yaxınlaşdırardılar və əgər yerdən alov dilimləri çıxardısa
diləklərinə çatacaqlarına inanırdılar. Pirə gələn qızlar və
gəlinlər ağac budaqlarından beşik düzəldərək ona alov
yaxınlaşdırardılar. Əgər həmən yerdən alov çıxmazdısa
bu, fala baxan qız və ya gəlinin sonsuz olacağı demək idi.
Əksinə alov püskürərdisə gəlinin övladı
olacağına
inanardılar (7, 59). Ümumiyyətlə, türk mifoloji sistemində
ailə, soy simvolu olan od-ocaq ailə ocağını qoruyan,
uşaqlara can verən bir inancdır və göylərin bir parçası
kimi qəbul edilən od hər cür bəladan qorumaq gücünə
sahibdir. Günəşlə bağlı şəkildə mövcud olan od kultuna
şumerlərdə də rast gəlinir (2, 22). Qeyd etmək lazımdır ki,
qədim
türklərin
od
vasitəsilə
gələcəyi
öyrənmək
istədikləri, odla fala baxma ənənələri, oda gələcəkdən
xəbər verən bir varlıq kimi baxılması barədə Bizans
mənbələrində də məlumatlar mövcudur (3, 497-50).
Göründüyü kimi Xınalıq atəşgahında icra olunan ayinlər
qədim
türk
inanclar
sisteminin
izlərini
qoruyub
saxlamışdır.
“Qırx Abdal” piri
(şəkil 5). Ziyarətgahlardan biri
də Xınalıq kəndinin 2 km-liyində yerləşən “Qırx Abdal”
adlı su piridir. İri qaya altinda bir neçə bulağın olduğu və
qayadan damcılayan su damlalarının da bəzən nazik bulaq
çevrildiyi “Qırx Abdal” ziyarətgahı su kultu ilə bağlı
pirdir. Uşaq diləyilə bura gələn sonsuz qadınlar budaq
lardan beşik hazırlayar və qaya çıxıntılarından asardılar.
Daha sonra da pirə nəzir kimi gətirdikləri halvanı
paylayardılar.
Bundan başqa, Xınalıq kəndi yaxınlığında dağ
yarğanindan çıxan Alxas bulağının suyu da kənd əhalisi
tərəfindən müqəddəs hesab edilirdi. Kənd əhalisinin
söylədiyinə görə təqribən aprel ayından başlayaraq bu
27
yarğandan su çıxmaqa başlayır və payızın axırında kəsilir.
Övlad işəyən qadın və ya hər hansı bir niyyət tutan adanı
yazın ilk günlərində dağ yarğanından açılan suyun ilk
şahidi olardısa, muradına çatacağına inanırdı.
Maddi və mənəvi mədəniyyətlərinin bir sıra ənənəvi
xüsusiyyətlərini
bu günümüzədək qoruyub saxlamış
“Şahdağ xalqlarında” kökü patriarxal-nəsli icma qurulu
şuna gedib çıxan qədim ənənəyə görə hər bir ailə icma
sının (məhəllə) öz piri mövcud idi. Azərbaycanın əksər
bölgələrində olduğu kimi, Şahdağ kəndlərində də pirlərin
əksəriyyəti böyük ailə və ya patronomiya başçılarının,
ağsaqqaların dəfn olunduğu yerlərdir. Şahdağ kəndlələ-
rində pir adlarınin tərkibindəki nəslin başçısı, əcdad
anlamına gələn “baba” sözü də buna sübutdur. Məsələn,
“Cabbar baba piri”, “Şıx Şalburuzbaba pir”, “Şıx İsrafil
baba piri”, “Möhüc baba piri “, “Muğan baba piri" və s.
Pir Cömərt
və ya Əbu Müslüm məscidi (şəkil 6).
Xınalıq kəndinin ən qədim və ən əsas piri sayilir.
Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün
məscidləri pir adlandırır. Yerli əhalinin söylədiklərinə
görə Xınalıq əhalisi islamı ilk dəfə məhz Pir Cömərtdə
qəbul etmişlər və Əbu Müslüm bu kəndə islamın banisi
olmuşdur. Bundan sonra bu qədim sitayiş yerinin adi
müsəlmanlaşdırılaraq Əbu M üslüm məscidinə çevrilmiş
dir. Məscidin bu yeni islami adınin mənası da da bu fikri
təsdiq edir. Məlumdur ki, Əbu Müslüm Azərbaycan
dilində müsəlmanların atası deməkdir. Ümumiyyətlə,
tədqiqatçılar bu pirin islamdan öncə də sitayiş yeri olması
barədə
müxtəlif
ehtimallar
irəli
sürmüşlər.
Bəzi
tədqiqatçılar “Piri Comərt” abidəsinin adını qədim dini
rəvayətlərdəki insan nəslinin banisi, ilk insan Qomardla
əlaqələndirirlər 8, 59.) Digər ehtimala görə bu abidənin
28
yerində Günəş məbədi yerləşmişdi və ərəblər kəndi
tutduqdan sonra bu qədim ibadətgahı müsəlmanlaşdır-
mışdılar (1). Zənnimizcə, bu daha məqsədəuyğun fikirdir.
Etnoqrafik
çöl
ekspedisiysı
zamanı
bu
abidənin
divarlarında üzərində balıqqulaqları olan çox iri daşların
da olduğunu müşahidə etdik və bu tip daşlara yalnız
kənddən xeyli aralıda yerləşən Qiblə dağında rast gəlinir.
Xalq arasında gəzən rəvayətə görə bu pir ata-oğul
tərəfindən tikilib. Bu daşları əfsanəvi və qeyri-adi gücə
sahib olan oğul Qiblə dağından bura tullamış, atası isə bu
piri dağın təpəsində tikmişdir (informator R. Məlikli).
Məlumdur ki, şumerlər də məbədlərini yüksəkliklərdə,
dağın təpəsində inşa edirdilər. Üzərində baliqqulaqı olan
daşlar da hər halda qədim dini təsəvvürlərin ilərini daşıyır.
Belə ki xalq içərisində qarnıyarıq, qız muncuğu və s.
adlarla tanınan belə balıqqulağılar Xınalıqda da qız uşaq
larının paltarına bədnəzərə qarşı tikilirdi. Ümumiyyətlə,
belə balıqqulağı muncuqları Azərbaycan ərazisində e. ə.
son əsrlərə aid küp qəbirlərindən tapılmışdir (9). Beləliklə,
bu qədim pir inancının nümunəsində bir daha aydın olur
ki, xalq İslam dini ilə bərabər öz əvvəlki inanc sistenini də
qoruyub saxlamağa çalışaraq özündən əvvəl yaranmış dini
ənənlərlə birləşdirərərək spesifik bir sintez yaratmışdır.
Maraqlıdır ki, bu qədim ziyarətgaha xalq arasında
bəzən “Bürc məscidi” də deyilirdi (10, 170)). Məlumdrur
ki, qədim türk tayfalarından olan qıpçaqların da bir qolu
bürc adlanırdı (11, 78). Bu məlumat bəlkə də Şahdağ
xalqlarının qədim türk köklərindən xəbər verir. Qeyd
etmək lazımdır ki, bəzi Avropa mənbələrində qıpçaqların
qet adlandırıldığı məlumdur (12, 77). Xınalıqların özlərini
“ket” adlandırmasını nəzərə alsaq onların qədim qıpçaq
tayfalarının izlərini daşıdığını ehtimal etmək olar.
29
Dostları ilə paylaş: |