Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
174
175
ilə gözəldir» və s. Əgər bu ifadələrə inanmış olsaq, deməli,
doğrudan da, nəğmə olanı əks etdirir, nağılsa
sadəcə olaraq
təxəyyülün köməyi ilə yaradılır və əgər nəğmənin gözəlliyi
onun ifasındadırsa, nağılın gözəlliyi bu nağılı düzüb qoşanın
bacarığında öz əksini tapır.
Nağıl fantastikası xalqın yaradıcı düşüncəsi sayəsində
ortaya çıxmışdır. Fantastikada isə güzgüdə olduğu kimi
xalqın həyatı, onun psixologiyası, dünya görüşü, düşüncələri,
gələcək haqqında arzu-istəkləri, onun gerçəkliklə qarşılıqlı
əlaqələrinin kon kret formaları yaranmışdır. Xalq həyatındakı
dəyişikliklər, heç şübhə siz ki, fantastik obraz və təsəvvürlər
də nağılın məzmununun dəyişməsinə gətirib çıxarmışdır.
Nağıl fantastikasının genezisini,
xarakterini və
mahiyyətini müxtəlif cür izah edirlər. M.Qorkinin dediyinə
görə, nağılda «təbiət hadisəsinin əksi olmaqla təbiətdə gedən
mübarizə və sosial həyatdakı bədii ümumiləşdirmələr əksini
tapır.
1
Hər bir tarixi mərhələdəki insanlar öz ideallarını əks
etdirməyə çalışırlar. Buna görə də nağıl qəhrəmanı müxtəlif
dövrlərlə əlaqələndirilir.
Bütün xalqların folklorunda fin folklorşünası Antti Aarne
tərəfindən XX əsrin əvvəllərində təsdiqlənmiş təsnifatı faktiki
olaraq müdafiə etmişlər. Bu baxımdan qaraqalpaq nağıllarını
da üç yerə bölmək mümkündür: sehrli nağıllar, heyvanlar
haqqında nağıllar və sosial-məişət nağılları. Qaraqalpaq
nağıllarında tez-tez həm də qarışıq tipli nağıl la rın şahidi ola
bilərik. Məsələn, qarışıq tipli nağıllarda həm sehrli, həmdəki,
sosial-məişət nağılları və yaxud digər tipli na ğıllarda o biri
nağılların elementlərindən istifadəni görə bilə rik.
Lap uzaq keçmişdə yaranmış sehrli nağıllar qaraqal paq
xalqı nın dünyanın yaranması, insanların
təbiət qüv vələ rinə
inamını, insanın bəd qüvvələrlə mübarizəsini, xeyir xahlığını
və ədalətliliyini əks etdirən və onun qələbə çalması ilə bağlı
nağıllardır. Daha doğrusu, bu nağıllar hələ totemist, animist,
antropomorfist düşüncə tərzi yarandığı dövrə təsadüf edir. Bu
bəşər övladının özünəməxsus həyatının elə bir mərhələsidir
ki, ondan olduqca maraqlı şəkildə ingilis alimi – etnoqrafı
və folklorşünası E.Taylorun əsərində bəhs edilmişdir.
2
(E.Taylorun bu əsərinin əhəmiyyəti xalqların tarixi,
mədəniyyəti, etnoqrafiyası, folkloru, o cümlədən, Afrika,
Asiya xalq la rının, bəlkə dolayısı ilə götürsək qaraqalpaqların
tarixi, mədəniyyəti və etnoqrafiyası ilə əlaqəli şəkildə
nəzərdən keçirilə bilər). Doğrudan da nağılların köməyi ilə
qarşımızda xalqın sanki minillik tarixi vərəqlənir.
Ümumiyyətlə, qaraqalpaqların da ən qədim zaman lar da
mövcud olmuş nağılların dan mənşəcə heyvanlar haq qında
nağılları qeyd etmək olar.
Lap qədim zamanlardan indiyə
qədər insanlar müxtəlif şəraitlərdə heyvanlarla ünsiyyətdə
olur, onların təbiətini, mahiyyətini öyrənir, onların
xüsusiyyətlərinə, xasiyyətlərinə, vərdişlərinə diqqət yetirir,
onlarla ya dost, ya düşmən olurlar. Məişət nağıllarında sehrli
fantaziya az olur, yəni onlar daha çox real gerçəkliyə, insan
həyatının məişətinə yaxınlaş dırılmış olur. Bu tipli nağıllarda
insanın daim işığa, xoşbəxtliyə, ədalətliliyə can atması digər
bəd qüvvələrlə - xalqı istismar
edən qüvvələrlə daim toq quş-
mada, ziddiyyətdə olduğu əksini tapır. Məişət nağılları sosial
məzmununa görə zaman etibarilə daha sonra yaranmış dır.
1. Sehrli nağıllar
Sehrli nağılları heyvanlar haqqında və digər nağıl
janrlarından onun müxtəlif təsəvvürlərə və onun şifahi
təhkiyə forması bağlılığı ilə birgə nəzərdən keçirmək
lazımdır. Qaraqalpaq sehrli nağıllarından heç biri möcüzəsiz,
hərəkətsiz, insanın bu və ya digər şəkildə məsələyə, yəni bəd
qüvvələrlə qarşıdurması, yaxud hansısa fövqəlqüvvənin
iştirakı olmadan mövcud deyildir. Qaraqalpaq
ların
sehrli nağıl süjetinin nüvəsində son dərəcə möcüzəli fikir
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
176
177
durur. Sehrli nağıllar öz əsasını xalq inamından götürür.
Onlarda ibtidai icma quruluşundakı sinkretik təfəkkürün
izlərini aydın görmək mümkündür. İnsan daim təbiət
hadisələrinə təsir etməyi arzu
edir və düşüncəsinin köməyi
ilə bütün təbiət qüvvələrini, təbiət hadisələrini özünə tabe
və öz fantaziyasından istifadə etmək istəyir. Bu mənada Karl
Marksın fikri daha çox diqqət çəkir: “Hər bir mifologiya təbiət
qüvvələrini öz düşüncəsinə uyğun olaraq tabe edir, onu
formalaş dırır və təfəkkürün köməyi ilə o yox olur, deməli,
bununla da təbiət qüvvələri üzərində hökmranlıq aradan
çıxır”.
3
1959-cu ildə Qaraqalpaqstanda «Qaraqalpaq xalq
nağılları» nəşr olun
muşdur.
4
2006-cı ildə isə “Qaraqalpaq
xalq nağılları”nı biz tərcümə edərək
Azərbaycan oxucusuna
çatdırmışıq.
5
Bu kitablara digər nağıllarla yanaşı, həm də
sehrli nağıllar «Gülziba», «Cadugər», «Qızıldaş», «Ögey ana»,
«Varlı oğlu, kasıb oğlu» və s. kimi nağıllar daxil edilmişdir. Bəs
onda qaraqalpaq sehrli nağıllarının ideya-tematik özünə məx-
susluğu, obrazlar aləmi, bədii xüsusiyyətləri nədən ibarətdir?
İlk növbədə qeyd edək ki, onların hamısı qaraqalpaq xalqının
ekstremal vəziyyətdə öz fantastik və mifik anlayışlarını ifadə
etdiyi dövrləri əks etdirir. Bu nağıllarda hər şey hiperbolizə
edilmişdir. Qəhrəmanlar həm yerdə, həm göydə, həm
mağarada, həm tüstü içində, həm suyun altında, bütün
yerdə iştirak
edə bilir, özlərini göstərir və ifadə edirlər. Onlar
yaşadıqları zamanlarda elə ağlagəlməz yerlərdə fəaliyyət
göstərirlər ki, daim müxtəlif tipli möcüzələrlə, sirli-sehrli
mövcudatlarla rastlaşır, bəzən əjdahaları öldürür, insanı,
kürreyi-ərzi möcüzələrdən xilas edir, bəzən çoxsaylı xəzinə,
qızıl, brilyant, almaz tapır və evə doğmalarının yanına varlı-
hallı, igid, batır kimi qayıdır və xan qızları ilə evlənərək özləri
hakimiyyətə yiyələnirlər.
Qaraqalpaq sehrli nağıllarının qəhrəmanlarının gəlinləri
adətən gözəl yerlərdə – insan ayağı dəyməyən, əl çatmayan
yerlərdə yaşa yırlar. Əksər hallarda sehrli nağıllarda sehrli,
möcüzəli əşyaların təsviri gedir. Onlar insan həyatını
gözəlləşdirir,
onu xilas edir, dirildir (məsələn, «Ögey ana»),
sandıqdan çıxan küpəgirən qarı ölüyə sehrli ağacla bir dəfə
vurmaqla onu dirildə bilir, ya sehrli təsəylə həm uşaq əldə
etmək, həm də çoxlu var-dövlət ələ keçirmək («Gülziba»)
imkanı qazanır, yaxud pələngin dişlərindən, quşların
lələyindən böyük, əzəmətli saray tikir («Gülziba»), yaxud
Simurq quşunun lələyini yandırmaqla tüstünün içiylə
göylərə qalxa bilir («Gülziba» nağılında Meytin çoban);
yaxud («Cadugər» nağılında) bütün otaqları açıb, 40-nı
açmaq istəyəndə qəhrəman cənnət bağında gözəl qızların
yanına düşə, kəllə ilə məsləhətləşməklə xoşbəxtlik əldə edə
bilir və i.a. və s.
Qaraqalpaq sehrli nağıllarındakı geniş obrazlar sistemi
və personajları arasında kamandan ox atanları, batır
ovçuları, ailənin kiçik oğ lu nu, sehrbaz qocanı,
onun sirli-
sehrli köməkçilərini (əjdaha, pə ləng, simurq quşu, ilan) və
s. göstərmək olar. Sehrli nağılların müsbət qəhrəmanlarının
hərəkət və davranışlarında qaraqalpaqların gözəl lik və
yüksəklik haqqında fikir və düşüncələri əks olunmuşdur.
Sehrli nağıllar qəhrəmanları idealizə etməklə onları
müxtəlif sınaqlardan çıxarır (Məsələn, Meytin «Gülziba»
nağılında, qız-kişi «Ögey ana» nağılında, cigit «Cadugər»
nağılında və s.), onları yüksək, müsbət xüsusiyyətlərlə,
keyfiyyətlərlə əks etdirir, onlar daim müvəffəqiyyət qazanır,
onların xüsusi köməkçiləri olur ki (bunlar tülpar-qanadlı
at, Qara-Dağ, Sarı-Dağ, Göy-Dağ, sutökən, güclü eşitmə
qabiliyyətinə malik olan, «Varlı oğlu, kasıb oğlu» və s.),
qaraqalpaq sehrli nağıllarından daha tipikləri qəhrəmanların
köməkçiləri olan tülpar, əjdaha, simurq quşu və s.
məqsədlərinə çatmaq üçün cigitlərdən, batırlardan, gənc-