Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Sekst adv. math. VII 60. (Protaqor) deyib ki, təxəyyülün bütün məhsulları və bütün fikirlər həqiqidir, həm də 
bir kəsə təzahür edənlərin yaxud bir kəsin təsəvvürünə gələnlərin hamısı bilavasitə ona münasibətdə mövcud 
olduğundan, həqiqət nisbi olana mənsubdur. 
 
Platon Cratyl 385 E. (Protaqor) deyib ki, bütün şeylərin meyarı insandır, yəni şeylər mənə necə  təzahür 
edirlərsə, onlar mənim üçün belədir də, sənə (onlar) necə (təzahür edirlərsə), sənin üçün onlar belədirlər. 
 
Protaqor (Platonda Theaet. 166D-167V). Doğrudan da, mən təsdiq edirəm ki, həqiqət mən təsvir etdiyim 
kimidir; yəni bizlərdən hər kəs mövcud olanın və mövcud olmayanın me(yarıdır. HƏQİQƏTƏN də, biri 
üçün bir şey, başqası üçün başqa şey mövcud olduğundan və təzahür etdiyindən, intahasız olaraq bir [insan] 
digərindən elə bununla fərqlənir. Ancaq mən müdrikliyi və müdrik insanı qəbul etməməkdən uzağam. 
Əksinə, əgər bizlərdən kiminləsə zahiri və həqiqi olan şər baş verərsə, onu zahiri və həqiqi olan xeyirə 
çevirməyi bacaran kəsi, məhz onu mən elə müdrik adlandırıram. Amma mən düşünürəm ki, ruhun pis 
[şikəst] halında, həmin bu [hala] uyğun fikirləri, [yəni] pis fikirləri olan [insanı], [ona qayıtmış] yaxşı hal, 
özünə uyğun olan [yəni yaxşı fikirləri] olan edir. Sonuncu təsəvvürləri bəziləri bilməməzlikdən həqiqi 
adlandırırlar, mən isə heç də bir qisim fikirlərin digərlərinə nisbətən daha həqiqi olduğunu deyil, yalnız daha 
yaxşı oldduğunu qəbul edirəm. 
 
Diogen Laertsiy IX 51. [Protaqor] birinci olaraq deyib ki, hər bir şey haqqında bir-birinə əks iki fikir var... 
Və [bir də o deyib] ki, hər şey həqiqidir. 
 
Aristotel Rhet II 24. Bu "çox zəif nitqi çox güclü etməkdir". Buna görə də Protaqorun elanı (peşəsi) 
camaatda haqlı hiddət doğurur. Çünki [onun işi] yalandır, həqiqət deyil, yalnız zahiri həqiqətəoxşarlıqdır, və 
[ona] yalnız ritorika və eristikadan başqa heç bir sənətdə [yer yoxdur]. 
 
 Protaqor (Yevsaviyada Praer, evang, XIV 3,7). Tanrılara gəlincə mən nə onların mövcud olduğunu, nə 
mövcud olmadığını, nə onların görnüşcə necə olduqlarını bilə bilmərəm. Çünkü (bunu) bilməyə çox şey 
mane olur: həm (məsələnin) aydın olmaması, həm insan ömrünün qısalığı. 
 
 
GİORGİY  
 
İsokrat 10,3. Doğrudan da, cəsarət edib-"mövcud olanlardan heç bir şey mövcud deyil"- deyən Gorgiyə 
məgər bir kəs üstün gələ bilərmi? 
İsokrat 15,268. Gorgiy isə [öyrədirdi ki] tamamilə heç bir varlıq yoxdur, 
Aristotel Rhet, III 18, Gorgiy düz deyirdi ki, rəqiblərin ciddiliyini zarafatla yox etmək lazımdır, zarafatını 
isə- ciddiliklə, 
Sekst adv. math VII 65 [FİLOSOFLARIN] elə həmin dəstəsindən olan Gorgiy Leontinli, Protaqorda və onun 
ardıcıllarında [olduqlarından] fərqli mülahizələr əsasında [həqiqət] meyarını inkar edən  dəstəyə başçılıq 
edirdi. Məhz "Mövcud olmayan haqqında, yaxud Təbiət haqqında" başlıqlı əsərində, o bilavasitə bir-birini 
ardınca gələn üç əsas müddəa müəyyən edir. Bir müddəa-məhz birinci-bildirir ki, heç bir şey mövcud deyil; 
ikinci-əgər [bir şey] mövcuddursa da, bu insan üçün dərk olunmazdır; üçüncüsə-əgər o dərk olunmazdırsa da, 
hər halda son nəticədə o başqası üçün izaholunmaz, sözlə ifadə edilməzdir. 
 
 
PRODİK 
 
Platon, euthid, 277 E.Prodik dediyi kimi əvvəlcə odların düzgünlüyü haqqında [təlimi] öyrənmək lazımdır. 
 
Siseron de nat, deor,I 37, 118. Prodik ... deyib ki, insanların həyatı üçün xeyirli olan predmetlər tanrılar 
sırasına daxil ediliblər. 
 
Sekst adv,math, IX 18,Keoslu Prodik isə deyir; "Misirlilər Nili ilahiləşdirdikləri kimi, qədim insanlar Günəşi, 
Ayı, çayları,bulaqları və ümumiyyətlə bizim həyatımız üçün xeyirli olan hər şeyi, onlardan alınan xeyir 
nəticəsində tanrı saymışlar"; bu səbəbdən də çörək-Demetroy, şərab-Deonis, su-Poseydon, od-Hefest sayılıb 
və ümumiyyətlə insanların xeyrinə istifadə olunan hər bir şey [uyğun surətdə ilahiləşdirilib]. 
 
 
27


FEMİSTİY or.30, Prodik insanın hər cür ibadətini- həm şəbihliyi, həm dini ayini əkinçiliyin nemətləri ilə 
bağlayaraq, insanlarda həm tanrılar haqqında təsəvvürün, həm hər cür dindarlığın  buradan yarandığını hesab 
edir. 
 
 
FRAZİMAH 
 
Platon rolit I 338 C-344 A. İndi qulaq as, o (Frazimah) dedi: başqa bir şeyi deyil, yalnız ən güclüyə xeyirli 
olanı mən ədalətli adlandırıram... Hər bir iqtidar onun xeyrilə müvafiq qanunlar verir... Özü üçün xeyirli olan 
qanunlar verərək isə, o onları təbəələri üçün ədalətli olan elan edir və bu qanunları pozanları qanunsuz iş 
görən və həqiqət düşməni kimi cəzalandırır... Bütün şəhərlərdə ədalətli olan eyni bir şeydir: qanuna salınmış 
iqtidarın xeyridir... Çobanlar yaxud naxırçılar... tanrıların və öz şəxsi rifahını... nəzərdə tutaraq, qoyunların 
yaxud öküzlərin xeyrinə çalışırlar, onları yedizdirir və arxalarınca gedirlər... eyni fikirlər, tabeliyində olanlar 
barəsində icmaları idarə edənlərdədir... buradan öz mənfəətini necə əldə etməli... Ədalətli və ədalətli olan... 
özgə rifahıdır, yəni güclü insanın və idarə edənin xeyridir, amma, əslində, itaətdə olan və xidmət edən üçün 
bu-ziyandır. Ədalətli insan hər yerdə ədalətsizdən daha az qazanır... Adamincidəni ən xoşbəxt, incidənləri və 
incitmək istəyənləri isə ən bədbəxtlər edən, büs-bütün ədalətsizliyi anlayanda, bunu hər şeydən asanca 
biləcəksən. 
 
 
HİPPİY 
 
Platon prot, 337 C, Qanun... insanların zülmkarı olaraq, çox vaxt zorakılıqla, təbiətin ziddinə fəaliyyət 
göstərir. 
 
 
ANTİFONT 
 
Aetsi I 22,6 [Antifont]: zaman mahiyyət deyil, [bizim] fikrimiz yaxud ölçüdür. 
 
Oxyrh, Pap. XI 1364. Ədalət, vətəndaşı olduğun dövlətin qanunlarını pozmamaqdan [ibarətdir]. Deməli, əgər 
insan şahidlər olduqda qanunları uca tutaraq, onlara əməl edərsə, təklikdə, şahidlərsiz qalarkən isə, təbiət 
qanunlarına [riayət edərsə], o ədalətin olmasından özü üçün daha çox xeyir əldə edəcək. Çünki qanunların 
göstərişləri ixtiyaridir (sünidir), təbiətin [hökümləri isə] zəruridir. Və [bundan başqa], qanunların göstərişləri
öz-özünə əmələ gələn təbiət törəməsi deyil, razılaşmanın (insanların sazişinin), nəticəsidir; təbiət hökmləri 
isə, [insanlar arasında] razılaşmanın məhsulu deyil, özüyaranandır, (törənmiş başlanğıcdır). Beləliklə 
qanunları pozan kəs, bu razılaşmanın [digər] iştirakçılarından gizli qalarsa, rüsvayçılıqdan və cəzadan 
azaddır; ancaq [onun qanuna zidd olan əməli]  açılarsa, onda ona rüsvayçılıq və cəza üz verir. Ancaq əgər 
kim olursa olsun,[təbii şəraitin] əksinə gedərək, təbiətin özündə olan əsaslardan bir şeyi zorakılıqla pozmağa 
cəhd göstərərsə, onda, bu bütün insanlardan gizli qalırsa da, [bundan onun özü üçün] bədbəxtlik, bunu hamı 
gördüyü halda olduğundan qətiyyən nə az və nədə çox olacaq. Çünki [bu halda insanların] rəyinə görə deyil, 
həqiqətən zərər vurulur. Ümumiyyətlə isə bu [məsələlərə] baxılması belə nəticəyə gətirib çıxarır ki, qanuna 
görə ədalətli [sayılan] bir çox [sərəncamlar], [insanın] təbiətinə düşməncəsinədir... Xeyirli [şeylərə] gəldikdə 
isə, onlardan qanunlar [tərəfindən xeyirli keyfiyyətində] müəyyən olunanlar, insan təbiəti üçün buxovdur, 
təbiət tərəfindən müəyyən olunanlar isə insana azadlıq gətirir...  İnsanların az əzab-əziyyət çəkə bildikləri 
halda, çox əzab- əziyyət çəkməsinin, həm çox zövq ala bildikləri halda, az xoşlanmasının, həm yersiz olaraq 
özünün bədbəxt hiss etməsinin səbəbi təbiətə zidd olan əməllərindədir. 
 
pr.B, Əsil nəcabəti olanlara, biz hörmət və etiram edirik, əsil-nəcabbəti olmayanlara isə biz nə hörmət edir, 
nə etiram göstəririk. Bununla biz bir- birimizə münasibətdə barbarcasına hərəkət edirik, çünki təbiətən biz 
hamımız hər cəhətdən bərabərik, özü də [eyni dərəcədə] həm barbarlarıq, həm ellinlərik. [Burada] ona diqqət 
yetirmək yerinə düşər ki, bütün insanların təbiətdən ehtiyacı bir cürdür... Və doğrudan da, biz hamımız [bir 
cür] hava ilə nəfəs alırıq-ağız və burun vasitəsilə və biz hamımız [bir cür] yeyirik-əllərin köməyilə. 
 
 
LEVKİP-DEMOKRİT 
 
 
28


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə