Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

 
74 
Batır almayan qalanı, 
De, arvad ala bilərmi?” 
Bazara gedən heyvanın 
Əvəzində bez alam, 
İlxını otarar onlar 
Arkanın şirin otuyla 
2170. Otlayırlar əcəbcə. 
Batıra “arvad” demək olmaz, 
Sən bunu necə dedin?! 
Bir yox, üç dəfə dedin, 
İndi növbən çatmayıb?! 
Görünmə sən gözümə, 
Necə batır olsan da, 
Evdə qalan Qurtqanı, 
Sən kimiyə dəyişməm. 
Amma Qurtqanın özü, 
2180. Kədərlə söylədiyi, 
Onun “əzizim” sözü  
Mənə səndən əzizdir. 
Koblan bu sözü atdı, 
Qaramansa incidi, 
Ayağın yerə çırpdı, 
Sonra düşündü - dedi: 
“Səndən lap zəhləm getdi, 
İnciyib geri döndü”. 
Dedi: “Qismətim varsa, 
2190. Mən qalanı alaram, 
Yox, əgər alammasam, 
Mənə qoy olsun ölüm. 
Xanımına diqqət et, 
De, neyçün kin saxladın? 
Koblan batır düşündü. 
Axı yal altda piydir, 
Bud əti də piy deyil, 


 
75 
Nə şəkərdir, nə baldır. 
Ancaq arvad sözündən, 
2200. Dostum mənim incidi, 
Arşın baş Burıl belində, 
Ardınca yorğa çapdı. 
O, buna qadir idi
Koblan atın çaparaq, 
Nəhayət ona çatdı. 
Koblan gəlib çatanda, 
“Əcəbcə payımı verdin”, -  
Gülüb dedi Qaraman. 
Batırınsa sevincdən 
2210. Başı göylərə dəydi. 
Qaraman Koblanla birgə 
Ordu yanına gəldi. 
Arkadan qalxıb onlar, 
Qala yanına gəldilər, 
 Koblan Burıla dedi: 
“Tülparım, deyim sənə, 
Sən də qulaq as mənə! 
İlxı yeyib tox olur, 
Arkanın otlağında. 
2220. Yal altda piy - bud hara, 
Şəkər hara, bal hara
Bugün yox ey, lap çoxdan 
Tülpar, sənin anan Qurtqa, 
Kalmıkın qazdığı dərin, 
Altı cərgəli xəndəyi, 
İstərdim atlanasan, 
Mənim gözəl Burılım. 
Yeddinci cərgəni də, 
Atlana bilərsənmi? 
2230. Üst dodağın tərpətdi, 
Alt dodağın tərpətdi, 


 
76 
Güc yığıb fısıldadı, 
Sonda Burıl söylədi, 
Elimi arxada qaldı, 
Hiddətin bəs deyilmi? 
Qurtqa mənim anamsa
Onunçun mən hazıram, 
Könüldən də bağlıyam. 
Əgər çətin olarsa, 
2240. Kömək olsun Qəmbər pir,  
Könlün alsın qoymasın, 
Bizim Koblan şirimiz, 
Xahişin belədirsə, 
Batırımız Koblandı, 
Çalışaram ötüb keçim, 
Keçmərəmsə qoy ölüm. 
Mənə uğur qismət et!” 
Bunu eşidib Koblan 
Burıl ata “şu*” – dedi. 
2250. Birdən düzəlib Burıl 
Atlandı irəliyə. 
Altı sıralı xəndəkdən, 
Yeddinci cərgədəki. 
Şəhərə dovşan tək qaçdı. 
Bax beləcə şəhərin 
Mərkəzinə yön aldı. 
Toz göyə duman oldu, 
At dırnağı dəyən yer
Titrəyir, həm əsirdi, 
2260. Koblan qalaya girdi. 
Qoçaq, cəngavərdir o, 
Hələ gənc gözəldir o,  
Qaraman yanında qaldı, 
Xan ətrafın fırlandı, 
Alnından da tər axdı. 


 
77 
Müşküldü qalaya girmək, 
Çoxlu əsgərlər görüb, 
Biləndəki, düşməndir, 
Şəhər əhli yığışdı, 
2270. Başda isə xan Qazan, 
Döyüşə hazır oldu. 
Arxadasa börigöz*. 
Həm maraqlı, müdrik söz. 
Görənlər unutmazlar, 
Aslan
 
kimi Koblanı, 
Çox görüb əsgərləri. 
Aslan olan Koblandı, 
Ordu üstə yeridi. 
Qırx min atlı qızılbaş, 
2280. Qolunda yaşıl bayraq. 
Aslan doğulmuş Koblan 
Cəngavərliyi bəyan, 
Könlü aşıb daşırdı. 
Düşmən görüb çaşırdı. 
Bax, bu vaxt ona qarşı, 
Qara qaşqa at minən, 
Quyruq, yala bərk döyən, 
Böyük batır qaydasıyla, 
Cəsur Qazan yeridi. 
2290. Dəbilqəni bağladı, 
Əsgərlərdən güc aldı, 
Məmnun idi hamıdan,  
Papağı gözü üstə basdı, 
Heyvanlara əl atdı. 
Lovğalandı gör kiməm, 
Gündə qırx dəfə çapdı, 
Dəri kürkün tərs geydi, 
Qızılbaşa sadiqdi, 
“Qazax” eşitdi atəş 


 
78 
2300. Sifətdən qar töküldü, 
Kiprik buzla örtüldü. 
On iki gündən bir yatar, 
On üç günündə yeyər
Şöhrətli batırıydı o, 
Qızılbaşlardanıydı o, 
Allahdan düşmən istərdi, 
Yoxsa kədərlənərdi. 
Nizəni tutduğu yerdən, 
Əl ilə tutmaqçün, 
2310. Məxmərlədi bu yerin, 
Hissi coşub-daşanda, 
Qar tək göyə sovruldu. 
Suda var sarı sazan, 
Molla verir beş azan, 
Ölkədə xan olanlar,  
Taxtdan kənar qalarlar?! 
Xanın oğlu Oaraul
Bəyin oğlu Bəyaul,  
Xan igidi yasaul*
 

2320. Xanın əsabələri, 
Hətta subayları da, 
Otuz törə qızılbaş, 
Hər birisi on təngə*.
 
Yatıb günün keçirdi, 
Əllərdə fitil silah, 
Qara şahin qoltuqda, 
Üç yaşlı çapar at tək 
Onlar hamısı gözlədi. 
İrəliyə atıldılar, 
2430. Qalada qan tökdülər. 
Piyadalara çatıb, 
Qızılbaş ordu yığıb, 
Koblan üstə yeridi. 


 
79 
Gün günorta olanda
Qırx min əsgər birlikdə, 
Qazan xan isə başda, 
Hər dəstədə, on əsgər, 
Arxada var börigöz, 
Müdrikdə ağıllı söz. 
2440. Batır Qazan əsgər yığdı, 
Koblana yaxınlaşdı. 
Tək onun yanına vardı. 
Bildi – Koblan əyilməz, 
Həm də ki dəymək olmaz. 
Atın yüyənin dartdı, 
Koblana bu an söz atdı. 
Aladağın* qırğızı, 
Geyimin ala, qırmızı. 
Atının boğazı ağrıyır, 
2450. Bəlkə o çox çapılır. 
Atının yalı yatıbdı, 
Görünür, gücdən qalıbdı. 
Gözlərinə qan çöküb, 
Görünür, sən az yatıbsan, 
Yuxuna haram qatıbsan, 
Nə şəhərə varırsan, 
Nə yerdə gecələrsən. 
Ay çal atlı gənc qırğız, 
Kimin oğlusan yalqız? 
2460. Atan söylə kim olub? 
Bir de, anam kim olub? 
Mən bir Batır Qazanam, 
Səndən cavab alaram. 
Mən zarafat sevmirəm, 
Tez də qəzəblənirəm. 
Çal at, ağ dəbilqəni, 
Ver, əllərim dəyməmiş. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə