QəDİm diyari xinaliq azərbaycan Dövlət Nəşriyyatı



Yüklə 397,14 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix14.01.2018
ölçüsü397,14 Kb.
#20516
1   2   3   4   5   6   7   8   9   ...   15

diqqət  və  qayğının  nümunəsi  kimi  qiymətləndirilməlidir. 

Bütün  bunlar  mənə  “Azərbaycanın  qədim  diyarı  Xınalıq’’ 

adlı  bir kitabın  ərsəyə gəlməsi  üçün  mənəvi  dayaq  oldu.

Əlverişli  təbii-coğrafi  şəraiti  nəticəsində  dünyanın 

ən  qədim  sivilizasiya  mərkəzlərindən  və  ilk  insan 

məskənlərindən  biri  olan  Azərbaycan  ərazisinə  hələ  çox 

qədim  dövrlərdən  bəri  müxtəlif  qəbilə  və  tayfaların  axını 

baş  verirdi.  Bu  baxımdan  Azərbaycan  ərazisində  mindik­

lərdən  bəri  özünəməxsus  ənənəvi  mədəniyyət  formalaş­

mışdır.  Təsadüfi  deyil  ki.  zəngin  etnik  ənənələrini  qoruyub 

saxlmağı  bacaran  Azərbaycan  hər  zaman  etnoqrafik 

xəzinələr  müzeyi  kimi  dəyərləndirilmiş  və  Azərbaycanın 

tarixi-etnoqrafik  bölgələri  hər  zaman  etnoqrafların  diqqət 

mərkəzində olmuşdur.

Müasir dövrdə  azərbaycanlıların,  yəni  Azərbaycanda 

yaşayan  və  bütün  tarixi  dövrlərdə  çoxluq  təşkil  edən 

türkdilli  azərilərlə  bərabər  Azərbaycanı  onlar  qədər  öz 

doğma  vətəni  sayan  azsaylı  xalqlar  və  etnik  qrupların 

mənəvi  mədəniyyət  tarixinin  müqayisəli  şəkildə  tarixi- 

etnoqrafik baxımdan  araşdırılması  Azərbaycan  etnoqrafiya 

elminin qarşısında duran  mühüm vəzifələrdən  biridir.

Azərbaycanda  məskunlaşan  və  Azərbaycan  xalqının 

etnik  tarixində  özünəməxsus  yeri  olan  azsazylı  xalqların 

və  etnik  qrupların  vahid  ümumxalq  mədəniyyəti  əsrlər 

boyu  inkişaf  edərək  qarşılıqlı  mədəni  əlaqələr  və  ümum­

milli  mənəvi  mədəniyyət  əsasında  formalaşmışdir.  Bu  gün 

vahid  Azərbaycan  xalqınının  tərkib  hissəsi  olan  bu 

etnoslar  (buduqlar,  qrızlar  xinalıqlar,  udilər  və  b.)  ümumi 

məişətlərini  formalaşdırmaqla  bərabər  özlərinin  spesifikli­

yini  də qoruyub  saxlamışlar.

Azərbaycanın  nadir  etnoslarından  olub  yalnız  bir 

kənddə  məskunlaşan  və  özünəməxsus  etnik  tarixə  malik



6


olan  xınalıqlara  həsr  etdiyimiz  bu  tədqiqatın  məqsədi  bu 

etnosun  mənşəyinin,  məişətinin  bəzi  spesifik  xüsusiyyət­

lərini,  qədim  inanclar  sistemini  müqayisəli  şəkildə, 

Azərbaycanın  digər  bölgələri  və  bütövlükdə  türk  dünyası­

nın  adət-ənənələri  ilə  paralellər  apararaq  ümummilli  vahid 

tarixi  köklərimizi  araşdırmaqdır.

Bunu  da  bildirmək  istəyirik  ki,  xınalıqlarm  mənəvi 

mədəniyyətinin  belə  müqayisəli  şəkildə  öyrənilməsi 

indiyədək  xüsusi  tədqiqat  obyekti  olmamışdır.  Tədqiqata 

əsasən  Xınalıq  kəndində  topladığımız  zəngin  etnoqrafik 

çol  materialları  cəlb  olunnaqla  bərabər  müxtəlif  səciyyəli 

yazılı  mənbə,tarixi-etnoqrafik  ədəbiyyatlardan  da  istifadə 

olunmuşdur.

Yeri  gəlmişkən  etnoqrafik  ekspedisiyalar  zamanı 

bizə  yardımçı  olmuş  Mədəniyyət  və  Turizm  Nazirliyinin 

Quba  rayonu  mədəniyyət  şöbəsinə,  bizə  bələdşilik  edən 

insanlara  və  qonaqpərvər  Xınalıq  əhalisinə  öz  təşəkkürü­

müzü bildiririk.



Məhəbbət Paşayeva,

tarix elmləri namizədi,  dosent.

7


I F Ə S I L

etnik

 

tarix

 



 

etnogenetik

ƏLAQƏLƏR

Bu  gün  Azərbaycanın  etnik  xəritəsində  sayı  cəmi  bir 

neçə  min  olan  və  bir  neçə  kənddə  yaşayan,  tarixi  -  

etnoqrafik  ədəbiyyatda  “Şahdağ  xalqları"  adlandırılan 



xınalıqlılar,  buduqlular,  qrızlar,  haputlar 

Azərbaycan 

tarixində  izləri  olan  etnik  qruplardir.  Quba  rayonu 

ərazisində  Şahdağ  ətrafında  yerləşən  bu  azsaylı  xalqların 

maddi  və  mənəvi  mədəniyyətinin,  etnik  xüsusiyyətlərinin 

araşdırılması  bütövlükdə  Azərbaycan  ifnənəvi  mədəniy­

yətinin  ümummilli  xüsusiyyətlərinin  və  dərin  tarixi 

köklərinin üzə çıxarılmasında mühüm rol  oynayır.

Yüksək  dağ  silsilələri  əhatəsində  yaşayan,  keçilməz 

yolları  olan  və  belə  coğrafi  mövqeyinə  görə  təcrid 

olunmasına  baxmayaraq  hələ  XVIII  əsrdən  “Şahdağ 

xalqları”nın  mənşəyi,  məişəti 

tədqiqatçılarda  maraq 

doğurmuş,  bir  sıra  tarixi-etnoqrafik  məlumatlar  dərc 

edilməsinə səbəb olmuşdur (1,  80-82).

XVIII əsrin  II yarısınadək  Azərbaycanın  xanlıqların­

dan  biri  olan  Şamaxı  xanlığına  tabe  olan  Şahdağ  kəndləri 

daha  sonra  digər  Azərbaycan  xanlığı  -   Quba  xanlığının 

tərkibində  olmuşdur.  XIX  əsrin  əvvəllərində  isə  Rusiya 

imperiyasının  Azərbaycandakı  inzibati  islahatları  nəticə­

sində  Bakı  quberniyasının  Quba  uezdində  Qrız,  Cek,  Əlik 

kəndlərinin  də  daxil  edildiyi  Xınalıq  və  Buduq  mahalları 

yaradılmışdı. 

Əsasən 


Xınalıq, 

Hapıt, 


Qrız, 

Buduq 


kəndlərindən  Şahdağ  xalqlarının  bir  hissəsi 

(qrızlar, 

buduqlar,  hapıtlar) 

XIX  əsrin  ortalarından  etibarən 

köçərək  Quba  qəzasının  Müşkür  (indiki  Xaçmaz  r-nu)  və

8



Şabran  mahallarında,  həmçinin  Göyçay,  Şamaxı  qəzala­

rında Buduqlu,  Ağyaz  Buduq,  Güney  Buduq  (Qarabulaq), 

Dirşalı Hapıt, Qaradağ Hapıt, Hapıtlı Məlikli,  Şıx Hapıt və 

s. adlı kəndlər saldılar (2, 96-97;3,  15).

Şahdağ  xalqlarının  mənşəyi  haqqında  müxtəlif 

nöqteyi-nəzərlər  mövcud  olsa  da,  son  tədqiqatların 

nəticəsində  Şahdağ  qrupuna  aid  olan  xalqların 

qat,  hər 

kimi  qədim  tayfalarının  varisləri  oiduğu  təsdiq  edilmişdir. 

(4,  156-161)  Tədqiqatçıların  da qeyd etdiyi kimi,  Xınalıq,, 

Haput,  Buduq  əslində bu  etnosların  adım  deyil,  erkən  orta 

əsrlərə  aid  mənbələrdə  adı  çəkilən  və  Qafqaz  Albaniya­

sının  şimal-qərbində  yerləşən  qədim 



hər 

və 


qat 

tayfalarının  məskun  olduğu  Xeni,  Hər,  Bed  mahallarının 

adını  əks  etdirir.  Bu  tayfalar  qarlı  dağ  aşırımlarından 

keçərək  Azərbaycanın  şimal-şərqində  məskunlaşmışlar (5, 

83-85;  6,  61 ;7,  168).  Xınalıq  kəndinin  əhalisinin  də 

əcdadlarının qədimdə Tufan dağı  ərazisində yerləşən Xeno 

şəhərindən 

gəldiklərini 

söyləmələri 

dəfələrlə 

elmi 

ədəbiyyatda  qeyd  edilmişdir.  XIX  əsrə  aid  mənbələrdə  də 



Azərbaycanın  şimal-qərb  hissəsindən  Xınalıq  ərazisinə 

qarlı  dağ  aşırımlarından  keçən  yol  barədə  məlumat  verilir 

(8,  394).  Qeyd  etmək  lazımdır  ki,  Tufan  dağı  məhz 

Xınalıq  ərazisi  ilə  şimal-qərbi  Azərbaycan  arasında 

yerləşir.  Görünür,  elə  bu  səbəbdən  də  Xınalıq  sakinləri 

Tufan dağını müqəddəs hesab edirlər.

Şahdağ  etnik  qrupuna  daxil  olan 

haputlar 

da 


əcdadlarının  ərəb  işğalları  zamanı,  Həmə  adli  bir şəhərdən 

gəldiklərini  söyləyirlər.  Qeyd  etmək  lazımdır  ki,  Qafqaz 

Albaniyasının 

şımal-qərb 

ərazisində, 

(müasir  Şəki- 

Zaqatala  bölgəsi)  Alazan  və  İori  çaylarının  qovuşduğu 

yerdə  Hərənta  və  Homabuc  adlı  şəhərlər  mövcud 

olmuşdur  (6,  62).  Ehtimal  etmək  olar  ki,  Şəki-Zaqatala

9



Yüklə 397,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə