Qaydaların kobudcasına pozulmasının, paytaxtdakı dözülməz tıxacların və s ciddi şəkildə artmasını kim inkar



Yüklə 382,59 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix01.06.2018
ölçüsü382,59 Kb.
#46947
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   15

Avto

Stop


18

YOL


QAYDA

POZUNTU


                    Ziya Bünyadov prospekti 

Avtonizam



Y

ol hərəkətinin təşkili ayrı bir elmdir.O elə təşkil olunmalıdır ki, sürücülər yollarda 

təhlükəli hərəkətlərə yol verməsinlər, getdikləri marşurutda çaşbaş qalmasınlar.

Həmçinin verilmiş kəsişmə,geridönmə,yolayrıcları və yol nişanlanma xətləri elə 

aydın yerləşdirilməli və nişanlanmalıdır ki, burada əlavə suala ehtiyac yaranmasın.

Bu dəfə sizə Ziya Bünyadov prospektindən bəhs etmək istəyirik. Prospektin "20 yanvar" 

dairəsi istiqamətində son tunelə çatmamış bir təhlükəli kəsişmə var. Qanun bizə deyir ki, 

biz normal hərəkət şəraitində yolun sağ kənar zolağı ilə hərəkət etməliyik. Birinci şəkildə   

vurğuladığımız nöqtədə  səkiləri çıxardaraq sağ kənar zolağa bir avtomobillik yer nəzərdə 

tutulur. Lakin əlavə məlumat verici heç bir nişan göstərilməyib. Yəni biz Z.Bünyadov 

prospektinin sağ kənar zolağı ilə hərəkət etdiyimiz zaman qarşımızdakı avtomobil həmin 

hissədən kənar zolağa keçdiyi anda təhlükə yaranır. Prospektdə heç bir nişanın olmaması 

bizim həmin kəsişmədə "sürprizlə" qarşılaşmamıza şərait yaradır. Qarşımızdakı avtomobil 

sağ zolaqda tormozlayıb keçə biləcəyi haqqında bir nişan olmaması digər sürücülərə , 

həmçinin həmin sürücünün özünə təhlükə yaranır. Əslində isə daha təhlükəsiz olması üçün 

öncədən ikinci şəkildə göründuyü kimi sağ kənar zolaqda təkrar olunmaqla sağa çıxış 

barədə nişan yerləşdirilməlidir. Belə olduğu təqdirdə yerdəyişmə edə biləcək avtomobil 

haqqında öncədən digər sürücülər məlumatlı olur, hər kəs özünə daha təhlükəsiz zolaq 

seçmiş olacaq.


Avto

Stop


19

                                 Təhlükəsiz  hərəkət istiqaməti

                                  Təhlükəli  hərəkət istiqaməti


Avto

Stop


20

Avtonişan



     

Maddə 59. Svetoforun siqnalları 

I. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün 

svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, 

qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə).

II. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və 

ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl 

ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl 

siqnalın səviyyəsində yerləşdirilir.

III. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır:

1) yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir;

2) yaşıl rəngli işığın yanıb- sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun 

vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan 

müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər);

3) sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların 

dəyişəcəyi barədə xəbərdarlıq edir;

4) sarı rəngli işığın yanıb-sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının 

və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir;

5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir;

6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir 

və tezliklə yaşıl siqnalın yanacağını bildirir.


Avto

Stop


21

IV. Svetoforun oxlar şəklində qırmızı, sarı və 

yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli 

dairəvi işıqların mənası ilə eynidir, lakin 

onların qüvvəsi yalnız oxlarla göstərilən 

istiqamətə (istiqamətlərə) şamil edilir. Həm 

də sola dönməyə icazə verən ox, müvafiq 

yol nişanının geriyə dönməyi qadağan 

etmədiyi hallarda, geriyə dönməyə də icazə 

verir. Əlavə bölmədəki yaşıl oxun da mənası 

belədir. Əlavə bölmənin işığının sönməsi bu 

bölmənin nizamladığı istiqamətdə hərəkətin 

qadağan edilməsi deməkdir.

V. Svetoforun əsas yaşıl işığının üstünə qara 

konturlu ox (oxlar) çəkilmişsə, bu, sürücülərə 

svetoforun əlavə bölməsinin olduğunu bildirir 

və əlavə bölmənin işığında göstəriləndən 

fərqlənən digər istiqamətlərdə hərəkətə icazə 

verir.

VI. Svetoforun işığı piyada (velosiped) silueti 

şəklindədirsə, onun  qüvvəsi yalnız piyadalara 

(velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl 

işıq piyadaların (velosipedçilərin) hərəkətinə 

icazə verir, qırmızı işıq isə onların hərəkətini 

qadağan edir. Velosipedçilərin hərəkətini 

nizamlamaq üçün həmçinin dairəvi işıqları 

olan kiçik ölçülü svetoforlardan da istifadə 

edilə bilər; həmin svetoforlara üzərində qara 

rəngli velosiped təsviri olan 200x200 mm 

ölçüdə ağ rəngli düzbucaqlı lövhə əlavə 

olunur.

VII. Kor piyadalara yolun hərəkət hissəsini 

keçməyin mümkünlüyünü bildirmək üçün 

svetoforun işıq siqnallarına səs siqnalı da 

əlavə edilə bilər.

VIII. Yolun hərəkət hissəsinin zolaqları 

ilə, xüsusən hərəkət istiqaməti əks 

tərəfə dəyişə bilən zolaqları ilə nəqliyyat 

vasitələrinin hərəkətini nizamlamaq üçün 

belə yollarda qırmızı rəngli X formalı siqnalı 

və aşağı yönəldilmiş oxşəkilli yaşıl siqnalı 

olan qarşılıqlı svetoforlar tətbiq edilir. Bu 

siqnallar onların altında yerləşən zolaqda 

hərəkəti müvafiq sürətdə qadağan edir 

və ya ona icazə verir. Qarşılıqlı svetoforun 

əsas siqnallarına diaqonal üzrə aşağı sağa 

və ya sola istiqamətləndirilmiş oxşəkilli 

sarı siqnal əlavə edilə bilər; onun yanması 

siqnalın dəyişəcəyini və oxun göstərdiyi 

zolağa keçməyin zəruriliyini bildirir. Hər iki 

tərəfdən 1.9 nişanlama xətti olan zolağın 

üzərində asılmış qarşılıqlı svetofor siqnalları 

yanmadıqda, bu zolağa girmək qadağandır.

IX. Tramvaylar, habelə digər ümumi istifadədə 

olan nəqliyyat vasitələri üçün ayrılmış 

zolaqda hərəkət edən həmin nəqliyyat 

vasitələrinin hərəkətini nizamlamaq üçün 

«T» hərfi şəklində yerləşmiş ağ-sarımtıl dörd 

dairəvi siqnalı olan birrəngli siqnal svetoforları 

tətbiq edilə bilər. Svetoforun aşağısında 

yanan siqnalla eyni anda yuxarıda yanan bir 

və ya bir neçə siqnal - hərəkətə icazə verir. 

Aşağı siqnalla birlikdə: yuxarıdakı sol siqnal 

yananda - sola, ortadakı yananda - düzünə

sağdakı yananda - sağa hərəkət etməyə 

icazə verir. Əgər yalnız yuxarıdakı üç siqnal 

yanırsa, hərəkət qadağandır.

X. Dəmiryol keçidində yerləşən dairəvi ağ-

sarımtıl siqnal nəqliyyat vasitələrinin keçiddən 

keçib getməsinə icazə verir. Yanıb-sönən 

ağ-sarımtıl və sönmüş qırmızı siqnal olduqda 

görmə sahəsi həddində keçidə yaxınlaşan 

qatarın (lokomotivin, drezinanın) olmadığı 

halda hərəkətə icazə verir.

XI. Azərbaycan Respublikasının müvafiq 

icra hakimiyyəti orqanının yol hərəkəti 

təhlükəsizlik komissiyasının qərarı olmadan 

onların ərazisində yerləşən yollarda 

svetoforlar qurmaq qadağandır.

XII. Yollarda svetoforların qurulması və 

onların lazımi vəziyyətdə işləməsinə nəzarət 

Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

XIII. Müvafiq qərar olmadan svetoforların 

qurulması üçün onları quraşdıran şəxslər 

məsuliyyət daşıyırlar.


Yüklə 382,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə