WWW.KİTABXANA.NET
Milli
Virtual Kitabxana
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ VƏ HÜQUQ İNSTİTUTU
Qədim Yunan Fəlsəfəsi Antologiyası
Redaktorlar: Fəlsəfə elmləri doktoru Ə.S.Abasov, N.A.İmanov
Rəyçi: Fəlsəfə elmləri doktoru Ə.F.Abbasov
Bakı, 2002
Azərbaycan Milli Elmlər Akademiyası Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunda hazırlanan bu
kitabda antik fəlsəfənin yarandığı dövrdən, antik fəlsəfənin ən parlaq nümayəndəsi olan Aristotelə qədər
inkişafı öz əksini tapmışdır. Redaktorlar heyəti qədim mütəfəkkirlərin əsərlərindən onların dünyagörüşünü
daha çox səciyyələndirən fikirlərdən ibarət mətnləri kitaba daxil etməyə çalışmışlar.
Kitab ali məktəb tələbələri, aspirantlar, ümumiyyətlə, fəlsəfə tarixilə maraqlanan geniş oxucu kütləsi üçün
nəzərdə tutulmuşdur.
* * *
İçindəkilər
-
ANTİK FƏLSƏFƏ HAQQINDA
- I fəsil. ƏN QƏDİM ANTİK FƏLSƏFƏ.
Milet məktəbi: Fales, Anaksimandr, Anaksimen, Heraklit.
Pifaqor məktəbi: Pifaqorçular bütövlükdə, Pifaqor, Alkmeon, Filolay.
Eleya məktəbi: Eleatlar bütövlükdə, Ksenofan,
Parmenid, Zenon, Empedokl, Anaksaqor
- II fəsil. SOFİSTLƏR.
Sofistlər bütövlükdə, Protaqor, Gorgiy, Prodik, Frazimah, Hippiy, Antifont. Levkin - Demokrit. Epikur
- III fəsil. PLATON.
Fedon. Parmenid. Dövlət.
- IV fəsil ARİSTOTEL.
Metafizika. Kateqoriyalar. İkinci analitika. Fizika. Ruh haqqında. Etika. Siyasət.
1
- QEYDLƏR VƏ İZAHATLAR.
ANTİK FƏLSƏFƏ HAQQINDA
Antik fəlsəfə - eramızdan əvvəl VII əsrin sonundan başlayaraq qədim yunan quldarlıq
cəmiyyətində və
eramızdan əvvəl II əsrdən başlayaraq qədim roma quldarlıq cəmiyyətində, eramızın VI əsrinin
əvvəllərinədək inkişaf etmiş fəlsəfi təlimlər məcmuu-bəşəriyyətin fəlsəfi şüurunun inkişafında vahid və
özünəməxsus hadisədir. Antik fəlsəfə, qədim şərq mədəniyyətinin onun çox mühüm tərkib hissəsi
olan elmi-
astronomik, riyazi, fiziki biliklərin həmin dövrün sosial, iqtisadi və mənəvi təcrübəsinə uyğun anlayışların
əsasında, həmçinin dünya və insan haqqında fəlsəfi fikrin mifoloji təsəvvürlərdən uzaqlaşması nəticəsində
təşəkkül tapmışdır. Artıq eramızdan əvvəl VI əsrdə "milet məktəbi" adı ilə tanınan filosofların - Falesin,
Anaksimandrın, Anaksimenin fikirlərində, təbiət hadisələrinin bütün müxtəlifliyini izah edə bilən ilkin
əsasın, yaxud ilk başlanğıcın təyin edilməsi cəhdlərinə rast gəlirik. Fales - suyu, Anaksimen - havanı,
Heraklit - odu, eleya məktəbinə mənsub olan Ksenofan və Parmenid isə torpağı belə ilk başlanğıc hesab
etmişlər. Təkcə Anaksimandr qədimdə dağılmaz ünsür sayılan qeyri - müəyyən bir ünsür olduğunu
göstərirdi
və onu "apeyron" adlandırmışdı.
İbtidai animizm ənənələrini davam etdirən ilk filosoflar öz təlimlərində təbiəti antropomorfik (insana
bənzətmə) və sosiomorfik (cəmiyyətə bənzətmə) nöqteyi-nəzərindən izah etməyə səy göstərirdilər, məsələn,
bu baxışlara görə təbiətdə hər bir ilk başlanğıca cəmiyyətdə olduğu kimi ali hakimiyyət mənsubdur. Təbii
şeylərin qarşılıqlı münasibəti, şəhər əhalisinin üzvləri arasındakı qarşılıqlı münasibətə uyğun olaraq baş
verdiyi göstərilirdi və bununla bağlı mənəvi kateqoriyalar, çox vaxt isə "ədalət" anlayışı işlədilirdi. Digər
baxışlara görə təbiətdə hər şey ruha malikdir: Heraklitə görə psiheyalar (yəni ruhlar) sudan buxarlanırlar,
Anaksimenin fikrincə isə onlar havadan ibarətdirlər. Canlı və cansız, psixi və fiziki bu dövrdə hələ vahid bir
şey kimi qavranılırdı.
Bununla belə, qədim təbiət fəlsəfəsində bənzətmə təkcə antropososiomorfik deyildi. Təbiətin anlaşılmayan
hadisələrini-meteoroloji, astronomik, kosmik və sair-qədim mütəfəkkirlər analogiya yaxud onlara məlum
təbiət hadisələrilə birbaşa eyniləşdirmə vasitəsilə aydınlaşdırmağa çalışmışlar. Eksperimental tədqiqat
metodu
onlara demək olar ki, bəlli olmadığından (axı istehsal o dövrdə əsasən əl əməyi və çox sadə alətlərin
tətbiqi üzərində dururdu), qədim mütəfəkkirlər təbiət hadisələrinin sadəcə müşahidə metodundan geniş
istifadə etmişlər.
Erkən yunan fəlsəfəsinin ən parlaq nümayəndələrindən biri də Heraklitdir. Böyük mütəfəkkir, bütün antik və
avropa-bizans orta əsr fəlsəfə tarixini keçərək bizim dövrədək gəlib çıxan "loqos" sözünü, özünün loqos
haqqında təlimilə ilk dəfə daxil etmişdir. "Loqos" termini çoxmənalı olub söz, nitq, ağıl,
məntiqə uyğun əsas
bildirirdi. Bu da təsadüfi deyildi. Qədim yunanların təbiət fəlsəfəsində insan təbiətin ayrılmaz hissəsi
sayılırdı və buna görə də həm "söz", həm "ağıl" Heraklit üçün təkcə insana subyektiv mənsub olan deyil,
şeylərin özünün mahiyyətini ifadə edirdi. Heraklitə görə loqos təbiətdə maddənin dövranı haqqında
təsəvvürləri, daima canlı odu ifadə edir. Sonralar, eramızdan əvvəl IY əsrin sonu və bizim eranın birinci
əsrlərinə kimi, stoiklər
məktəbi mövcud olan zaman, bu anlayış təbiət hadisələrinin qanunauyğunluqlarının
anlanılmasında əsas rol oynamaqda davam etmişdir. Heraklitin ardınca stoiklər də bu qanunauyğunluqları
dövri fəaliyyətdə olan kimi təsəvvür etmişlər. Onların qənaətinə görə, hər biri min il davam edən dövr
hüdudunda oddan yaranmış dünya, onda olan bütün imkanlar tükəndikdən sonra elə od tərəfindən udulur və
bundan sonra, əvvəlkini eynilə təkrarlayan yeni dünya əmələ gəlir.
Erkən filosofların görüşlərində o dövrki elmin, ilk növbədə riyaziyyatın nailiyyətləri nəzərə alınsa da, ancaq
ümumilikdə o
mücərrəd fikirlərdən, fərziyyələrdən ibarət idi. Bu, eramızdan əvvəl V əsrin ikinci yarısı VI
əsrin əvvəlində Levkip və Demokritin təlimində özünü xüsusilə qabarıq göstərir. Buna baxmayaraq, ilk dəfə
Levkip tərəfindən ifadələnmiş və sonradan Demokrit tərəfindən inkişaf etdirilmiş prinsiplərin dərinliyi və
2