9.
A rx eo lo q içesk ie i etnoqrafiçeskıe izıskaniya v A zer-
baycane. (1977q ) Bakı 1980.
10.
Murad Adjı. Evropa, tyurki, V elikaya Step. M . . 1998.
11.
N ek lyu d ov S. Y. M ifo lo g iy a tyurkskix i m onqolskix
narodov. T yurk ologiçesk iy sbom ik 1977. M . , 1981.
12.
Ştem berq İ. Y. Pervobıtnaya religiya v svete etnoqrafii.
L . , 1936.
13.
Q eybullayev Q. A zərbaycanlılarda ailə və nikah. I hissə.
Bakı, 1994.
14.
P aşayeva M .
A zərbaycanlıların toy
m ərasim lərində
ayinlərin rolu. F olklor və etnoqrafiya. 2005. N 3.
23
Ill F Ə S İ L
ŞAHDAĞ X A LQ LA RIN D A PIR İN A N CLA RI
Azərbaycanın qədim və səfalı guşələrindən biri olan
Quba bölgəsində, Şahdağ, Tufan dağı, Baba dağı, Qiblə
dağı kimi yüksək dağ silsilələri arasında yerləşən Xınalıq,
Hapıt, Qrız, Buduq kimi kəndlər tarixin və təbiətin
yaratdığı özünəməxsus etnoqrafiya muzeyini xatirladır. Bu
ərazidə məskunlaşan və tarix i-etnoqrafik ədbiyyatda
“Şahdağ xalqları” kimi ümumiləşdirilən xınalıqlar qrızlar,
buduqlar haputlar dünyanin etnik xəritəsində yalnız
Azərbaycanda qeydə alınmışlar. Özləriaə məxsus etnoq
rafik
xüsusiyyətləri
ilə
seçilən
bu
etnik
qruplar
Azərbaycanın qədum sakinlərindən sayılırlar.
Hər bir xalqın mənəvi mədəniyyətinin bünövrəsini
təşkil edən müqəddəs yerlər (ziyarətgahlar, ocaqlar, pirlər
vəs.) millətin mənəvi kimliyini ortaya qoyur. Əsrlər öncə
torpaqlarımızda yaşayan soydaşlarımızın bizə miras
qoyduqları bu qiymətli dəlilləri araşdırmaq maddi və
mənəvi mədəniyyət tariximizi zənginləşdirmək baxımın
dan mühüm elmi əhəmiyyət kəsb edir. Bu qədim sitayiş
yerləri xalqın tarixinin izlərini yaşadan və keçmişlə bu gün
arasında körpü yaradan mənəvi sərvətdir.
Azərbaycanın bütün bölgələri kimi, Quba rayonu
ərazisində Şahdağ ətrafında yerləşən Xınalıq, Qrız Haput,
Buduq kəndləri də müxtəlif pirlər, ziyarətgahlarla zən
gindir. Şahdağ kəndlərindəki pirlərdə də bütün Azərbay
can ərazisində olduğu kimi İslamdan öncəki inancların
izləri özünü açıq-aşkar biruzə verir. Eyni zamanda bu pir
inancları islami düşüncə tərzinə də uyğunlaşdırılmışdır.
Şahdağ ətrafında yerləşən bu pirləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
24
1. Oda, suya, mağaralara, dağa, daşa sitayişin
izlərini daşıyan təbii məbədlər - Xınalıq atəşgahı, Qırx
Abdal piri, Küləxana piri, Babadilim piri və s.
2. Atalar-əğcdadlar kultu ilə bağlı olan nəsli qəbilə
başçısı, müqədəs şəxslərin qəbir abidələri - “Şıx İsrafil
baba”, “Şıxsalburuz baba”, “Cabbar baba”, ’’Xıdır Nəbi”
pirləri, Möhüc baba piri və s.
XIX əsrədək Azrbaycanın
əksər bölgələrində
olduğu kimi Şahdağ kəndlərində də hər bir məhəllənin öz
piri var idi. Olduqca mürəkkəb qohumluq ənənələri olan
azərbaycanlılarda nəslə daxil olan qohum ailə qrupları
arasındakı əlaqə sosial, iqtisadi amillərlə bərabər, real və
mifik əcdadlara münasibətlə də müəyyənləşirdi. Belə ki,
hər bir nəsil öz keçmişini, mənşəyini təsdiq etmək üçün
mənsub olduqları qəbilə və tayfaların mifk və ya real
banisi
olan
əcdadlarını
müqəddəsləşdirirdi.
Şahdağ
kəndlərindəki pirlərin də əksəriyyəti ilə bağlı rəvayətlərin
mərkəzində, əsasən ilk əcdadın müqəddəsləşdirilərək ilk
insanla eyniləşdirilməsi durur. Şahdağ əhalisi də bütün
azərbaycanlılar kimi əcdad kultunun nişanəsi olaraq
valideynlərindən başlayaraq qəbilə və tayfalarının banisi
olan əcdadlarına diqqət və hörmət göstərərək onların dəfn
olunduqları torpaqları müqəddəsləşdirir, hər bir məhəllə
özünü müəyyən real və ya mifik əcdalar nəslinin bir
hissəsi hesab edərək əcdadının yatdığı topaqı pir hesab
edir Bu pirlər:
Xınalıq atəşgahı.
Xınalıq kəndinin 5-6 km-liyində
Qızıl qaya dağı yaxınlığında yerləşən və xınalıq dilində
“Ca yuvr ciqa” (od yeri) adlanan (1, 14) təbii yanar qazın
çıxdığı ərazi yerli əhali tərəfindən müqəddəs ocaq kimi
qəbul edilən təbii məbədlərdən biridir. Adətən ailə
qurmaq, övlad sahibi olmaq diləyilə Xınalıq atəşgahına
25
gələn yerli əhali qurbanlıq heyvanı kənddə kəsdirərək
onun ətini bu müqəddəs ocağa gətirib yerdən çıxan alov
dilimləri üzərində bişirirdilər və ziyarətə gələnlərə nəzir
kimi paylayırdılar. Lakin bu atəşgahın atəşpərəstlik etiqadı
ilə bağlı olduğunu düzgün hesab etmək olmaz. Çünki
atəşpərəstlikdə odun ailə və ocaq qoruyucu funksiyası
yoxdur (2). Həm də Zərdüşt kahinləri insan nəfəsinin belə
müqəddəs odu kirlədəcəyindən qorxduqları üçün hətta
ağızlarını və burunlarını da bağlayaraq oda yaxmlaşdiqları
halda, türklər hər zaman oda təmizləyici element kimi
baxmışlar. Bizans mənbələrində də türklərin oda qoruyucu
və paklandırıcı bir qüvvə kimi sitayiş etdikləri barədə
məlumatlara rast gəlinir (3, 497-500; 4, 95-103). Məsələn
tuvalılar hər gün oda yemək verərək “Müqəddəs od bizi
təmizlə və bizə rəhm et!” deyə dua edirlər (5, 167). Sibir
və Altay türklərində də od ruhuna pay ayrilmsı adəti
mövcudur. Xınalıq atəşgahında da qurbanlıq ətinin yerdən
çıxan alov dilimləri üzərində bişirilməsi və nəzir kimi
paylanmasınin məhz bu qədim türk inancının izlərini
daşıdığı şübhəsizdir. Eyni zamanda türklərin od və ocaq
ruhuna sayqı işarəti olaraq odun üstünə pis və çirkli şeyləri
atmaqdandan da çəkindikləri məlumdur (6, 106). Yəqin ki,
elə bu səbəbdən Xınalıq atəşgahında da heyvan kəsmək,
ocağı çirkləndirmək günah sayılırdı. Adətə görə qurbanlıq
heyvan ancaq kənddə kəsildikdən sonra onun əti atəşgaha
gətirilirdi.
Xınalıq atəşgahında odla fala baxma ənənəsi də
geniş yayılmışdı. Ailə qurmaq, övlad sahibi olmaq diləyilə
ziyarətgaha gələnlər bişirdikləri qurban ətini nəzir kimi
payladıqdan sonra niyyətlərinin qəbul olub olmadığını
bilmək üçün od falına da baxardılar. Bunun üçün alovun
çıxdığı yerin yaxınlığında kiçik bir çala qazaraq ora od
26
Dostları ilə paylaş: |