bir qarı oğlana köməyə gələrkən həm 
də ona üç oğlunu kömək etmək üçün dəvət edir. Beləliklə, 
qarının üç oğlu – Sarı-Dağ, Qara-Dağ, Göy-Dağ  kasıb oğluna 
xeyli kömək edirlər. Bəy oğluna qəşəng qızı gətirib çıxarmaq 
üçün oğlan yanar tonqala atılır və  qızın atası ilə mübahisə 
edir. Qarının oğullarından hər biri Sarı-Dağ, Qara-Dağ  və 
Göy-Dağ  birinci sutökən, ikinci dağları çevirən, üçüncü isə 
çox nadir eşitmə qabiliyyətinə malikdir. Bunun üçün qızın 
atası  oğlanın qarşısında beş  şərt qoyur. Birinci şərt su dolu 
vedrə ilə hündür ağaca qalxmaq və oradan aşağı düşməklə 
suyun bir damcısını da yerə tökməmək; ikinci şərt – bütün 
yarışdakıları çaparlıqda ötmək; üçüncü şərt – elə bir güləşçi 
ortaya çıxartmaq ki, o, digər güləşçinin gücünə tablamalıdır; 
dördüncü şərt – xan qızını axtarıb tapmaq; beşinci, sonuncu isə 
yanan tonqalın üstündə oturmağı bacarmaq. Lakin bu şərtləri 
yerinə yetirə bilən adamın sağ qala bilməsi də möcüzə kimi 
görünə bilərdi. Oğlanın dostlarından hər biri, həm sutökən, 
həm dağları çevirən, həm də nadir səs eşitmə qabiliyyətinə 
malik olanlardan, hər biri ona özünəməxsus şəkildə kömək 
edirlər. Kasıb oğlu xan qızını ələ keçirir, üstəlik tulpar at da 
onun olur. Öz ailəsi ilə şad-xürrəm yaşayırlar. 
Əgər ilk qaraqalpaq sehrli nağıllarında fantastik möcüzələr, 
simasız eybəcərliklər, məsələn, məkrli, son dərəcə xəsis, şər, 
lovğa, özündən razı varlıqlarla təsvir olunurdusa, sonrakı 
dövrdəki qaraqalpaq nağıllarında bütün bu xüsusiyyətlər 
qəhrəmanın düşmənləri üçün xarakterik olur. Demək olar ki, 
bütün nağıllarda xana münasibət həm gülməli, həm istehzalı, 
həm də  mənfidir.  Bu «Gülziba», «Cadugər», «Varlı  oğlu, 
kasıb oğlu» və digər nağıllarda da yaxşı nəzərə çarpır. 
Məlumdur ki, sehrli nağıllar xalqın estetik və  mənəvi 
ideallarının ifadəçisidir. Məhz buna görə  də sehrli nağıllar 
üçün qəhrəmanlar öz ağlı, düşüncəsi, digər sehrli qüvvələrin 
köməyindən istifadə edərək bütün çətinliklərə sinə  gərən, 
bütün sədləri aşıb keçən və daim həqiqət, ədalət axtaranlardır. 
Sehrli nağıllarda poetik xülyanın gözəlliyi, M.Qorkinin 
yazdığı kimi, şirin düşüncələrin təsiri altına düşməkdir ki, 
bu, da Şərq nağılları üçün də xarakterikdir. Onlar məhz xalq 
tərəfindən ortaya qoyulmuş yüksək sənət və  təcrübənin 
nəticəsi kimi dəyərləndirilməlidir. Estetik gözəllik və sosial 
həqiqətin təsdiqlənməsi pafosu – möcüzə  təhkiyə sinin 
mahiyyətini təşkil edir. Və  məhz bu da qaraqalpaq sehrli 
nağıllarının poetik formasının səciyyəvi xüsusiyyətini təyin 
edir. Sehrli nağıllar heç də qəhrəmanın birbaşa idealizasiya-
sının qarşısında dayanmırdı. Sehrli nağıllarda həm də mü-
kəm   məllik, qəhrəmanlıq, gəncliyin bütün gücü, böyüklüyü, 
qüvvəti, gözəlliyi, daxili hiss və  həyəcanları mövcuddur. 
Qəhrəman ların nə qədər daxili, xarici simaları gözəl görünsə 
də, onların  fikri xalqla birgədir, lakin insanlara bədbəxtlik 
gə ti rən bütün qəhrəmanlar simasız, eybəcər və komik per so-
najlardır.
Qaraqalpaq sehrli nağıllarının həm də olduqca mü kəm-
məl və ciddi kompozisiyası vardır.  Onlar bütün hekayəti 
vahid xətt altında özündə birləşdirmək ideyasına bağlıdır. 
Bununla belə qaraqalpaq nağıllarının süjeti heç də mürəkkəb 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə