Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

 
92 
Bir toy tutaq canına. 
Guya, o da batırdır, 
Qeyrətimi bilirsən. 
Nizəm dəyməmiş yağıya, 
2880. Arzum ürəkdə gedirəm
Koblan batırla razıyam. 
Hər ikisi də tələsdi, 
Oldular çox təlaşlı, 
Dualar yaddan çıxdı. 
Koblan dedi dünyadı 
“İstəsən, gedək” – dedi. 
Yola düşdü batırlar. 
Altın at yəhərləndi. 
İki batır birdən getdi, 
2890. Pirə dualar etmədi. 
Qalın kiyat qoşununa, 
Qazan əlindən aldığı, 
Çoxsaylı adamları, 
Qaraman, Koblan əkə, 
Kobiktinin qalasına 
Səfər edib yönəldi. 
Bazarda var ağ mata, 
Oynaqdı cavan pota. 
Bil, sözümdə yox xata.  
2900. Köp* qoşun ilə birgə, 
Gec çıxdılar səfərə. 
Kobikti xanın qalasın, 
Dan atanda gördülər. 
Bölünməyən yuxuya, 
Cızılmamış məzara, 
Birdən hər ikisi gördü. 
Quba* gölündə Kobiktinin 
İlxıları otlayır. 
Burda sarı, boz at çox


 
93 
2910. Yalquzaqlar pusquda, 
Səs-küylər çıxarırlar, 
Hamını bir yerə yığırlar. 
Bax, yan-yana çapırlar, 
İlxıları qovurlar. 
Böyük bir aşırım var. 
Yarğan, qurumuş çaylar, 
Orda atlar içində, 
Kobiktidə Tərlan at, 
Quyruq quşquyruğu tək. 
2920. Qanı təmiz, özü cins, 
Başın dartıb irəli, 
Göyə çəpəki baxdı. 
Batırı tanıyıb kişnədi, 
Qarşıda düşmən görüb, 
Sırtına quyruq saldı, 
Qalaya sarı yol aldı. 
Tərlan at qaçıb vardı, 
Dalınca ikisi yollandı. 
Qaytarmaq mümkün olmadı, 
2930. Tərlan yoldan qalmadı. 
Tərlana çatmağıyçün, 
Koblan Burılı danladı. 
Başını yerə saldı, 
Beləcə xeyli qaldı. 
Qırx üç gün gözləmədi, 
Burıl atdan qalmadı. 
Batır Koblan özü gördü, 
Qurtqaya o, inandı, 
Şolpan ulduz batanda
2940. Qızarıb gün çıxanda, 
O dağın yamacında, 
Dincəlmək istəyərkən, 
Koblanı yuxu apardı. 


 
94 
Qalaya kök at endi, 
Kobikti səs eşitdi, 
Atın gəldiyin gördü: 
Hücuma keçən düşmənə, 
Hirsləndi, qəzəbləndi. 
2950. Bazardan qaşıq gətirdi, 
Tərlan atı saxladı, 
Onu tez yaraqladı. 
Atın başından böyük, 
Yüyənə sancaq taxdı, 
Tərlan ata Kobikti, 
Bir yüyən də geydirdi. 
Tərlik qoydu belinə
Dizi altda daş sancaq, 
Öndə gedən ilxının,  
2960. Özü dalınca çapdı. 
Nizəsini götürdü, 
Ulduzları ötürdü, 
Şolpan ulduz batanda, 
Dan yeri qızaranda, 
Dağ suyu tək axaraq, 
Dəbilqəsə yanaraq 
Dedi: “Atlara dəymə”. 
Sonra Kobikti getdi, 
Belə söylədi. Getdi 
2970. “El yiyəsiz dedinmi?” 
Yer yiyəsiz dedinmi? 
Mal yiyəsiz dedinmi? 
Can yiyəsiz dedinmi? 
Otlaqda yatan ilxının, 
Kimsə ilxını qovan, 
Örüşdə yatan ilxının, 
Kimsə otun tapdaya, 
İlxım sakit otlardı, 


 
95 
Kimsən sən ox atırsan?! 
2980. Mənim göy otlağımda 
Niyə atəş açırsan?! 
İlxım sakit otlardı, 
Kimsən ki sən ilxının, 
Sakitliyin pozursan?! 
Batır igid hardasan?! 
Batır çıxış tapandır, 
Yaxşı kişi yamana, 
Yaxşılıqlar edəndir. 
Elə bu an Qaraman, 
2990. Kobiktini vurmağa, 
Nizəsini tuşladı. 
Dedi özün göstərsin, 
Allah kömək etmədi. 
Qaraman tutan nizə
Kobikti elə etdi, 
Heç ona tuş gəlmədi. 
Onu əlində olan, 
Sancaqla elə vurdu, 
Sanki dop*
 
kimi düşdü. 
3000. Dayanmadan Kobikti, 
Qaraman üstə şığıdı. 
Yapışdı boğazından, 
İstədi alsın canın, 
Kobikti Qaramanın. 
Küçük tək dişin qıcdı, 
Qoltuğundan bərk çıxdı, 
Kobikti fikirləşdi, 
Oyanıb getsə - olmaz. 
Koblan səmtə yol aldı, 
3010.  Batır yatan tərəfə, 
Doqquz qatlıq tor salıb, 
Möhkəm-möhkəm bağlayıb, 


 
96 
Dedi: “Toru qırammaz”. 
Koblandı oyananda  
“Dur” söylədi Kobikti. 
Koblan batır durmadı, 
Uyğusunu qırmadı, 
O, heç bilməmişdi ki, 
Yuxuda belə şey olar. 
3020. Hər şeyi aldı Kobikti, 
Batırda silah yox idi. 
Xəbərsizdi düşməndən, 
Başından dünya keçdi. 
Gözlənilmədən Koblan, 
Əsir düşdü düşmənə
Dabanına od dəydi, 
O andaca oyandı. 
Gərnəşdi Koblan batır, 
Dərk etmədi “nə” batır, 
3030. Düşmən onun önündə 
Bilmədi, niyə bu gündə?! 
Kobiktinin atdığı,  
Doqquz qatlı o torun, 
Beş qatı da qırıldı. 
Kobikti heyrətlənirdi, 
Koblansa deyinirdi. 
Koblandı batır çaşdı, 
Xoşbəxtliksə yan aşdı. 
Koblan qəzəblənirdi, 
3040. Həm də qeyizlənirdi. 
Kobikti dəmir çidarla, 
Qaramanla Koblanın 
Əl-ayağın bağladı, 
Sanki hər iki batırdan, 
Xoşbəxtlik üz döndərdi, 
Pirlər kara gəlmədi. 


 
97 
Batırlar çox yoruldu, 
Yeddi övliyalara, 
Dualar yaddan çıxdı. 
3050. Yoxsa pirlər onları, 
Nə iləsə səhv saldı?! 
Arzular yolda qaldı. 
Qoç batırla, qoç tülpar
İlxısına qoşuldu, 
Eldən çox tələf oldu. 
Mal otlayır örüşdə, 
Bax birdən düşmən tutdu, 
Bu gənc igid batırı. 
Günorta namaz vaxtı, 
3060. Koblan düşməni sıxdı, 
Həm qala səmtə çıxdı, 
Aşırım, təpə keçərək, 
Tərlan atın üstündə, 
Kobikti irəlidəydi, 
O, hamıdan güclüydü. 
Düşmənləri bağlayıb, 
Qalasına döndü o, 
İki düşmən batırın, 
Tülkü kimi asaraq, 
3070. Atının böyründən, 
Qapıdan içəri girdi
Tələsik atdan endi. 
Üz-gözü çox şişmişdi. 
Düz burun, qonur gözlü, 
Xoş sözlü, bəyaz üzlü, 
Qarlıqanı çağırdı,  
Kobikti belə söylədi: 
“Evdəsənmi, Qarlıqa, 
Yoxsa evdə deyilsən?! 
3080. Allahdan qaçmaq olmaz, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə