Qaydaların kobudcasına pozulmasının, paytaxtdakı dözülməz tıxacların və s ciddi şəkildə artmasını kim inkar



Yüklə 382,59 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix01.06.2018
ölçüsü382,59 Kb.
#46947
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   15


Avto

Stop


61

Şərəf

Lövhəsi

(Davamı növbəti səhifədə)




62

Şərəf lovhəsi



Bu şəkillərə ən yaxşı ad təklif edən 4 nəfərə 50 manat pul veririk. Təkliflərinizi 

Facebookda şərh bölməsinə və ya avtostop@avtostop.tv ünvanına göndərin.

Bu şəkillərə ən yaxşı ad təklif edən 4 nəfərə 50 manat pul veririk. Təkliflərinizi 

Facebookda şərh bölməsinə və ya avtostop@avtostop.tv ünvanına göndərin.

Müəllif: Qorxmaz Mustafayev


Avto

Stop


63

Bu şəkillərə ən yaxşı ad təklif edən 4 nəfərə 50 manat pul veririk. Təkliflərinizi 

Facebookda şərh bölməsinə və ya avtostop@avtostop.tv ünvanına göndərin.

Bu şəkillərə ən yaxşı ad təklif edən 4 nəfərə 50 manat pul veririk. Təkliflərinizi 

Facebookda şərh bölməsinə və ya avtostop@avtostop.tv ünvanına göndərin.


64

Avto


Stop


Avto

Stop


65

İ

nsanlar həyatlarının rahatlığı üçün nə qədər çox texniki vasitələr,  avadanlıqlar icad 

edirsə-etsin, hansı qaydaları, qadağaları qoyursa-qoysun yenə də məqsədinə tam 

şəkildə nail ola blmir. Əslində  bu “uğursuzluğun” səbəbini heç də icad etdiklərində 

deyil, sadəcə insanların öz səhlənkarlığında axtarmaq lazımdı. Elə götürək yollarda  

avtomobillərin yaratdığı problemləri. Çox zaman hamı baş verən qanqaraldıcı hadisələrə 

görə ilk  növbədə, özü də tam şəkildə  sürücüləri günahkar sayır. Qəza səbəbinin 

iştirakçılarından birinə çevirilmiş piyadalar isə  nədənsə obyektivdən kənarda qalır.   

Amma unudulmamalıdır ki, belə situasiyalarda bütün cavabdehliklər  sürücünün üzərinə 

qoyulmamalıdır. Əslində  bir çox hallarda qarşı tərəf də təqsirsiz  olmur. Çünki  bütün 

hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etmədikləri üçün problemlə qarşılaşırlar. 

İstər piyadalar, istər sürücülər bir qədər diqqətli olsalar o zaman onlara xətər yetirəcək 

qəzalardan da yan keçə bilərlər. 

  Gəlin etiraf edək ki, piyadaların sürücülük vəsiqəsi olmadığına görə, onlar oradan-

buradan eşitdikləri kimi hərəkət edirlər. Bir çoxları əmindirlər ki, yolu istədikləri yerdən keçə 

və ya “zebra” üzərində onlara sərfəli templə hərəkət edə bilərlər.

  Amma belə deyil.  Jurnalın bu səhifələrindəki yazılanları piyada kimi hərəkət edən  

məlumatsız yaxınlarınıza,  evdə olanlara  diqqətlə oxuyun və çalışın ki, onlar söylədiklərinizi 

yaxşı yadda saxlasınlar.  Çünki çox zaman belə piyadaların yolda-rizdə yanlış davranışları,  

səhv hərəkətləri  sürücü diqqətsizliyi, səhlənkarlığı ilə birləşib  faciəli qəzaların yaşanmasına 

səbəb olur. Bizim piyadalarımıza çatdırmaq istədiyimiz əsas tövsiyələr:


Avto

Stop


66

● 

•  Yolu mütləq piyada keçidindən, svetoforun qadağanedici (qırmızı işığı) sürücülər 

üçün yandıqdan sonra  keçin. Amma həmin vaxt vəziyəti də qiymətləndirin. Çünki 

svetoforun yaşıldan qırmızıya keçən son saniyələrində tez bir zamanda yolu keçməyi 

hədəfləyən sürücü qarşınıza çıxa bilər. Diqqət edin və avtomobillərin tam dayandığına 

əmin olun. Svetofor olmayan kəsişmələrdə də ehtiyatı əldən buraxmayın. Yol sizin olsa 

da, maşınlar yol versə də keçməzdən öncə  təhlükəsizliyə tam əmin olmalısınız. 

● 

•  Yadınızda saxlayın, siz yolu düzgün olmayan yerdən keçirsinizsə bütün sürücülər sizi 

gözləyəsi deyil. 

● 

•  Yolu adlayarkən sizin hərəkətləriniz, istiqamətiniz  dəqiq və oxunulan olmalıdır. 

Yolun hərəkət hissəsində artıq, əlavə hərəkətlər etməyin, irəliyə və ya geriyə səmt 

dəyişdirməyin, vəziyyətdən guya qurtaracağınızı düşünüb həyəcan içərisində 

qaçmayın. Günün qaranlıq zamanında yolun işıqlandırılmış hissəsindən keçin. Hava 

qaraldıqda açıq rəngli və ya işıqqaytarıcı rəngdə  geyinin. Çünki tünd libaslarda hava 

qaraldığı vaxt, xüsusən yağışlı olduqda kənardan sizin görüntünüz  çox pisləşəcək. 

● 

•  Əgər piyadalar üçün yol və ya səki yoxdursa avtomobillərin əksinə hərəkət edin. Yəni, 

eyni istiqamətdə, arxanızı avtomobil axınına çevirib getdikdə “Arxadan zərbə” filminin 

mənfi qəhramanlarından biri olmaq şansını qazana bilərsiniz..  

● 

•  Yola yatımlı, ayağınıza rahat olan ayaqqabıdan istifadə edin. Unutmayın, altı şürüşkən 

ayaqqabılar yol kənarında çox təhlükəlidir.

●  

•  Uşaq arabası ilə hərəkət edən analar! Daha diqqətli olun. Müşahidələr onu göstərir 

ki, çox zaman siz əvvəlcə uşaq arabısını yola çıxarır , daha sonra özünüz “səhnədə” 

peyda olursunuz. Belə etmək olmaz. İlk növbədə özünüz yola çıxaraq təhlükəsizliyə 

əmin olun, sonra uşaq arabasını yola çıxarıb ləngimədən yolun hərəkət hissəsini tez 

tərk edin.

● 

•  Uşaqla(larla) yol keçirsinizsə onun əlindən möhkəm yapışın. Əgər uşaq sizinlə 

ayaqlaşa bilməyib geridə qalacaqsa,  bu zaman onu qucağınıza götürün, amma onu  

qucağınızda avtomobillər keçən istiqamətdə saxlamayın.

● 

•  Yolu keçərkən qulaqlıqdan istifadə etməyin  və ya qəti surətdə  telefona baxmayın. 

Sizin ani diqqıtsizliyiniz ya canınızdan əziz bildiyiniz  övladınızın, ya da özünüzün  

həyatını, ən yaxşı halda isə sağlamlığınızı əlinizdən ala bilər. 


67

Avto


Stop


Avto

Stop


68

    Avtosual



Soruşun,mən cavab verim.

Dj.Tural


Sual:

   Yaşayış məntəqəsində 

təhlukəsizlik kəmərini baglamadan 

nəqliyyat vasitəsini idarə etmək 

inzibati xəta pozuntusu sayılırmı?

Cavab: 

 Yaşayış məntəqəsində kəmər 

bağlamaq şərtdir. Sürücü avtomobilə 

əyləşdiyi zaman təhlükəsizlik kəmərini 

bağlamalı və sərnişinlərin də kəməri 

bağlanmasını təmin etməlidir.Bəli buna 

görə sizə protokol tərtib oluna bilər.

Sual:

   Salam Tural bəy.Mən maşının qəza 

dayanma durma işıqlarına göy qırmızı vinil 

çəkmək istiyirəm.Vinil qadağandırsa göy 

qırmızı lampıçka qoya bilərəmmi,bu əlavə 

işıq avadanlığı sayılmır və konstruksiya 

dəyişikliyidə sayılmır.Bəs qadağandırmı? 

Qadağandırsa nəyə əsasən?Minnətdaram.



Cavab:

Salam. Ümumiyyətlə işıq faralarına 

və ya digər işıqlara vinil vurmaq qadağandır. 

Avtomobilin üçün nəzərdə tutulmuş işıq farası 

hansı rəngdədirsə onlara müdaxilə etmək 

olmaz.Qəbul edilmiş qaydalar əsasən stop 

işıqları qırmızı, dönmə işıqları narıncı,ön işıqlar 

ağ rəngdə olmalıdırlar.



Sualın var ? 

www.

avtostop.tv

 saytından 

sualını Dj.Turala ünvanla

Sual:

 Salam,DJ Tural bəy.Mən sürücülük 

məktəbinin BC vəsiqəsi üzrə təhsilini 

almışam.İndi istəyirəm ki, vəsiqəni B 

kateqoriyasi uzrə alım cünki təcrübi imatahanı  

keçə bilməyəcəm..Mümkündür elə bir şey ? 

Bunun üçün nə etməliyəm? Cavablandırsnız 

sevinərəm.



Cavab:

Salam. Salam. BDYP-də imtahan 

qeydiyyat şöbəsində ərizə yazarkən B 

kateqoriyası üzrə imtahan verəcəyinizi qeyd 

edin. 

Sual:

 Salam Tural bəy. İnşAllah 

yaxşısınız. Mən texniki passportu 

itirmişəm . Maşın lizinqdədir. Prosedur 

necədir nə etməliyəm? Öncədən 

təşəkkür edirəm



Cavab: 

 Qeydiyyat şəhadətnaməsi 

kimin adınadırsa qeydiyatda olduğu 

rayon üzrə BDYPİ-nə ərizə yazılmalıdır. 

Yeni qeydiyyat şəhadətnaməsinin 

rüsumu  17 manatdır.




Avto

Stop


69

Sual:

 Salam Tural. Maşın almışam 

maşının banka borcu var idi. Borc 

tam bağlanıb. Amma təmizlik kağızın 

vermir ki, bank satan adamın bacısına 

zamin durub. İndi isə bank maşına 

həbs qoyub. Mən nə edə bilərəm?

Cavab:

 Avtomobil sizin mülkünüz 

sayılmadığı üçün burada sizin hüquqi 

cəhətdən heç bir iddianız ola bilməz. 

Avtomobilin həbsi ləğv olunduqdan 

sonra bank kreditin bağlanması ilə 

əlaqəli DYP-ə məktub göndərməlidir. 

Bu məsələ zaminlə bank arasında həll 

olunmalıdır.

Sual:

 Salam Tural müəllim. Məni 

DYP saxlamışdı. Yanvar ayının 

23-ü. Saxlama səbəbi svetaforun 

tələbinin pozulmasıdır. H.Cavid pr-

dən Əbdürrəhmanbəy Haqverdiyev 

küçəsinə döngə zamanı olmuşdur. Bu 

yolda svetafor 2 isıqdan ibarətdir. 

Düz və sağa ayrı yanır. Men düz isıq 

yanan zaman sağa döndüm və mənı 

protokol tərtib olundu. Mən protokola 

öz şikayətimi yazdım. Lakin mənı 

şikayətə baxılmasi haqqında heç bir 

məlumat verilmədi. Mən bu protokolla 

bağlı DIN-nin 102 xidməti və 902- 

xidmətləri ilə əlaqə saxladım. Lakin 

902 qaynar xətdə mənimlə çox kobud 

danışıldı. Sizdən xahiş edirəm mənə 

bu problemlə bağlı köməklik edəsiniz.

Cavab:

 Salam. Svetaforun əsas 

bölümü yanan zaman sağa dönmək 

qadağandır. Qanuna əsasən sönmüş 

əlavə seksiya hərəkəti qadağan edir.

Siz svetaforun əlavə seksiyası yanan 

zaman sağa dönməli idiniz. Lakin 

902-də sizin sorğunuza cavab verən 

əməkdaşlardan DİN-ə müraciət edə 

bilərsiniz.



Sual:

   Salam Tural bəy. Bizim 

maşının barəsində qərar verilməyən 

və üzərindən 1 ilden çox vaxt keçən 3 

MMX radarı var . Biz nə etməliyik ki

bu MMX -lara xitam verilsin?

Zehmet olmazsa cavablandırardız

Cavab:

 Salam. Ünvanınıza 1 il ərzində 

protokol göndərilməyibsə,həmin 

qərara xitam verilir. Əgər MMX hələ 

də sistemdə görünürsə, lakin qərar 

yoxdursa BDYPİ-ə müraciət edərək 

onların sistemdən silinməsinə nail ola 

bilərsiniz.



Sual:

 Salam. Baş etibarnamənin vaxtı bitməyib,maşının sahibi olmadan maşını oğlumun adına 

qeydiyyata sala bilərəmmi? Əgər belə şey varsa rüsumu nə qədərdir?

Cavab: 

Salam. BDYP-nin imtahan qeydiyyat şöbəsində alqı-satqı müqaviləsi ilə avtomobili 

oğlunuzun adına qeydiyyata sala bilərsiniz. Rüsumlar 17 azn texpasport 22 azn qeydiyyat 

nişanı, 20 azn uçot qeydiyyatı əməliyyatına görə ödənilməlidir.



Sual:

 Salam aleykum. Tural belə bir sualım var. Bir maşın almışam, alanda satan dedi ki, 

maşının 4 radarı var, dedi ödəyərəm. Maşını general etibarnamə ilə almışam. bir aydan 

çox keçib, amma ödəmir, əlaqə də saxlaya bilmirəm. Maşını adıma keçirtmək istəyirəm. O 

radarları onun adına ərizə ilə "perevod" eləmək olarmı və maşını adıma keçirtmək istəsəm 

radarlara görə problem çıxacaqmı?



Cavab: 

Salam. Avtomobili qeydiyyata salmaq üçün həmin cərimələr ödənilməlidir. Cərimənin 

həmin şəxsin adına köçürülməsi mümkün deyil,çünki yenə onun adınadır. Avtomobil isə mülk 

olaraq sizin deyil.Sabah problem olmasın deyə siz mütləq cəriməni ödəyin, Qeydiyatda bununla 

bağlı problem yarana bilər.



 

70

IMTAHAN 



Suallardan 10-a da düzgün cavabı hamıdan tez avtostop@

avtostop.tv -ə ünvanına göndər və 50 manat hədiyyə qazan.

1.

                     

Bu nişanlardan hansı 1-ci və 2-ci qrup əlillərə aid deyil ?



2.

                                          

Bu nişan nəyə icazə verir ?



3.

                             

Nizamlayıcının bu əmri nəyi əmr edir  ?

A) 

1-ci və üçüncü 



B)

 

2-ci və 3-cü 



C) 

2-ci və 4-cü       

A) 

Yalnız sola dönməyə             



 

B)

 



Sola və geriyə dönməyə     

A) 


Hərəkəti qadağan edir.             

 

B)



 

Sola dönməyə əmr edir     

Avtoİmtahan



 

Avto


Stop

71

4.



                            

Sağa dönəcəksiniz bu zaman nə etməlisiniz ?



5.

            

                        Buradan geriyə dönmək olarmı ?



6.

                     

Motosikletçilərdən hansı qayda pozuntusu edib ?

A) 

1-ci və üçüncü 



B)

 

2-ci və 3-cü 



C) 

2-ci və 4-cü       

A) 

Hər iki zolaqdan dönə bilərəm 



 

B)

 



Zolağı dəyişib sonra dönmək lazımdır. 

C) 


Orta zolaqdan 

dönərəm.      

A) 

Görmə səviyyəsi 100 metrdən artıqdırsa 



             

B)

 



Xeyir      

A) 


Heç biri 

             

B)

 

Hər ikisi   



C)

 Sol kənardakı motosikletçi     




72

7.

               

Bu şəraitdə qarşıdan gələn yük avtomobilinə yol verməlisinizmi ?

8.

                             

Bu şəraitdə avtomobili dayandırmaq olarmı ?

10.

    

Yolun hərəkət hissəsində yerləşmə qaydasınıən pozulması neçə manat cərimədir ?

                                 A)

 

40 manat

              

B)

 

60 manat



                

C) 


20 manat

     


 

9.

   

Yedəyə alınan müxaniki nəqliyyat vasitəsinin qəza-durma işığı işləmirsə, avtomobilin 

arxasından bu nişanlardan hansı asılmalıdır ?

Müəllif: Tural Yusifov

A) 


Bəli             

 

B)



 

Xeyir     

A) 

 Qadağandır            



 

B)

 



Avtomobillə sol kənar zolaq arasında 3 m-dən artıq məsafə olduqda.     

A) 


1-ci

 

 



B)

 

2-ci   



C) 

3-cü      

Avtoİmtahan



10.

    

Yolun hərəkət hissəsində yerləşmə qaydasınıən pozulması neçə manat cərimədir ?

                                 A)

 

40 manat

              

B)

 

60 manat



                

C) 


20 manat

     


 

A) 


 Qadağandır            

 

B)



 

Avtomobillə sol kənar zolaq arasında 3 m-dən artıq məsafə olduqda.     

A) 

1-ci


 

 

B)



 

2-ci   


C) 

3-cü      




AVto

 

YUMOR



Avto

Stop


74

Trasda gedərkən maşını xarab olan bir kişi 

düşüb avtomobilin qəza işıqlarını yandırır, 

sonar “kapot”u qaldıraraq orada nasazlığın 

səbəbini tapmağa çalışır. Az sonar arxadan 

kiminsə ona dalbadal siqnal verir. Kişi 

həmin maşına yaxınlaşanda görür ki, 

siqnalına ara verməyən cavan, sarışın bir 

qadındı. Hösələli olmağa çalışır:   

– Niyə durub siqnallayırsız axı?.. Yandan 

ötüb gedin də...

– Qəribə söz danışırsız...  Siz dönmə 

işıqlarının ikisini də yandırmısız, mən 

də qalmışam naçar. Bilmirəm sağa 

dönəcəksiniz, yoxsa sola...

gedirəm.


Məşhur avtosalonların birində “VAZ”-la  

“Honda” konsernin nümayəndələri görüşürlər. 

Hal-əhvaldan sonra  “VAZ”-çı soruşur:

– Siz öz maşınlarınızın salonunda germetikliyi  

necə yoxlayırsınız?

“Honda”nın nümayəndəsi sakitcə cavab verir:

– Çox sadə yolla... Gecə qapı və pəncərələri 

bağlayıb maşının salonuna bir pişik salırıq. 

Əgər səhərədək pişik orada boğulubsa əmin 

oluruq ki, salon germetikdir. 

“VAZ”-ın nümayəndəsi də  bu sadə üsulun 

çox ucuz başa gəldiyini görüb ondan istifadə 

etməyə qərar verir. Onlar da konveyrdən 

çıxmış yeni marka “Jiquli”nin qapı-pəncərəsini 

bağlayıb salonuna bir pişik salırlar. Səhər gəlib 

görürlər ki, pişik yoxdu, qaçıb gedib.  

Yol polisi ölümünə sərxoş bir sürücünü 

saxlayır:

–  Heç cür başa düşmürəm, bu vəziyyətdə 

niyə sükan arxasındasız?!

– Bilirsiz, “rəis”, dostumun ad günüydü, beş 

nəfərə on arağı “vurduq”... Sonra qardaşı 

gəlib çıxdı, bizi restorana apardı. Beş nəfərə 

on beş arağı da orda “boğduq”. Sonra 

ürəyimiz pivə istədi. Getdik pivəxanaya 

adama on bakal pivə də  “vurduq”. Sonra 

dostlardan biri iki itirlik zoğal arağı qoydu 

ortalığa. Heç keçiləsi şey döyüldü... 

Əsəbləşən yol polisi:   

– Bu trubkaya  üfür görüm! – deyə səsini 

qaldırır. 

Kişi çox incik halda soruşur:

– Olmadı ki, “rəis”, mən boyda kişinin 

sözlərinə inanmırsız bəyəm?!.




Avto

Stop


75


Avto

Stop


76



Avto

Stop


78


79


Avto

Stop


80

Yüklə 382,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə