Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

 
86 
Günəş necə yandırsa, 
Şüası da keçməsə, 
Lap leysan yağış olsa, 
Lap səni islatsa da
Yaxası altın, yanı tunc, 
Davud döymüş dəbilqəm, 
Qalın düşmən ordusu,  
Mənim muncuq tək nizəm, 
2680. Həm də bu əsgərləri, 
Qılıncların ucundan, 
And içib keçirərəm. 
Ata, ana sevən canım, 
Ox atılsa - dəbilqəm, 
Saxlar məni salamat. 
Koblan sözləri atdı, 
Çox çətin görkəm aldı. 
Bildi pisdi vəziyyət
İşi olacaq əziyyət. 
2690. Onun güclü Burıl atı, 
Ayağın atıb oynadı. 
Batır doğulmuş Koblan, 
Düşmən başın kəsməsə, 
Nə dinc, nə sakit durmaz. 
Bax, beləcə düşünüb, 
Düşmən üstə yeridi, 
Qamətin tez düzəltdi. 
Çapdığı Burıl atın, 
Daşa dəydi dabanı, 
2700. Sanki qar şıxıldadı, 
Qopuz simin yağladı 
Təzə taxta qatranıyla. 
Batır döyüşə girir, 
Kafiri ölüm gözləyir
Allah olsun köməyin. 


 
87 
Altın qalpaq, tunc dəbilqə, 
Basdı gözü üstünə. 
İnsanlar, qulaq asın, 
Ağızdan çıxan sözümə. 
2710. Qırx min atlı qızılbaş, 
Mənim kimi batırçün, 
Sanki qırxca nəfərdir. 
Atdığım oxlar mənim, 
Hədəfi dağıtmasa, 
Kobləkəmin üzündən,  
Qabağından qar yağar. 
Kipriklərin buz tutar. 
O, yaman qəzəbləndi, 
Qəddarlaşdı, həm qızdı, 
2720. Beli soyuq dəmir qurşaqla, 
Elə bil ki, bağlandı, 
Kafirlərin üstünə, 
Batır Koblan şığıdı. 
Yalqız, təmtəkcə batır, 
Çapır, düşməni məhv edir
Sürüyə girmiş börü tək, 
Onları, bax məhv edir. 
Şir qulun üstə düşən tək, 
Həyəcandan qaçırlar, 
2730. Üç min atlı xəndəkdə, 
Dörd min atlı xəndəkdə. 
Bir-birinin ardınca, 
Yerə sərirdi batır. 
Geriyəsə dönərkən, 
Bir yerdə durdu batır. 
Ağ biləyə qan doldu, 
Bədəni lap ustaldı. 
Düşmən içindən keçib, 
Özün yaxşı göstərdi. 


 
88 
2740. Köməyi yox heç yerdən, 
Canı xuda əlində, 
Çadırda keçə boyda 
Bayrağın qaldıraraq, 
Düşmən qanlı bayrağı, 
Qırx min qızılbaş ordusu, 
Hər bir yana çiləndi, 
Sağ-salamat qalmadı, 
Düşmən qaçmağa üz qoydu. 
Koblan isə düşmənə
2750. İmkan belə vermədi. 
Onların yolun kəsdi, 
Hamısın bir-bir yıxdı, 
Həm bölük-bölük etdi, 
Cəsədlər çoxalırdı, 
Düşmənsə yoxalardı. 
Birin oxla biçirdi, 
Birinə qan içirirdi. 
Bax, belə Kobləkədə, 
Qılınc qana boyandı, 
2760. Qızılbaşlarsa yandı. 
Qalada qalmış yağılar 
Yuxudan oyandılar. 
Koblanla düz altı gün, 
Dalbadal vuruşdular. 
Düşmən çox vuruşsa da, 
Koblan irəlidəydi, 
Hamını məhv edirdi. 
Yeddinci gün günorta, 
Düşmənin hamısı öldü. 
2770. Nizəyə söykənərək, 
Koblan dayanırdı tək. 
Xanımlar bu qalada, 
Ərsiz yaşayırdılar,  


 
89 
Dul qalmışdı qadınlar. 
Yetim idi uşaqlar
Koblan heç dayanmırdı, 
Sanki dinclik bilmirdi, 
Qalanı dağıtmaqçün, 
Birdən atın oynatdı, 
2780. Qazanın Qırlıqalasına, 
Səmt alaraq getdi o, 
Koblan əl götürərək, 
Yeddi pirə dua etdi, 
Ağ şahin tək şığıdı, 
Aman vermədi elə, 
Sürünü çölə qoymadı. 
At üstə qalaya girdi
Düşmənin qanın tökdü. 
Toz oldu göyə duman, 
2790. Sağlığa yoxdu güman. 
Qadınlar dul qaldılar, 
Kişilər qul oldular. 
Varlı-hallı bilmədi, 
Hamısın ayaqladı. 
Altın yığdı çanağa, 
Səmtin tutdu qabağa, 
Qadın, uşaq bilmədi, 
Burda yalan yox, ağa. 
Qırx qapılı qalanı, 
2800. On səkkizinci gündə
O, yerlə yeksan etdi, 
Malı*, canları yığıb, 
Qapıları açdırdı, 
Hamını düzə çıxardı. 
Çöldə giləmeyvə bitir, 
Kiyatlar ondan yeyir. 
Yaman işi yaxşı olmaz, 


 
90 
Qisas qiyamətə qalmaz. 
Atanın altı oğlu olsa, 
2810. Əyində altın olsa, 
Qabağına mal qatıb, 
Pis işin yaxşı görməz, 
Koblan elə varanda, 
Qalada qalan o ərlər, 
Qənimətdən razıdırlar. 
Batır malı çıxaranda, 
Cüt dayanırdı onlar. 
Atadan pis doğulanlar, 
Müftəyə göz dikərlər. 
2820. Yığışaraq çadıra, 
Yaxşıca söhbətləşdilər. 
Nə haqda danışdılar? 
“Koblan elə varanda 
Qalanı aldım” deyəcək, 
“Qəniməti verdim,” - deyəcək. 
Kiyatın qalın əsgərinə, 
Kimin çatacaq gücü?! 
Koblan elə sağ varsa, 
Qədrimiz bilinməcək. 
2830. Yalqız qıpçaq atlısı tək, 
Necə - öldürüb getsək? 
Düşünüb fikir etdilər. 
Çox dunuğa getdilər, 
Səmt tutdular Kobləkəyə 
Almadılar heç kamı! 
Söydü, söyləndi hamı. 
Gecə yarı olanda, 
Söhbətlərin kəsdilər, 
Yarpaq təki əsdilər. 
2840. Arzular çin olmadı, 
Murad qəbul olmadı. 


 
91 
Qaraman bunu etdi
Dedi: “Yalnız bir cigit, 
Yoldaşın ələ verər. 
“Dayanın - əmr eylədi”. 
O, səmənd ata mindi, 
Yal, quyruğu uzundu, 
Bəxtdən gələn oyundu. 
Malı beş gün yemlədilər. 
2850. Altıncı gün kiyatlılar, 
Geriyə üz qoydular. 
Onlara verilmiş payı, 
Atlara yüklədilər, 
Birdən Qaraman düşündü. 
Nə üçün mən buradan, 
Boş əllə qayıtmalıyam?! 
Koblan üstə o, döndü 
“Ay həmtayım” deyərək, 
Onu burda səslədi. 
2860. Qaynar gücünü gördüm, 
Batırlığa vuruldum. 
Nizə işə düşmədi, 
Arzu həyata keçmədi. 
Sonra isə söylədi: 
“Bu gün eşitmişəm ki,  
Yaxın yerdə var qala, 
Kobikti xan hökmdar. 
Bəlkə ora gedərik, 
İlxıların qovarıq, 
2870. Qazandan aldığımız, 
Malsa qoy burda qalsın. 
Qoy burda otlasınlar. 
Kobikti gəlsə malına, 
Salarıq cəbr*
 
canına. 
Kobiktini öldürüb, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə