Avto
Stop
30
Vaxt var idi
“
HUMMER
”
?
Vaxt var idi Amerika Birləmiş Ştatlarında ilk dəfə olaraq “Hummer” markalı avtomobil buraxılırdı. Bu sanki avtomobil deyil,
bir “yırtıcı” idi.“Hummer” “General Motors” konserninin bir hissəsini təşkil etsə də məhz bu marka “General Motors”a
şöhrət qazandırdı.“Hummer”lərin tarixi manevrli pikaplar peyda olunan vaxt start götürüb. Hərbi “Hamvi”lər (ilk dövrlərdə
“Hummer” avtomobillərini “Hamvi” adlandırırdılar) bataqlıqlardan, meşələrdən, yolsuzluqlarda asanlıqla keçirdi. Onlar hətta
düz divara belə dırmaşa bilir və eyni zamanda çox rahat hesab edilirdilər.
Avto
Stop
31
“
HUMMER
”
?
1970-ci illərin sonunda Amerika
ordusunun hərbi avtomobillərə ehtiyacı
yaranmışdı. Əslində ölkədə bu tipdə
maşınlar yox deyildi, lakin mövcud
avtomobillər silah daşımağa, digər işlərə
uyğun gəlmirdi. Və nəticədə “General
Motors” yeni hərbi avtomobillərin
hazırlaması üçün sifarişi aldı. Amma
şirkət digərlərindən fərqlənmək
üçün başqa bir üsula əl atmalı idi.
Onlar “dəmir atları”nı öz xətləri ilə
hazırladılar.Bu layihə “HMMWV
M-998” adlanırdı. Həmin avtomobillər
sözün əsl mənasında maneələrlə dolu
olan hər bir məkanda hərəkət etməyə
qadir idilər. Bu layihə gerçəkləşəndən
sonra “Hummer” Birləşmiş Şttaların
hərbi avtomobilinə çevrildi. Lakin
çoxlarının xoşuna gələn həmin model
başqa sferaya da adladı. Belə ki, bir
müddət sonra “General AM” və
“General Motors” şirkətləri vətəndaş
“Hummer”lərinin də sifarişilərini almağa
başladılar. Daha dəqiq desək “General
Am” konserni hərbi “Hummer”lər,
“General Motors” isə mülki variantı
hazırlayırdılar. Sifarişçilər isə gündəlik
istifadə üçün “Hummer”lərin bir qədər
balacasını, lakin hərbi avtomobillər kimi
hər bir yerdən keçə bilən formasını
istəyirdilər.İlk dəfə hərbi “Hummer”
ABŞ ordusunda 1983-cü ildə təqdim
olundu və 2 il sonra “General AM”
şirkəti ilə ordu arasında müqavilə
imzalandı. Özü də nəhəng bir müqavilə.
Razılaşmaya əsasən “General AM”
55.000 avtomobil hazırlamalı idi. İlk
dəfə 1989-cu ildə Panamada barıt iyini
“qoxulayan” “Hummer”lər çox keçmədi
ki, televiziya ulduzuna belə çevrildilər.
“General Motors” Pentaqondan savayı
adi insanların sifarişlərini də yerinə
yetirməyə hazır idi. Və rəsmi olaraq ilk
dəfə vətəndaş “Hummer”i 1992-ci ildə
təqdim olundu. Komlektasiydasından
asılı olaraq avtomobilin qiyməti 70.000
– 85.000 $ təşkil edirdi
Avto
Stop
32
Sizcə onun ilk alıcısı kim oldu? Bu məşhur aktyor Arnold
Şvartsneger idi. Hətta reklam məqsədi ilə “General Motors”
aktyora TERMİNATOR nömrə nişanını da təqdim etmişdi.
Ondan sonra “Hummer” alıcıları sırasına aktyor Silvestr
Stallone, Corc Lukas, Andre Aqassi, rejissor Stiven Spilberq
və başqaları da qoşuldu. İlk mülki “Hummeri–H1” adlanır və
o hazırki “Hummer” “baby”dən daha böyük idi. Düşünməyin
ki, “General Motors”un fəaliyyəti ideal şəkildə davavm edirdi.
Xeyr. Şirkət həmin dövrlər maddi problemlərlə üzləşdiyi üçün
“Hummer” makrasını satmaq qərarına gəldi. Əslində alıcıları
da yox deyildi. Onu ilk olaraq çinlilər əldə etmək istəsələr də
təklifləri qəbul edilmədi. Ekoloji baxımdan zərərli hesab olunan
“Hummer” maşınları 26 may 2010-cu ildə son nüsxəsini
konveyerdən buraxdı...
İlk mülki “Hummer” tək ABŞ-da deyil, ərəb ölkələrinin
şeyxləri tərəfindən də çox sevilirdi. Lakin maşının
istifadəçilərini həmişə bir məqam maraqlandırırdı: niyə
bu olçüdə olan avtomobilin salonu bu qədər sıx idi.
Əslində isə bunun səbəbi heç də sirli bir şey deyildi. Bu,
“Hummer”in ötürücü qutusunun və mühərrikinin arxa tərəfə
yerləşdirilməsinə görəydi. Mülki “Hummer”i öz “hərbi
qardaşından” yalnız qapılarının forması və kondsinoneri
fərqləndiridi.
“Hummer” H1 nadir avtomobillərdən biridir ki, istehsalı
dövründə onların qiyməti yalnız yüksəlib. Məsələn, H1 maşını
1992-ci ildə 40.000 $ satılırdısa, 2006-cı ildəki qiyməti 129
000 $ təşkil edirdi.
Amerikalılar bu maşını sevsələr də dediyimiz kimi, salonun
darlığı və yanacağı böyük həcmdə işlətməsi onun 2007-ci
ildə “10 ən pis” avtomobil siyahısına düşməsinə yol açırdı.
“Hummer” H2 modelinin işıq üzü görməsi isə ümumiyyətlə
problemli məsələyə çevrilmişdi. Çünki, “Daimler Chrysler”
“General Motors” şirkətini məhkəməyə vermişdi. Səbəbi isə
“Hummer”in radioatorunda da “Jeep” krossoverindəki kimi
7 şaquli xəttin olması idi. “Daimler Chrysler” bu elementin
yalnız onların istehsal etdiyi maşınlara məxsus olduğunu
bildirmişdi. Xoşbəxtlikdən o vaxt məhkəmə bu məsələni
müzakirəyə çıxarmadı.
34
Avtoidman
1
(indikator
3
) - DRS aktivasiyası.
2
- neytral.
5
- bayraq indikatoru.
6
- mühərrik qızmasının indikatoru.
7
- LSD displey.Adi rejimdə liderdən
geri qalma, dövrə vaxtını və ötürmə
vaxtını göstərir.
8
- bayraq indikatoru
11
(indikator
20
)- radio əlaqə
12
- pitleyndə sürət limiti
13
- ERS nizamlanması
14, 38
- tez nizamlama.Trasın
xüsusiyyətindən
asılı olaraq nizamlanır.
15, 37
(indikator
4, 9
)- differensial
nizamlanması.
16
- Displeydə olan informasiyaya
əlavə edilməsi.
17
- qaz pedalının həssaslığının
nizamlanması.
18, 34
(indikator
19, 33
)- ön və arxa oxlar
arasında əyləc balansının nizamlanması.
21
- ilişmə
22, 31
- əyləc balansının dəqiq
nizamlanması
23
- ötmə düyməsi, ötmə zamanı
və ya rəqibin hücumuna qarşı
istifadə
edilir
24
- yanacaq sərfiyatının
nizamlanması
25
- Şinlərin nizamlanması
26
- start zamanı ilişmənin
nizamlama
aktivasiyası
27
- multifunksional nizamlama
28
- əlavə çəndən yağ verilməsi
29
- fırlanma anının nizamlanması
30
- işəsalmanın nizamlanması
32
- təsdiqlənmə düyməsi, radio
əlaqə
işləmədikdə istifadə edilir.
35
- differensialların döngədə
işləmə rejiminin nizamlanması
36
- displeydəki informasiyaya
əlavə edilməsi
39
- pit-stopa daxil olmağa
hazırlıq haqqında təsdiqləmə.
Radioəlaqə tv vasitəsi ilə
yayımlandığına görə komanda
taktikasını gizli saxlamaq üçün
istifadə
edilir.
40
(indikator
10
)- əyləc
sisteminin
əlavə nizamlanması
Dostları ilə paylaş: |